[]



Yüklə 250,74 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix02.10.2017
ölçüsü250,74 Kb.
#2998
1   2   3   4   5   6   7

 

23 


onun «h

ədiyyəsini» qapıdan asmışdı. Seyid əvvəlcədən nəzərdə 

tutduğu, girişə tam nəzarət edən mövqeyinə çatanda arxada çox 

güclü 


partlayış  oldu  –  bu,  dəqiq  əl  qumbarası  deyildi.  O, 

diqq


ətlə baxdı ki, görsün, bu nə idi?  

İkinci partlayış elə güclü oldu ki, bina ortadan iki yerə ayrıldı. 

Bu anda Seyid cütl

ədiyi jilkanı var gücü ilə çəkdi; bir, iki, üç... 

partlayış səsləri ucaldı. Əl qumbaralarının səsi partlayan silah-

sursatın səsindən güclə seçilirdi. Arada raket də uçurdu, mina 

da 

partlayırdı  -  bir  sözlə,  əsl  atəşfəşanlıq  düzəltmişdi  Seyid. 



İndi  əlində  birinci  rastlaşdığı,  “qorxu  bilməz”,  yatılı  da 

g

əzməyi bacaran “igiddən” aldığı avtomat bu atəşfəşanlığı seyr 



ed

ə-edə  girişə  nəzarət  edir,  bağıra-bağıra  bayıra  qaçanları  bu 

əziyyətdən  qurtarırdı.  Seyid  ötən  müddət  ərzində  «xoşbəxt 

etdiyi» 


düşmən  əsgərlərinin  sayını  itirmişdi.  Pəncərələr  dəmir 

barmaqlıqlarla  bağlandığı  üçün  şərəfsizlər  qapıdan  çıxmağa 

m

əcbur  idi.  Seyid  isə  onları  səbirsızliklə  gözləyirdi.  Bu 



minvalla  Seyid 

düşmən  əsgərindən  götürdüyü  avtomatındakı 

patronların hamısını atdı. Sovetdən qalma sandıq çantasındakı 

dörd 


sandığı da boşaltdı. Sonra avtomatı yerə ataraq, kitelini və 

bretini 


çıxardıb elə qoydu ki, baxan elə bilsin kimsə var. Özü 

is

ə, gələndə gözaltı etdiyi ikinci mövqeyi tutdu. Bu,  dağılmış 



asfalt  örtüyün 

qurtaracağında,  həyətin  kənarında  köhnədən 

qalmış  beton  örtüklərin  arası  idi.  Seyid  buradan  dairəvi 

müşahidə  aparır,  hər  şeyi  dəqiq  görürdü.  Bura  həm  də  çıxış 

üçün  rahat  idi.  Seyid  ist

əsəydi, gəldiyi  kimi  də  çıxıb gedərdi, 

ancaq onun 

planında dönüş yox idi. Sonuna qədər irəli...  

Seyidin  saatdan  x

əbəri  olmasa  da,  hiss  etdi  ki,  səhərə  çox  az 

qalıb, dan yeri sökülmək üzrədir. 

…Bir az uzaqda partlayış səsləri eşidildi: bir, iki, üç... hə, təlyə 

siçan 

düşüb,  -  deyə  düşündü  Seyid.  İndi  harda  olsalar,  gəlib 



çıxarlar.  Mövqeyini  bir  də  yoxladı  Seyid.  Sağdan-soldan, 


 

24 


önd

ən-arxadan  təhlükə  yox  idi,  lap  top  atsınlar.  Düşmən 

düşərgəsi demək olar ki, yanıb qurtarmaq üzrə idi. Ara-sıra tək-

t

ək  əsgərlər  atəş  açsalar  da,  yaxına  gəlməyə  heç  kəs  cürət 



etmirdi. Seyid alt 

paltarında qaçanların heç birinə güllə atmadı, 

axı ata-babadan eşitmişdi ki, igid basdığın kəsməz, həm də o, 

qabağına duracaq adam axtarırdı, ancaq burada beləsi yox idi... 

Arada  ordan-burdan 

əsgərlərin  necə  qorxa-qorxa  ona  tərəf  

boylandığın görürdü. Elə bil, onlar atəş açmağa da qorxurdular, 

sanki  kimis

ə  gözləyirdilər.  Seyid  xatırladı  ki,  axı  bunlar 

kölg


əsindən  qorxanlardır,  yəqin  dovşandan  qorxanları 

gözl


əyirlər. Qoy, gəlsinlər – deyə düşündü Seyid.  

Artıq  sübhün  ilk  işartıları  sezildiyi  anda  həyətə  girən 

maşınların  uğultusu  eşidildi  və  eyni  anda  hər  tərəfdən  güllə 

yağmağa  başladı.  Ancaq  Seyid  tələsmirdi,  yaxınlaşmalarını 

gözl

əyirdi - boşa güllə atmaq istəmirdi. – Gəlin, şərəfsizlər, bir 



balaca 

şərəfiniz  varsa,  yaxınlaşın,  -  deyə-deyə  gözü  önündə 

“Uzaq  sahillərdə”  filmində  Mehdinin  meydanın  ortasında 

faşistləri gözlədiyi səhnəni canlanırdı. Yox, yox, Seyid heç bir 

şəraitdə  özünü  partlatmazdı  -  özünə  xəsarət  yetirməyin  ən 

böyük günah 

əməllərdən biri olduğunu lap körpəlikdən bildiyi 

üçün  bu  bar

ədə  heç  vaxt  fikirləşməmişdi  belə.  Silah-sursatını 

bir  daha 

yoxladı,  öz  avtomatından  bir-iki  güllə  atmışdı  – 

dem


əli,  onunla  xeyli  atışmaq  olar.  Bütün  sandıqları  doludur. 

H

ələ  cibində  dolu  daraqlar  da  var,  üç  dənə  əl  qumbarası  da. 



Tüstü 

şaşkaları da durur, lazım olar. 

G

əlin, gəlin  – desə  də,  dovşandan qorxanlar  uzaqdan  səs-küy 



etm

əyə üstünlük verirdilər. Seyid onların da sırasına vər saldı. 

Seyid  gördü  ki, 

əl  damının  arxasında  biri  digərlərini  başına 

yığaraq nəsə göstəriş verir. Aradakı məsafə 35-40 metr ancaq 

olardı. Ya Allah, - deyib, iki əl qumbarasını elə ustalıqla atdı 

ki, 

topanın  tən  ortasına  düşdü.  Elə  bil,  arının  yuvasını 




 

25 


qurdaladın.  Bundan  sonra  dovşandan  qorxanlar  dovşan  kimi 

ora-bura 

qaçmağa başladı. Seyid ovladığı «dovşanların» sayını 

çoxdan 


itirmişdi.  Şərəfsizlər  əl  qumbaraatanlarından  və 

avtomatik  qumbaraatanlardan 

atmağa  başladılar.  Mərmilər 

beton  örtükl

ərə  dəydikcə,  qopan  qəlpələrdən  çıxan  səs-küy, 

uğultu  Seyidin  beynini  içəridən  yeyirdi.  O,  bir  peşəkar  kimi 

insan orqanizminin bu v

əzyyətdə çox davam gətirə bilməyəcini 

bilirdi, ancaq mümkün q

ədər çox «dovşan» ovlamaq lazımdır, 

yol  azuq

əsi  üçün  -  o,  düşündü.  Hiss  edirdi  ki,  istəmədiyi 

h

ərəkətləri  edir,  beyni  sarsıdıcı  uğultunun,  canqa-curuq  səs-



küyün  içind

ə  sızıldayırdı.  Yaralanmasa  da,  özünü  yaxşı  hiss 

etmirdi. 

Lazım  olmadığı  anda  qalxır,  fırlanırdı.  Qəflətən 

gicgahından  arı  sancdı  sanki,  əlini  başına  apardı,  deyəsən, 

başına nəsə dəymişdi. Yəqin “AQS” qəlpəsidir, gör a, bu qədər 

ehtiyatla 

hazırlaş, dəbilqəni götürmək yaddan çıxsın, əgər indi 

başımda  olsadı,  heç  bu  zibil  də  başıma  dəyməzdi,  bir  az  da 

qırardım  bu  şərəfsizlərdən,  ona  görə  komandirlər  həmişə 

dey

ərdi  ki,  “kaska”  əsgərin  ikinci  başıdır,  döyüşə  “kaska”sız 



ged

ən  elə  bil bir başla gedir,  ona  da  bir  şey  olanda,  bax belə 

olur,  -  dedi  öz-özün

ə  Seyid.  Lakin  hər  şey  qaydasında  idi, 

Seyid 

axırıncı  əl  qumbarasını  yaxınlaşmaq  istəyən  qrupun 



üz

ərinə  atdı.  Bir  tərəfdən  uğultu,  bir  tərəfdən  yaralı 

«

dovşanların»  cığıltısı  Seyidin  beyninə  işləyirdi.  Gözü  açıq 



olsa  da,  arada  sanki  yumulur,  gözünün 

qabağına  dağlar  gəlir, 

h

əmişə Günəşin batdığı yerdə, günbatanda Günəş doğurdu. O, 



başını silkələdi - lənət şeytana, bu nədi belə? Gündoğana baxdı, 

dan  yeri  al  qana 

boyanmışdı,  Günəş  dağların  arxasından 

doğmaqda  idi  Günbatanda.  Seyid  ani  olaraq  nəsə  düşünərək, 

tüstü 

şaşkasının  birini  çəkib  atdı.  İkincisini  də  ondan  bir  az 



qabağa  atdı.  Ətrafı  qırmızıya,  boza  çalan  göy  tüstü  bürüdü. 


 

26 


Seyid 

dayandığı  mövqedən  çıxıb,  sökülmüş  asfalt  örtüklə 

torpağa tərəf getdi.  

İndi o, örtüyün qurtardığı yeri, bizim bağlardan sökülən beton 

dir

əkdən olan səkini aydın görürdü. Bu anda «çıp, çıp» iki səs 



g

əldi qulağına, öndən bir balaca sağ tərəfdən sanki iki arı eyni 

anda 

sancdı.  -  Bu  it  arıları  ilə  çox  oynadım  a,  deyəsən  - 



düşündü  Seyid.  Sol  böyründə  ağrı  hiss  etdi,  əlini  yumşaq 

komfilyaj köyn

əyinin üstü ilə aşağı sürtdü. Solda, aşağıda baş 

barmaq gir

ən böyüklükdə yara açılmışdı, bu da son – düşündü 

Seyid.  Üzünü  göy

ə  tutub,  -  Allahım,  bu  mərtəbəni  mənə  çox 

görm


ə,  məni  yaralı  bu  şərəfsizlərə  əsir  etmə  -  dedi.  Üstündə 

quru  otlar  olan 

torpağı  görürdü.  İstədi  oraya  çatıb  torpağın 

üstün


ə  uzanaraq dincəlsin.  Səki  ilə  arasında  üç-dörd  addımlıq 

m

əsafə  var  idi.  Hər  tərəf  tüstü  idi,  hiss  etdi  ki,  iki  dəstəkli 



avtomatı  ona  ağırlıq  edir,  istədi  atsın,  ancaq  komandirlərinin 

sözü 


qulağında cingildədi: “Əsgərin silahı arvadından irəlidir”.  

O, avtomat

ı atmadı, ancaq avtomat özü sürüşüb düşdü əlindən. 

Bir-iki 


addım  atıb  səkiyə  çatdı.  İndi  5-6  sm-lik  səki  onun 

qarşısını  kəsmişdi.  Bu  qədər  dağları,  dərələri  aşasan,  bir 

“barduru” keçə bilməyəsən – deyə düşündü Seyid. Son gücünü 

toplayıb, bir addım da atdı, asfalta yıxılmaq istəmirdi. İstəyirdi 

ki,  ill

ərdir mərd oğulların nəşinə təşnə qalan, şərəfsiz düşmən 

əsarətində  inləyən  vətən  torpağına  yetirsin  özünü...  Ayağı 

s

əkiyə ilişdi, yıxılmadı, səndələdi bir az... Yavaşca sağ dizi üstə 



çöküb,  sag  böyrü  üst

ə  uzandı  -  sol  yaman  incidirdi. Sağ əlini 

torpağa  tərəf  uzatdı,  başını  qaldırıb,  həsrətlə  baxdı  burnunun 

ucundakı  torpağa:  İlahi,  hələ  çoxmu  öz  torpağımızda  həsrətlə 

baxacayıq  öz  torpağımıza  -  dedi  və  başını  qolunun  üstünə 

qoydu.  Hiss  etdi  ki,  irad

əsini  itirir,  istədi  gözlərini  yumsun, 

ancaq  göz 

qapaqları  sözünə  baxmadı.  İstədi  sol  əlini  qaldırıb 

gözl


ərini  yumsun.  Qolunu  bir  az  qaldırdı,  ancaq  axıra  qədər 


 

27 


qalxmadı,  yanına  düşdü.  Göy  üzünə  baxa-baxa  kəlmeyi-

şəhadət  gətirdi.  Daha  heç  nə  düşünmürdü,  gedirdi  üzü 

Günbatandan 

doğan  Günəşə  tərəf  gedirdi...  Sanki  kimsə  onu 

g

əzdirirdi:  bura  Ağdərədir,  bura  Kəlbəcərdir,  bura  Laçındır, 



bura  Göyç

ədir,  bura  Borçalıdır,  bura  Dərbənddir,  bura 

İrəvandır,  bura  Zəngəzurdur,  bura  Təbrizdir,  bura  Füzulidir, 

bura  Z


əngilandır,  bura  Qubadlıdır,  bura  Cəbrayıldır,  bura 

Xocav


ənddir,  bura  Ağdamdır,  bura  Xocalıdır,  bura 

Xank


əndidir, bura Şuşadır - Qaladır eee, Qala, bura Qarabağdır 

-  bura 


dünyanın  mərkəzidir,  bura  bəşəriyyətin  beşiyidir,  bura 

Ad

əmin  vətənidir,  bura  Azərbaycandır.  Bu  torpaqlar  türk 



oğluna  Uca  Tanrının  ərmağanıdır,  bu  torpaq  Adəmin 

yoğrulduğu  torpaqdır,  bu  torpağın  uğrunda  şəhid  olmaq  hər 

k

əsə nəsib olmur...  



O, 

quş  kimi  idi,  sərhəd  tanımırdı.  Elə  bil,  bayaq  bir  səkinin 

əlində  aciz  qalan  adam  deyildi.  Üzü  Günbatandan  doğan 

Gün


əşə doğru gedirdi. Birdən dayandı, mən hara gedirəm belə, 

b

əs  bu  mənə  deyilənləri  necə  çatdırım  vətən  oğullarına,  - 



düşüncəsi ilə uçdu göylərə...  

İndi Günbatanda bir ulduz parlayır, elə parlayır, elə parlayır ki, 

sanki g

əl, gəl, bu tərəfə gəl, buralar səni gözləyir - deyir... 



 

07-21 fevral 2011. BAKI. 

 

 

 

 

 

 

 

 


 

28 


 

 

 

 

 

 

 

 

 

 

 

                                   

ÇALIŞMALAR 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

29 


 

                                                                

TÖVSİYƏLƏR 

 

 

 

 

 

 

 

Öyr

ədənlərə 

 

Çalışın  ki,  öyrənənlər  sualları  sərbəst  cavablandırsın.  Siz, 



sad

əcə, onlara məlumat mənbələrini tapmaqda köməklik edin; 

bu m

ənbə internetdəki müxtəlif axtarış sistemləri ola bilər. 



 

 

 

 

 

 

Öyr

ənənlərə 

 

Bu 



çalışmaları  yerinə  yetirməklə,  əsərdə  bədii  dillə  təsvir 

olunmuş  hadisələrlə  real  həyat  arasında  əlaqə  yaratmış 

olacaqsınız  ki,  bu  da  əsərin  qayəsinin,  məramının  tam 

açılmasına xidmət edir. Bu suallara cavab vermək çox asandır, 

dostum, 

düşün bir az... 



 

 

 

 


 

30 


Çalışma 1. 

 

Əsgərlərin  «Seyid»  deyə  müraciət  etdiyi  qəhrəman  kimdir 



(

Adı,  soyadı,  nə  vaxt  və  harada  doğulub,  harada  yaşayıb?  O, 

n

əyə  dözə  bilmirdi,  nə  vadar  etdi  ki,  hərbi  xidmətini  başa 



vurduqdan  sonra  yenid

ən  ordu  sıralarına  qayıtdı?)?  Bu  sualı 

mümkün q

ədər tam və dolğun cavablandırmaqla kiçik bir inşa 

yazmağa çalış. İnşaya adı özün seç. 

 

- ... 



 

Çalışma 2. 

 

Az



ərbaycanın  xəritəsini  gözlərin  önündə  canlandırmaqla 

(x

əritədən  istifadə  etmək  də  olar)  düşmənlə  təmas  xəttinin 



keçdiyi rayon v

ə kəndlərimizin siyahısını tərtib etməyə çalış. 

- ... 

 

Çalışma 3. 



 

T

əmas  xəttinin  keçdiyi  rayonlardan  və  kəndlərdən  biri 



haqqında inşa yaz haqqında (yeri, relyefi, mənzərələri, iqlimi). 

Adını özün seç. 

- ... 

 

 



 

 

 

 

 


 

31 


Çalışma 4. 

 

Çalışma  3-də  haqqında  yazdığın  bölgədən  olan  bir  qəhrəman 



haqqında  sərbəst  mövzuda  inşa  yaz.  Mütləq  orada  da  bir 

q

əhrəman vardır (istədiyin qəhrəmanlıq və hadisə barədə yaza 



bil

ərsən). 


-... 

 

Çalışma 5. 

 

Q

əhrəmanımız  hansı  hərbi  rütbəni  daşıyırdı?  Azərbaycan 



Ordusundakı  hərbi  rütbələri və  rütbə nişanlarını  yaz  və  öyrən 

(bunun üçün böyükl

ərin yardımından və dərslikdən istifadə edə 

bil


ərsən). 

- ... 


 

Çalışma 6. 

 

“Vətəni  sevmək  imandandır”  adlı  sərbəst  mövzuda  inşa  yaz. 



Sualları özün tərtib et. 

- ... 


 

Çalışma 7. 

 

S



ən  vətən  üçün  nə  edəcəksən?  Fikirlərini  qeyd  et,  oxu  və 

düşün, daha nələr etmək olar? 

-... 

 

 



 

 


 

32 


 

Çalışma 8. 

 

Az



ərbaycanın işğal altında olan rayonlarının siyahısını tərtib et 

v

ə hər biri haqqında ayrılıqda qısa məlumat yaz. 



-... 

 

a) 

AĞDAM 

 

b) 

AĞDƏRƏ 

 

c) 

CƏBRAYIL 

 

ç) 

FÜZULİ 

 

d) 

XANKƏNDİ 

 

e) 

XOCAVƏND 

 

ə) KƏLBƏCƏR 

 

f) QUBADLI 

 

g) LAÇIN 

 

ğ) ŞUŞA (QALA) 

 

h) 

ZƏNGİLAN 

 

x) 



Əlavə  olaraq  işğal  altında  olan  istədiyin  kənd  və  qəsəbə 

haqqında yaza bilərsən. 




 

33 


 

Çalışma 9. 

 

Xocalı haqqında sərbəst movzuda inşa yaz. Adın özün seç. 



 

Çalışma 10. 

 

Tarix



ən  mövcud  olmuş  türk  tayfaları  haqqında  məlumat 

toplamağa çalış. 

 

Çalışma 11. 

 

İndi  Azərərbaycan  türklərinin  yaşadığı  ərazilərdə  tarixən 



movcud 

olmuş dövlətlər və onların sərhədləri barədə məlumat 

toplamağa çalış. 

 

Çalışma 12. 

 

İşğal  altında  olmayan,  lakin  başqa  ölkələrin  sərhədləri 



daxilind

ə yaşayan Azərbaycan türkləri barədə yaz. 

 

Çalışma 13. 

 

K



ərkük türkmənləri və qaqauzlar haqqında nə bilirsən? 

 

 



 

 

 

 

                                                                   


 

34 


                                       Maraq üçün 

 

Zaur  Ustac  1988-ci  ilin  may 



ayından  etibarən,  ehtiyac  olan 

m

əqamlarda mütamadi olaraq dövri mətbuatda və əsasən qapalı 



auditoriyalarda 

çıxış  edir.  Ara-sıra  yenə,  yeri  gəldikcə  şeirlər 

yazır. 

Ustaca gör



ə, yazarlar ancaq yazarlar... Yəni şübhəsiz ki, hikmət 

v

ə söz Uca Yaradana məxsusdur. 



Biz, sad

əcə, diktə olunanları qələmə alan, qələm tutan qullarıq 

- q

ələmin sahibi də odur... 



Ustaclıyam, əlim ərşi-əlada, 

Bu n

ə sitəm, millətim nə bəlada?! 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

35 


 

əllif: Zaur Ustac 



           (Zaur Mustafa 

oğlu Mustafayev) 

 

Kitabın adı: “Oriyentir ulduzu”  



 

T

əyinatı: Yuxarı sinif şagirdləri üçün sinifdənxaric oxu vəsaiti. 



 

M

əqsəd:  Uşaq,  yeniyetmə  və  gənclərdə  vətənpərvərlik  hissini 



gücl

əndirmək. 

 

Tövsiy


ə: Çalışın tapşırıqları yerinə yetirəsiniz. 

 

Kitab 


“Yazarlar”ın kompüter mərkəzində yığılıb. 

 

Kompüterd



ə yığdı: Gülü. 

 

Çapa 



imzalandı: 21.02.2016. 

 

Redakt



ə və bütün hüquqlar müəllifə məxsusdur. 

 

Sayı: 3500. 



 

Qiym


əti: PULSUZ. 

 

Əlaqə: zauryazar@mail.ru 



           (+994)777110575 

           F/b: Zaur Ustac 



Yüklə 250,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə