[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə2/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   2   3   4   5   6   7   8   9   ...   258

 



 




 



ÖN SÖZ 



Xutbətul-Hacə 

Həmd  ancaq  Allahadır,  Ona  həmd  edir,  Ondan  yardım  və  məğfirət 

diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah 

kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç 

kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah 

yoxdur.  O,  təkdir,  şəriki  də  yoxdur  və  şəhadət  edirəm  ki,  Muhəmməd  onun 

qulu və elçisidir. 

«Ey  iman  gətirənlər!  Allahdan  lazımınca  qorxun.  Yalnız  müsəlman 

olduğunuz halda ölün». (Ali-İmran 102). 

«Ey  insanlar!  Sizi  tək  bir  şəxsdən  (Adəmdən)  xəlq  edən,  ondan  zövcəsini 

(Həvvanı)  yaradan  və  onlardan  da  bir  çox  kişi  və  qadınlar  törədən 

Rəbbinizdən  qorxun.  (Adı  ilə)  bir-birinizdən  (cürbəcür  şeylər)  istədiyiniz 

Allahdan,  həmçinin  qohumluq  əlaqələrini  kəsməkdən  qorxun.  Şübhəsiz  ki, 

Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1). 

«Ey  iman  gətirənlər!  Allahdan  qorxun  və  doğru  söz  söyləyin!  (Əgər  belə 

etsəniz)  Allah  əməllərinizi  islah  edər  və  günahlarınızı  bağışlayar.  Hər  kəs 

Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-

Əhzab 70-71)

1

Şübhəsiz  ki,  sözlərin  ən  doğrusu  Allahın  kəlamı,  yolların  ən  xeyirlisi 

Muhəmməd - səllallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan 

uydurulanlardır.  Sonradan  uydurulub  dinə  salınan  hər  bir  əməl  (iş)  bir 

bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapmaqdır), hər bir zəlalət isə oddadır

2



                                                

1

 Xutbətul-Hacə - adı ilə məşhur olan bu duanı, cümə və s. xütbələrdə Peyğəmbər - sallallahu aleyhi və səlləm - 



oxumuşdur.  Səhabələrinə  də  bunu  əmr  etmiş  və  özü  də  onları  öyrətmişdir.  Hədisin  ilk  hissəini  bizə:  – 

Əhməd 1/392-393,432, Əbu Davud 2188, Tirmizi 1105, Nəsəi 3/104-105, 6/69 və «Əməlul Yəum vəl Leyl» 488, 

İbn  Məcə  1892,  Darimi  2202,  Tayalisi  «əl-Musnəd»  1557,  AbdurRazzaq  «əl-Musənnəf»  10449,  Bəzzar  «əl-

Musnəd»  -  Kəşful  Əstar  1/314,  Əbu  Yəla  «əl-Musnəd»  5233-5234,5257,  Tahavi  «Şərhul  Müşkilil  Asar»  1-3, 

Təbərani «Məcmuul Kəbir» 10/10079-10080, Həkim «əl-Mustədrək» 2744, Beyhəqi «Sünnənul Kubra» 3/214-

215, Bəğavi «Şərhus Sunnə» 2268 İbn Məsud - radıyallahu anhu – yolu ilə, Müslim «Şərhu Nəvəvi» 6/156-158, 

Əhməd 1/302,350, Nəsəi 6/89-90, İbn Məcə 1893 və Tahavi «Şərhul  Müşkilil Asar» 4 İbn Abbas  - radıyallahu 

anhu  –  yolu  ilə,  Tahavi  «Şərhul  Müşkilil  Asar»  5,  Beyhəqi  «Sünnənul  Kubra»  3/215  Nubeyt  b.  Şərit  

radıyallahu anhu – yolu ilə, Əbu Yəla «əl-Musnəd» 7221, Nəsəi «Sünnənul kubra» bax: «Tuhfetul Əşraf» 6/472 

№ 9148 əbu Musa əl-Əşari - radıyallahu anhu – yolu ilə. 

2

 Hədisin İkinci Hissəsini – Müslim «Şərhu Nəvəvi» 6/153-156, Əhməd 3/319,371, Nəsəi 3/188-189, Beyhəqi 



«Sünnənul  Kubra»  3/214  Cabir  b.  Abdullah  -  radıyallahu  anhu  –  yolu  ilə.  Bu  ləfz  Nəsainin  ləfzidir.  Hədisi 

Əhməd  3/371  və  Müslim:  «Sözlərin  ən  doğrusu»  ləfzi  yerinə:  «Sözlərin  ən  xeyirlisi»  ləfziylə  rəvayət 

edilmişdir.  İmam  Əhmədin  digər  rəvayətlərində  isə  3/319:  «Sözlərin  ən  gözəli»  şəklindədir.  Müslim: 

«Sonradan  uydurulub  dinə  salınan  hər  bir  əməl  (iş)  bidətdir»  ləfzi  yerinə:  «Hər  bir  bidət  bir  zəlalətdir 

(sapıqlıqdır)»  ləfziylə  ravayət  etmişdir.  Hədisin  sonunda  olan:  «Hər  bir  zəlalət  isə  oddadır»  ləfzini  zikr 

etməmişdir. Bu beş  səhabədən  başqa  hədisi: Aişə - radıyallahu anhə –, Səhl b. Sad - radıyallahu anhu –  mərfu 

olaraq.  Hədis  səhihdir.  Muhəddis  Muhəmməd  Nəsrəddin  əl-Albani  –  rahmətullahi  aleyhi  –  hədisin  bütün 

rəvayətlərini  bir  yerə  toplayaraq  «Xutbətul  Həcə»  isimli  bir  kitab  yazmışdır.  İstəyənlər  bu  kitaba  baxa 

bilərlər. Ayrıca bax: əl-Albani «Muxtəsər Səhih Müslim» 409, «Mişkətul Məsabih» 3149,5860.  



 



«Ey  Rəbbim!  köksümü  açıb  genişlət,  işimi  yüngülləşdir,  dilimdəki  düyünü 



aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).  

Möhtərəm müsəlman qardaş və bacılarım! İlk öncə hamınızı Allahın salamı 

ilə salamlayıram. Allahın kitabına və Rəsulullah - sallallahu aleyhi və səlləm – in 

yoluna  uyaraq  öz  risaləmi  «Bismilləh»  ilə  başlayıram.  Çünkü  Allah  Rəsulu  



sallallahu  aleyhi  və  səlləm  -  də  öz  məktublarını  «Bismilləh»  ilə  başlamış  və 

buyurmuşdu:  «Hər  mühüm  bir işə  «Bismilləh»  ilə  başlanılmazsa, o işin  sonu 

kəsikdir»

3

.  



Ən-ənəmizə sadiq olaraq Uca və Böyük olan Allahın izni ilə Əhli Sünnə vəl 

Cəmaat, Sələfi Salihin əqidəsi ilə bağlı olan kitabları toplamağa davam edirik. 

Bu  günkü  mövzumuz  günümüzdə  ən  aktual  mövzu  olan  Təkfir  fitnəsi  ilə 

bağlıdır.  

Əhli Sünnə vəl Cəmaat əqidəsinin əsaslarından biri də budur ki, onlar cahil 

və təvilçi bir kimsənin küfrə aparan bir əməl işləməsi halında – tərk edənin kafir 



olmasına  səbəb  təşkil  edəcək  olan  –  dəlili  ona  qarşı  ortaya  qoymadıqca  İslam 

dinindən çıxdığını söyləməzlər. Onlar yenə də qəlbi iman ilə dolu olub onunla 

rahat  və  hüzur  tapması  ilə  məcbur  edilən  bir  kimsənin  də  küfrə  götürən  bir 

əməl etməsiylə və ya sözüylə dindən çıxdığını söyləməzlər.  

Şirkdən  daha  aşağı  olan,  böyük  günahlardan  hansını  işləyirsə  işləsin  bu 

günahı  səbəbiylə  heç  bir  müsəlmanın  kafir  olduğunu  söyləməzlər,  belə  bir 

günahı işləyən kimsənin kafir olduğu hökmünü verməzlər. Onlar o, kimsəni o, 

günahı  halal  qəbul  etmədiyi  müddətdə  və  ya  dindən  olduğu  qəti  (zəruri) 

olaraq  bilinən  bir  şeyi  inkar  etmədiyi  müddətdə  o,  kimsənin  fasiq  və  ya 

imanının  əskik olduğuna  hökm  edərlər.  «Şübhə yoxdur ki,  Allah  Özünə  şərik 



qoşanları  əfv  etməz,  amma  istədiyi  şəxsin  bundan  başqa  olan  günahlarını 

bağışlayar…»  (ən-Nisa  48).  «Allah  ona  şərik  qoşmağı  bağışlamaz.  Bundan 

başqa  olan  günahları  isə  istədiyi  şəxsə  bağışlayar».  (ən-Nisa  116).  (Ya 

Peyğəmbər! Mənim adımdan qullarıma) de ki: «Ey mənim (günah törətməklə) 

özlərinə  zülm  etməkdə  həddi  aşmış  bəndələrim!  Allahın  rəhmindən  ümidsiz 

olmayın.  Allah  (tövbə  etdikdə)  bütün  günahları  bağışlayar.  Həqiqətən  O 

bağışlayan və rəhm edəndir». (əz-Zumər 53). Əbu Hureyrə – radıyallahu anhu – 

rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Zinakar, zina 

etdiyi  vaxt  mömin  olarsa  zina  etməz,  içki  içən,  içki  içdiyi  vaxt  mömin  olarsa 

içki içməz, oğruluq  edən, oğruluq  etdiyi  vaxt  mömin olarsa oğurluq  etməz»

4



Əbu  Zərr  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  bir  gün  Rəsulullah  –  sallallahu 



aleyhi  və  səlləm  –  ilə  birlikdə  Mədinənin  qara  daşlı  sahəsi  ilə  gedirdik.  Uhud 

tərəfə  döndükdə  o,  mənə  buyurdu:  «…Yerində  qal!  Mən  gəlmədikcə  heç  bir 

                                                

3

 Əbu Davud. 



4

 Müslim. 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə