[]



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix01.11.2017
ölçüsü0,51 Mb.
#7802
1   ...   4   5   6   7   8   9   10   11   12

22 

 

I Sərgi: 



“Mədəni İrsimizin rəngarəng təqdimatı” 

II Sərgi: “Milli tariximiz, ənənələrimiz, dəyərlərimiz” 

III Sərgi:”Azərbaycan mətbəxi”

 

 

“Milli tariximiz, ənənələrimiz, dəyərlərimiz” adlı rəsm və foto  

 

 

 

 

sərgisi:   

    


 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                                



ƏL İŞLƏRİ: 


23 

 

 



 

 

                       



 


24 

 

    



 

   


Ümummilli  lider  xalqın  qədim  mili-mənəvi  dəyərlərini  müasirliklə 

bağlayaraq  deyirdi:  Həyatda  uğurla  yaşamaq  üçün  xalqımızın,  millətimizin 

milli-mənəvi  dəyərlərinə  sadiq  olmaq  lazımdır,  bu  milli-mənəvi  dəyərləri 

ümümbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır. 

Heydər  Əliyev  Fondunun  təşəbbüsü  ilə  milli-mənəvi  dəyərlərimizin 

qorunması  istiqamətində  keçirilən  tədbirlərin  siyahısını  bir  az  da  uzatmaq 

olar. Amma, necə deyərlər “görünən dağa nə bələdçi”. Bir azərbaycanlı kimi 

milli-mənəvi  dəyərlərimiz  barəsində  düşünərkən  sevinir,  qürurlanırıq. 

Dərindən  düşünsək,  bir  daha  şahidi  olarıq  ki,  milli-mənəvi  dəyərlərimiz 

həqiqətən bizim qürur mənbəyimizdir. 

  



25 

 

Ümumilli liderimiz H.Əliyev məruzə və çıxışlarında, habelə gənclərlə



ordu sıralarında xidmət edən əsgərlərlə görüşlərində gənc nəslin milli 

ruhda tərbiyə olunmasında mədəniyyətimizin, mənəvi dəyərlərimizin 

müsbət təsirini xüsusi vurğulayaraq demişdir. “ Biz öz milli-mənəvi 

dəyərlərimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-

ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıblar və bunlar indi bizim 

xalqımızın mənəviyyatını təşkil edən amillərdir”. O, Azərbaycan 

Respublikası gənclərinin I forumundakı məruzəsində qürurla 

söyləmişdir: “Öz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş 

gənclər heç vaxt vətəninə, xalqına ögey münasibət bəsləməz. 

Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi 

dəyərlərimizin əsasinda tərbiyələnməlidirlər. Gənclərimiz bizim 

tariximizi , dilimizi, keçmişimizi, milli dəyərlərimizi yaxşı bilməlidir. 

Milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc 

vətənpərvər ola bilməz.” 

Bu fikirlər bir daha göstərir ki, milli-mənəvi dəyərlər xalqın mənəvi 

sərvəti, mənəvi xəzinəsidir.  

Gənc və yeniyetmələrin dünyagörüşünün, mənəvi aləminin, 

vətənpərvərlik hisslərinin inkişaf etdirilməsində milli-mənəvi dəyərlərin 

rolu çox böyükdür. Milli-mənəvi dəyərlər xalq yaradıcılığında, 

folklorumuzda təşəkkül tapıb inkişaf etdirilən və nəsildən-nəsilə 

ötürülərək bu günümüzün mədəni tərəqqisində misilsiz əhəmiyyət 

daşıyan keyfiyyətlərdəndir.  

Qədim adət-ənənələrimiz mədəniyyətin hər bir sahəsinin, eləcə də 

mədəniyyət evlərinin, saraylarının, muzeylərinin, kitabxanalarının işinin 

təşkilində diqqət mərkəzində olmalıdır. Soydaşlarımızın mənəvi 

tərbiyəsi, maariflənməsi, şəxsiyyətin formalaşması və asudə-vaxt 

problemi mədəniyyət müəssələrinin ən ümdə fəaliyyət sahəsi olan bədii-

kütləvi iş ilə sıx bağlıdır.  

Milli adət-ənənələr və unudulmuş folklor nümunələrimizin tədqiqi, 

bərpası, xalqı düşündürən, onun sevinc və kədərinə səbəb olan 

hadisələrin tədbir şəklində ifadəsi, unudulmaz və əlamətdar hadisələrin 

kütləvi şəkildə  qeyd edilməsi bədii-kütləvi işin vəsifəsi, insanların asudə 

vaxtlarının düzgün həlli, mədəni səviyyələrinin yüksəldilməsi, istirahət  

və əyləncəyə, bayram şənliklərinə cəlb edilməsi isə onun əsas 

mahiyyətidir.  

Şəhər və rayon mədəniyyət evləri, sarayları, klubları, muzey və 

kitabxanalarının, istirahət və və mədəniyyət parklarının, olimpiya 

komplekslərinin, turizm mərkəzlərinin fəaliyyətinin məğzini təşkil edən 




26 

 

bədii-kütləvi iş cəmiyyətin mədəni həyatını zənginləşdirir, istirahətinin 



mənalı və səmərəli keçməsinə yardımçı olur. 

Respublikamızda elə bir şəhər, rayon, qəsəbə və kənd yoxdur ki, orada 

müxtəlif səpkidə kütləvi tədbirlər təşkil olunmasın.  

Bədii-kütləvi iş mədəniyyət müəssələrinin əsas fəaliyyət sahəsi olmaqla 

yanaşı, təbliğat, təşviqat və incəsənət sahələrini əhatə edərək, əsasən iki 

hissəyə bölünür: 

I-sadə iş üslubu olub,  illüstrasiyalardan istifadə etməklə tematik gecə və 

konsertlərin , şifahi jurnalların və digər kütləvi tədbirlərin kino-konsert 

zallarında (qapalı binalarda) keçirilməsidir; 

II-mürəkkəb iş üslubu olub, meydanlarda, park və xiyabanlarda təşkil  

olunan bayramları, gəzintiləri, və digər kütləvi tədbirləri  nəzərdə tutur. 

Belə tədbirlərdə bədii-kütləvi işin başlıca sahəsi olan teatrlaşdırmadan 

geniş istifadə edilir.  

Xalqımızın milli, tarixi-ənənələri bayramları və mərasimləri kütləvi 

tədbirlər içərisində xüsusi yer tutur. Bu bayramlarda qədim 

mədəniyyətimiz, xalqımızın əsrlər boyu yaratdığı milli adət və ənənələr, 

bədii sərvətlər, tarixi hadisələr əks olunur. Bayram və mərasimlər 

həmçinin, insanların hiss və duyğularına təsir göstərir, mənəvi 

keyfiyyətlərini, formalaşdırır, cəmiyyətin mədəni həyatını zənginləşdirir, 

istirahətin, asudə vaxtın mənalı, səmərəli keçməsinə xidmət edir.  

Bayramların mənəvi dəyərini yüksək qiymətləndirən fransız filosofu 

J.J.Russo demişdir: “Əgər xalqı zəhmətkeş və yaradıcı etmək 

istəyirsinizsə, ona bayram etmək imkanı verin”.  

Platon bayramları dövlətin sabitliyi hesab edərək göstərirdi ki, tərbiyə 

işində buraxılan qüsurları bayramlar vasitəsilə düzəltmək mümkündür. 

Aristotelə görə isə, insan təbiəti elədir ki, o təkcə zəhmət çəkmək deyil, 

həm də öyrənmək  və bayram etmək istəyir. Buna onun hərtərəfli haqqı 

var.  


Göründüyü kimi, bayram və mərasimlər insan həyatını mənalandıran 

başlıca amillərdəndir. Burada onlar görüsür, ünsiyyət qurur, sevinc və 

kədərlərini bölüşdürürlər.  

Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı, Respublika günü, 

Qurtuluş günü, Konstitusiya günü və s. bu kimi bayramlarımız və tarixi 

günlərimizlə yanaşı, cəmiyyətin hər bir inkişaf mərhələsində digər 

mədəniyyətlərə inteqrasiyamız genişləndikcə, həyatımıza və məişətimizə 

yeni beynəlxalq bayram və tarixi günlər də daxil olur. Onların bəzilərinin 

kökləri qədim dövrlərə təsadüf etsə də, ölkəmizdə son zamanlardan bəri 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə