[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə4/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   2   3   4   5   6   7   8   9   ...   258

 

Əhli  Sünnə  vəl  Cəmaat  imamlarının  cumhuru  avamın  və  avamın  dəlili 



anlamağa  incələmə  və  araşdırma  aparmağa  gücü  çatmayan  kimsələrin  əqidə 

və əhkam məsələlərində təqlidini caiz görür. Onlar təqlidin təkfirə mane olan 

hallardan biri olduğunu ittifaqla qəbul etmişlər. Çünki muqallid cahildir, dəlili 

və  ya  hüccəti  başa  düşməz,  bəsirət  və  başa  düşməyi  yoxdur.  Ona  bir  hüccət 

göstərilincəyə  və  öyrədilincəyə  qədər  məzurdur.  İbn  Teymiyyə  – rahmətullahi 

aleyhi  -  deyir  ki:  «Ümmətin  böyük  çoxluğuna  görə  ictihad  caizdir,  təqlid  də 

caizdir.  Onlar  ictihadı  hər  kəsə  vacib  görmədikləri  kimi,  təqlidi  də  hər  kəsə 

haram  görməzlər.  Eyni  şəkildə  təqlidi  hər  kəsə  vacib,  ictihadı  da  hər  kəsə 

haram görməzlər. İctihad, ictihada gücü çatan hər kəs üçün caizdir, təqlid isə 

ictihaddan aciz olanlar üçün caizdir. İctihada gücü çatan bir kimsə üçün təqlid 

caizdir,  yoxsa  yox?  Bu  mövzuda  ixtilaf  vardır.  Səhih  görüşə  görə  belə  bir 

kimsənin  ictihaddan  aciz  qaldığı  durumlarda  təqlidə  yönəlməsi  caizdir.  Bu 

acizlik ya dəlilin eyniliyindən və ya ictihad üçün yetərli vaxtın olmamasından, 

ya da dəlilə açıq çatmamasından ola bilər…»

13



Bu  mövzuda  söyləniləcək  son  söz  budur:  Bir  müsəlmana  açıq  bir  şəkildə, 

haqqında  naslar  və  hüccət  sabit  olmadıqca,  xüsusəndə  içində  olduğu  cəhalət 

və ya  təvildən  faydalanırsa,  kafir  –  deyilməz.  Lakin  hüccət sabit olub, şübhə, 

təvil və cəhalətə yer qalmadıqda yenə də israr edərsə, haqqında şirk və ya küfr 

hökmü qalxar.  Heç  kəs  bu sözlərlə  bizim Muvahhid olanları  təkfir  etdiyimizi 

zənn  etməsin.  Şirk  və  küfr  yalnız  şəriətdəki  şərtlər  və  qaydalar  içərisində 

istifadə  edilir.  Müsəlmanın  haqsız  yerə  təkfir  edilməsi  isə  caiz  deyildir.  İbn 

Teymiyyə – rahmətullahi aleyhi – sözlərinə davam edərək deyir: «Muhəmmədin 

ümmətindən ictihad edib xəta edən və bu ictihadında haqqı tapmağı qəsd edib 

və  xəta  edərək  səhv  edən  kimsə  təkfir  edilməz.  Çünki  xətası  bağışlanır. 

Rəsuldan  gələn  məlum  olduqdan  sonra,  Rəsulun  gətirdiyi  hidayətə  zidd 

davranan və möminlərin yolundan başqasına uyan kafirdir. Kim də həvasına 

uyaraq haqqı öyrənmək xüsusunda qüsur edər və elmi olmadan danışarsa asi 

və günahkardır»

14

.  


Kitabın  adı  barəsində  çox  düşündüm: Düşündüm  ki,  adını  Əhli  Sünnə  vəl 

Cəmaatın  təkfir  məsələsində  mövqeyi,  bu  məsələdə  mənhəci  və  s.  adlarla 

adlandırım.  Lakin  sonda  qərara  gəldim  ki,  bu  kitabın  adını  «Təkfir  Fitnəsi» 

qoyum.  Artıq  kitabın  bu  adı  özündə  həm  Əhli  Sünnənin  bu  məsələdə 

mövqeyini, minhəcini, yolunu və bidətçi təkfirçilərə qarşı sərt ismarıcını əhatə 

etmişdir.  Çalışdım  ki,  Qurana,  Sünnəyə,  səhabələrin  və  alimlərin  dəlillərinə 

əsaslanaraq  bu  kitabı  toplayım.  Allahın  yardımı,  zəfəri  və  köməkliyi  ilə 

bacardığım bu oldu. Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Ümidvaram ki, 

                                                

13

 Məcmuu Fətava 10/203.  



14

 Məcmuul Fətava 12/180, 446.  




 

kitabda  olan  dəlillər  bu  məsələdə  doğru  yolu  tapmaq  istəyənlərə,  ağıllı  və 



dərrakəli  müsəlmanlara  kifayət  edəcəkdir.  Bu  kitabı  topladığımız  zaman 

məqsədimiz yalnız və yalnız Allahın rizasını qazanmaq, doğru yolda olanların 

doğruluğunun  daha  da  yəqinləşməsinə,  şübhədə  olanların  şübhələrinin 

qaldırılmasına və azmışların da doğru yola hidayət olunmaları üçün bir səbəb 

olacağıdır.  

Uca  və  Böyük  olan,  Əl-Vəhhəb  olan  Allahdan  bu  kitabı  İslam  ümməti, 

Muhəmməd  ümməti  üçün  xeyirli  və  bərəkətli  olmasını  diləyirəm.  Amin!  Ya 

Rəbbim!  İlk  növbədə  Allahdan  bu  işimin  dolğun,  düzgün  şəkildə  yazıb  başa 

çatdırılmasını  diləyirəm.  Allahdan  əməlimi  onun  üçün  ixlaslı  olmasını  və 

sünnəyə  uyğun  olaraq  məndən  qəbul  edib  onunla  müsəlmanları 

faydalandırmasını  diləyirəm.  Əgər  hardasa  xəta  etmişəmsə  bu  nəfsimdən  və 

şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə 

öyüt-nəsihət  verməkdən  çəkinməyəcəyinizi  ümid  edirəm.  Güvəndiyim 

Allahdır,  işlərimi  ona  həvalə  edirəm  və  ona  arxalanıram.  Həmd  və  nemət 

yalnız onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da odur. «Məni 

yaradan  və  məni  doğru  yola  yönəldən  Odur!  Məni  yedirdən  də,  içirdən  də 

Odur!  Xəstələndiyim  zaman  mənə yalnız  O  şəfa verir.  Məni öldürəcək,  sonra 

dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də 

Odur!  Ey  Rəbbim!  Mənə  hikmət  bəxş  et  və  məni  salehlərə  qovuşdur!  Sonra 

gələnlər  arasında  mənə  yaxşı  ad  qismət  et!  Məni  Nəim  Cənnətlərinin 

varislərindən et». (əş-Şuəra 78-85). 

Allahın  salat  və  salamı  onun  Peyğəmbəri  Muhəmməd  -  sallallahu  aleyhi və 



səlləm - ə, onun  ailə  üzvlərinə, səhabələrinə  və  Qiyamətə qədər onun  yolu ilə 

gedən saleh möminlərin üzərinə olsun.  

 

Bitirdim: Miladi 10 İyul 2013-Ci İl 

Hicri: 1 Ramazan 1434-Cü İl 

Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha (Yunus 10) 



 





 



 



 

XƏVARİCLƏR 

YOXSA 

TƏKFİRÇİLƏR?  

 





 



 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə