[]


Redaktor:   Şəhla Qəmbərova-F.Köçərli adına Respublika Uşaq



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix01.11.2017
ölçüsü0,51 Mb.
#7802
1   2   3   4   5   6   7   8   9   ...   12

 

Redaktor:  



Şəhla Qəmbərova-F.Köçərli adına Respublika Uşaq 

                                                            Kitabxanasının direktoru 

 

   Tərtibçi: 

Könül Səmədzadə-F.Köçərli adına Respublika  

                            Uşaq   Kitabxanası Elmi metodika şöbəsinin  

                                                 baş    kitabxanaçısı 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

G İ R İ Ş 

Biz öz milli mənəvi dəyərlərimizlə, dini dəyərlərimizlə, adət 

ənənələrimizlə fəxr edirik.  

 

 

 



 

 

 



 

 

 



Heydər Əliyev 

 

 



 

 

 



 

 

 



 

Ulu öndər 

 

Keçmişini,  irsini,  tarixini,  mədəniyyətini  qəlbinə  hopdurmuş  olan 



əyilməz,  sınmaz,  dağılmaz  bir  gəminin  yolçularıyıq.  Bu  gəmi  çox 

möhkəmdir. Dəmirağac möhkəmliyi, Laçın qayasının sərtliyi, nəsildən-

nəslə  ötürülən  güc,  müdrik,  qocaların  nəsihətləri,  Ağrı  dağının  ağırlığı 

var bu gəmidə.  

Nənələrin  əl  işi,  babaların  qoyduğu  iz,  özündəkilərini  anlamaq, 

sahib çıxmaq,  əlindən alınmışları qaytarmaq, keçmişinin ruhaniyyətinin 

xeyir-duası ilə yola çıxır bu gəmi.  

Uzaq  məmləkətdə  min  ilməli,  min  naxışlı  bar  xalı  var. 

Babalarımızın təri hopmuş bir saxsı qab var. Piltəsi itmiş bir çıraq, qulpu 

sınmış  bir  cəhrə,  yağı  alınmış  bir  nehrə,  yazılmış  bir  kitab  var.  Biz 

sizinik deyir bu canlı tarixlər.  

Onları özümüzünküləşdirmək üçün yola çıxır bu gəmi.  

Azərbaycan  məmləkətinin  tozunu,  torpağını  müqəddəs  bilən  bir 

nəsildir  bu  gəminin  yolçuları.  Azərbaycanı  dünyaya  sevdirmək  və  bu 

məmləkətə xidmət etmək üçün yola çıxır bu gəmi.  

Uzunəsrlik  tariximizin  varisi  olaraq  insanlığın  səadəti  üçün,  fitnə-

fəsad  törədənlərə  qarşı  islahedici  bir  düşüncənin  sahibidir  bu  gəminin 

yolçuları. Bu düşüncəyə sahib olan insan “vətən” deyib oturar, “vətən” 

deyib qalxar... 

 

 



   


 

 



Ulu öndər Heydər ƏLİYЕV:  Biz öz milli dəyərlərimizlə fəxr 

etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, 

yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, 

həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. 

Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas 

istiqaməti, gələcək işlərimizin zəmanətidir. 

 Qədim  dövlətçilik  tarixinə  malik  olan  Azərbaycan  xalqı  hər  zaman  milli 

dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli 

dəyərlərimizin  qorunması  və  gələcək  nəsillərə  çatdırılması  bu  gün  də  öz 

aktuallığını  qoruyub  saxlayır.  Çünki  milli  dəyərlərimizin  Azərbaycan  xalqının 

formalaşmasına 

təsiri 

böyük 


olduğu 

kimi, 


milli 

dövlətçiliyimizin 

möhkəmləndirilməsində də xüsusi rolu vardır. 

            Milli dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibət gələcəyimiz üçün 

yaxşı  heç  nə  vəd  etmir.  Tarixdən  məlumdur  ki,  öz  soykökünə,  tarixinə,  milli 

dəyərlərinə,  inanclarına  dönük  çıxan  millətlər  və  dövlətlər  müəyyən  zaman 

kəsiyində “əriyib” yox olmuş və tarix səhnəsindən birdəfəlik silinmişlər. Hər hansı 

bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. 

Bəs milli dəyərlər deyəndə nə başa düşülməlidir? Milli ideologiya, milli tarix, milli 

dil, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi 

şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, folklorumuz: hansı ki bura bizim 

yaddaşımız – fərd yaddaşı, etnos yaddaşı, millət, xalq yaddaşı daxildir. Bir sözlə, 

milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir. 

            Milli dəyərlərimizin qorunması və inkişafı ulu öndərimiz Heydər Əliyevin 

adı  ilə  bağlıdır.  Milli  dəyərlərimizə,  soykökümüzə  qayıdışın,  milli  hisslərimizin 

oyanışının  xalqımız  üçün  gərəkliliyini  nəzərə  alan,  hər  zaman  bu  sahəni  diqqət 

mərkəzində  saxlayan  ümummilli  liderimiz  Heydər  Əliyevin  Azərbaycana 

rəhbərliyinin birinci dövründə xalqımızın milli oyanışının əsası qoyulmuşdur. 

  

Ümummilli lider Heydər Əliyev milli dəyərlərimizi təkcə milli varlığımızın 



yox,  həm  də  siyasi  varlığımızın  –  dövlət  quruculuğu  prosesinin  mühüm  atributu 


 

kimi  dəyərləndirirdi.  Mənsub  olduğu  xalqın  tarixi  keçmişinə,  mədəni  irsinə  və 



milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan ulu öndər deyirdi: 

“Bizim  hamımızı  birləşdirən,  həmrəy  edən  Azərbaycançılıq  ideyasıdır. 

Azərbaycançılıq  öz  milli  mənsubiyyətini,  milli-mənəvi  dəyərlərini  qoruyub 

saxlamaq,  eyni  zamanda  onların  ümumbəşəri  dəyərlərlə  sintezindən, 

inteqrasiyasından  bəhrələnmək  və  hər  bir  insanın  inkişafının  təmin  olunması 

deməkdir”. 

             Milli  dəyərlərimizə  dərindən  bələd  olan  ümummilli  lider  xarici  ölkələrə 

səfərləri  zamanı  soydaşlarımızla  görüşlərində  onlara  harada  yaşamalarından  asılı 

olmayaraq  Azərbaycançılıq  ideologiyasına  sadiqliyi,  xalqımıza  xas  olan  adət-

ənənələrimizi  yaşatmağı,  təbliğ  etməyi  tövsiyə  edirdi:  “Bizim  hamımızın  bir 

Vətəni  var  –  bu,  Azərbaycandır.  Azərbaycanlı  hər  yerdə  yaşaya  bilər,  ancaq 

azərbaycanlılığını,  öz  dilini,  milli  ənənələrini  unutmamalıdır.  Onun  qəlbi  daim 

doğma Azərbaycanla bir vurmalıdır”. 

Məlumdur  ki,  dinimiz  bizim  milli-mənəvi  dəyərlərimizin  ən  önəmli 

ünsürlərindən biridir. Xalqımız 70 il kommunist rejimdə ateist təbliğatın aparıldığı 

bir  şəraitdə  yaşasa  da  öz  dini  dəyərlərini  unutmamış,  onları  gizli  də  olsa 

yaşatmışdır.  Lakin  bununla  belə  o  dövrdə  dini  dəyərlərimizin  zədə  aldığı  da  bir 

reallıqdır.  Təsadüfi  deyildir  ki,  Sovetdən  əvvəl  Azərbaycanda  neçə  min  məscid, 

mədrəsə,  təkkə  olduğu  halda  müstəqilliyimizi  yenidən  əldə  edəndə  cəmi  17 

məscidimiz  vardı.  Bu,  Sovet  rejiminin  dinlə  mübarizəsinin  nə  qədər  amansız 

olduğunu  göstərir. Dini  ibadətgahlarımızın  və  abidələrimizin  bərpası  və  yenidən 

inşası da Ulu Öndərin müstəqil Azərbaycanın prezidenti olduğu dövrə təsadüf edir. 

Məhz  bu  dövrdə  yüzlərcə  ibadətgah  inşa  və  yaxud  da  bərpa  edilmiş,  dini 

dəyərlərimiz  yenidən  canlanmışdır.  Xalqımızın  əsrlərcə  ziyarət  yeri  olan,  lakin 

Sovet  rejimi  tərəfindən  dağıdılan  Bibi  Heybət  məscidi  və  ziyarətgahinın  Heydər 

Əliyevin  əmri  ilə  dövlət  hesabına  yenidən  inşa  edilməsi  onun  bu  sahədəki 

xidmətlərinin  bir  göstəricisidir.  Belə  misalların  sayı  olduqca  çoxdur.  Heydər 

Əliyev  İslamı  bizim  milli-mənəvi  kimliyimizin  ayrılmaz  bir  hissəsi  kimi  qəbul 

edirdi. “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” sözləri onun dinə baxışını çox 

gözəl  bir  şəkildə  xülasə  edir.  Ulu  Öndər  dinimizin  ilahi  əxlaqi  dəyərlər  sistemi 

olaraq mənimsənilməsinin xüsusilə gənçlərin formalaşmasında müsbət bir funksiya 

icra edəcəyini düşünürdü. 

 

 

 



 

 

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə