[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə5/282
tarix15.03.2018
ölçüsü6,32 Mb.
#32622
1   2   3   4   5   6   7   8   9   ...   282

16 

 

Hə min  dövrdə  Azə rbaycan  Respublikasın ın  mübahisəsiz 



ərazisində  (97,3  min  kv.  km)  yaşayan  əhalinin   ü mu mi  sayı 

2861862 nəfərə  bərabər  idi, yəni hər k v. k m-ə 29,4 nəfə r düşürdü. 

Müsəlmanlar  (əsasən,  Azərbaycan  türkləri)  əhalinin  68,2%, 

ermənilər  21,4%,  gürcülər  0,6%,  ruslar  7,5%,  digər  xa lqların 

nümayəndələri  isə  2,3%-ni  təşkil  edirdi.  Yu xarıda  verilən 

rəqəmlərə  əsasən,  1916  ildə  Azə rbaycan  Xalq  Cü mhuriyyətinin 

bütün  ərazisində  (113,9  min  kv.  km)  əhalinin  ü mu mi  sayı  3,3 

milyondan  çox  idi.  Azərbaycan  xalqı  1916  ildən  sonrakı  dövr 

ərzində  də  ermənilərin  həyata  keçirdiy i  kütləv i  soyqırımları  və 

etnik tə mizlə mə lər nəticəsində ağır demoqrafik sarsıntılar keçirmiş, 

sayca  azalmışdı.  Hesablamalar  göstərir  ki,  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  əhalisi  1920  ilin  aprel  işğalı  ərəfəsində  azalaraq 

təqribən 2,6 milyon nəfərə en mişdi. 

Digər tərə fdən, rəsmi  mə lu mat lara görə  1920  ildə Azərbaycan 

Sovet Sosialist  Respublikasının  (86,6  min kv. km) əhalisi  1952000 

nəfər  id i.  Bu  fa kt  əsas  götürülərsə,  həmin  dövrdə  keçmiş 

Azərbaycan 

Xalq  Cü mhuriyyətinin   mübahisəsiz  ərazisində 

təxminən  2189250  nəfə r  əhali  yaşayırdı.  Bu  rəqə m  1916  ilin  

əvvəlinə  olan  vəziyyətlə  müqayisə  edildikdə  aydın  o lur  ki, 

Azərbaycan  Xalq  Cü mhuriyyətinin  süqutu  ərəfəsində  onun 

mübahisəsiz  ərazisində    yaşayan  əhali  700  min   nəfərədək 

azalmışdı.  Birinci  dünya  müharibəsi  (1914-18)  dövründə 

Azərbaycan  xa lqına qarşı   törədilmiş soyqırımla rının ac ı nəticə ləri 

belə id i. 

Tarix.  Xa lq  Cü mhuriyyətindən  əvvəlki  dövrdə  Azərbaycan 

dövlətçiliy i.  Dünya  tarixində  yeni  -  respublika  tipli  demokratik 

dövlət  idarəçiliyi  formasının  geniş  yayılmağa  başladığı  dövrdə 

yaranmış  Azərbaycan  Cü mhuriyyəti  xalq ımızın  tarixin  ən  qədim 

qatlarından  başlanan  dövlətçilik  ənənələrin in  qanunauyğun 

davamı id i. 

Azərbaycan xalq ı dünyanın ən qədim və ən zəngin dövlətçilik 

mədəniyyətinə  ma lik  xalq larındandır.  Azə rbaycanın  təqribən  5 

min  illik  dövlətçilik  tarixi  vard ır.  Mə lu m  o lduğu  kimi, 

Azərbaycan ərazisində ilk dövlət quru mla rı hələ era mızdan əvvəl 

4-cü  min illiyin   sonu  -  3-cü  min illiyin  əvvəllərində  yaran mağa 

başlamışdı. 

Zaman  keçd ikcə Azərbaycanın dövlətçilik  mədəniyyəti daha 

da yüksəlmiş, ölkə ərazisində daha təkmil və daha geniş əraziləri 

əhatə  edən  yeni  dövlətlər  yaran mışdı.  Eramızdan  əvvəl  1—ci 

minillikdən  başlayaraq  eramızm  1-ci  min illiyinin   əvvəllə rinədək 

Azərbaycan  torpaqlarında  Manna,  İskit  (Skit,  Skif)  şahlığ ı, 

Atropatena  və  Albaniya  kimi  qüdrətli  dövlətlə r  mövcud 

olmuşdur.  Bu  dövlətlər  A zərbaycanda  dövlət  idarəçiliyi 

mədəniyyətinin daha da yüks əlməsində mühüm rol oynamışlar. 

Eramızın  3 əsrində Azərbaycam Sasani-İran imperatorluğu, 7 

əsrdə isə Ərəb xilafəti işğal etdi. Lakin təqribən 600 il davam etmiş 

İran  və  ərəb  hökmranlığı  da  Azərbaycanın  qədim  dövlətçilik 

ənənələrini  məhv  edə  bilmədi.  7  əsrdə  islam  din inin   qəbul 

olunması  ilə   Azə rbaycanın  tarixi  müqəddəratında  əsaslı  dönüş 

yarandı.  İslam  dini  vahid  xalqın ın  və  dilin  təşəkkülünə  güclü 

təkan  verdi,  A zərbaycan  dövlətçiliyin in  gələcək  inkişafı  üçün 

daha etibarlı zəmin yaratdı. 

 

 

 



 

 

 



 

 

 




17 

 

Xilafət  dağıld ıqdan sonra - 9 əsrin ortala rından Azə rbaycanın qədim 



dövlətçilik  ənənələri  yenidən  d irçəldi:  Azərbaycan  torpaqlarında  Sacilər, 

Şirvanşahlar,  Salarilər,  Rəvvadilər,  Şəddadilər  və  Şəki  hakimliyi  kimi  yerli 

dövlətlər yarandı. Siyasi,  iqtisadi və mədəni həyatın bütün sahələrində güclü 

oyanış baş verməkdə idi. A zərbaycan tarixin in İntibah dövrü başlanırdı. 

9  əsrin   70-c i  illərindən  başlayaraq,  yarım  əsrdən  çox  davam  edən 

tarixi  dövrdə  bütün  Azərbaycan  torpaqlarının  vahid  Azərbaycan  türk 

dövlətinin -  Sacilər dövlətin in tərkib ində olması ölkə  miqyasında iqtisadi və 

mədəni əlaqə lərin daha da dərinləş məsinə, etnik fərqlə rin  aradan qalxması və 

Azərbaycan xalq ının forma laşması p rosesinin daha da sürətlənməsinə müsbət 

təsir  göstərdi.  Sacilə r  dövləti  özünün  ən  qüdrətli  çağlarında  Dərbənddən 

Zəncana, Xə zər sahillərindən Ani və  Dəb il şəhərlərinə qədər geniş əra zilə ri 

əhatə  edirdi.  Sacilərin  yeritdiy i  uğurlu  xarici  siyasət  Azərbaycanın  ərazi 

bütövlüyünün,  dövlətçiliyin in  qorunub  saxlan masında,  ölkə  ərazisində 

etniksiyasi birliyin daha da möhkə mlən məsində mühüm rol oynadı. 

11  əsrin  ortala rında  Ya xın   və  Orta  Şərq  tarixində  mühü m  dönüş 

dövrü  başlandı.  Orta  Asiyadan  Aralıq  dənizi  sahillərinə  və  Dərbənd 

keçid indən  İran  kö rfəzinə  qədər  geniş  əraziləri  əhatə  edən  Böyük  Səlcuq 

imperatorluğu  yarandı.  Azərbaycan  növbəti  oğuz-türk  dövlətinin  —  Böyük 

Səlcuq impe ratorluğunun tərkibinə da xil o ldu. 

Səlcuq  dövrü  Azərbaycanın  tarixi  müqəddəratında  həlledic i  rol 

oynadı.  Sultan  Alp  Arslanın  Malazg ird  vuruş masında  (1071,  26  avqust) 

Bizans 


imperatorluğunun  hərbi  qüvvələrini  darmadağın  etməsilə 

Azərbaycanı  ələ  keç irməyə  ça lışan  xristian  bloku  iflasa  uğradı.  Bizans 

imperatorluğunun  Cənubi  Qafqa zı  bütünlüklə   xristianlığın   təsir  dairəsinə 

salmaq  p lanı  baş  tutmadı.  Xristian  amili,  ü mu miyyətlə,  Cənubi  Qafqazda 

tənəzzülə uğrad ı. Sə lcuq a xınla rı nəticəsində oğuz-türk tayfaları, qəti olaraq, 

Mərkə zi Asiya  ilə  yanaşı,  bütün  Cənubi  Qafqazda və  Ön Asiyada  da  başlıca 

etnik-siyasi amilə çevrildilə r. Türk-isla m a mili bütün Ya xın və Orta  Şərq in, o 

cümlədən Qafqazın bundan sonrakı tarixində uzun  müddət müəyyənedici rol 

oynadı.  Azərbaycan  türk  dili  bütün  Cənubi  Qafqazda,  o  cümlədən 

Azərbaycan  ərazisində  başlıca  ünsiyyət  vasitəsinə  çevrildi.  Bu  a mil 

Azərbaycan dövlətçiliy inin təsir da irəsini daha da genişləndirdi. 

Böyük  Səlcuq  imperatorluğunun  süqutundan  sonra  qüvvətlənən 

Şirvanşahlar  və  Eldənizlər  (Atabəylər)  dövlətləri  Azərbaycan  xalqın ın 

dövlətçilik ənənələrin in daha da yüksəlməsində mühüm ro l oynadılar. 

Yaxın  və  Orta  Şərqin   ən  qüdrətli  dövlətinə  çevrilən  Eldənizlər 

dövləti Azərbaycan xalq ının etnik-siyasi tarixində xüsusilə böyük rol oynadı. 

Eldənizlə rin  hakimiyyəti  dövründə  Azərbaycan  türklərinin  hərb i-siyasi  təsir 

dairəsi,  Azərbaycan  türk  dili  və   mədəniyyətinin  yayıldığı  əra zi  daha  da 

genişləndi. Beləliklə, Ərəb  xilafətinin tənəzzü lündən sonra Qafqazda, habelə 

bütün  Yaxın   və  Orta  Şərqdə  türk-islam  imperatorluqların ın  rolu  artdı. 

Sacilər, Şirvanşahlar, 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə