[]



Yüklə 176,74 Kb.
Pdf görüntüsü
tarix29.10.2017
ölçüsü176,74 Kb.
#7599


 

 

 

 

K

K

Ü

Ü

T

T

L

L

Ə

Ə

V

V

İ

İ

 

 

Ö

Ö

D

D

Ə

Ə

N

N

İ

İ

Ş

Ş

L

L

Ə

Ə

R

R

 

 

Ü

Ü

Z

Z

R

R

Ə

Ə

 

 

M

M

Ə

Ə

R

R

K

K

Ə

Ə

Z

Z

L

L

Ə

Ə

Ş

Ş

D

D

İ

İ

R

R

İ

İ

L

L

M

M

İ

İ

Ş

Ş

 

 

İ

İ

N

N

F

F

O

O

R

R

M

M

A

A

S

S

İ

İ

Y

Y

A

A

 

 

S

S

İ

İ

S

S

T

T

E

E

M

M

İ

İ

 

 

İ

İ

L

L

Ə

Ə

 

 

Ə

Ə

M

M

Ə

Ə

L

L

İ

İ

Y

Y

Y

Y

A

A

T

T

L

L

A

A

R

R

I

I

N

N

 

 

A

A

P

P

A

A

R

R

I

I

L

L

M

M

A

A

S

S

I

I

N

N

A

A

 

 

D

D

A

A

İ

İ

R

R

 

 

 

 



 

 

 



K

K

O

O

L

L

L

L

E

E

K

K

T

T

İ

İ

V

V

 

 

S

S

A

A

Z

Z

İ

İ

Ş

Ş

 

 

 

 

 

 

 

 

 

 

BAKI  

“_12_” ___aprel__ 2012-ci 

 

 




 

2

 



Bu  Kollektiv  Saziş  (bundan  sonra  –  Saziş)  bundan  sonra  Tərəflər  adlanacaq  “Kütləvi 

Ödənişlər  üzrə  Mərkəzləşdirilmiş  İnformasiya  Sistemi”nin  (bundan  sonra  -  KÖMİS) 

aşağıdakı İştirakçıları arasında KÖMİS-də iştiraka dair bağlanmışdır: 

-

 



“Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında”  Azərbaycan  Respublikasının  

Qanununa  uyğun  olaraq  fəaliyyət  göstərən  Azərbaycan  Respublikasının  Mərkəzi 

Bankı (bundan sonra - Mərkəzi Bank); 

-

 



Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlığı  Agentliyi 

(bundan sonra - DXA); 

-

 

Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  dövlət  qurumları  (bundan  sonra  - 



Dövlət qurumları); 

-

 



Azərbaycan Respublikasında  fəaliyyət göstərən Kütləvi Xidmət Müəssisələri (bundan 

sonra - KXM); 

-

 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  оlaraq  prosessinq  fəaliyyətini 



həyata keçirmək hüququ olan şəxslər (bundan sonra - KPM); 

-

 



Xırda  Ödənişlər  üzrə  Hesablaşma  Klirinq  Sisteminin  (XÖHKS)  üzvü  olan  banklar 

(bundan sonra - Bank); 

-

 

Azərbaycan 



Respublikasının 

qanunvericiliyinə 

müvafiq 

olaraq 


poçt-maliyə 

xidmətlərinin  həyata  keçirilməsi  üçün  lisenziyaya  malik  olan  “Azərpoçt”  Məhdud 

Məsuliyyətli Cəmiyyəti (bundan sonra - “Azərpoçt” MMC);  

-

 



Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  оlaraq  ödəniş  təşkilatı  kimi 

fəaliyyət göstərən hüquqi şəxslər (bundan sonra - Təşkilat). 

 

1.

 

ÜMUMİ MÜDDƏALAR 

1.1.

 

KÖMİS-in  məqsədi  ödəyicilərə  istənilən  maliyyə  xidməti  nöqtəsindən  (bankın, 

“Azərpoçt”    MMC-nin  və  Təşkilatın  filial,  şöbə,  xidmət  bölmələri  və  proqram-texniki 

kompleksləri)  və  İştirakçıların  internet  resurslarından  istifadə  edilməklə  Sazişə 

qoşulmuş  dövlət  qurumları  və  KXM-lər  üzrə  kütləvi  xidmətlər,  dövlətə  vergi,  rüsum, 

icarə haqqı və digər ödənişlər (bundan sonra – dövlət ödənişləri) üzrə borcları haqqında 

tam  informasiya  almaq  və  həmin  borcları  istənilən  ödəniş  alətləri  (nağd  yolla,  ödəniş 

kartları, bank hesabları və s.) vasitəsilə ödəmək imkanı yaratmaqdır.  

 

 



 

3

 



1.2.

 

Bu Sazişdə istifadə olunan anlayışlar: 

KXM – öz xidmətlərini geniş sürətdə fiziki və hüquqi şəxslərə ümumi əsaslar üzrə təklif 

edən  müəssisələr  (kommunal  xidməti  müəssisələri,  mobil  telefon  operatorları,  internet 

provayderləri və s.); 

Ödəyici  –  dövlətə  vergi,  rüsum,  icarə  haqqı  və  digər  ödənişləri  həyata  keçirən  və  ya 

KXM-in  xidmətlərindən  istifadə  edən  və  bu  xidmətlərə  çıxış  verən  abonent  hesabına 

malik olan fiziki və hüquqi şəxslər;   

Abonent  hesabı  –  KXM-lər  tərəfindən  onların  xidmətindən  istifadə  edən  fiziki  və 

hüquqi şəxslərə verilən unikal kod;           



Ödəyici  kodu    KÖMİS-də  ilkin  qeydiyyat  zamanı  fiziki  və  hüquqi  şəxslərə  sistem 

tərəfindən avtomatik rejimdə mənimsədilən unikal kod;  



Əməliyyat günü –  Bu Sazişlə müəyyənləşdirilən əməliyyat dövrü (Əlavə №1); 

Təşkilat  –  ödəyicilərin  dövlət  ödənişlərinin  və  ya  alınmış  mallara  (işlərə,  xidmətlərə) 

görə  hüquqi  şəxslər  qarşısında  yaranmış  pul  öhdəliklərinin  icrasını,  habelə  avans 

ödənişlərinin  qəbulunu  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq 

həyata keçirən hüquqi şəxsdir;  



Proqram-texniki  kompleks  (bundan sonra -  PTK)  -  ödəyicilərə nağd pul vəsaiti və 

ya ödəniş kartları  vasitəsilə ödənişlərini həyata keçirmək imkanı  verən  və onları ödəniş 

əməliyyatları üzrə təsdiqləyici sənədlə təmin edən müvafiq proqram təminatı ilə təchiz 

olunmuş avadanlıqdır.   



1.3.

 

KÖMİS-də  əməliyyatlar  bu  Sazişə,  Azərbaycan  Respublikasının  normativ  hüquqi 

aktlarına,  Mərkəzi  Bankın  normativ  xarakterli  aktlarına  və  KÖMİS-in    fəaliyyətini 

tənzimləyən digər normativ sənədlərə uyğun olaraq aparılır.  



1.4.

 

KÖMİS-də  Tərəflər  arasında  informasiya  mübadiləsi  bu  Sazişə  əlavə  olunmuş  

reqlamentə (Əlavə 1) uyğun həyata keçirilir. 

1.5.

 

Dövlət  ödənişləri  və  kütləvi  xidmətlər  üzrə  KÖMİS  vasitəsilə  qəbul  edilən  ödənişlər 

əməliyyat  gününün  sonuna  kimi  sistemin  funksional  imkanlarından  istifadə  edilməklə 

ləğv  oluna  bilər.  Cari  əməliyyat  gününün  bağlandığı  andan  ödənişlər  geri  çağırılmaz 

hesab edilir. Bağlanmış əməliyyat günlərinə aid olan ödənişlərdə sonradan aşkar edilmiş 

uyğunsuzluqlar  üzrə  bankın,  “Azərpoçt”  MMC-nin  və  ya  Təşkilatın  rəsmi  müraciəti 

əsasında dövlət qurumları və KXM-lər tərəfindən müvafiq qaydada düzəlişlər aparılır. 

1.6.

 

KÖMİS  vasitəsilə  qəbul  edilən  bir  ödəniş  tapşırığı  məbləğınin  maksimal  həddi  dövlət 

ödənişləri üzrə 10000 (on min) manat məbləğində müəyyən edilir.  



 

4

1.7.



 

Mərkəzi Bank KÖMİS-in mülkiyyətçisi və operatorudur. 



1.8.

 

Bu  Sazişə  qoşulmuş  “Azərpoçt”  MMC,  istənilən  bank  və  Təşkilat  Sazişin  İştirakçısı 

olan dövlət qurumları və KXM-lər tərəfindən göstərilən xidmətlər üzrə ödənişlərin qəbul 

edilməsi  hüququnu  qeyd-şərtsiz  əldə  edir  və  onlar  arasında  heç  bir  ayrı-seçkiliyə  yol 

verilmir.  

 

2.



 

TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 

2.1.

 

  Mərkəzi Bank: 

2.1.1.


 

dövlət  qurumları  və  KXM-lər  üzrə  vahid koda  əsaslanan  ümumilləşdirilmiş elektron 

ödəyici bazası yaradır; 

2.1.2.


 

qanunvericiliklə  nəzərdə  tutulmuş  qeyri-iş  günləri  də  daxil  olmaqla  24  saat  ərzində 

sistemin fasiləsiz və sabit işləməsini təmin edir; 

2.1.3.


 

KÖMİS-in  texniki  və  proqram  platformasının  komponentlərinin  müasir  standartlara 

uyğun şəkildə daim yeniləşdirilməsini, inkişaf etdirilməsini təmin edir; 

2.1.4.


 

İştirakçılar arasında hüquq bərabərliyini təmin edir; 

2.1.5.

 

KÖMİS-in iş reqlamentini müəyyənləşdirir  və bu barədə İştirakçılara məlumat verir; 



2.1.6.

 

KÖMİS-in  fasiləsiz  və  etibarlı  fəaliyyətinin  təmin  edilməsi  məqsədilə  Mərkəzi 



Bankın Ehtiyat Mərkəzində sistemin komponentlərinin daim işçi vəziyyətdə olmasını 

təmin edir və dövri olaraq texniki sınaqlar keçirir;      

2.1.7.

 

KÖMİS-in  fəaliyyətində  gözlənilməz  fasilələr  baş  verərsə,  İştirakçılara  bu  barədə 



məlumat  verir  və  sistemin  fəaliyyətinin  bərpa edilməsi  üçün  təxirəsalınmaz  tədbirlər 

görür;                                           

2.1.8.

 

KÖMİS-lə  İştirakçılar  arasında  informasiya  mübadiləsinin  aparılması zamanı  müasir 



standartlara cavab verən informasiya təhlükəsizliyini təmin edir; 

2.1.9.


 

bu  Sazişə  yeni  qoşulmuş  İştirakçıları  sistemdə  qeydiyyatdan  keçirərək  zəruri 

məlumatlarla təmin edir; 

2.1.10.


 

ödəyici bazasında baş verən dəyişikliklər haqqında informasiyanı real vaxt rejimində 

dövlət qurumlarından və KXM-dən alaraq, mərkəzləşdirilmiş bazaya daxil edir;  

2.1.11.


 

KÖMİS-də  qəbul  edilmiş  ödənişlər  haqqında  məlumatları  qanunvericiliklə  nəzərdə 

tutulmuş qeyri-iş günləri də daxil olmaqla hər gün dövlət qurumlarının və KXM-lərin 

istəyindən asılı olaraq, paket və yaxud real vaxt rejimində onlara ötürür;  

2.1.12.

 

qanunvericiliklə nəzərdə tutulmuş qeyri-iş günləri istisna olmaqla Bankı, “Azərpoçt” 



MMC-ni  qəbul  edilmiş  ödənişlərin  dövlət  qurumlarının  və  KXM-lərin  bank 


 

5

hesablarına köçürülməsi üçün XÖHKS sisteminin texniki tələblərinə uyğun formatda 



informasiya  ilə təmin edir. Qanunvericiliklə nəzərdə tutulmuş qeyri-iş günləri sistem 

vasitəsilə  aparılmış  ödənişlər  haqqında  informasiya  növbəti  ilk  iş  günü  Banka, 

“Azərpoçt” MMC-yə göndərilir; 

2.1.13.


 

KÖMİS vasitəsilə  KXM-lərin  xeyrinə toplanmış  maliyyə  vəsaitlərinə görə bu Sazişə 

Əlavə  №3-də  müəyyən  edilmiş  tariflərə  uyğun  olaraq,  hesablanmış  xidmət  haqqını 

onların bank hesablarından akseptsiz qaydada silmək üçün növbəti ayın ilk 5 (beş) iş 

günü ərzində elektron və ya kağız daşıyıcıda inkasso tapşırığı təqdim edir; 

2.1.14.


 

KÖMİS  vasitəsilə  Dövlət  qurumlarının  xeyrinə  toplanmış  maliyyə  vəsaitlərinə  görə 

onlara  bu  Sazişə  Əlavə  №3-də  müəyyən edilmiş  tariflərə  uyğun  olaraq, hesablanmış 

xidmət haqqı üzrə hesab faktura təqdim edir; 

2.1.15.

 

Toplanmış  vəsaitlərə  görə  xidmət  haqqını  Mərkəzi  Bankın  bank  hesabına  daxil 



olduğu  vaxtdan  etibarən  3 (üç) iş günü  ərzində  Bankın,  “Azərpoçt”  MMC-nin  və  ya 

Təşkilatın bank hesabına köçürür.  

2.1.16.

 

Sazişə yeni qoşulmuş hər bir İştirakçı barədə digər iştirakçıları məlumatlandırır;  



2.1.17.

 

 Aşağıdakı hallarda İştirakçıların KÖMİS vasitəsilə əməliyyatlarını dayandırır: 



-

 

ödənişlərin  qəbul  edilməsi  hüququ  qanunvericiliyə  müvafiq  olaraq  dayandırıldıqda 



(məhdudlaşdırıldıqda, qadağan edildikdə və ya ləğv edildkdə); 

-

 



İştirakçı  tərəfindən  Sazişlə  yaranan  öhdəliklər  müntəzəm  şəkildə  yerinə 

yetirilmədikdə; 

-

 

qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 



2.2.

 

  Dövlət Xəzinədarlığı Agentliyi: 

2.2.1.


 

KÖMİS  ilə  informasiya  mübadiləsi  aparmaq  üçün  tələb  olunan  telekommunikasiya 

şəbəkəsinə qoşulur; 

2.2.2.


 

bu  Sazişə  qoşulmuş  dövlət  qurumlarını  KÖMİS-in  infrastrukturu  vasitəsilə  qəbul 

edilmiş  ödənişlər  haqqında  sistemin  texniki  tələblərinə  uyğun  formatda  informasiya 

ilə təmin edir. 



2.3.

 

  Dövlət qurumları: 

2.3.1.


 

KÖMİS  ilə  informasiya  mübadiləsi  aparmaq  üçün  tələb  olunan  telekommunikasiya 

şəbəkəsinə qoşulur; 



 

6

2.3.2.



 

seçilmiş  informasiya  mübadiləsi  mexanizmindən  asılı  olaraq,  bütün  xidmət 

regionlarını  əhatə  edən  ümumi  elektron  ödəyici  bazasını  mərkəzləşdirilmiş  qaydada 

tələb olunan formatda KÖMİS-ə ötürür;     

 

 

  



2.3.3.

 

ödəyici  bazasının  KÖMİS-ə  ötürülməsi  rejimi  seçildikdə  həmin  bazada  baş  verən 



dəyişikliklər  və  zərurət  olduqda  ödəyici  öhdəlikləri  haqqında  məlumatları  tələb 

olunan elektron formatda sistemə ötürür; 

2.3.4.

 

ödəyici  bazası  KÖMİS-ə  ötürülmədən  ödənişlərin  qəbul  edilməsi  rejimi  seçildikdə 



KÖMİS-in  texniki  tələblərinə  uyğun  olaraq,  müvafiq  real  vaxt  rejimli  interfeys 

vasitəsilə ödəyicinin eyniləşdirilməsini və onun öhdəliklərinin müəyyənləşdirilməsini 

təmin edir; 

2.3.5.


 

DXA-dan və ya xidmət olunduğu bankdan hesabına daxil olmuş ödənişlər üzrə aldığı 

xüsusi formatlı elektron informasiyanı KÖMİS-dən alınmış informasiya ilə üzləşdirir 

və daxili elektron informasiya bazasına işləyir;   

2.3.6.

 

ödəyici  öhdəlikləri  haqqında  məlumatların  KÖMİS-ə  ötürülməsi  rejimi  seçildiyi 



halda,  ödəyicidən  KÖMİS-dən  kənar,  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydalar 

daxilində  qəbul  edilmiş  dövlət  ödənişləri  haqqında  məlumatlar  əsasında  sistemə 

elektron formatda öhdəliklərin dəyişdirilməsi haqqında informasiya ötürür; 

2.3.7.


 

bağlanmış  əməliyyat  günlərinə  aid  olan  ödənişlərdə  sonradan  aşkar  edilmiş 

uyğunsuzluqlar üzrə  Bankın,  “Azərpoçt” MMC-nin  və  ya  Təşkilatın rəsmi  müraciəti 

əsasında 3 (üç) iş günü ərzində müvafiq qaydada düzəlişlərin aparılmasını təmin edir; 

2.3.8.

 

bu  Sazişə  Əlavə  №3-ə  daxil  edilmiş  dövlət  qurumları  həmin  əlavədə  müəyyən 



edilmiş  tariflərə  uyğun  olaraq,  KÖMİS  vasitəsilə  toplanmış  vəsaitlərə  görə  xidmət 

haqqını  Mərkəzi  Bank  tərəfindən    hesab-faktura  təqdim  edildiyi  gündən  5  (beş)  iş 

günü ərzində ödəyir; 

2.3.9.


 

internet  resursundan  istifadə  edilməklə  ödənişlərin  aparılması  zamanı  ödəyicinin 

eyniləşdirilməsi, öhdəliklərin müəyyənləşdirilməsi prosesini  həyata keçirir  və ödəniş 

tranzaksiyası haqqında məlumatları tələb olunan elektron formatda KÖMİS-ə ötürür. 



2.4.

 

  Kütləvi Xidmət Müəssisəsi: 

2.4.1.


 

KÖMİS  ilə  informasiya  mübadiləsi  aparmaq  üçün  tələb  olunan  telekommunikasiya 

şəbəkəsinə qoşulur; 

2.4.2.


 

müasir  standartlara  cavab  verən,  bütün  xidmət  regionlarını  əhatə  edən  ümumi 

elektron ödəyici  bazası  yaradır  və  mərkəzləşdirilmiş  qaydada  tələb  olunan  formatda 

KÖMİS-ə ötürür;     

 

 

 




 

7

2.4.3.



 

bütün  regional  bölmələri  ilə  informasiya  mübadiləsi  üçün  müasir  tələblərə  cavab 

verən telekommunikasiya şəbəkəsi yaradır;     

2.4.4.


 

ödəyici  bazasında  baş  verən  dəyişikliklər  və  ödəyicilərin  öhdəlikləri  haqqında 

məlumatları  KÖMİS-in  texniki  tələblərinə  uyğun  şəkildə  elektron  formatda  sistemə 

ötürür; 


2.4.5.

 

ödəyici  bazası  KÖMİS-ə  ötürülmədən  ödənişlərin  qəbul  edilməsi  rejimi  seçildikdə 



KÖMİS-in  texniki  tələblərinə  uyğun  olaraq,  müvafiq  real  vaxt  rejimli  interfeys 

vasitəsilə ödəyicinin eyniləşdirilməsini və onun öhdəliklərinin müəyyənləşdirilməsini 

təmin edir; 

2.4.6.


 

xidmət  olunduğu  bankdan  və  ya  “Azərpoçt”  MMC-dən  daxil  olmuş  ödənişlər  üzrə 

informasiyanı  KÖMİS-dən  alınmış  informasiya  ilə  üzləşdirir  və  daxili  elektron 

informasiya bazasına işləyir; 

2.4.7.

 

ödəyicinin  KÖMİS-dən  kənar,  lakin  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydalar 



çərçivəsində  qəbul  edilmiş  ödənişləri  haqqında  məlumatları  tələb  olunan  elektron 

formatda KÖMİS-ə ötürür;   

2.4.8.

 

bağlanmış  əməliyyat  günlərinə  aid  olan  ödənişlərdə  sonradan  aşkar  edilmiş 



uyğunsuzluqlar üzrə  Bankın,  “Azərpoçt” MMC-nin və  ya  Təşkilatın  rəsmi  müraciəti 

əsasında 3 (üç) iş günü ərzində müvafiq düzəlişlər aparır. 

2.4.9.

 

KÖMİS vasitəsilə toplanmış vəsaitlərə görə bu Sazişə Əlavə №3-də müəyyən edilmiş 



tariflərə  uyğun  olaraq  hesablanmış  xidmət  haqqını  Mərkəzi  Bankın  inkasso  tapşırığı 

əsasında  akseptsiz  qaydada  sistemdə  qeydiyyata  alınmış  bank  hesabından  silmək 

hüququnu xidmət olunduğu banka verir və həmin  hesabda  müvafiq vəsaitin olmasını 

təmin edir.  



2.5.

 

  Kart Prosessinq Mərkəzi: 

2.5.1.


 

KÖMİS  ilə  informasiya  mübadiləsi  aparmaq  üçün  tələb  olunan  telekommunikasiya 

şəbəkəsinə qoşulur; 

2.5.2.


 

KÖMİS-lə informasiya mübadiləsi üçün sistemin tələblərinə uyğun interfeys yaradır; 

2.5.3.

 

Bankın,  “Azərpoçt”  MMC-nin  və  Təşkilatın  PTK,  POS-terminal,  internet  resursları 



üzərindən  və  həmçinin  ödəniş  kartlarından  istifadə  edilən  digər  ödəniş  üsulları  ilə 

ödənişlərin həyata keçirilməsi imkanını yaradır; 

2.5.4.

 

ödəyici tərəfindən aparılan ödənişlərin təsdiq edilməsi  haqqında  informasiyanı tələb 



olunan formatda KÖMİS-ə ötürür; 


 

8

2.5.5.



 

əməliyyat  günü  ərzində  ödəyicinin  ödəniş  kartları  vasitəsilə  aparılmış  əməliyyatları 

haqqında  KÖMİS-dən alınmış  informasiyanı daxili  məlumat bazasında olan müvafiq 

informasiya ilə üzləşdirilir və uyğunsuzluq aşkar edildikdə müvafiq vəsaiti ödəyicinin 

kart hesabına bərpa edilməsini təmin edir; 

2.5.6.


 

bu  Sazişə  Əlavə  №4-də  müəyyən  edilmiş tariflərə  uyğun  olaraq,  əlavə  xidmət  haqqı 

tutulduğu  hallarda  müvafiq  interfeys  vasitəsilə  xidmət  haqqı  məbləği  barəsində 

ödəyicinin  məlumatlandırılması  və ödəyicinin arzusu  ilə ödənişdən  imtina olunması 

imkanını təmin edir. 

2.6.

 

  Bank və “Azərpoçt” MMC: 

2.6.1.


 

KÖMİS  ilə  informasiya  mübadiləsi  aparmaq  üçün  tələb  olunan  telekommunikasiya 

şəbəkəsinə qoşulur; 

2.6.2.


 

ödənişlərin  qəbul  edilməsi  üçün  KÖMİS-in  avtomatlaşdırılmış  iş  yerlərini  sistemin 

tələblərinə uyğun telekommunikasiya və müvafiq texniki avadanlıqla təmin edir; 

2.6.3.


 

ödənişlərin qəbul edilməsi üçün şöbə və filiallarda quraşdırılacaq avtomatlaşdırılmış 

iş  yerinin  sistemdə  qeydiyyatdan  keçməsini  təmin  edir  və  müvafiq  qaydada 

təlimatlandırır; 

2.6.4.

 

ödəyiciləri KÖMİS-də ilkin qeydiyyatdan keçirir və onlara ödəyici kodu verir;   



2.6.5.

 

ödəyiciləri dövlət qurumları və KXM-lər üzrə öhdəliklər haqqında KÖMİS-in ödəyici 



bazasında olan tam informasiya ilə təmin edir;   

2.6.6.


 

bu  Sazişə  Əlavə  №3-də  göstərilən  İştirakçıların  xeyrinə  ödəniş  aparmaq  istəyən 

ödəyicilərin  üzərinə  heç  bir  əlavə  xərc  qoymadan  onların  KXM-lər  qarşısında  olan 

borc  öhdəlikləri  üzrə  ödənişlərin  icrasını  həyata  keçirir  və  ödənişi  təsdiq  edən 

müvafiq sənəd (Əlavə №2) ilə təmin edir; 

2.6.7.


 

bu  Sazişə  Əlavə  №4-də  müəyyən  edilmiş  tariflərə  uyğun  olaraq,  xidmət  haqqı 

tutmaqla  ödəyicilərin  dövlət ödənişinin  icrasını  həyata  keçirir və  ödənişi təsdiq  edən 

müvafiq sənəd (Əlavə №2) ilə təmin edir;  

2.6.8.

 

xidmət  haqqı  tarifləri  bu  Sazişlə  tənzimlənməyən  İştirakçılar  üzrə  ödənişlər  qəbul 



edilərkən  özünün  daxili  tarif  siyasətinə  uyğun  olaraq,  ödəyicilərdən  xidmət  haqqı 

tutmaqla  ödənişin  icrasını  təmin  edir.  Bu  zaman  ödəyiciyə  ödənişi  təsdiq  edən 

müvafiq sənədə (Əlavə №2) əlavə olaraq tutulan xidmət haqqını təsdiq edən sənəd də 

verilməlidir; 

2.6.9.

 

ödəyicidən  xidmət haqqı tutulması  nəzərdə tutulan  hallarda ödənişlər üzrə tutulacaq 



xidmət tarifləri haqqında ödəyicini əvvəlcədən  məlumatlandırır; 


 

9

2.6.10.



 

KÖMİS  vasitəsilə  gün  ərzində  toplanmış  vəsaitləri  KÖMİS-dən  alınmış  ümumi 

ödəniş  faylı  ilə  üzləşdirərək  ödəniş  tranzaksiyalarının  rekvizitlərində  heç  bir 

dəyişiklik etmədən reqlamentə əsasən (Əlavə №1), XÖHKS sistemi  vasitəsilə dövlət 

qurumlarının və KXM-in bank hesablarına köçürür; 

2.6.11.


 

ödəniş  kartları  vasitəsilə  aparılmış  əməliyyatlar  haqqında  KÖMİS  və  xidmət 

olunduğu  müvafiq  KPM-dən  alınan  məlumatları  üzləşdirərək  vəsaitləri  reqlamentə 

(Əlavə  №1)  əsasən,  XÖHKS  sistemi  vasitəsilə  dövlət  qurumlarının  və  KXM-lərin 

bank hesablarına köçürür; 

2.6.12.


 

kütləvi  xidmətlər  üzrə ödənişlərin  nağdsız  ödəniş  alətləri  (birbaşa  debetləşmə,  kredit 

köçürməsi, ödəniş kartları və s.) vasitəsilə aparılmasını təmin etmək üçün KÖMİS-lə 

sistemin texniki tələblərinə uyğun formatda informasiya mübadiləsini təşkil edir; 

2.6.13.

 

xidmət  göstərdiyi  dövlət  qurumunu  və  KXM-i  KÖMİS-in  infrastrukturu  vasitəsilə 



qəbul  edilmiş  ödənişlər  haqqında  sistemin  texniki  tələblərinə  uyğun  formatda 

informasiya ilə təmin edir. 



2.7.

 

  Təşkilat: 

2.7.1.


 

KÖMİS  ilə  informasiya  mübadiləsi  aparmaq  üçün  tələb  olunan  telekommunikasiya 

şəbəkəsinə qoşulur; 

2.7.2.


 

ödənişlərin qəbul edilməsi üçün özünə məxsus olan PTK-lərin sistemdə qeydiyyatdan 

keçməsini təmin edir; 

2.7.3.


 

ödəyiciləri KÖMİS-də ilkin qeydiyyatdan keçirir və onlara ödəyici kodu verir; 

2.7.4.

 

ödəyiciləri dövlət qurumları və KXM-lər üzrə öhdəliklər haqqında KÖMİS-in ödəyici 



bazasında olan tam informasiya ilə təmin edir;   

2.7.5.


 

bu  Sazişə  Əlavə  №3-də  göstərilən  İştirakçıların  xeyrinə  ödəniş  aparmaq  istəyən 

ödəyicilərin  üzərinə  heç  bir  əlavə  xərc  qoymadan  onların  KXM-lər  qarşısında  olan 

borc öhdəlikləri  üzrə  ödənişin  icrasını  həyata  keçirir və  ödənişi təsdiq  edən  müvafiq 

sənəd (Əlavə №2) ilə təmin edir; 

2.7.6.


 

bu  Sazişə  Əlavə  №4-də  dövlət  ödənişləri  üzrə  müəyyən  edilmiş  tariflərə  uyğun 

olaraq,  xidmət  haqqı  tutmaqla  ödəyicilərin  dövlət  qurumlarının  xeyrinə  ödənişinin 

icrasını  həyata  keçirir  və  ödənişi  təsdiq  edən  müvafiq  sənəd  (Əlavə  №2)  ilə  təmin 

edir; 

2.7.7.


 

xidmət  haqqı  tarifləri  bu  Sazişlə  tənzimlənməyən  İştirakçılar  üzrə  ödənişlər  qəbul 

edilərkən  özünün  daxili  tarif  siyasətinə  uyğun  olaraq,  ödəyicidən  xidmət  haqqı 

tutmaqla  ödənişin  icrasını  təmin  edir.  Bu  zaman  ödəyiciyə  ödənişi  təsdiq  edən 




 

10

müvafiq sənədə (Əlavə №2) əlavə olaraq tutulan xidmət haqqını təsdiq edən sənəd də 



verir;  

2.7.8.


 

ödəyicidən  xidmət haqqı tutulması  nəzərdə tutulan  hallarda ödənişlər üzrə tutulacaq 

xidmət tarifləri haqqında ödəyicini əvvəlcədən məlumatlandırır; 

2.7.9.


 

KÖMİS vasitəsilə gün ərzində toplanmış vəsaitlərin  xidmət olunduğu bank vasitəsilə 

reqlamentə  əsasən  (Əlavə  №1)  dövlət  qurumlarının  və  KXM-in  bank  hesablarına 

köçürülməsini təmin edir. 

 

3.

 

ƏMƏLİYYATLARA GÖRƏ HAQLAR 

3.1.

 

KÖMİS vasitəsilə aparılan əməliyyatlara görə dövlət qurumları və KXM-lər tərəfindən 

ödənilən  xidmət  haqqı  bu  Sazişə  Əlavə  №3-də  müəyyən  edilmiş  tariflər  əsasında 

hesablanır. 



3.2.

 

KÖMİS  vasitəsilə  aparılan  əməliyyatlara  görə  ödəyicidən  tutulan  və  bu  Sazişlə 

tənzimlənən xidmət haqqı Əlavə №4-də müəyyən edilmiş tariflər əsasında hesablanır. 

3.3.

 

Sazişə  yeni  qoşulan  İştirakçı  üzrə  KÖMİS  vasitəsilə  aparılan  əməliyyatlara  görə 

xidmət haqqı tarifi bu Sazişin 5.2-ci maddəsi ilə müəyyənləşdirilir.  

3.4.

 

Bu  Sazişlə  tənzimlənməyən  hallarda  KÖMİS  vasitəsilə  aparılan  əməliyyatlara  görə 

ödəyicidən tutulan xidmət haqqı müvafiq olaraq Bankın, “Azərpoçt” MMC-nin və  ya 

Təşkilatın daxili tarif siyasəti əsasında hesablanır. 



3.5.

 

İştirakçılardan  hər  hansı  birinin  təklifi  ilə  bu  Saziş  çərçivəsində  xidmət  tariflərinə 

yenidən baxıla bilər.  

3.6.

 

bu Sazişə Əlavə №3-ə daxil edilmiş dövlət qurumlarının xeyrinə toplanmış  vəsaitlərə 

görə  xidmət  haqqı  Mərkəzi  Bank  tərəfindən  təqdim  olunmuş  hesab  faktura  əsasında 

onlar tərəfindən bu Saziş üzrə müəyyən edilmiş müddətdə ödənilir. 



3.7.

 

KXM–lərin  xeyrinə  toplanmış  vəsaitlərə  görə  xidmət  haqqı  Mərkəzi  Bankın  inkasso 

tapşırığı əsasında onlara xidmət göstərən bank tərəfindən akseptsiz qaydada silinir.  

 

4.



 

TƏRƏFLƏRİN MƏSULİYYƏTİ 

4.1.

 

Bank,  “Azərpoçt”  MMC  və  Təşkilat  ödəyicilərdən  ödəniş  kartları  vasitəsilə  aparılan 

əməliyyatlara görə bu Sazişlə müəyyən edilmiş xidmət tariflərindən əlavə (overdraftla, 

kredit  xətləri  ilə  bağlı  bankın  təyin  etdiyi  faiz  və  komissiya  istisna  olmaqla)  xidmət 

haqqı, komissiya və ya digər ödənişlər tutmur. 



 

11

4.2.



 

Bank,  “Azərpoçt”  MMC  və  Təşkilat  KÖMİS  vasitəsilə  toplanmış  vəsaiti  bu  Sazişlə 

müəyyənləşdirilmiş  reqlamentə  (Əlavə  №1)  əsasən  Dövlət  qurumlarının  və  KXM-in 

bank  hesabına  bu  Saziş  üzrə  müəyyən  edilmiş  qaydada  və  müddətdə  köçürmədikdə 

hər  gecikdirilmiş  gün  üçün  köçürülməmiş  məbləğin  1  (bir)  faizi  həcmində  cərimə 

ödəyir. 


4.3.

 

Dövlət  qurumu  və  KXM  KÖMİS  vasitəsilə  göstərilmiş  xidmətə  görə  ödənişləri  bu 

Saziş  üzrə  müəyyən  edilmiş  qaydada  və  müddətdə  yerinə  yetirmədikdə  hər 

gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1 (bir) faizi həcmində cərimə ödəyir.   



4.4.

 

Tərəflər  bu  Sazişdə  nəzərdə  tutulmuş  vəzifələrin  lazımınca  yerinə  yetirilməməsinə 

görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

4.5.

 

Tərəflərdən  heç  biri  bu Saziş üzrə öhdəliklərinin qarşısıalınmaz qüvvənin (fors-major 

hallar) təsiri  nəticəsində  yerinə  yetirilməməsinə görə məsuliyyət daşımır, bu şərtlə ki, 

Tərəflər  öhdəliklərinin  lazımı  qaydada  icra  etməməsini  fors-major  şəraiti  nəticəsində 

mümkün olmadığını sübuta yetirə bilsin. 

4.6.

 

Qarşısıalınmaz  qüvvənin  təsirinə  (fors-major  hallara)  İştirakçılar  tərəfindən  nəzarət 

edilməyən,  onların  səhvi  və  ya  laqeydliyi  nəticəsində  baş  verməyən,  qabaqcadan 

nəzərdə  tutulması  mümkün  olmayan  hadisələr  aid  edilir.  Bunlara  müharibələr  və  ya 

inqilablar,  daşqınlar,  epidemiyalar,  epizootiyalar,  karantinlər,  embarqolar,  dövlət  və 

hökumət qərarları və bu kimi digər hallar aid edilir. 



4.7.

 

Tərəflər  qarşısıalınmaz  qüvvənin  (fors-major  halların)  təsiri  barədə  və  yaranma 

səbəbləri  haqqında  yazılı  məlumatı  yubanmadan  qarşı  Tərəflərə  göndərməlidir.  Əgər 

qarşı  Tərəflərdən  digər  yazılı  təlimat  daxil  olmayıbsa,  Tərəf  öz  imkanları  daxilində 

qarşısıalınmaz  qüvvənin  təsirindən  (fors-major  hallardan)  asılı  olmayan  saziş 

öhdəliklərinin yerinə yetirilməsini davam etməli və qarşısıalınmaz qüvvənin təsirindən 

(fors-major hallardan) asılı olan saziş öhdəliklərinin yerinə yetirilməsi üçün alternativ 

üsullar axtarmalıdır. 

 

5.

 

SAZİŞƏ QOŞULMA QAYDALARI 

5.1.

 

Bu Saziş Tərəflər üçün açıqdır. 



5.2.

 

Sazişə  yeni  qoşulan  hər  bir  İştirakçı  ilə  Mərkəzi  Bank  arasında  KÖMİS  vasitəsilə 

aparılan  əməliyyatlara  görə  xidmət  haqqı  tarifləri  razılaşdırılmaqla  ayrıca  qoşulma 

protokolu (Əlavə № 5) imzalanır və bu barədə digər Tərəflərə məlumat verilir. 




 

12

5.3.



 

Qoşulma  protokolunun  imzalanması  bu  Sazişə  uyğun  fəaliyyət  göstərmək  barədə 

yazılı iltizam sayılır. 

 

6.



 

SAZİŞİN MÜDDƏTİ 

6.1.

 

Bu  Saziş  Tərəflər  arasında  imzalandığı  andan  qüvvəyə  minir  və  ləğv  olunanadək 

qüvvədə qalır. 

6.2.

 

İstənilən İştirakçı 30 (otuz) gün əvvəl Mərkəzi Banka yazılı surətdə müraciət etməklə 

Sazişdən çıxa bilər. 

6.3.

 

Sazişdən  çıxmaq  İştirakçını  KÖMİS  qarşısında  mövcud  öhdəliyinin  icrasından  azad 

etmir. 

7.

 

MÜBAHİSƏLƏRİN HƏLLİ 

7.1.

 

Bu Sazişin  icrası zamanı  meydana çıxan mübahisələr və  ixtilaflar Tərəflərin qarşılıqlı 

razılığı  ilə  həll  edilir.  Qarşılıqlı  razılıq  əldə  edilmədikdə,  mübahisələr  Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun surətdə məhkəmə qaydasında həll edilir. 

 

8.

 

YEKUN MÜDDƏALAR 

8.1.

 

Sazişin  əsli  Mərkəzi  Bankda  saxlanılır,  Mərkəzi  Bank  tərəfindən  təsdiq  edilmiş 

surətləri isə hər bir İştirakçıya təqdim edilir.  

8.2.

 

Bu Sazişə əlavə və dəyişikliklər yalnız Tərəflərin yazılı razılığı ilə edilə bilər. 



8.3.

 

Tərəflər  arasında 

bu  Sazişlə  əhatə  olunmayan 

münasibətlər 

Azərbaycan 

Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir. 

 

 

 



 

 

 

 

 

 

 









 

20

Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş 



İnformasiya Sistemi ilə əməliyyatların 

aparılmasına dair Kollektiv Sazişə 

Əlavə № 1

 

 

KÖMİS-də tərəflər arasında informasiya mübadiləsinin 

 REQLAMENTİ 

 

Vaxt 

Əməliyyatların məzmunu

 

İcraçı 

Əməliyyat günü ərzində: 

00:00 – 24:00 

Bank, “Azərpoçt” MMC və Təşkilatın  maliyyə 

xidməti  nöqtələrində  KÖMİS  vasitəsilə  bütün 

ödəniş  mexanizmlərindən  istifadə  edilməklə 

aparılan  ödənişlər  sistemdə  qeydiyyatdan 

keçirilir  və  bu  əməliyyatlar  haqqında  dövlət 

qurumları və KXM-lərə informasiya ötürülür. 

Mərkəzi Bank 

Növbəti iş günü: 

09:00-10:00 

Bank, “Azərpoçt” MMC və Təşkilat tərəfindən 

KÖMİS  vasitəsilə  əvvəlki  Əməliyyat  günü 

ərzində  qəbul  edilmiş  ödənişlər  haqqında 

ümumi  məlumatlar  banka  və  “Azərpoçt” 

MMC-yə göndərilir (MT150, MT152).

 

Mərkəzi Bank

 

Növbəti iş günü: 



09:00-10:00 

Bank, “Azərpoçt” MMC və Təşkilat tərəfindən 

KÖMİS  vasitəsilə  əvvəlki  Əməliyyat  günü 

ərzində  qəbul  edilmiş  ödənişlər  haqqında 

ümumi məlumatlar dövlət qurumları və KXM-

lərə göndərilir (Day_Payments).



 

Mərkəzi Bank 

Növbəti iş günü: 

10:00-13:00



 

Bank, “Azərpoçt” MMC və Təşkilatın  KÖMİS 

vasitəsilə  qəbul  etdikləri  ödənişlər  XÖHKS 

vasitəsilə  dövlət  qurumlarının  və  KXM-lərin 

cari hesablarına köçürülür.

 

Bank, “Azərpoçt” 

MMC, Təşkilat

 

Növbəti iş günü: 

13:00-18:00 

XÖHKS  vasitəsilə  dövlət  qurumlarının  və 

KXM-lərin 

cari 


hesablarına 

daxil 


olan 

ödənişlər  haqqında  informasiya  müvafiq 

formatda onlara ötürülür. 

Bank, “Azərpoçt” 

MMC və Dövlət 

Xəzinədarlığı 

Agentliyi 

Əməliyyat günü ərzində 

Ödəyici  bazasında  aparılan  dəyişikliklər  və 

ödəyici  öhdəlikləri  haqqında  məlumatlar  

müvafiq formatda KÖMİS-ə ötürülür. 

Dövlət qurumu və 

KXM 

Əməliyyat günü ərzində 



KÖMİS-dən 

xüsusi 


formatda 

ödəyicinin 

ödənişləri 

haqqında 

informasiya 

qəbul 


olunaraq müvafiq qaydada istifadə edilir  

Dövlət qurumu və 

KXM 

 



 

21

 Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş 



İnformasiya Sistemi ilə əməliyyatların 

aparılmasına dair Kollektiv Sazişə 

Əlavə № 2 

 

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKI  



Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi 

MƏDAXİL QƏBZİ № _____________ 

KXM və yaxud Dövlət qurumu: ______________                                         Tarix:_______________ 

Ödəyən: 


Abonent kodu:_________________     

          Tam adı:_________________

 

Abonent:


 

   Hesabı:______________________

 

 

Tam adı:______________________



 

  Ünvanı:______________________ 

 İstehlak qrupu:________________  

     


VÖEN

:________________________ 

Məbləğ:  

  Qaimə borcu:_____________________      

Ödənilməlidir:_____________________       

          Ödənildi:____________________      

Məbləğ yazı ilə:____________________    

Xidmət haqqı:____________________      

Cəmi məbləğ:____________________    

     Qalıq borc:_`___________________    

Ödənişin təyinatı:    

         Qaimə №:____________________ 

Təsnifat kodu*:____________________ 

Büdcə səviyyəsi*:____________________ 

Büdcə təşkilatı*:_______________ 

Ödəniş vasitəsi:____________________ 

Tranzaksiya nömrəsi**:_______________ 

 

Qəbul edən təşkilat:                                                                                                 VÖEN: 



Əməliyyatçı

:_____________________                                                   

Abonent:________________ 

 

Qeydlər: 



* Dövlət ödənişləri aparılan zaman əlavə edilir. 

** Ödəniş kartları vasitəsilə aparılan ödənişlər zamanı tranzaksiya nömrəsi əlavə edilir. 

 



 

22

Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş 



İnformasiya Sistemi ilə əməliyyatların 

aparılmasına dair Kollektiv Sazişə 

Əlavə № 3 

 

KÖMİS vasitəsilə aparılan əməliyyatlar üzrə 



T a r i f   c ə d v ə l i 

 

 



 

 

№ 



 

İştirakçının adı 

İcraçı 

Tarif dərəcələri 



(toplanılmış vəsaitdən faizlə)

 

1.



 

“Bakıelektrikşəbəkə” ASC 

Bank 

1% 


2.

 

ARDNŞ-in “Azəriqaz” İB 



Bank 

1% 


3.

 

"AzərSu" ASC 



Bank 

1% 


4.

 

"Azərenerji" ASC 



Bank 

1% 


5.

 

DİN Baş Dövlət Yol Polisi 



İdarəsi 

Bank 


1%

 

6.



 

“Bakıelektrikşəbəkə” ASC 

“Azərpoçt” MMC 

və Təşkilat 

İkitərəfli bağlanmış müqaviləyə əsasən  

müəyyənləşdirilir. 

7.

 

"Azəriqaz" QSC 



“Azərpoçt” MMC 

və Təşkilat 

İkitərəfli bağlanmış müqaviləyə əsasən  

müəyyənləşdirilir. 

8.

 

"AzərSu" ASC 



“Azərpoçt” MMC 

və Təşkilat 

İkitərəfli bağlanmış müqaviləyə əsasən  

müəyyənləşdirilir. 

9.

 

"Azərenerji" ASC 



“Azərpoçt” MMC 

və Təşkilat 

İkitərəfli bağlanmış müqaviləyə əsasən  

müəyyənləşdirilir. 

10.

 

DİN Baş Dövlət Yol Polisi 



İdarəsi 

“Azərpoçt” MMC 

və Təşkilat 

İkitərəfli bağlanmış müqaviləyə əsasən  

müəyyənləşdirilir. 



 

23

Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş 



İnformasiya Sistemi ilə əməliyyatların 

aparılmasına dair Kollektiv Sazişə 

Əlavə № 4 

 

KÖMİS vasitəsilə aparılan əməliyyatlar üzrə 



T a r i f   c ə d v ə l i 

 

İştirakçının adı 



Əməliyyatın növü 

Əməliyyatın təsviri 

Tariflər 

Dövlət qurumları 

Vergi və gömrük ödənişləri, 

dövlət rüsumu və dövlət 

büdcəsinə 

digər ödənişlər üzrə

 

Dövlət büdcəsinə ödənişləri 



həyata keçirərkən Bank, 

“Azərpoçt” MMC, Təşkilat 

tərəfindən ödəyicidən 

tutulan xidmət haqqı 

Minimal 0.40 manat, 

maksimal 15 manat 

olmaqla ödənilən 

məbləğin 0.15% -i 

miqdarında 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

24

Kütləvi  Ödənişlər  üzrə  Mərkəzləşdirilmiş 



İnformasiya 

Sistemi 


ilə 

əməliyyatların 

aparılmasına dair Kollektiv Sazişə 

Əlavə № 5 

 

Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi ilə 

əməliyyatların aparılmasına dair Kollektiv Sazişə 

Qoşulma protokolu 

 

 



________________________________________ tərəfindən hazırkı protokolun imzalanması  

                                          (qoşulan təşkilatın adı) 

Mərkəzi  Bankın  digər  iştirakçılarla  birgə  imzaladığı  “ ___  ”  ____________ 2012-ci  il  tarixli  

Kütləvi  Ödənişlər  üzrə  Mərkəzləşdirilmiş  İnformasiya  Sistemi  ilə  əməliyyatların 

aparılmasına dair Kollektiv Saziş”ə uyğun fəaliyyət göstərmək barədə  yazılı iltizam sayılır və 

KÖMİS vasitəsilə aparılan əməliyyatlar üzrə aşağıdakı tarif cədvəli razılaşdırılır: 

 

 



Əməliyyatın 

növü 

Əməliyyatın təsviri 

Tariflər 

 

 



 

 

 

İştirakçı təşkilatın səlahiyyətli  

nümayəndəsi: 

 

 

 



 

__________________________ 

 

 

(imza) 



__________________________ 

 

 



 

 

 



 

 

 



      (soyadı, adı, vəzifəsi) 

 

Tarix: __________________ 



 

 

M.Y. 



Document Outline

  • APUS KOLLEKTIV SAZISH
    • APUS_Bank_KXM_CPC_Sazish_Changes_2012_18_2
    • Taraflarin imzalari
      • 13
      • 14
      • 15
      • 16
      • 17
      • 18
      • 19
  • 20

Yüklə 176,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə