[]



Yüklə 342,69 Kb.

tarix17.06.2018
ölçüsü342,69 Kb.















































































































215 
 
                                              Birinci  addımın  uğuru... 
                                                                  (son  söz) 
     Qələm  dostum  Avşar  Eyvaz  “Həyatın  rəngi”    adlı  kitabının  siqnal  
variantını    mənə  verib  rəy—“son  söz”    yazmağımı    xahiş    edəndə    bir    az  
tərəddüd  etdim.  Bu  kitaba  ürəklə  çox  gözəl  bir  ön  söz  yazmış    ustad  
sənətkar,  eloğlumuz   Ənvər  Əhməddən  sonra  əlavə  sözə  ehtiyac  qalmırdı.  
Lakin  A. Eyvaz  çox  təkidlə,  ərklə  söylədi  ki,  son  səhifələri  sənin  üçün,   
sənin  dəyərli  fikir  və  ideyaların  üçün  ağ  saxlamışam...  Razılaşdım... 
      Avşar  Eyvazı  xeyli  müddətdir  ki,  tanıyıram.  Onun  şeirə,  sənətə  
məftunluğundan  doğan  bir  könül  yanğısını  hiss  etmişəm  və  ədəbi  uğurlarına  
görə  hər  görüşümüzdə    mülahizələrimizi  bölüşmüşük.  Söhbətlərimiz  zamanı  
özündən  əvvəlki  söz  adamlarına,  tanınmış    ədəbi    simalara    qarşı  tutduğu  
aqressiv  mövqeyi  ilə   razılaşmadığım  vaxtlar  da  olub 
     Ədəbiyyata  gələn  yaradıcı  şəxsin  özünə  inamı  çox  vacib  şərtlərdən  biri  
və  bəlkə  də,  mən  deyərdim,  ən  birincisidir.  Əlinə  qələm  alanın  özündən  
əvvəlki  nəslə  yanaşmasında  bir  ədalət  prinsipi  və    bir    məsuliyyət  hissi  
olmalıdır.  Lakin  özünə  olan  inam  özünə  vurğunluqla  əvəzlənəndə  hər  hansı  
bir  istedad  sahibi  yarı  yolda  qalır,  öz  poeziya  rübabını  sonacan  dilləndirə  
bilmir.  Bu  isə  həyatın  təbii  bir  qanunauyğunluğu  ilə  bağlıdır. 
     Avşar  Eyvazın  yaradıcılığında  olan  vətənpərvərlik  ruhu  ilə  bərabər  incə  
bir  lirizm  də  yer  tutur.  Müəllifin  üz  tutduğu  hər  hansı  bir  mövzunun  poetik  
həllini  ustalıqla  verə  bilməsi  çox  təqdirəlayiqdir.  Müəllifin  oxucuya  aşılamaq  
istədiyi  məramı    aydın,  rəvan  bir  dillə  çatdırmağı  sözün  imkanlarından  
yaradıcılıqla  yararlanması  və  ondan  bəhrələnməsi  sənətin  tələblərindən  doğan  
ilkin  şərtlərdən  biridir. 
     Redaktoru  olduğum  “Tərəkəmə”    qəzetinin  səhifələrində  A. Eyvaza  yer  
ayıranda,   onun  istedadına  və  gələcəkdə  yaxşı  bir  şair   olacağına  inanmışam.  
Elə  bu  anlarda  ürək   









Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə