[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

 
 
59 
 
[55]  Cənazə  üzərindəki  təkbirlərin  sayı  dörddür  və  bu,  Malik  bin  Ənəs, 
Sufyan  əs-Səvri
79
,  əl-Həsən  bin  Saleh
80
,  Əhməd  bin  Hənbəl  və  fəqihlərin 
görüşüdür. Bu şəkildə Allahın elçisi – salləllahu aleyhi va səlləm – söyləyib. 
 
∗∗∗ 
 
[56]  Hər  bir  yağış  damlası  ilə  göydən  enən  bir  mələyin  olduğuna  iman 
etmək;  Allahın  –  Azzə  va  Cəllə  -  əmr  etdiyi  yerə  (yağış  damlasını) 
yerləşdirir.
81
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                            
79
 Əbu Abdilləh Sufyan bin Said bin Məsruq əs-Səvri İslam imamlarından və abidlərindən 
biridir. Hicri 161-ci ildə vəfat edib. 
80
 əl-Həsən bin Saleh bin Huyey əl-Həmədani məşhur İslami alimidir.  Kufənin fəqihi və 
abididir. Hicri 100-cü ildə anadan olub və 167-ci ildə vəfat edib.
 
81
 Bu,  əl-Həkəm  bin  Uteybə  və  əl-Həsən  əl-Basri  kimi  məşhur  tabiin  imamlarından 
gəlmişdir.  Bunu  İbn  Cərir  ət-Tabəri  təfsirində,  Əbuş-Şeyx  “əl-Azamə”  kitabında,  İbn 
Kəsir “əl-Bidəyə van-Nihəyə” kitabında həsən isnad ilə rəvayət ediblər. 


 
 
60 
 
 
 
 
(Ölülər eşidir) 
 
[57]  Peyğəmbər  –  salləllahu  aleyhi  va  səlləm  –  Bədr  günü  quyudakı 
(müşriklərin  ölüləri)  ilə  danışdıqda  müşriklərin  onun  sözlərini  eşitdiyinə 
iman etmək.
82
  
 
 
 
 
 
                                                            
82
 Ölülərin  dirilərin  danışığını  və  səslərini  eşitməsi  məsələsi  alimlərin  üzərində  ixtilaf 
etdikləri məsələlərdən biridir. Alimlərin böyük əksəriyyətinə görə ölülər diriləri mütləq 
şəkildə eşidirlər, yəni bu eşitmə yalnız xüsusi bir hala və ya xüsusi bir səsə aid deyildir. 
Bu barədə hənbəli məzhəbində iki görüş vardır: Birinci görüş əl-Qadi Əbu Yalə və İbnul-
Cəuzi’nin  görüşüdür  ki,  onlara  görə  ölülər  eşitməz.  İbn  Rəcəb  “Əhvalul-Qubur”  adlı 
kitabında (səh: 133) deyir: “Ölülərin dirilərin danışığını eşitməsini rədd etməkdə Aişə ilə 
alimlərdən  bir  qrup  razılaşmışdır.  Əshabımızdan  əl-Qadi  Əbu  Yalə  ona  aid  olan  “əl-
Cami’u-l-Kəbir”  kitabında  bu  görüşü  üstün  saymışdır.”  İmam  İbn  Muflih  “əl-Furu” 
kitabında  (3/415)  deyir:  “İbnul-Cəuzi  “əs-Sirru-l-Məsun”  kitabında  deyir:  “Quran  və 
düşüncənin  vacib  etdiyi  budur  ki,  ölü  eşitmir  və  hiss  etmir.”  Məzhəbdəki  ikinci  görüş 
ümmətin  alimlərinin  əksəriyyətinə  müvafiq  olaraq  ölülərin  eşitdiyini  təsdiq  edən 
görüşdür  və  bu,  məzhəbin  məşhur  görüşüdür.  İbn  Muflih  deyir:  “Ölü  kəlamı  eşidir. 
Əhməd’in  Sufyan’ın  hədisindən  Ənəsdən  eşidən  biri  vasitəsilə  ondan  mərfu  olaraq 
(rəvayəti)  vardır:  “Şübhəsiz  ki,  əməlləriniz  sizin  yaxınlarınız  və  aşirətinizdən  olan 
ölülərinizə  ərz  olunur,  əgər  xeyir  olarsa  sevinirlər,  başqa  cür  olduqda  isə  deyirlər: 
“Allahım!  Bizə  hidayət  etdiyin  kimi  onlara  da  hidayət  etmədən  onları  öldürmə!”  Bunu 
Əbu  Davud  və  ət-Tayəlisi  “əl-Müsnəd”ində  Cabir’dən  mərfu  olaraq  rəvayət  edib  və  bu, 
zəifdir. Əhməd dedi: “Cümə günü fəcrdən sonra günəş çıxmadan öncə ziyarət edəni (ölü) 
tanıyır.”  “əl-Ğunyə”  kitabında  (Şeyx  Abdul-Qadir  əl-Ceyləni  deyir)  :  “Bütün  vaxtlarda 
tanıyır,  amma  bu  vaxt  daha  dəqiqdir.”  İlk  dövr  əshabımızdan  Əbu  Muhamməd  əl-
Bərbəhari  isə  (ölünün)  onu  tanıdığını  qeydsiz  şəkildə  söyləmişdir.”  (“əl-Furu”,  3/415) 
Bu görüş həm də Şeyxul-İslam İbn Teymiyyənin və İbnul-Qayyimin görüşüdür.  


 
 
61 
 
 
 
 
(Əziyyətə görə əcr vardır) 
 
[58]  Bir  nəfər  xəstələndikdə  Allahın  ona  xəstəliyinə  görə  əcr  yazdığına
83
 
iman etmək. Şəhidə isə öldürməsinə görə əcr yazır. 
 
∗∗∗ 
 
[59]  Dünyada  uşaqlara  bir  şey  baş  versə  ağrı  hiss  etdiklərinə  iman etmək. 
Bu  isə  ona  görədir  ki,  Bəkr  bin  Uxti  Abdil-Vahid
84
 –  “ağrı  hiss  etmirlər” 
dedi
85
 və yalan danışdı. 
                                                            
83
 Allahın  Elçisi  –  salləllahu  aleyhi  va  səlləm  –  deyir:  “Əziyyətə  düçar  olmuş  elə  bir 
müsəlman  yoxdur  ki,  ağacın  yarpaqları  töküldüyü  kimi  Allah  da  ondan  günahlarını 
təmizləməsin.”  Bu  hədisi  əl-Buxari  (5667)  və  Muslim  rəvayət  edir.  Bu  mövzu  ilə  bağlı 
bəzi məsələlər vardır. Birinci: Bu cür müsibətlər və əziyyətlər hər növ günahı təmizləyə 
bilir  yoxsa  yalnız  kiçik  günahları  təmizləyir?  Bu  barədə  əl-Hafiz  İbn  Hacər  – 
rahmətullahi  aleyhi  –  deyir:  “(Hədisin)  zahiri  ümumən  bütün  günahlara  aid  olmasını 
ifadə  edir,  lakin  alimlərin  əksəriyyəti  bunu  kiçik  günahlara  xas  ediblər.”  (“Fəthul-Bari”, 
13/14)  Alimlər  arasında  məşhur  olan  görüş  budur  ki,  yalnız  kiçik  günahlar  təmizlənir. 
İkinci:  Hədislərdən  anlaşılan  budur  ki,  bu  cür  müsibətlər  yalnız  günahları  təmizləmir, 
hətta  savab  verir  və  insanın  dərəcəsini  artırır.  Bu  barədə  alimlər  öz  aralarında  ixtilaf 
ediblər. Onlar xəstəliyin insanın günahları üçün kəffarə olmasında ittifaq etdikləri halda 
dərəcələrin yüksəlməsi, savabın qazanılmasının xəstəliyin özünə görə yoxsa xəstəlik baş 
verdikdə  müsəlmanın  səbr  etməsinə  görə  baş  verməsində  ixtilaf  ediblər.  əl-Qurtubi, 
İzzud-Din bin Abdis-Sələm, Şeyxul-İslam İbn Teymiyyə, əl-Hafiz İbnul-Qayyim və bir çox 
başqa  alimlərə  görə  müsibətlər,  xəstəliklər,  əziyyətlər  yalnız  edilmiş  günahlara  görə 
verilən  cəzadır  ki,  Allah  bu  cəza  ilə  insanı  günahlarından  təmizləyir.  Lakin  insan  buna 
görə savab qazanmır və dərəcəsi artmır, çünki savab yalnız kəsb yolu ilə olur, yəni insan 
bunu öz əməli ilə qazanır, mücərrəd müsibətin baş verməsinə görə qazanmaz. Bu görüş 
böyük səhabi Abdullah bin Məsuddan səhih olaraq rəvayət edilib. Şihəbud-Din əl-Qarafi, 
İmam ən-Nəvəvi, əl-Hafiz İbn Racəb, əl-Hafiz İbn Hacər və başqa alimlərə görə mücərrəd 
müsibətin böyüklüyünə uyğun olaraq günahlar təmizlənər və əgər səbr edərsə kəffarəsi 
də  tezləşər  və  böyüyər.  əl-Hafiz  İbn  Hacər  “Fəthul-Bari”  kitabında  məsələni  ətraflı 
müzakirə edib. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə