[]



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix01.11.2017
ölçüsü0,51 Mb.
#7802
1   ...   4   5   6   7   8   9   10   11   12

18 

 

normalarını və qaydalarını özündə təcəssüm etdirir. Ənənə mədəni irsin 



saxlanılmasının bir formasıdır.   

 

 



 

 

 



*Toy mərasimi 

*Qız bəyənmə 

*Nişan 

*Toy 


*Azərbaycan xalqının qonaqpərvərliyi 

*Azərbaycanlıların Cay mərasimi və çörəyə hörmət 

*Novruz bayramı 

*Azərbaycan xalq oyunları 




19 

 

*Dini mərasimlər və  bayramlar 



*Azərbaycan xalqının vətənpərvərliyi 

*Azərbaycan milli musiqisi  

*Azərbaycan dekorativ-tətbiqi sənəti 

*Xalçaçılıq 

*Bədii tikmə 

*Ağacoyma sənəti 

*Metalişləmə sənəti 

*Milli geyimlər 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


20 

 

                                     BÖLMƏ IV: 



   Kitabxanalarda Milli-Mənəvi dəyərlərimizin rolu 

 

Milli-mənəvi dəyərlər tarixən xalqın milli ruhunu, estetik duyumunu və 

sənətkarlıq  məharətini  özündə  ehtiva  edib.  Bəllidir  ki,  əxlaq 

normalarının,  adət-ənənələrin  yaradıcısı  xalqdır.  Hər  birimiz  erkən 

çağlardan milli adət-əhatəsində böyüyürük. Həyatda qarşılaşdığımız hər 

bir mənəvi dəyəri öyrənir və mənimsəyirik.  

Beləliklə,  həmin  mənəvi  dəyərlər  dövrün,  mövcud  şəraitin  və  ictimai 

quruluşun  ruhuna,  tələblərinə  uyğun  cilalanir,  yeni  forma  və  məzmun 

kəsb edir. Eyni zamanda şəraitə uyğun mənəvi dəyərlər adət və ənənələr 

yaranır. Bu məfhumlar həyatın bütün dövrlərində insan münasibətlərinin 

tənzimləyicisi  və  istiqamətvericisi  olub.  Məhz  mənəvi  dəyərlərin  bu 

xarakterik cəhətlərinə görə sovet sistemində onlardan bir tərbiyə vasitəsi 

kimi geniş istifadə edilib.  

Mənəvi  dəyərlər  daha  çox  ictimai  rəyə  əsaslanan  yazılmamış  ünsiyyət 

qanunları kimi fəaliyyət göstərir. Adət-ənənə ilə əxlaq arasında qırılmaz 

bağlılıq var.  Hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Onlara laqeyd 

qalmaq  insanlar  arasında  münasibətlərin  pozulmasına,  şəxsiyyətlə 

kollektiv  və  cəmiyyət  arasında  ziddiyyətlərin  əmələ  gəlməsinə  səbəb 

olur.  Çünki  milli-mənəvi  dəyərlər  xalqın  milli  ruhunu,  estetik  ruhunu, 

estetik  duyumunu,  sənətkarlıq  qüdrətini  özündə  yaşadır.  Çeşidli  folklor 

nümunələrimiz  məhz adət-ənənələrimizin işığında intişar tapır.  Hazırda 

bu  mənəvi  dəyərlər  zəngin  mədəni  irs  olmaqla  bərabər,  eyni  zamanda 

milli özünəməxsusluğun ifadə vasitəsinə çevrilib.  

Bu gün milli adət və ənənələrimiz musiqi, mahnı nümunələri, əyləncəli 

oyunlarla  zəngin  olmaqla  yanaşı,  insanların  davranışlarına  əsaslı  təsir 

göstərən əxlaq normalarının da daşıyıcıları hesab olunur. Belə ki, adət və 

ənənələr  mədəni  tədbirlər  üçün  rəmzi  məna  kəsb  edir  və  onlara  milli 

məzmun  gətirir.  Məsələn,  Novruz  bayramı  ərəfəsində  keçirilən  bir  çox 

mədəni tədbirlərdə səmənidən, xalqımızın  qədim milli geyimlərindən və 

s. milli-rəmzi atributlardan geniş istifadə olunur.  




21 

 

Milli adət-ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sisteminə 



çevrilməsi həmişə aktual olub. Çünki, tarixin bütün dövrlərində millətin 

xə xalqın ictimai şüur  səviyyəsini əks etdirən adət və ənənələr həm də 

mədəni tərəqqinin, əxlaqi xüsusiyyətlərin göstəriciləri kimi çıxış edib. 

Digər tərəfdən, hər bir xalqın bədii yaradıcılıq nümunələri adət-ənənələr 

məkanında klassikləşib və mədəni irsə çevrilib.   Yeni yaranan mənəvi 

dəyərlər və varislik prinsiplərinə uyğun olaraq əski adət və ənənələrdən 

bəhrələnib. Lakin bu, mənəvi dəyərlərin inkişafina, yeniləşməsinə mane 

olmayıb. Sadəcə olaraq adət və ənənə formasında mənəvi mədəniyyətin 

tarixi təcrübəsinə əsaslanan yeni istiqamətləri yaranıb. Milli-mənəvi 

dəyərlər  millətin müqəddəs, toxunulmaz xəzinəsidir, onun tərəqqisi  

milli varlığın mövcudluğu və əbədiliyini tərənnüm edir.  

Hər  bir  xalqın  tarixi,  mentaliteti,  əcdadları  tərəfindən  yaradılmış  milli-

mənəvi  dəyərləri  vardır.  Azərbaycanın  qədim  tarixindən  bizə  miras 

qalmış milli mədəniyyətimiz yeni nəsil tərəfindən qorunub saxlanılmalı, 

zənginləşdirilərək  gələcək  nəsillərə  ötürülməlidir.  Belə  ki,  mədəniyyət 

dəyişdirilmədən,  təkmilləşdirilmədən  və  zənginləşdirilmədən  öz 

varlığını  qoruya  bilməz.  Gənc  nəsil  dünyanın  mütərəqqi  mənəvi 

dəyərlərindən 

bəhrələnərək 

sağlam 


əhval 

ruhiyyədə 



tərbiyələndirilməlidir.  

F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasında  “Mədəni  İrsimizin 

rəngarəng təqdimatı” adlı sərgi keçirilməsi nəzərdə tutulmuşdur.  Beləki, 

sərginin  iki  gün  keçirilməsi  məqsədəuyğundur.  Birinci  gün    sərgidə 

Azərbaycanın  turizm  potensialının,  mədəniyyətinin,  musiqisinin,  xalq 

oyunlarının,  milli  adət-ənənələrinin,  çay  dəstgahının  təbliğ  edilməsi 

nəzərdə tutulur.  

İkinci  gün  isə  sərgidə  əl  işləri  sənətkarlığı  nümayiş  etdirilir.  Burada 

xalça  sənəti,  toxuma,  tikmə  və  s.  kmi  əl  işlərinin  nümayişi  nəzərdə 

tutulur.  Həmçinin  bu  sərgilərə  “Azərbaycanın    milli  mətbəxi”    adlı  

sərgini də daxil etmək olar.  

Azərbaycan 

mətbəxi — 

dünyanın  qədim,  zəngin  və  dadlı 

mətbəxlərindən biridir. Azərbaycan milli mətbəxi təkcə 

xörəkl


ər, onların 

hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin 

əsas hissələrindən biridir. 

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə