[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   2   3   4   5   6   7   8   9   ...   37

 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 

 
 
 
 
Tərcüməçinin müqəddiməsi 
 
Bizi  İslam  dini  ilə  nemətləndirən,  nəfsimizi  idarə  etmək  üçün  bizi  əql  ilə 
təchiz  edən  aləmlərin  rəbbi  Allaha  sonsuz  həmd  olsun!  Onun  nemətləri 
saymaqla  bitməz,  bizə  göstərdiyi  lütfü  və  mərhəməti  düşünməklə  əhatə 
olunmaz!  İnsanlara  rəhmət  olaraq  göndərdiyi  sonuncu  elçisi,  bəşəriyyətin 
ağası, yaradılmışların ən xeyirlisi Muhamməd Mustafaya ən əfsəl salavat və 
salam  olsun.  Həmçinin  onun  ailəsinə,  ona  çətinliklərdə  yoldaşlıq  etmiş 
səhabələrinə və ona Qiyamət gününə qədər tabe olacaq hər bir kəsə Allahın 
salavatı və bərəkəti olsun! 
Mən  şahidlik  edirəm  ki,  Allahdan  başqa  ibadətə  layiq  haqq  bir  məbud 
yoxdur.  O,  Təkdir,  heç  bir  şəriki  yoxdur!  Bütün  gözəl  isim  və  sifətlər  Ona 
aiddir.  Şahidlik  edirəm  ki,  Muhamməd  Onun  qulu,  sevimlisi  və  elçisidir. 
Risaləti  təbliğ  etdi,  əmanəti  yerinə  yetirdi,  ümmətinə  nəsihət  etdi,  Allah 
onun  əli ilə insanların  dərdini  qaldırdı və  ölənə qədər Allah uğrunda  haqq 
ilə cihad etdi. 
Allahın  qullarına  verdiyi  ən  böyük  nemətlərdən  biri  də  oxumaq  və  dərk 
etmək  nemətidir.  Bunun  sayəsində  insan  övladı  elmi  qoruya  bilmiş  və 
nəsildən  nəsilə  ötürə  bilmişdir.  Yalnız  ağıl  sahibləri  bu  nemətin  əzəmətini 
dərk edə bilər. Məhz bu imkanın sayəsində biz bu gün əsrlər əvvəl qələmə 
alınmış  kitabları  vərəqləyə  bilirik,  onlardan  yararlana  bilirik.  Səhabə 
dönəmindən sonra yaşamış müsəlman alimlər elmi kitablara qeyd etməyin 
və  onu  sonrakı  nəsillərə  ötürməyin  əhəmiyyətini  gözəl  anlayırdı.  O  zaman 
əqidə, təfsir, hədis, fiqh və daha bir çox fəndə kitablar yazılmışdı. Bu yöndə 
ən  vacib  vəsait  əqidə  mövzusunda  yazılmış  kiçik  və  böyük  kitablar  idi.  Bu 
dəfə sizə təqdim edəcəyimiz kitab da hicri üçüncü əsrin sonu və dördüncü 
əsrin  əvvəlində  yaşamış  böyük  islam  aliminin  yazdığı  bir  kitabdır.  Əbu 
Muhamməd  əl-Bərbəhəri  adı  ilə  tanınan  bu  böyük  alim  islam  xilafətinin 
paytaxtı,  elmin  mərkəzi  olan  Bağdadda  yaşamış  və  orada  fəaliyyət 
göstərmişdir.  


 
 
10 
 
Yazdığı  kitab  alimlər  yanında  “Şərhus-Sunnə”  adı  ilə  tanınır  və 
müsəlmanlara xitab olaraq onları bidətlərdən çəkindirmək və sünnətə tabe 
olmağa  çağırmaq  məqsədilə  yazılmışdır.  Kitabın  öz  həcmində  çox  faydalı 
olduğunu  düşünürük,  çünki  kitab  o  zamanın  elmi  mühitini  özündə  təmsil 
edir, əsas məsələlərə toxunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
11 
 
 
 
 
Kitabda gördüyümüz işlər 
 
Bu işimizdə kitabı tərcümə etməklə kifayətlənmədik, lakin onu oxucu üçün 
daha faydalı etmək məqsədi ilə orta çaplı bir təhqiq işi gördük. Kitabda bir 
çox  məsələ  haqqında  kifayət  qədər  məlumat  vermişik,  lakin  bununla  belə 
məsələlərin haqqını verdiyimizi düşünmürük. 
Kitabın əvvəlində müəllifin həyatı haqqında, kitabın əlyazması haqqında və 
kitabın  müəllifə  nisbəti  haqqında  bir  qədər  məlumat  verdik.  Kitabın 
müəllifə nisbəti haqqında müasir dövrdə ortaya bəzi şübhələr atıldığı üçün 
o şübhələr qısa olaraq cavab verməyə çalışdıq. 
əl-Bərbəhərinin  “Şərhus-Sunnə”  kitabı  bir  çox  şeyx  tərəfindən  təhqiq 
olunub və çap olunub. Kitabı ilk dəfə Muhamməd bin Said əl-Qahtani təhqiq 
etmişdir və hicri 1408-ci ildə çap etmişdir. İkinci təhqiq Xalid bin Qasim ər-
Raddədi’yə aiddir. Əldə edə bildiyimiz ən son təhqiq isə Abdur-Rahmən bin 
Əhməd əl-Cəmizi’yə aiddir. Bunların arasında gördüyümüz ən dəqiq təhqiq 
əl-Cəmizi’yə aiddir və tərcüməmizdə əsasən ona əsaslanmışıq. 
Onu  da  qeyd  etməliyik  ki,  kitab  ərəbcə  çap  olunmuş  orijinal  şəklində 
rəqəmlərlə  müşaiyət  olunan  hissələrdən  ibarətdir.  Fərqli  təhqiqlərdə 
hissələrin  rəqəmləri  fərqlənir.  Biz  tərcüməmizdə  rəqəmlərin  təyin 
olunmasında  hər  hansı  bir  təhqiqə  əsaslanmadıq,  lakin  özümüzün  uyğun 
gördüyümüz mənaya uyğun olaraq hissələrə ayırdıq. 
Hədislərin təxricində izlədiyimiz metod belədir ki, əl-Buxari və Muslimin və 
ya  onlardan  birinin  rəvayət  etdiyi  hədisdə  yalnız  onların  rəvayət  etdiyi 
hədisin  rəqəmini  qeyd  etməklə  kifayətləndik.  “əs-Sünən”  kitablarına  və 
digər  kitablara  nəzər  salmadıq.  Çünki  ümmət  əl-Buxari  və  Muslimin  “əs-
Sahih”  kitablarını  səhih  olaraq  qəbul  etmişdir.  Digər  kitablarda  keçən 
hədislərin təxricini bir qədər geniş tutduq və səhihliyi barəsində söz açdıq. 
Sələfin  alimlərindən  nəql  olunan  sözlərdə  isə  yalnız  qaynaqları  qeyd 
etməklə kifayətləndik. 


 
 
12 
 
Mündəricat  üçün  kitabı  başlıqlara  ayırdıq.  Lakin  kitab  özü  müəyyən  bir 
mövzu məcrasına tabe olmadığı üçün, yaxın mövzular bir-birini izləmədiyi 
üçün başlıqları ayırmaq xüsusilə çətin idi. Ona görə də bəzi yerlərdə başlıq 
yerləşdirmək əvəzinə, sadəcə olaraq üç ulduz rəmzindən istifadə etmişik. 
Kitabında  sonunda  bu  təhqiqdə  istifadə  etdiyimiz  ədəbiyyatın  siyahısını 
təqdim  etmişik.  Kitabları  azərbaycan  əlifbası  sırasına  uyğun  olaraq  tərtib 
etmişik. 
Onu da zikr etməliyik ki, istənilən halda bu kitabın tərcüməsi və tərcümənin 
üzərində  görülmüş  iş  insan  övladının  əməyidir.  Kitabda  xətanın  olması 
labüddür.  Xətadan  təmiz  olan  yalnız  ər-Rahmənin  kəlamıdır.  İman  edərək 
deyirik ki, kitabın içindəki bütün doğrular Allahdandır, Onun verdiyi lütf və 
nemət  sayəsindədir.  Bütün  xətalar  isə  öz  naqis  təbiətimizin  nəticəsidir. 
Allah  bu  işimizi  qəbul  etsin  və  onu  axirətimiz  üçün  əcr  qaynağı  etsin! 
Allahdan  bu  kitabı  azərbaycanlı  müsəlmanlar  üçün  faydalı  etməsini 
diləyirəm! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə