[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

 
 
42 
 
 
 
 
(Əmr sahiblərini dinləmək və onlara itaət etmək) 
 
[26]  Allahın  sevdiyi  və  razı  qaldığı  işlərdə  imamları  dinləmək  və  onlara 
itaət  etmək.
47
 Kim  insanların  icması  və  razılığı  ilə  xəlifə  olarsa  o, 
möminlərin  əmiri  sayılır.  (İmamın)  xeyirxah  və  ya  facir  olmasından  asılı 
olmayaraq  heç  kəsə  başının üstündə  bir  imamın  olmadığına  etiqad  edərək 
gecələmək halal deyildir.
48
 
                                                                                                                                                                                         
dedi:  “(Bununla)  ixtilaf  aradan  qalxmır,  əksinə  digər  görüşə  dönmək  və  onu  götürmək 
olar, çünki əl-Əcurri kitabında İbn Ömər’dən belə dediyini rəvayət edir: “Allahın elçisi – 
salləllahu  aleyhi  va  səlləm  –  dedi:  “Səhabələrim  ulduzlar  kimidir,  hansının  sözünü 
götürsəniz hidayət taparsız.” Bunun üzərinə ona deyildi: Bu hədisi necə dəlil gətirirsiz? 
Halbuki, İsmail bin Said deyir: “Əhməddən peyğəmbərin – salləllahu aleyhi va səlləm – 
“səhabələrim ulduzlar kimidir, hansını izləsəniz hidayət taparsız” sözlərini dəlil gətirən 
haqqında soruşdum və dedi: “Bu hədis səhih deyildir.” Ona belə cavab verərik: “Əhməd 
səhabələrin fəziləti haqqında bunu dəlil gətirib və ona etimad edib, belə ki, Əbu Bəkr əl-
Xalləl  “əs-Sünnə”  kitabında  deyir:  “Ubeydullah  bin  Hənbəl  bin  İshaq  bin  Hənbəl  bizə 
xəbər verdi: Atam mənə rəvayət etdi: Əbu Abdilləhi belə deyərkən eşitdim: “Həddi aşma 
Muhammədin  səhabələrini  zikr  etməkdədir,  çünki  Allahın  elçisi  –  salləllahu  aleyhi  va 
səlləm – deyib: “Səhabələrim (barəsində sizə) Allahı, Allahı (xatırladıram), onları hədəf 
etməyin!”  (Həmçinin)  dedi:  “Onlar  ulduzlar  kimidir,  onlardan  hansını  izləsəniz  hidayət 
taparsız.”  (əl-Qadi  Əbu  Yalə)  dedi:  Bu  ləfzi  dəlil  gətirmişdir,  beləliklə  bu,  (hədisin)  ona 
görə səhih olduğunu göstərir.” “əl-Musəvvadə” kitabında hədis haqqında zikr olunan bu 
sözlər  İmam  Əhmədin  bu  hədisin  mənasını  bəzi  məqamlarda  səhih  olaraq  qəbul 
etməsini göstərir. 
47
 Beləliklə Allahın rzasına uyğun olmayan işlərdə heç bir qula itaət etmək caiz deyildir. 
48
 Əgər  müsəlmanların  başlarında  şəriətin  prinsiplərini  icra  edən  bir  imam  və  ya  əmir 
varsa  və  müsəlmanlar  onu  bir  imam  və  ya  bir  əmir  olaraq  qəbul  ediblərsə,  camaatdan 
ayrılaraq  əmr  sahibinin  vilayətini  rədd  etmək  heç  kəsə  halal  deyildir.  Muslim  “əs-
Sahih”də (1851) rəvayət edir: “Yezid bin Muaviyə’nin zamanında əl-Hərra’dakı hadisələr 
baş verən bir zaman Abdullah bin Ömər Abdullah bin Muti’in yanına gəldi və (İbn Muti) 
dedi:  “Əbu  Abdir-Rahmən  üçün  bir  balış  atın!”  (İbn  Ömər)  dedi:  “Mən  oturmaq  üçün 
gəlməmişəm. Allahın elçisini – salləllahu aleyhi va səlləm – deyərkən eşitdiyim bir hədisi 
sənə danışmağa gəlmişəm. Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən 
eşitdim:  “Hər  kim  əlini  itaətdən  üzərsə  Qiyamət  günü  Allahın  qarşısına  heç  bir  üzrü 
olmadan çıxacaq. Hər kim boynunda beyət olmadan ölərsə cahiliyyə ölüsü kimi ölər.” Bu 
və  buna  bənzər  digər  hədislər  müsəlman  əmirlərə  itaət  etməyin  vacibliyini  göstərir. 


 
 
43 
 
[27]  Həcc  və  hərbi  döyüş  etmək  imam  ilə  keçərlidir.  Onların  arxasında 
cümə  namazı  qılmaq  caizdir.  Cümə  namazından  sonra  altı  rükət  namaz 
qılsın
49
 və hər iki rükətin arasında ara versin. Əhməd bin Hənbəl bu şəkildə 
deyib. 
                                                                                                                                                                                         
Müsəlman əmirə qarşı çıxmaq müsəlman icmasına, birliyinə qarşı çıxmaqdır ki, dinimiz 
bunu şiddətlə qınamışdır.  
49
 Bu, İmam Əhməddən gələn rəvayətlərdən biridir. Səhabələrdən Əli bin Əbi Talib, Əbu 
Musa və Abdullah bin Ömər bu görüşdə olublar. İbn Əbi Şeybə “əl-Musannəf” kitabında 
(4/117)  deyir:  “Huşeym  bizə  rəvayət  etdi,  dedi:  Ata  bin  əs-Səib  bizə  Əbu  Abdir-
Rahmən’dən  belə  dediyini  rəvayət  etdi:  “İbn  Məsud  bizim  yanımıza  gəldi  və  bizə 
cümədən sonra dörd rükət qılmağımızı əmr edərdi. Lakin yanımıza Əli gəldikdə bizə altı 
(rükət)  qılmağımızı  əmr  etdi,  beləliklə  Əlinin  sözünü  götürdük  və  Abdullahın  sözünü 
tərk etdik.” Dedi: “Əvvəl iki, sonra dörd rükət qılardır.”...Əbul-Əhvas bizə Əbu İshaq’dan, 
o  da  Atadan  belə  dediyini  rəvayət  etdi:  “İbn  Ömər  cümə  qıldıqdan  sonra  altı  rükət 
qılardı;  birinci  iki,  sonra  dörd  qılardı.”  Əbu  Davud  “əs-Sünən”  kitabında  (hədis:  1123) 
deyir:  “Muhamməd  bin  Abdil-Aziz  bin  Əbi  Rizmə  əl-Mərvazi  bizə  hekayət  etdi:  əl-Fədl 
bin Musa bizə Abdul-Hamid bin Cafər’dən, o, Yezid bin Əbi Həbib’dən, o isə Ata’dan, o da 
İbn Ömər’dən rəvayət etdi: “(İbn Ömər) Məkkədə olarkən və cümə qılarkən önə keçər və 
iki  rükət  qılardı,  sonra  yenə  çıxaraq  dörd  rükət  qılardı.  Mədinədə  olduqda  isə  cümə 
qılardı, sonra evinə qayıdardı və həmən iki rükət qılardı, məsciddə isə qılmazdı. Ondan 
(bu barədə) soruşuldu və dedi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – belə edərdi.” 
Bu hədisi ət-Tahavi, ən-Nəvəvi, müasirlərdən isə əl-Albani səhih sayıb. Cümədən sonra 
altı  rükət  qılmaq  Sufyan  əs-Səvri,  Əbu  Yusuf  və  ət-Tahavi’nin  də  görüşüdür.  Bu  barədə 
məzhəbin görüşünü Alləmə əl-Fətuhi “Muntəhə əl-İradət” kitabında (1/360) belə deyir: 
“Ondan sonra ən az sünnət iki rükətdir, ən çoxu isə altıdır.” Bu isə yuxarıda gətirdiyimiz 
kimi  İbn  Ömərin  edərkən  bu  əməlini  peyğəmbərimizə  -  salləllahu  aleyhi  va  səlləm  – 
nisbət  etməsinə  görədir.  Lakin  İbn  Rəcəb  –  rahmətullahi  aleyhi  –  “Təqrirul-Qavaid  va 
Təhrirul-Fəvaid”  kitabında  (1/87)  deyir:  “Əshabımıza  gəldikdə  isə  onlar  bunda  yalnız 
səhabələrdən onların altı rükət qılmaqları haqqında nəql olunana istinad ediblər.” Sanki 
İbn  Rəcəb  zikr  etdiyimiz  hədisin  mərfu  hökmündə  olduğunu  qəbul  etməmişdir.  Lakin 
hənbəli alimləri yalnız səhabələrin əməlinə deyil, həm də bu barədə gəlmiş İbn Ömərin 
hədisinə  də  əsaslanıblar.  Alləmə  Mustafa  əs-Suyuti  ər-Ruheybəni  “Mətalib  Ulin  Nuhə  fi 
Şərh  Ğayətil-Muntəhə”  kitabında  (1/872)  deyir:  “[Ən  çoxu  isə],  yəni  cümədən  sonra 
qılınan sünnətdə (ən çoxu) [altı] rükətdir. (İmam Əhməd) bunu deyib. Çünki İbn Ömər 
deyib:  “Allahın  elçisi  –  salləllahu  aleyhi  va  səlləm  –  bunu  edərdi.”  Bunu  Əbu  Davud 
rəvayət edib.” İbn Ömərin Məkkədə altı, Mədinədə isə evində iki rükət qılması isə ondan 
irəli gələ bilər ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – Məkkədə evi olmadığı üçün 
məsciddə, Mədinədə isə evində qılmışdır. Məşhur hənəfi əl-Ayni alimi – rahiməhullah – 
Əbu Davudun “əs-Sunən” əsərinə yazdığı şərhində (4/473-474) deyir: “Əgər soruşsalar 
ki, İbn Ömərin bu cür qılmasındakı hikmət nədir? Deyərəm: O özü cavab verərək bunu 
Allahın  elçisinin  etdiyini  demişdir.  Lakin  Allahın  elçisinin  –  aleyhissələm  –  felindəki 
hikmətin  izahı  qaldı.  Ola  bilsin  ki,  o,  -  aleyhissələm  –  Mədinədə  evini  namazdan  xali 
etməmək  üçün  nafiləni  orada  qılmağa  üstünlük  vermişdir,  lakin  Məkkədə  isə  qalmağa 
evi olmamışdır, ona görə də Haram məscidi (namaz üçün) daha uyğun olub. Aşkar olan 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə