18
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti və onun XĠN bütün mövcudluğu dövründə Birinci dünya müharibəsinin
(1914-18) qalib ölkələri olan Ġngiltərə, ABġ və Fransadan öz suverenliyinin tanınmasını təkidlə tələb edirdi. 1919 ilin yan-
varında Əlimərdan bəy TopçubaĢovun baĢçılığı ilə Paris sülh konfransına göndərilmiĢ Azərbaycan nümayəndə heyəti bu yöndə
yorulmadan çalıĢırdı. Nümayəndə heyətinin nə qədər gərgin fəaliyyət göstərdiyini Ə.TopçubaĢovun Azərbaycan Xalq
Cümhuriyyəti Hökuməti sədrinə ünvanladığı məktublar aydın sübut edir. Antanta dövlətləri Azərbaycan Xalq Cümhuriyyətinin
varlığını yalnız Denikin orduları Sovet Rusiyası tərəfindən məğlub edildikdən, keçmiĢ Rusiyanı bərpa etmək ümidləri boĢa
çıxdıqdan sonra de-fakto tanıdılar.
Azərbaycan Xa lq Cü mhuriyyəti, ö zünün son dərəcə mürəkkəb beynəlxa lq və ziyyətinə ba xmayaraq, xarici siya-
sətində qardaĢ türk xa lqlarına, qonĢu Dağıstan və çarizm zülmündən xilas olmuĢ baĢqa xalq ların a zadlıq mübarizəsinə
yardım göstərirdi.
Sovet Rusiyasının xalq xarici iĢlər ko missarı G.Çiçerin Azərbaycan Xalq Cümhuriyyəti XĠN-nin iki dövlət arasında
diplomatik əlaqələr yaratmaq barədə Sovet Rusiyasına təkidli təkliflə rin i qulaqardına vururdu. Bunun əvəzində isə, o,
Azərbaycanı ġimali Qafqazdakı Denikin qüvvələri ilə mübarizə ittifaqına cəlb et məyə çalıĢırdı. Sovet Rusiyasının Azər-
baycan Xalq Cü mhuriyyətinə qarĢı sonrakı təcavüzü və ġimali Azərbaycanı iĢğal etməsi bolĢevik Rusiyasınm antiazərbaycan
siyasətinin iç ü zünü açıb-göstərdi.
Aprel işğalı (1920) baĢqa nazirliklərlə yanaĢı, XĠN-n in də fəaliyyətinə son qoydu.
Əd.: Азербаиджанскя Демократическая Республика (1918-1920). Внешняя политика (Дакументы и материалы),
Б., 1998; Адрескалендарь Азербаиджанскои Республики на 1920 г., Азербаиджанскя Демократическая Республика
(1918-1920), Б., 1998; Həsənov C, A zərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920), B., 1993; PaĢayev A.,
AçılmamıĢ səhifələrin izi ilə, B., 2001.
XARLAMOV V.A. (?-? )- kadet partiyası xadimlə rindən biri; Fevral inqilabından (1917) sonra 1917 il martın 9-da
Cənubi Qafqazın idarə o lunması məqsədilə yaradılmıĢ mülki hakimiyyət orqanının - Xüsusi Zaqafqaziya Ko mitəsinin
(О3AKOM - Ocoбыи 3aкaвкaзский Комитет)
sədri. Tiflisdə yaradılmıĢ bu ko mitə hə min ilin noyabrınadək fəa liyyət
göstərmiĢdir.
XAS MƏMMƏDOV Ələkbər bəy Hacıbaba oğlu (? - ?) - Azərbaycan Xalq Cü mhuriyyəti dövrünün ictimai və
dövlət xadimi, hüquqĢünas. Xəlil bəy Xasməmmədovun qardaĢıdır. " Difai" partiyası Mərkəzi Ko mitəsinin üzvü olmuĢdur.
Gəncə Müsəlman Xeyriyyə Cə miyyətinin, onun təftiĢ komissiyasının üzvü idi. 1905 ilin yayında
Qafqa zda yerli idarəet mə orqanlarının təĢkili ilə bağlı yaradılan üç nəfərdən ibarət heyətin
(Əlimərdan bəy TopçubaĢov və Adil xan Ziyad xanovla birlikdə) ü zvü seçilmiĢdi. Bu heyət Gəncə
bələdiyyə seçkilərinin nəticələrin i təsdiq etdirməli, müsəlman ların yerli idarə orqanlarına
seçilməsindəki hüquqi məhdudiyyətlər aradan qaldırılmayınca yeni seçkilərin dayandırılması üçün
müvafiq Rusiya orqanları qarĢısında məsələ qaldırmalı id i. Ə.Xas məmmədov, eyni zamanda, Gəncə
Milli Ko mitəsinin də ü zvü olmuĢdur.
O, 1918 il iyulun 15-də A zərbaycan Xa lq Cü mhuriyyəti Höku mət inin qəra rı ilə yaradılmıĢ
Fövqəladə Təhqiqat Komissiyasının sədri təyin edilmiĢdi. Ə. Xas məmmədovun rəhbərliy i ilə, az
vaxt içərisində, bütün Bakı quberniyasında ermənilərin türk-müsəlman əhaliyə qarĢı törətdikləri
soyqırımları haqqında istintaq və məlu mat xarakterli geniĢ material toplan mıĢdı.
Azərbaycan Xalq Cü mhuriyyəti Na zirlər ġurasın ın 1919 il 28 fevral tarixli qərarı ilə Ə.Xas mə mmədov
Azərbaycan Məhkəmə Pa latasının böyük s ədri vəzifəsinə təyin olundu. O, eyni za manda, mü lki departa mentə də
sədrlik edirdi. Ə.Xas mə mmədov A zərbaycan məhkə mə lərinin fəaliyyətində məhkə mə niza mna mə lərində ifadə edilmiĢ
və hüquq elmi tərə fındən iĢlən ib hazırlan mıĢ prinsipləri əsas tutacağını, ədalət mühakiməsinin vicdanla həyata
keçiriləcəyin i, qanunçuluğa və ədalətə riayət ediləcəy ini bəyan etmiĢdi (1919 il, mart).
Əd.: Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Dəmirov M., Azərbaycan prokurorluğu: tarix və müasirlik, B., 1997; Süleymanova S.,
Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu - XX yüzil-liyin əvvəlləri), B.,1999; Cavadov C, Azərbaycanda xeyriyyəçilik hərəkatı (XIX
əsrin sonu və XX əsrdə) B., 1999.
XAS MƏMMƏDOV Xəlil bəy Hacıbaba oğlu (25.10.1873, Gəncə - 1947, Ġstanbul) - Azərbaycan Xalq
Cü mhuriyyətinin görkəmli siyasi və dövlət xad imlərindən biri. Gəncə klassik gimnaziyasında orta təhsil almıĢ, Moskva
Universitetinin hüquq fakültəsini b itirmiĢdir (1895). Yekaterinodar (indiki Krasnodar) və Yelizavetpol (Gəncə) dairə
məh kə mə lərində iĢlə miĢdir. "Ġttifaq i-müslimin" təĢkilat ının d in və hüquq ko missiyalarının ü zvü olmuĢdur. Yelizavetpol
quberniyasından 2-ci Dövlət dumasına deputat seçilmiĢdir (1907). Xəlil bəy Xas məmmədov Fətəli xan Xoyski ilə birlikdə
Du manın milli-d ini bərabərlik ko missiyasının, Du manın ikinci Ģöbəsinin və beĢ komissiyasının üzvü olmuĢ, xalq azadlığı
partiyasını təmsil etmiĢdir. Özlərini "solların gənc tatar partiyasına" aid edən Xoyski və Xasməmmədov fraksiyanın
proqramını " Varlılar və zadəganlar üçün" nəzərdə tutulduğundan, tam Ģəkildə qəbul etmird ilər. Xas məmmədov Du man ın
müsəlman fraksiyasının iclasında amnistiya məsələsini qald ırmıĢ və onun qanunvericilik yolu ilə keçirilməsin i təklif
etmiĢdi. 3-cü Dövlət du masında (1907-12) Xasməmmədov Azərbaycanı təmsil edən yeganə deputat idi. O, Du man ın
imperatora müraciət hazırlan ması, sorğular, köçürmə iĢi, məhkəmə islahatı ü zrə ko missiyalannın üzvü idi. Xəlil bəy Xas-
mə mmədov Qafqa z müs əlmanla rın ın mənafeyin i müdafiə edərək Du ma deputatlarına bəyan etmiĢdi ki, "dövlətimizin
siyasi quruluşunun bu və ya başqa ciir adlanması qətiyyən vacib deyil, bu siyasi quruluşun tələbatımızı, istəklərimizi
yerinə yetirməyə qadir olan məzmunu bizim üç ün daha