[]



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix01.11.2017
ölçüsü0,51 Mb.
#7802
1   2   3   4   5   6   7   8   9   ...   12

11 

 

8.



 

Biz  öz  milli-mənəvi  dəyərlərimizə  sadiqik,  bu  dəyərləri 

qoruyuruq,  saxlayırıq,  ənənələri  yaşadırıq  və  bizim  gücümüz  də 

bundadır.” 

İlham Əliyev 

 

 

 



 

 

Azərbaycan Respublikasinin Prezidenti 



9.

 

Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz 



möhkəm təməl üzərində qurulub. Çoxəsirlik tarix, mədəniyyət 

üzərində qurulub. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib 

məsələdir. Biz təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq 

bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir.  

İlham Əliyev 

   


 

 

Azərbaycan Respublikasinin Prezidenti 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 


12 

 

Bölmə III: 



 Gənc nəslin yetişməsində milli dəyərlərimizin rolu. 

 

Mənəviyyat  insanın  daxili  dünyasıdır.  Orada  gözəllik  də  var,  çirkinlik 

də, mərdlik də var, namərdlik də, şərafət də var, qəbahət də... 

Milli-mənəvi  dəyərlərimizin  kökü  əməli-salehlik  və  əxlaqi  saflıqdır; 

mənəvi təmizlik və büllurluqdur; halallıq və gözütoxluqdur; xeyirxahlıq 

və mərdanəlikdir...Bunların hamısının zirvəsində isə adil vicdan dayanır.  

Hər  xalqın  öz  adət-ənənəsi  var,  öz  milli-mənəvi  və  dini  dəyərləri  var. 

Biz  öz  milli-mənəvi  dəyərlərimizlə,  öz  dini  dəyərlərimizlə,  adət-

ənənələrimizlə  fəxr  edirik.  Bizim  xalqımız  yüz  illərlə,  min  illərlə  adət-

ənənələrimizi,  milli-mənəvi  dəyərlərimizi  yaradıbdır  və  bunlar  indi 

bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir.  

Milli-mənəvi  dəyərlərimiz  xalqımızın  simasında  zaman-zaman 

yaşamışdır.  Bizi  başqa  xalqlardan,  millətlərdən  fərqləndirən  də  elə  bir 

çox 


məqamda 

milli-mənəvi 

dəyərlərimiz, 

mədəniyyətimiz, 

mənəviyyatımızdır.  Bu  mənada  Azərbaycan  ailəsi  də  başqa  ailələrdən 

fərqlənir.  Ailələrimizdə  böyüyə  hörmət,  ata-anaya  sevgi,  ehtiramla 

davranmaq,  kiçiklərə  qayğı,  diqqət  əsas  göstəricilərdəndir.  Bizim 

gələcək  nəsillərə  örnək  olan  əxlaq,  tərbiyə  simvolu,  məhəbbət  etalonu 

kimi  daim  hörmətlə  anılan  nümunəvi  ailələrimiz  çoxdur.  Bu  ailələr 

Azərbaycan xalqına sözün həqiqi mənasında böyük şəxsiyyətlər, dahilər 

bəxş etmişdir. 

Azərbaycan  müasirləşən,  Avropa  və  dünya  birliyinə  sürətlə 

inteqrasiya  edən  ölkədir.  Təbii  ki,  müasir  dünyada  sürətlə  davam  edən 

qloballaşma  prosesləri  bizim  də  ölkədən  yan  keçməyib.  Buna 

baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı 

və  bu  dəyərlərə  sadiq  olmalıyıq.  Hər  bir  ölkə  və  xalq  üçün  onun  milli 

dəyərləri  hər  şeydən  üstün  tutulmalı  və  digər  xalqların  dəyərləri  ilə 

ziddiyət  təşkil  etməməlidir.  Bu  baxımdan  biz  qloballaşma  deyəndə 

Azərbaycanda  beynəlxalq  əməkdaşlığı,  xoş  münasibətləri,  səmimi 

dostluğu  nəzərdə  tuturuq.  Biz  hər  zaman  qloballaşma  adı  altında  digər 

xalqların  adət-ənənələrinə  zidd  olan,  milli  mentalitetə  xas  olmayan 

dəyərlərə  qarşı  mübarizə  aparmalıyıq.  Təbii  ki,  bu  mübarizədə  milli 

mənliyimizi qorumaq ən vacib şərtlərdəndir. 



13 

 

 Milli-mənəvi  dəyərlərimizin  yaşadılmasında,  onun  təbliğində 



genişmiqyaslı fəaliyyəti ilə ictimaiyyətimizin rəğbətini qazanan Heydər 

Əliyev Fondu da bu sahədə böyük uğurlara imza atır. Fondun prezidenti, 

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı 

Mehriban  xanım  Əliyeva  tarixi-dini,  mədəni  abidələrin  qorunmasını  və 

bərpasını  daim  diqqət  mərkəzində  saxlayır.  Biz  bu  yaxınlarda  bir  daha 

bunun şahidi olduq. Müsəlman aləminin ən müqəddəs ibadətgahlarından 

olan  Şamaxı  Cümə  məscidi  milli  mənəvi  dəyərlərimizin  təbliğində 

böyük  əmək  sərf  edən  Prezident  İlham  Əliyevin  və  Heydər  Əliyev 

Fondunun xidmətləri sayəsində əsaslı bərpa və yenidənqurmadan sonra 

xalqın  istifadəsinə  verilmişdir.  Onu  da  qeyd  edək  ki,  tolerantlıq 

ənənələrinin  təblığində,  irsimizin  tanıdılmasında,  həmçinin  dünyanın 

müxtəlif  guşələrində  əyani  şəkildə  nümayişində  Heydər  Əliyev 

Fondunun  məxsusi  xidmətləri  vardır.  Fondun  maliyyə  dəstəyi  ilə 

Bakıdakı  Pravoslav  və  Müqəddəs  Məryəm  kilsələrində  də  təmir-bərpa 

işləri  aparılmış,  yəhudi  uşaqları  üçün  təhsil  və  mədəniyyət  mərkəzinin 

tikintisinə  dəstək  verilmişdir.  Strasburq  Kafedral  kilsəsinin  şüşələrinin 

təmirinə  ayırdığı  maliyyə  yardımı  səxavətli  bir  jest  və  Azərbaycanın 

Avropaya, onun mədəni irsinə verdiyi layiqli töhfədir. Göründüyü kimi, 

Heydər  Əliyev  Fondu  təkcə  İslam  dininə  aid  tarixi-dini  abidələrin 

bərpasına deyil, eləcə də hətta Azərbaycandan kənarda olan digər dinlərə 

məxsus abidələrin də bərpasına qayğı ilə yanaşır ki, bu da bizim tolerant 

və sülhpərvər xalq olduğumuzun əyani sübutudur. 

 

 

 



 

 

 



 

 

Azərbaycan xalqı da bugünədək məhz milli mənəvi dəyərlərinə bağlılığı sayəsində 



özünün  mövcudluğunu,  milli  identikliyini,  özünəməxsusluğunu  qoruyub  saxlaya 

bilib. Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun zəngin milli mədəni, 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə