[]



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix01.11.2017
ölçüsü0,51 Mb.
#7802
1   2   3   4   5   6   7   8   9   ...   12

15 

 

məhz  hansı  məsələlərdə  məqsədyönlü  surətdə  ənənəçi,  konservator 



olmağın labüdlüyünü ziyalılar müəyyənləşdirilməlidir. 

 

Milli-mənəvi dəyərlər bədii ədəbiyyatda formalaşır 

İnsanın mənəviyyatı, bir tərəfdən, genetik əsaslara malik olsa da əsasən 

sosial-mənəvi  mühitin  təsiri  ilə  formalaşır.  Burada  cəmiyyətin  mədəni-

mənəvi  həyatı,  insanın  yetişdiyi  mühitin  kulturoloji  aspektləri  mühüm 

rol oynayır.  

 

İnsanın formalaşdığı ictimai mühit mövcud dəyərlər sistemi, sosial 



və hüquqi normalar, mövcud dövlət quruluşu, iqtisadi münasibətlər, ailə 

münasibətləri,  təhsili  və  s.  bu  kimi  elementlərin  sintezindən  ibarətdir. 

Mədəni-mənəvi mühit isə cəmiyyətin müvafiq rakursu ilə yanaşı əvvəlki 

nəsillərdən  qalmış  sənət  əsərləri,  xüsusən  bədii  ədəbiyyat  təsiri  ilə 

formalaşır. Bütün bunlar insanların bir mütəxəssis və bir vətəndaş kimi 

yetişməsində mühüm rol oynayır. 

  

Bayağı  mədəniyyətin  ayaq  açıb  yeridiyi,  xarici  ölkələrdən  milli-



mənəvi  mühitimizə  yabançı  olan  təsirlərinin  gücləndiyi  bir  vaxtda 

sosial-mənəvi  ekologiyanın  problemlərini  öyrənmək  və  lazım  gəldikdə 

həyəcan təbili çalmaq lazımdır.  

 

 



Adət-ənənənin milli dəyər kimi yaşaması ailədən başlayır.  

Hər  bir  xalqın  mövcudliğunun  əsas  göstəricisi  olan  adət  və 

ənənələr, milli-mənəvi dəyərlər onun tükənməyən ən qiymətli sərvətidir. 

Milli-mənəvi  dəyərlər  bizim  tariximiz,  dilimiz,  dinimiz,  adət-

ənənələrimiz, 

mentalitetimiz, 

mədəniyyətimiz, 

ədəbiyyat 

və 

incəsənətimizdir. 



Adət-ənənənin  milli  dəyər  kimi  yaşamasi  ailədən  başlayır  və  cəmiyyət 

tərəfindən  qəbul  edilir,  millətin,  dövlətin  atributinə  çevrilərək  gələcək 

nəsillər tərəfindən qorunur. Azərbaycan ailəsinin uzunömürlülüyü məhz 

bu  ənənəyə  söykənir.  Ağsaqqal,  ağbirçək  məsləhəti  gənclərin  ailə 

qurmasinda  mühüm  rol  oynayır  ki,  bu  da  ailənin  uzunömürlülüyünün 

əsas göstəricisidir.  




16 

 

Dünya  şöhrətli  yazıçı  Aleksandr  Düma  təsadüfi  deyil  ki,  Azərbaycan 



adət-ənənələrini çox bəyənmiş və öz xatirələrində yazmışdır. Böyük rus 

yazıçısı  Lev  Tolstoy  “Hacı  Murad”  əsərini  məhz  Azərbaycan  adət-

ənənələri əsasinda yazmış, kişilik, mərdlik, namus, qeyrət, alicənablılıq 

və s. kimi dəyərləri yüksək qiymətləndirmişdir. 

Dünya  xalqları  arasinda  milli-mənəvi  dəyərləri  ilə  tanınan  Azərbaycan 

xalqı  yaşatdığı  və  təbliğ  etdiyi  bəşəri  ideyaları,  adət-ənənələri,  milli 

xüsusiyyətləri ilə özünəməxsus yer tutur.  

Milli-mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, təkamülə aparan 

davranış  qaydalarıdır.  Bu  qaydalar  dünya  svilizasiyasının  təməli 

qoyulandan  yaranmağa  başlamışdır.  Dəyərlərin  formalaşması  prosesi 

nəticədə  dünyada  hər  bir  fərdin  haqlarını  daha  dolğun  təsdiq  edən 

xüsusiyyətlər yaranır.  

Milli-mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, təkamülə aparan 

davranış  qaydalarıdır.  Bu  qaydalar  dünya  svilizasiyasinin  təməli 

qoyulandan  yaranmağa  başlamışdır.  Dəyərlərin  formalaşması  prosesi 

nəticədə  dünyada  hər  bir  fərdin  haqqlarını  daha  dolğun  təsdiq  edən 

xüsusiyyətlər yaranır.  

Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət- ənənələrinə, 

öz  mədəniyyətinə,  ədəbiyyatına,  tarixinə  bağlılığından  asılıdır. 

Azərbaycan  xalqı  bu  günədək  məhz  milli  mənəvi  dəyərlərinə  sadiqliyi 

sayəsində  özünün  mövcudluğunu,  milli  özünəməxsusluğunu  qoruyub 

saxlaya bilib. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli  

mədəni,  maddi,  ədəbi,  dövlətçilik  irsinə  sahib  olmasıdır.  Bu  zəngin 

mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılıb və onun böyük 

bir  hissəsi  bu  günədək  qorunub  saxlanıb.  Bu  baxımdan,  milli  dövlətin 

formalaşması  və  əbədiyaşar  olması  onun  mənəvi  əsaslarının  milli 

dəyərlərlə nə dərəcədə səsləşməsindən asılıdır.    

 

 



 

Milli-mənəvi dəyərlərin gələcək nəslə aşılanması. 

 

Milli dəyərlərə söykənən dövlət quruluculuğu xalqın milli şüuruna, 



mənəvi dəyərlərinə istinad edir və dediklərimizin gənc nəsilə aşılanması 

ən vacib məsələlərindən biridir.  




17 

 

Bu  mənada  akademik  Ramiz  Mehdiyevin  “Dövlətçilik  hissi  və  milli-



mənəvi dəyərlər sistemi” məqaləsindəki bir fikri xüsusi əhəmiyyət kəsb 

edir.  


“Milli-fəlsəfi  fikrin,  əxlaqın,  adət-ənənələrin  yeni  nəslə  çatdırılması, 

davam etdirilməsi, üçün milli-mənəvi abidələrin, bədii ədəbiyyatın rolu 

həqiqətən böyükdür. Bir millət üçün canlı tarix haradasa qırılanda, onun 

inkişafının  daxili  hərəkətverici  qüvvələri  məhdudlaşdırılanda,  inkişaf 

kənar qüvvələrlə məqsədyönlü surətdə başqa səmtə istiqamətləndiriləndə 

milli  genin  heç  olmazsa  başqa  ampulada,  fövqəltarixi  formalarda; 

fikirlərdə,  xatirələrdə,  ədəbiyyatda,  incəsənətdə,  yaşadılması  zərurəti 

yaranır.  Xalq  başqa  imperiyaların  işğalı  altında  qaldıqda,  başqa 

əqidələrin  rəsmi  təsir  dairəsinə  düşdükdə  milli  ruhu  öz  şəxsi  həyatı 

bahasına,  diri-diri  yandırılması,  dərisinin  soyulması  hesabına  da  olsa 

yaşadan və bir əmanət kimi yeni nəsillərə ötürən həqiqi böyük ziyalılar 

estafeti öz əllərinə almalı olurlar”.  

Bu mənada dəyərlərin yaşamasında ən ağır yük inanılmış, içində milli-

mənəvi dəyərlərə söykənən VƏTƏN sevgisi yaşadan ziyalıların çiyninə 

düşür.  Bir  sözlə  yuxarıda  qeyd  edildiyi  kimi,  milli-mənəvi  dəyərləri, 

adət-ənənələri  qələm  adamları,  ədəbiyyat  və  incəsənət  xadimləri,  bir 

sözlə  böyük  ziyalılar  yaratdıqları  əsərlərdə  yaşatmiş,  gələcək    nəsillərə 

çatdırmışlar. 



Azərbaycan adətləri, ənənələri və mərasimləri 

Adətlər,  ənənələr  və  mərasimlər  Azərbaycan  xalqının  zəngin 

mədəni irsidir. Ailə-məişət adətləri nəsildən-nəslə ötürülür. Adətlərin bir 

neçə nəsil boyu yaşaması da onların uzun ömürlü olmasından və tez-tez 

təkrar  edilməsindəndir.  Ənənələr  də  qanunlar  kimi  zaman  ötdükcə 

yaranır,  vaxtı  keçəndə  yeniləri  ilə  əvəz  olunur.  Lakin  elə  ənənələr  də 

olur  ki,  klassik  nümunələrə    dönür,  yaşayır,  insanların  həyat  tərzində 

həmişə özünü göstərir.  

Ənənə  və  adətlərin  yaranması  və  inkişafı  həyat  tərzinin  mühüm  tərkib 

hissəsi  olmaq  etibarilə,  tarix  boyu  nəsildən-nəslə  keçən  sosial  təcrübə, 

əmək  üsulları  və  vərdişləri,  insanların  ailə  və  məişətdəki  davranış 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə