[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

 
 
32 
 
 
 
 
(Səhih sünnətdə gələn xəbərlərə iman etmək) 
 
[15]  Qiyamət  günü  (Allahı)  görməyə  iman  etmək
27
.  Başlarındakı  gözlər 
vasitəsilə  Allahı  görəcəklər  və  O,  arada  bir  pərdə  və  ya  bir  tərcüməçi 
olmadan onları hesaba çəkəcək. 
[16] Qiyamət günündə tərəziyə iman etmək
28
. Orada hər bir xeyir və hər bir 
şərr ölçüləcək. Onun iki gözü və bir dili vardır. 
[17] Qəbir əzabına, Münkir ilə Nəkirə iman etmək
29

                                                            
27
 əl-Hafiz  İbn  Hacər  “Fəthul-Bari  bi  Şərh  Sahih  əl-Buxari”  kitabında  (17/448)  deyir: 
“Allahu  Təalənin  axirətdə  görünməsi  haqqında  varid  olmuş  hədislərin  rəvayət 
kanallarını  əd-Dəraqutni  bir  araya  toplayıb  və  sayı  iyirmidən  çox  olub.  İbnul-Qayyim 
“Hədi  əl-Ərvah”  kitabında  bu  hədisləri  axtarmış  və  otuza  çatmışdır  və  onların  çoxu 
ceyyiddir. əd-Dəraqutni sənədi ilə Yəhya bin Main’dən onun belə dediyini rəvayət edir: 
“Məndə  (Allahı)  görmək  barədə  on  yeddi  səhih  hədis  vardır.”  əl-Hafiz  İbnul-Qayyim  – 
rahmətullahi  aleyhi  –  bu  hədislərin  mütəvatir  olduğunu  deyir.  Mötəzilə  firqəsi  Allahı 
Axirətdə belə görməyin mümkün olacağını inkar ediblər. Onlara görə Allah cism deyildir 
və cism olmayan bir şey hər hansı bir cihətdə, istiqamətdə mövcud deyildir və əgər bir 
şey  bir  cihətdə,  bir  istiqamətdə  mövcud  deyildirsə  onu  görmək  olmaz.  Bu  isə  mötəzili 
alimlərinin  bu  cür  ilahi  məsələlərdə  əqlin  qoyduğu  qaydalara  etibar  etmələrindən  irəli 
gəlir, halbuki insan əqli Allahı dərk edə bilməz. Əşarilər isə bu məsələdə bir-birinə zidd 
iki  etiqadı  birləşdirməyə  çalışıblar,  belə  ki,  onlar  mötəzilə  ilə  razılaşaraq  Allahın  cims 
olmadığını və hər hansı bir cihətdə olmadığını deyiblər, lakin mötəzilədən fərqli olaraq 
göz ilə görmək üçün cihətin lazım olmadığını deyiblər. Buna görə də məşhur filosof İbn 
Rüşd  əl-Həfid  onların  bu  etiqadlarını  lağa  qoyaraq  bunun  saçmalıq  olduğunu 
göstərmişdir.  Şeyxul-İslam  İbn  Teymiyyə  -  rahiməhullah  –  İbn  Rüşdün  özünün  də 
əqidəsinin  batil  olduğunu,  onun  əqidəsinin  zındıqlıq  olduğunu  qeyd  etdikdən  sonra 
əşarilərə verdiyi rəddiyənin yerində olduğuna diqqət çəkmişdir. Ona görə də sələf cihəti 
inkar 
etməyiblər, 
sadəcə 
olaraq 
şəriətin 
gətirdiyi 
xəbərləri 
təsdiqləməklə 
kifayətləniblər.  Biz  də  etiqad  edirik  ki,  Allahu  Təalə  axirət  günü  həqiqi  gözlərimizlə 
görüləcəkdir.  
28
 əl-Hafiz  İbn  Hacər  “Fəthul-Bari”də  (17/628)  deyir:  “Əbu  İshaq  əz-Zəccac  dedi: 
“Tərəziyə, Qiyamət günündə qulların əməllərinin çəkiləcəyinə, tərəzinin iki gözünün və 
bir dilinin olmasına və əməllərə görə əyildiyinə iman etmək üzərində əhli-sünnət icma 
edib.”  


 
 
33 
 
[18] Allah elçisinin – salləllahu aleyhi va səlləm – hovuzuna iman etmək
30

Saleh peyğəmbərdən başqa – aleyhissələm - bütün peyğəmbərlərin hovuzu 
vardır, Salehin hovuzu isə dişi dəvəsinin əmcəyidir
31
.
32
 
[19]  Qiyamətdə,  Sirat  körpüsündə  günahkarlara,  xətakarlara  peyğəmbərin 
– salləllahu aleyhi va səlləm – şəfaət etməsinə iman etmək (haqdır). Onları 
cəhənnəmin ən içindən çıxaracaq. Hər bir peyğəmbərin şəfaət haqqı vardır, 
eynilə  siddiqlərin,  şəhidlərin  və  salehlərin  də  şəfaət  haqqı  var.  Bundan 
sonra  Allahın  dilədiyi  kəslərə  çoxlu  mərhəmət,  iltifat  edəcək.  Yanaraq 
kömür olduqdan sonra atəşdən çıxmaq (haqdır).  
[20]  Cəhənnəmin  üzərindəki  Sirat  körpüsünə  iman  etmək.  Sirat  körpüsü 
Allahın  dilədiklərini  götürəcək.  Allahın  dilədikləri  keçəcəklər  və  Allahın 
dilədikləri  cəhənnəmə  düşəcək.  Körpünü  keçənlərin  imanları  miqdarında 
nurları olacaq. 
                                                                                                                                                                                         
29
 Qəbir  əzabı  haqqındakı  hədislər  məna  baxımından  mütəvatir  hədislərdir.  Əşari  alimi 
əl-Kəməl  bin  Əbi  Şərif  “əl-Musəməra  bi  Şərhil-Musəyəra”  kitabında  (səh:  228)  deyir: 
“[Qəbir  əzabı,  onun  nemətləri  haqqında  xəbərlər  varid  olub],  yəni  sorğu-sual  və  qəbir 
əzabı  və  onun  nemətləri  haqqında  müxtəlif  ləfzlərlə  (varid  olub)  və  [rəvayət  kanalları 
çoxdur],  o  qədər  çoxdur  ki,  hər  biri  ayrılıqda  mütəvatir  dərəcəsinə  çatmasa  da  hamısı 
birlikdə  məna  etibarı  ilə  mütəvatirlik  ifadə  edir.”  İshaq  bin  İbrahim  bin  Hani  ən-
Neysəburi İmam Əhmədə verilmiş suallar haqqında topladığı “Məsəil İmam Əhməd” adlı 
kitabında (2/156; sual: 1879)  deyir: “Dedi: “Bəs qəbir əzabı və Munkir ilə Nəkir?” Əbu 
Abdilləh  dedi:  “Bunların  hamısına  iman  edirik  və  bunlardan  birini  kim  inkar  edərsə  o, 
cəhmidir.” Məlumdur ki, İmam Əhməd cəhmiləri kafir sayardı. Nəql olunduğu kimi qəbir 
əzabını  xavariclər  və  bağdadlı  mötəzili  alimləri  inkar  ediblər.  Alimlərin  çoxuna  görə 
qəbir əzabını inkar edən kafir sayılmaz, lakin bidətçidir.  
30
 Hovuz haqqındakı hədislər mütəvatir dərəcəsinə çatmışdır və onu otuzdan çox səhabə 
rəvayət edib. Bunlardan bir çoxu əl-Buxari’nin və Muslim “əs-Səhih” kitablarındadır. 
31
 Yəni  digər  peyğəmbərlər  qövmləri  ilə  birlikdə  öz  hovuzlarından  su  içəcəkləri  halda 
Saleh peyğəmbər öz qövmü ilə birlikdə dişi dəvəsinin əmcəyindən süd içəcək. 
32
 Bu barədə bəzi hədislər gəlib ki, heç biri səhih deyildir. Əksinə İbnul-Cəvzi, əz-Zəhəbi, 
İbn Hacər kimi alimlər bu hədisləri uydurma sayıblar. Bu hədisi əl-Uqeyli “əd-Duafə əl-
Kəbir”də  (3/64)  və  onun  vasitəsilə  İbnul-Cəvzi  “əl-Məuduat”da  (2/417)  Abdul-Kərim 
bin  Keysən  yolu  ilə  rəvayət  edib.  İbnul-Cəvzi  deyir:  “Uydurma  bir  hədisdir,  bir  əsli 
yoxdur.  əl-Uqeyli  deyir:  “Abdul-Kərim  nəql  etməkdə  məchuldur  və  hədisi  məhfuz 
deyildir.” Hədisin məhfuz olmaması onun münkər olması anlamına gəlir. əz-Zəhəbi “əl-
Mizən” kitabında (2/645) onun tərcümeyi-halında deyir: “Məchullardan biridir və hədisi 
münkərdir...”  və  daha  sonra  bu  hədisini  zikr  edir  və  arxasınca  deyir:  “Bu,  uydurmadır. 
Doğrusunu  Allah  bilir!”  İbn  Hacər  “Lisənul-Mizən”də  (4/52)  hədis  haqqında  deyir:  “O, 
uydurmadır.” 
Bu rəvayəti həmçinin Həmid bin Zəncəveyh və onun vasitəsilə İbn Asəkir tarix kitabında 
(10/458) başqa bir yolla Kəsir bin Murra’dan mürsəl olaraq rəvayət edib. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə