[]



Yüklə 250,74 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix02.10.2017
ölçüsü250,74 Kb.
#2998
1   2   3   4   5   6   7

 

20 


sıçrayışla əsgərin boynundan yapışaraq, onu yerə yıxdı. Və ani 

bir h


ərəkətlə də əsgərin çənəsini boynun ardına çevirdi. Əsgər 

dey


əsən, həqiqətən ayaq üstə ölmüşdü, heç cınqırı da çıxmadı. 

Seyid onu ehtiyatla 

ağzıüstə yerə qoydu. – Ye, ye, şərəfsiz, ye, 

bu 


torpağın tozu da sizə haramdır, - deyə onun ağzını torpağa 

sürtdü.  -  Nec

ə  ki,  indi  haram  edəcəm  -  dedi  və  kitelinin 

yaxalığını buraxdı. Əsgərin silahını çəkib boynundan çıxartdı. 

Adi 5,45 

çaplı Kalaşnikov avtomatı idi.  

Seyid  z

əif  işığa  doğru  addımlamağa  davam  etdi.  Bu  işıq 

kazarmanın  girişində,  qapının  üstündə  yanırdı.  Yanından 

bayraq  da 

asılmışdı.  Çox  qəribə  bina  idi.  Heç  hərbçilər  qalan 

yer


ə  oxşamırdi.  Uçuq-sökük,  təmirsiz  bina,  tamam  sökülmüş, 

çala-çuxur  asfalt  örtüklü  meydaça-h

əyət,  bizim  üzüm 

bağlarından sökdükləri beton dirəklərdən düzülmüş səkilər. Bir 

sözl

ə,  yəqin  ki,  sovet  dönəmindən  qalma  hansısa  idarə  binası 



idi.  Bura  n

ədir  ki,  burdakılar  da  nə  ola?  -düşüncəsi  ilə  girişə 

yaxınlaşdı.  Sıçrayıb  bayrağın  parçasından  yapışdı.  Necə 

dartdısa,  şaqqıltı  ilə  sapı  sındı.  Başıaşağı  sallanmağa  başladı. 

Seyid  c

əld  içəri  girdi.  Tumboçkadakı  əsgər  yatmışdısa  da, 

y

əqin  bayrağın  səsinə  oyanmışdı.  Əsgər  Seyidi  görən  kimi 



özünü düz

əltdi, əlini baş geyiminə aparıb öz dillərində nəsə bir 

söz 

qışqırdı. Qəfil gələn iri cüssəli, zəhimli bu qəfil qonağın iti 



baxışları qarşısında özünü itirən gənc əsgər birdən xatırladı ki, 

“YAT” komandası çoxdan olub, artıq səhərə yaxındır, səhfini 

düz

əltmək qərarına gəldi. Uzun-uzadı nəsə qışqırmağa başladı.  



Bu  müdd

ətdə  Seyid  ətrafı  əməlli-başlı  nəzərdən  keçirdi.  Gün 

növb

ətçisi girişdə, silah otağının qapısının ağzında dayanmışdı. 



Armaturdan  olan 

qapı adam başı keçən iri şəbəkəli idi. Seyid 

əri  göz  gəzdirdi.  Silah-sursatdan  başqa,  xeyli  də  üst-üstə 



yığılmış yeşik var idi. Bunlar partapart partlayacaq ha... - Seyid 

düşündü.  Sol  tərəfdə  bir  neçə  otaq  var  idi.  Rabitəçi  otağını  o 




 

21 


saat 

tanıdı - qapının üstündə sovetin rabitəçi nişanı və nəsə bir  

c

ədvəl var idi. Yəqin bu da zabitlər otağıdır. İçəridən xorultu 



s

əsi gələn otağın qapısına baxdı. Solda, dəhlizin qurtaracağında 

böyük  taybatay 

açılmış  ikilaylı  bir  qapı  var  idi.  Bura  da 

əsgərlər yatan yerdir, - deyə düşünürdü ki, qolu sarğılı bir əsgər 

bu 


qapıdan çıxıb, süngüsü dizinə dəyə-dəyə, yarıyıxıla-yarıdura 

s

əndələyə-səndələyə ona tərəf qaçmağa başladı.  



Seyid  gün  növb

ətçisinin  lap  yanında  dayanmışdı,  gələnə 

baxırdı. Növbətçi Seyidə çathaçatda sağ ayağı necə büküldüsə, 

diziüst


ə  yerə  düşdü.  Görünür,  pis  yatıbmış,  ayaqları  tamam 

keyyib. Seyid ona s

ətr bir nəzər saldı və sadəcə, başını buladı. 

Növb


ətçi  cəld  özünü  düzəltdi,  əlini  baş  geyiminə  apardı  və 

yaln


ız,  indi  qarşısındakının  kim  olduğunu  anladı,  lakin  artıq 

çox  gec  idi.  Seyid 

alıcı  quş  kimi  sol  əli  ilə  onun  kepkasının 

günlüyünd

ən  tutaraq  gözünün  üstünə  elə  çədi  ki,  az  qaldı 

boynu kökünd

ən qopsun, ancaq qopmadı. Çünki sağ əli ilə də 

boynunun  kökünd

ən  yapışmışdı.  Seyid  novbətçini  göyə 

qaldırdı, ayaqları yerdən üzüldü. Sonra bayaqdan bu mənzərəni 

kirimişcə  seyr  edən  gün  növbətçisinə  necə  çırpdısa,  yapışıb 

divarda 


qaldı.  O,  bu  qəfil  qonağın  kim  olduğunu,  nə  baş 

verdiyini h

ələ də anlaya bilmirdi. Yoxlamağa gələn zabitlərdən 

idi, ya köhn

ə əsgərlərdən, hələ də aydınlaşdıra bilmirdi. Bir də, 

h

ər  gün  döyülməyə  adət  etmiş  əsgər  üçün  nə  fərqi  kimdi 



döy

ən?  O,  ancaq  gözləyirdi  ki,  tənbeh  nə  vaxt  bitəcək. 

Maraqlıdır  ki,  zabitlər  otağında  da  gözə  dəyən  yox  idi. 

Görünür, onlar üçün d

ə belə səs-küy adi hal idi. Seyid sol əli ilə 

d

ə gün növbətçisinin boynundan yapışaraq onları bir neçə dəfə 



k

əllə-kəlləyə necə vurdusa, ikisi də süst vəziyyətdə yerə düşdü. 

Bu  vaxt  növb

ətçinin  süngüsü  silah  otağının  qapısına  toxunub 

s

əs  elədi.  Seyid  cəld  qurbanlarını  yerə  buraxıb,  rabitəçi  otağı 



güman etdiyi 

qapıya qaçdı. Səksəkəli yatan rabitəçi səsə oyana 




 

22 


bil

ərdi.  Seyid  yanılmamışdı,  bu  rabitəçi  otağı  idi,  ancaq 

rabit

əçinin dünya vecinə deyildi. Telefonun dəstəyi əlində elə 



yatmışdı ki, top da atılsa, oyanmazdı.  

Seyid 


şirin-şirin  yatan  rabitəçiyə  yaxınlaşaraq,  eştiyatla 

telefonun  d

əstəyini  onun  əlindən  aldı.  Sonra  onun  qolunu 

başının  altından  götürüb  telefonun  şunurunu  boğazına  doladı 

v

ə var gücü ilə sıxdı. Rabitəçi bir-iki dəfə yüngülcə çapaladı, 



v

əssalam. Seyid bütün şunurları dartıb qopardı, aparatların işığı 

söndü.  Seyid  otaqdan 

çıxıb  qapını  sakitcə  örtdü.  Xorultu  səsi 

g

ələn  otağın  qapısına  iki  əl  qumbarası  bərkidib,  halqalarına 



jilka 

bağladı  və  sonra  şpilkaları  düzəltdi.  Silah  otağının 

q

arşısında  dayandı,  dörd  əl  qumbarasını  da  içəridəki  qapının 



ağzına qoydu. Jilkaları cütləyib girişdən bayıra çıxartdı və tez 

d

ə  içəri  qayıtdı.  Girişdə  alt  paltarında  bayıra  çıxan  əsgərlə 



qarşılaşdı.  Onu  saxlamadı  -  işi  var,  qoy  getsin.  Əsgər  də  öz 

hayında  idi,  ona  fikir  də  vermədi.  Sağa  -  dəhlizi  axıra  qədər 

getdi. Taybatay 

açılmış qapıya çatanda əl qumbaralarının ikisi 

döyüş vəziyyətində idi. Çatdı, içəri bir addım atdı. Bir sağa, bir 

sola 


baxdı,  ikimərtəbəli  əsgər  çarpayıları  dolu  idi.  İki-iki 

yatanlar da 

vardı. İlahi, bu nə iy-qoxdu, nə üfunətdi, belə yerdə 

insanmı yaşayar? – deyə düşündü Seyid. Tez də fikrindən vaz 

keçdi... 

İçəridən  gələn  baş  çartladıcı  üfunət  qoxusunun  da 

t

əhriki  ilə  qeyzlə  hamının  intiqamını  alırmışcasına  əl 



qumbaralarını  eyni  vaxtda  çal-çarpaz,  birini  sağa,  birini  sola, 

çarpayıların  üstünə  atdı.  Qoy,  gəlsinlər,  çıxışda  gözləyirəm  - 

dedi  öz-özün

ə.  Cəld  silah  otağının  yanına  qaçdı.  Arxasınca 

əvvəlcə partlayış, sonra ah-nalə, tükürpədici bağırtı qopdu. İki 

d

ənə  də  əl  qumbarasını  silah  otağının  içərisinə  dığırladı  və 



bayıra qaçdı - xorultu gələn otaq silah otağı ilə divar qonşusu 

olduğuna  görə  orda  yatanların  xorultusuna  haram  qatmadı 

Seyid. Lakin kim 

vaxtına qədər dözməyib tez oyansa idi, Seyid 




Yüklə 250,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə