[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə8/282
tarix15.03.2018
ölçüsü6,32 Mb.
#32622
1   ...   4   5   6   7   8   9   10   11   ...   282

27 

 

 olaraq, Şima li A zərbaycan Rusiya ağa lığ ı dövründə Rusiyanın və onun vasitəsilə Qərb in yeni - de mokrat ik dövlət 



quruculuğu ənənələri ilə - parlament mədəniyyəti ilə yaxından tanış ola bilmişdi. "XIX əsrdən başlanan mürəkkəb ictimai-

siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxardı, yeni mühitdə formalaşan görkəmli 

ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


28 

 

qadir oldular. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçiin münbit zəmin yarandı" (Heydər Əliyev). 

Azərbaycan  ziyalılarının  mühü m  b ir  hiss əsi,  o  cümlədən  Əlimə rdan  bəy  Topçubaşov  başda  olmaq la,  peş əkar 

hüquqşünaslar  Rusiyanın  Dövlət  dumalarında  zəngin  parlamentçilik  təcrübəsi  qazan mışdılar.  On lar  nifrət  etdikləri  və 

qəddar  milli  müstəmləkə   zülmünün  hökm  sürdüyü  Rusiya  mütləqiyyətindən  ta ma milə   fə rqlənən,  bütün  hüquq  və 

azadlıqların   təmin   olunduğu  ən  demo kratik  respublika  sistemi  yaratmağa  hazır  idilər.  Azərbaycan  Xalq  Cü mhuriyyəti 

xadimlərinin   de mokrat ik  dövlət  qurmaq  ideyala rı  onların  hələ  Rusiya  Dövlət  duma larında  fəa liyyət  göstərdikləri  dövrdə 

formalaşmışdı.  Buna görə də Azərbaycan Xalq Cü mhuriyyətinin parlamentli respublika  kimi formalaş ması tarixi reallıqdan 

doğurdu. Çarizmin devrilməsindən sonrakı hadisələrin real inkişafı da işi buna doğru aparırd ı. 

A z ə  r b a  y c a n  X a l q  C ü m h u r i y y ə  t i – m ü s ə l m a n  Ş ə r q i n d ə  i l k  p a r l a m e n t l i  r e s p u b l 

i  k a.  1917 ilin  fevralında  Rusiyada Ro manovlar  mütləqiyyəti devrildi.  Ölkədə de mo kratik respublika  tip li dövlət forması 

yaratmaq  üçün  Müəssislər  məclisinə  seçkilər  keç irilməsi  qərara  a lındı.  Monarxiya  re jimi  a radan  qaldırıldıqdan  sonra 

hakimiyyətə gələn Müvəqqəti höku mət Cənubi Qafqa zın  idarəç iliy i ü zrə  Xüsusi Ko mitə (ba x Xüsusi Zaqafqaziya Komitəsi) 

yaratdı.  Lakin  Müvəqqəti  hökumət  uzun  müddət  hakimiyyətdə  qala  bilmədi.  1917  ilin  oktyabrındakı  hakimiyyət  çevrilişi 

nəticəsində Cənubi Qafqa zdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. 

Bolşevikler Müəssislər Məclisini buraxdıqdan sonra onlar  1918 il fevralın  23-də Tiflisdə Cənubi  Qafqazın  ali hakimiyyət 

orqanı olan Zaqafqaziya seymini, başqa sözlə Zaqafqaziya parlamentini yaratdılar. 

Zaqafqaziya   seymində  Müsəlman   fraksiyasını  Rusiyanın  Müəssislər  Məclisinə  seçkilər  za manı  Azə rbaycanın, 

həmç inin  bütün  Cənubi  Qafqazın  bir  milyondan  çox  türk-müsəlman  seçicisinin  s əsini  qazan mış  44  deputat  təmsil  edirdi. 

Xalqın seçdiyi deputatlardan ibarət olan Zaqafqaziya seyminin Müsəlman fraksiyası, əslində, Zaqafqaziya Müsəlman Şurası 

idi və bütün Cənubi Qafqazın müsəlman parla menti funksiyasını yerinə yetirirdi. 

Maraqlı və eyni  zamanda qanunauyğun hal idi ki, Dövlət dumalarında olduğu kimi,  Qafqazın ü mu mi  mənafeyi  ilə 

bağlı məsələlərdə Zaqafqaziya seyminin də ən ard ıcıl üzv ləri A zərbaycan nümayəndələri idilər. Məhz onların tələb i ilə 1918 

il  apre lin  22-də  Zaqafqa ziya   seymi  Cənubi  Qa fqazın  müstəqilliy ini  elan  etdi  və  Zaqqfqaziya  Demok ratik   Federativ 



Respublikası  yaradıldı.  Lakin  istər  daxili,  istərsə  də  xarici  siyasət  sahəsində  kəskin  milli  mənafe  ziddiyyətlərin in  olması 

Zaqafqaziya  seymi  və  Birləş miş  Zaqafqaziya  Cü mhuriyyəti  höku mətinin  konkret  addımla r  at masına  imkan  vermədi. 

Nəticədə, gürcü nümayəndələri Seymdən çıxdılar və 1918 il may ın 26-da Gürcüstanın müs təqilliyini elan etdilər. 

Mayın  27-də  Sey min   Müsəlman   fraksiyasının  ü zvləri  də  ö zlərin in  ayrıca  iclasların ı  keçirdilər  və  A zərbaycanın 

müstəqilliy ini  elan  etmək  qərarına  gəld ilər.  Bu  məqsədlə  Zaqafqaziya  seymin in  Müsəlman  fraksiyası  özünü  Azərbaycan 

Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi.  Bununla, əslində, Azərbaycanın ilk Parlamenti yarandı və ilk 

parla mentli respublikanın  bünövrəsi qoyuldu. 1918 il may ın 27-də keçirilən hə min ic lasda Azərbaycan Milli Şurasının  s ədri 

seçildi. Bu  zaman Batumda danışıq lar aparan (bax Batwn konfransı (1918)) Məhemmed Əmin Rəsulzadə qiyabi o laraq Milli 

Şuranın sədri seçildi. Həsən bəy Ağayev və Mir Hidayət Seyidov isə sədrin müavinləri təsdiq olundular. Azərbaycan Milli 

Şurasının  may ın  27-də  keçirilən  iclasında, eyni  za manda, Fətəli  xan  Xoyski yekd illiklə Milli Şu ranın  icra orqanının  sədri 

seçildi. İcra o rqanının tərkibinə Məmməd Həsən Hacınski, Nəsib bey Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif 



Cəfərov, Xudadat bəy Məlik  Aslanov, Ca mo bəy Hacınsk i, Əkbər ağa Şeyxülislamov, Xosrov Paşa bəy Sultanov daxil id ilər. 

Mayın 28-də Həsən bəy Ağayevin sədrliy i ilə Azərbaycan Milli  Şurasının tarixi iclası  keçirildi. Həsən bəy Ağayev 

(sədr), Mustafa Mahmudov (katib), Fətəli  xan Xoyski, Xəlil bəy Xasmə mmədov, Nəsib bəy Yusifbəyli, Mir  Hidayət Seyidov, 

Nəriman bəy Nərimanbəyov, Heybətqulu bəy Məmmədbəyov, Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy 



Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şey xü lislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat 

bəy  Məlik  Aslanov,  Rəhim  bəy  Vəkilov,  Hə mid  bəy  Şahtaxtinski,  Firidun  bəy  Köçərli,  Ca mo  bəy  Hacinski,  Şəfı  bəy 

Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər bəy A xundov, Məhəmməd Məhərrəmov, Cavad bəy Məlik Yeqanov və Hacı 

Səlim  Axundzadənin  iştirak  etdiyi  həmin  iclasda Azərbaycanın  İstiqlal bəyannaməsi  qəbul  edildi  (Sultan  Məcid  Qənizadə  və 

Cəfər  bəy  Axundov səsvermədə  bitərəf  qaldılar).  Hə min  dövrdə  Əqdnamə  və ya  Misaqi  milli  adlanan bu sənədi  Həsən bəy 

Ağayev, Fətəli  xan Xoyski, Nəsib bəy Yusifbəyli,  Camo bəy Hacinski, Şəfi bəy Rüstəmbəyov, Nəriman bəy Nərimanbəyov, 

Cavad bəy Məlik Yeqanov, Mustafa Mahmudov imza ladılar. 

İstiqlal  bəyannaməsi  bütün  türk-müsəlman  dünyasında  ilk  dəfə  o laraq   Azərbaycanda  ən  demokratik  respublika 

idarə  üsulunun  -  parla mentli  respublikanın  yaradılacağından  xəbər  verird i.A zərbaycan  Milli  Şurasının  İstiqla l  bə-

yannaməsində deyilird i: 



1.

 

Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı 

əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. 

2.

 

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir. 

3.

 

Azərbaycan  Xalq  Cümhuriyyəti  bütün  millətlərlə,  xüsusilə  qonşu  olduğu  millətlər  və  dövlətlərlə  mehriban 

münasibətlər yaratmaq əzmindədir. 

4. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  milliyyətindən,  məzhəbindən,  si nfindən,  silkindən  və  cinsindən  asılı 

olmayaraq öz sərhədləri daxilində yaşayan biitiin vətəndaşlarına siyasi hiiquqlar və vətəndaşlıq hüququ təmin edir. 

 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə