[]



Yüklə 250,74 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix02.10.2017
ölçüsü250,74 Kb.
#2998
1   2   3   4   5   6   7

 

12 


bir 

addım  kənarda  olmaz!  Heç  kim  deməsin  ki,  mən  yoxam. 

Yuxarıdan  baxacam.  O  dünyada  da  əlimdən  qurtara 

bilm


əzsiniz. Aydındır?! 

- El


ədir ki var! 

- Sual var? 

- Sual yoxdur! 

-  Diqq


ət!  Düzlən!  Farağat!  Döyüş  qaydası  “A”  olmaqla, 

döyüşə! 


Əsgərlər  hesabata  uyğun  təhkim  olunduqları  postlara  qaçdı. 

Seyid  özü  lap  önd

əki  müşahidə  məntəqəsinə  getdi.  Düşmən 

əsgərləri  həmişə  atdıqları  yerdən  ara-sıra  atırdılar.  Seyid 

“trassiyuşşi”  güllələrin  uçuşduğu  səmtə  yox,  başqa  tərəfə  - 

t

əpələrin qurtardığı, qaranlıq dərələrin başladığı səmtə baxırdı, 



sanki  n

əsə  axtarırdı  bu  qaranlıq,  boz  təpələrin  kölgəsində. 

Başqa vaxt Ay işığında hər yan süd kimi aydın görünsə də, indi 

el

ə bil Ay da düşmən tərəfində idi. Üzünü nazla göstərir, tez də 



buludların  arxasında  gizlənirdi.  -  Nə  olar,  Ay  qardaş,  bütün 

dünya  bu 

şərəfsizlərin  tərəfindədir,  heç  olmasa,  sən  bizim 

t

ərəfimizdə  ol  barı,  axı  bayrağının  üstündə  sənə  yer  verən 



bizik,  onlar  deyil.  -  Sanki 

axırıncı  kəlmələr  Ayın  lap 

heysiyyatına toxundu, bir anlığa olsa da, boz çöllərə, qaranlıq 

d

ərələrə süd aydınlığı gətirdi. 



- Aha, ora bax! 

– nəhayət, Seyid axtardığın tapdı. 

Gördüyünü d

əqiqləşdirmək üçün köməkçidən soruşdu: 

- Oriyentir 2-d

ən 100 metr sağa təpənin qurtaracağına bax, gör 

bir 

şey görürsən? 



-  H

ə,  hə,  təpənin  dibi  ilə  əyilə-əyilə  gəlirlər.  -  Onlar  birlikdə 

saymağa başladılar: bir, iki, üç, dörd, beş, altı... Çox axtardılar, 

b

əs yeddinci hardadır, görəsən, yoxsa elə cəmi altı nəfərdir?.. 



Yeddinci  yoxdur.  H

ə,  yüz  faiz  altı  nəfərdir,  –  deyə  Seyid 

düşündü  -  bu  da  onların  adam  tapıb  doldura  bilmədikləri 



 

13 


manqa. Çox 

maraqlıdır, bu altı nəfər sallana-sallana niyə gəlir? 

- öz-özün

ə fikirləşdi. 

N

əhayət, köməçiyə vəziyyətə uyğun tapşırıqlarını verdi: 



1. 

Aşağı xəbər ver; 

2. Keçdik 

“B”-yə; 


3.  Oriyentir  1-i  keç

ənə  qədər  heç  kim  atəş  açmır,  qoyun 

g

əlsinlər; 



4.  M

ən  getdim,  Oriyentir  3-ün  yaxınlığında  onların  arxasında 

olacam.   

 

 

                                                                    

 

 

 

 

 

 

 

 

                                                                    

 

 

 

 

 

 

 

 

 

 



 

14 


                                         Üçüncü f

əsil 

 



“Ya Allahın adı” - “DÖYÜŞƏ”! 

 

Son 


tapşırıqlarını verib, gündə min yol baxışları ilə getdiyi yolu 

indi 


üzüaşağı  Çaylıya  tərəf  getməyə  başladı.  Ya  Allah,  ey 

H

əzrəti  Əliyə  şir  gücü  verən  Allahım,  Seyit  Çavuşa  o  gücü 



ver

ən Uca Tanrım, hər şey sənə xatir, sənin adınla - mənə güc 

ver, m

əni düşmənin yanında xar eləmə!.. 



Buludları Ayın üzərinə örtük kimi çəkməsini, dualarının qəbul 

olunması  kimi  qəbul  etdi  Seyid.  Bir  andaca  hər  tərəf  zülmət 

qaranlığa  qərq  oldu.  Bununla  Uca  Tanrı  Seyidin  yolunu  açır, 

bu 


işə  öz  razılığını  bildirirdi.  Seyid  dərə  aşağı  elə  gedirdi  ki, 

sanki 


uşaq vaxtı məktəbə gedib-gəldiyi yolla addımlayırdı. Bu 

yerl


ərin hər iki tərəfdən dəfələrlə minalandığını bilsə də, sanki 

indi 


yadından çıxmışdı. Futbol meydançasında top qovan kimi, 

qovurdu kol-kosu. 

Göz-gözü görmürdü, Seyid n

ə vaxt üçüncü oriyentirə çatdığını 

heç özü d

ə bilmədi. Bu vaxt atəş səsi eşidildi. Güllələrdən onun 

yanından  keçəni də oldu. Əvvəlcə yerini möhkəmlətdi, sonra 

ətrafa göz gəzdirdi. Onun postundan atırdılar, - nə tez çatdılar, 

-  dey

ə  öz-özünə  fikirləşdi.  Bir-iki  qatar  da  atdılar.  -  Bəs  bu 



şərəfsizlər  niyə  atmırlar,  hara  yox  oldu  bunlar?  -  Seyid 

t

əmkinlə  düşündü.  Birdən  lap  yaxınlıqdan  -  onun  35-40 



addımlığından atəş açıldı. - Hə, demək burdasınız... İndi baxaq 

gör


ək vəziyyət necədir?  

Bir-iki qatar da 

qarşılıqlı güllələr uçuşdu. Seyid sanki film seyr 

edirmiş kimi, izləyirdi mənzərəni. Bu an onun postunda tək-tək 

üç-dörd güll

ə atıldı. Elə bil qarşısında bomba partladı. Gecənin 

qaranlıq  və  sakitliyində  tükürpədici  səslə  necə  vay-şivən 

qopdusa, Seyid bir az da diksin

ən kimi oldu. O, çox eşitmişdi, 



 

15 


ancaq görm

əmişdi. - Yəqin qan görüblər - düşündü Seyid. Səs 

g

ələn tərəfə addımlamağa başladı.  Seyid iti, olduqca yumşaq 



addımlarla  səsə  tərəf  irəliləyirdi.  Qarışıq,  anlaşılmaz  səslər 

eşidir, ancaq hələ heç nə görmürdü? Qəflətən Ay işığında nəsə 

parladı.  Cəld  özünü  yerə  atdı.  Sürünə-sürünə  balaca  təpənin 

üstünd


əki  kolun  dibinə  gəldi.  Səsə  tərəf  boylandı,  Ay  da  öz 

köm


əyini  əsirgəmədi.  İndi  o,  beş  düşmən  əsgərini  aydın 

sayırdı. Bəs altıncı hanı? Bir az da qalxıb boylandı. Bunlara nə 

olub  bel

ə,  niyə  çaş-baş  düşüblər?  –  Seyid  anlaya  bilmirdi. 

Özl

ərini  elə  itirmişdilər  ki,  bir-bir  tutub  aparsan  da  xəbərləri 



olmazdı.  Bunun  ciddi  bir  səbəbi  olmalı  idi.  Ay  bir  də 

parlayanda 

əsərin qəhrəmanı ortaya çıxdı. Seyid gördü ki, topa 

dayanıb, vay-şivən qoparanların ortasında yerdə nəsə çapalayır. 

Diqq

ətlə  baxanda  məlum  oldu  ki,  qan  məsələsi  dəqiqdir. 



Şərəfsizlər yaralı yoldaşlarına köməklik etmək əvəzinə, başına 

yığışıb,  vay-şivənlə  olan-qalan  canını  alırdılar.  Bu  mənzərə 

Seyidi bir az t

əəssüfləndirdi. 

Seyid 

düşünürdü ki, hansı üsulla onların külünü göyə sovursa, 



daha 

ağıllı qərar olar? O, gah əlindəki əl qumbarasına, gah da 

iki  d

əstəkli  avtomatına  baxdı.  -  Bəlkə  yaxınlıqda  başqa  da 



kims

ə  var,  ya  bunları  müşahidə  edən  var?  –  düşündü  və  əl 

qumbarasının  üzərində  dayandı.  İki  qumbaranı  hər  ehtimala 

qarşı döyüş vəziyyətinə gətirdi, ancaq məsələni bir qumbara ilə 

bitirm

ək  lazımdır  ki,  müşahidəçilər  üçün  mina  mənzərəsi 



yaransın. Onsuz da hər gecə çaqqal-çuqqal neçə mina partladır, 

lap  h


ərdən  ikisinin  dalbadal  partladığı  vaxtlar  olur.  Seyid  bir 

neç


ə  addım  da  irəli  gedib,  qumbaralardan  birini  elə  atdı  ki, 

ikinciy


ə ehtiyac qalmadı.  

Seyid  özünü  balaca  t

əpənin  arxasında  torpağa  bərk  sıxmışdı. 

Üstün


ə  tökülən  daş-kəsək  belə  vecinə  deyildi.  -  Görəsən, 

özüm


ə  heç  nə  olmayıb?  -  İndi  də  içində  bir  təəssüf  hissi  baş 


Yüklə 250,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə