449
HEYDƏROV İbrahim Qasım bəy oğlu (1879, Dərbənd - ?) - Temirxan-Şurada realnı məktəbi, Peterburqda yol
mühəndisliy i institutunu (1904) b itirmişdir. Dağ ıstandan və Zaqatala dairəsindən 3-cü Dövlət dumasına üzv seçilmişdir.
Heydərov Bakı şəhər idarəsinin üzvü, idarən in təsərrüfat şöbəsinin müdiri idi.
1907 ildə "Nəşri-maa rif‖ cə miyyətin in idarə heyətinə da xil olmuşdur. 1913 ildə A.Babayevlə birlikdə "Dəyanət"
neft-sənaye cə miyyətini təşkil et mişdir. 1914 ilin yanvarında "Səfa" xeyriyyə cəmiyyəti idarə heyətinin üzvü, 1916 ilin
martında isə "Nicat" cəmiyyətinin sədr müavini seçilmişdir.
Heydərov Fevral inqilabından sonra müs əlman ziya lılarının 1917 il ma rtın 16-da Bakıda keçirilən iclasına sədrlik
etmiş, Qafqaz müsəlman ları qurultayı (1917, 15-20 aprel, Bakı) rəyasət heyətinin ü zvü seçilmişdi. Xüsusi Zaqafqaziya
Ko mitesi (1917) Heydərovu Dağıstan vilayətində Müvəqqəti hökumətin ko missarı təyin etmiş, la kin Dağıstan İcraiyyə
Komitəsinin sosialist üzvləri, sosial-demokrat olmasına ba xmayaraq, onun namizədliyinə qəti etira z et mişdilər. Xüsusi
Zaqafqaziya Ko mitəsi güzəştə gedərək, Dağ ıstanda idarəçiliy i həyata keç irmə k üçün Heydərovun da daxil o lduğu üç
nəfərdən ibarət xüsusi heyət yaratmışdı.
Bir ço x dağlı liderləri, ictimai xadimləri kimi Heydərov da məhz Bakı mühitində yetişmiş, Şimali Qafqaz dağlıla-
rın ın azad lıq hərəkatına rəhbərlik etmişdir. Fevral inqilabından (1917) sonra vətənə dönmüş, azadlıq hərəkatını təş-
kilatlandırmaq istiqamətində iş aparmışdır. Heydərov türk dilinin təhsil d ilinə çevrilməsi ideyasını dəstəkləmiş, hətta 1917 il
iyunun 15-də Te mirxan -Şurada müə llimlə r üçün türk dili kursları açanlardan biri olmuşdur. Heyd ərov Dağıstan Müsəlman
Milli Ko mitəsinin ü zvü id i. Ko mitənin siyahısı ilə Rusiya Müəssislər məc lisinə seçilmişdi.
İbrahim Heydərov Zaqafqaziya seymində sosialist blokunun üzvü, 1918 il aprelin 26-da yaradılmış Zaqafqaziya
Demokratik Federativ Respublikası höku mətində dövlət nəzarəti naziri idi. Sey min nü mayəndə heyətinin tərkibində
Trabzon konfransında iştirak etmişdir. Bakıda türk-müsəlman əhalisinə qarşı daşnak-bolşevik qüvvələri tərəfindən
törədilmiş soyqınmı ilə bağlı 1918 il aprelin 20-də Hey-dərov Zaqafqaziya seymin in ad mdan Bakı Soveti ilə danı-şıqlara
göndərilmiş, Bakıya çatan kimi bolşeviklər tərəfindən həbs olunmuşdu. Bununla əlaqədar o laraq, Zaqafqaziya seyminin
üzvü Camo bəy Hacınski Heydərovun azad edilməsi üçün təcili tədbirlər görməyi təklif etmişdi. Bir müddət Bakı Xalq
Ko missarları Sovetində quberniya komissarı vəzifəsində işləmişdir, bu vəzifədən "Hü mmət" təşkilatının təklifi ilə kənar
edilmişdir. Heydərov Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası hökumətinin səlahiyyətli nümayəndəsi kimi, 1918 il
noyabrın 28-də Azərbaycan Xalq Cü mhuriyyəti ilə Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası arasında müqaviləni
imza layanlardan biri olmuşdur.
Dağlılar Respublikası hökumətinin 1918 il dekabrın 19-da təşkil o lunan yeni tərkib ində yollar və poçt-teleqraf naziri
təyin olunmuşdur. Höku mət tərə findən Avropa dövlətləri ilə danışıq lara göndərilən yeni nü mayəndə heyətinə daxil
edilmişdir. Denikin qoşunlarının müda xiləsi nəticəsində Dağlılar Respublikası höku mətin in bura xılması ilə və sabiq
hökumət üzv lərinə qarşı təqiblərlə əlaqədar Bakıya qayıt mış, Azərbaycanın ictimai-siyasi həyatında, xeyriyyə kon-
sertlərinin, teatr tamaşaların ın, o cümlədən Üzeyir bəy Hacıbəylinin " Leyli və Məcnun" operasının, Ağa Əminovla birlikdə
"Azərbaycan gecələrinin" təşkilində fəa l iştirak et miş, 1920 ildə Fransaya mühacirət et mişdir.
Əd.:
Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu - XX
yüzilliyin əvvəlləri), B., 1999; Göyüşov A., 1917-1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000.
HƏBĠBULLA XAN (?-?)- İranın A zərbaycan Xalq Cü mhuriyyətində konsulu. 1918 ilin iyulunda, Qafqaz İslam
Ordusunun hərbi uğurları şəra itində ölkənin türk-müsəlman əhalisinin nifrətin i qa zan mış S.Şau myanın başçılıq etdiyi Ba kı
Xalq Ko missarları Soveti istefa verməyə məcbur oldu. Hakimiyyətə keçən daşnak və eser-menşeviklərdən ibarət
"Sentrokaspi diktaturası" ingilislərdən gözlənilən kö məy i ala bilmədi. Qafqaz İslam Ordusuna müqavimət göstərə bilməyən
"Sentrokaspi diktaturası" əlverişli təslim şərtlərinə nail o lmaq üçün bu zaman İranın Bakıdakı konsulu olan Həbibulla xan ı
vasitəçi seçdi.
Sentyabrın 1-də İran konsulu Bakın ı müdafiə edən Qərb cəbhəsinin komandanı ilə birlikdə Beşinci Qafqaz firqəsinin
qərargahına getdi. Ba kının təslim şərt lərinin mü za kirəsi za manı "Sentrokaspi" hökumət inin, İran, A BŞ, İsveç və Danimarka
konsulların ın və bir ingilis zabitinin də iştirak etdiyi beynəlxalq heyətin yaradılması təklifi irəli sürüldü. Türk qay məqamı
Rüşdi bəy Bakıya gələrək, buradan sülh heyəti ilə geri qayıtdı. Bakıdan gələn heyətlə şəhərin qeyd-şərtsiz təslim edilməsi,
dövlət əmlakının təhvil verilməsi, türk, Avstriya və alman əsirlərinin azad olun ması şərtilə saziş bağlandı.
Bağlan mış saziş və Qafqaz İslam Ordusunun sürətli hücumu erməni birliklərini tələm-tələsik gəmilərə dolub şəhəri
tərk et məyə məcbur etdi. Təslim a ktı nəticəsində tərəflə r arasında küçə döyüşlərinin baş vermə məsi Ba kın ı geniş miqyaslı
dağıntılardan xilas etdi.
Əd:.
Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993; Yüceer Nəsir, Birinci dünya
müharibəsində osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı, B., 1999.
HƏKĠMLƏRƏ YARDIM BÜROS U A zərbaycan Xalq Cü mhuriyyəti dövründə qeyri-höku mət tibb cəmiyyəti.
1920 ildə Bakı şəhərində həkimlə r cə miyyəti nəzd ində yaradılmışdı. Büronun vəzifəsi boş iş yerlərini qeydə almaq, işsizləri
həmin yerlərə yerləşdirmə k, onlara b irdəfə lik ya xud va xtaşırı pul yard ımı göstərmə k idi. Büro şəhər idarəsi tibb-sanitar
şöbəsinin nəzdində fəaliyyət göstərirdi. Şəhər idarəsi tibb-sanitar şöbəsinin ü zvü Şərifov və həkimlər A.Neşeretov,
A.İ.Okinşeviç büronun üzvləri idilər. 1920 ildə A zərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həkimlərə yardım
bürosunun fəaliyyəti dayandırıld ı.
HƏRB DÖVRÜ ÜÇÜN QANUNLARIN TƏTBĠQĠ HAQQINDA QƏRAR - Azərbaycan Xalq Cü mhuriyyəti
Höku məti tərəfindən 1918 il iyunun 23-də qəbul edilmiş sənəd. Höku mətin A zərbaycan Xalq Cü mhuriyyəti ərazisində hərbi
vəziyyət elan olun ması barədə 1918 il 19 iyun tarixli qərarına əsasən hazırlan mışdı. Qə rara əsasən, mövcud mü rəkkəb hərbi-