[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə5/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   2   3   4   5   6   7   8   9   ...   258

 

10 


XƏVARİCLƏR KİMLƏRDİR? 

 

Xəvaric  –  xarici  sözünün  cəm  formasıdır.  Xarici  –  sözü  ərəb  dilində  xaric 

olunmuş,  çıxmış  deməkdir.  İstilahi  mənası  –  müsəlman  alimləri  və 

rəhbərlərinə qarşı çıxan, böyük günah sahibi olan müsəlmanlara kafir damğası 

vuraraq,  onların  qanını  axıdanlara  deyilir.  İslam  ümmətində  ən  azmış 

firqələrdən  biridir.  Onun  tərəfdarları  böyük  günah  sahiblərini  və  onların 

fikirləri  ilə  razı  olmayan  hər  bir  kəsi  kafir  sayırlar.  Günahkarlar  Allaha  şərik 

qoşmasalar  da  belə  onların  mallarına  və  canlarına  təcavüz  etməyi  özlərinə 

halal  görürlər.  Onların  fikir  və  ideyalarına  zidd  olan  bir  çox  hədisləri  inkar 

edir  və  insanları  da  əmirlərə  qarşı  çıxmağa  çağırırlar.  Xəvariclər  İslam 

tarixində bir çox müsibətlərin və fəlakətlərin baş vermə səbəbkarıdırlar. Məhz 

Həzrəti  Osman  və  Həzrəti  Əli  – Allah onlardan razı olsun – qətlə yetrilməsində 

və müsəlmanların parçalanmasında səbəb Xəvariclər olmuşlar.  

Abdullah  b.  Şəddaf  b.  əl-Hadi  rəvayət  edir  ki:  «Xəvariclər  Əli  - radıyallahu 



anhu  –  dan  ayrıldıqdan  sonra  Əli  -  radıyallahu  anhu  –  onlara  İbn  Abbas  

radıyallahu  anhu  –  nu  göndərdi.  Bunlar  da  İbn  Abbas  -  radıyallahu  anhu  –  ilə 

Allahın kitabı üzərində üç gün mübahisə etdilər. Nəhayət onlardan 8 min kişi 

geri döndü». Sayı 12 minə yaxın, qəlbində mərəz olan Xəvariclər Rəsulullah – 

sallallahu  aleyhi  və  səlləm  –  in  yolu  ilə  gedən  Əlinin  başçılıq  etdiyi  cəmaatdan 

ayrılıb,  ona  qarşı  çıxdılar  və  Əli  -  radıyallahu  anhu  –  nu  kafir  saydılar.  Əli  



radıyallahu  anhu  –  ilə  Muaviyə  -  radıyallahu  anhu  –  arasında  döyüş  uzandığı 

təqdirdə  Muaviyə  -  radıyallahu  anhu  –  nun  tərəfdarları  Quranın  müshaflarını 

nizələrin ucuna taxaraq Əli - radıyallahu anhu – nun tərəfdarlarını Qurana tabe 

olmağa  çağırdılar.  Bizdən  bir  adam,  sizdən  də  bir  adam  çıxardaq  dedilər. 

İnsanlar buna razı olduqda Muaviyə - radıyallahu anhu – tərəfdən Amr b. As  

radıyallahu  anhu  –,  Əli  -  radıyallahu  anhu  –  tərəfdən  isə  Əbu  Musa  əl-Əşari  

radıyallahu  anhu  –  çıxdı.  Lakin  Əli  -  radıyallahu  anhu  –  İbn  Abbas  -  radıyallahu 

anhu  –  nun  çıxmasını  istəyirdi.  Lakin  bunu  görən  Urvə  b.  Uzeynə:  «Allahın 

əmrində adamlarınızı hakim təyin edirsiniz, hökm ancaq Allahındır – deyərək 

döyüş  hazırlığını  görməyə  başladılar.  Əli  -  radıyallahu  anhu  –  nəsihət  etmək 

üçün  İbn  Abbas  - radıyallahu anhu – nu  onların  yanına  göndərdi.  İbn  Abbas  



radıyallahu  anhu  –  deyir  ki:  «Elə  bir  qrupun  yanına  gəlmişdim  ki,  onlardan 

daha  çox  ibadət  edən  görməmişdim.  Səcdə  etməkdən  alınları  qaralmış,  əlləri 

səcdə etməkdən dəvələrin dizləri kimi sərt olmuşdu. Əyinlərində sərt köynək, 

izarları isə topuqdan yuxarı idi. Onlara salam verdim. Onlar da: «Xoş gəldin, 

İbn Abbas! Nə üçün gəlmisən?» dedilər. Mən də: «Mən Mühacir və Ənsaram. 

Peyğəmbərimizin  kürəkəninin  yanından  gəlirəm  ki,  onlara  Quran  nazil 

olmuşdu  və onlar  Quranın  təvilini sizdən  daha yaxşı  bilirlər.  Quranın onlara 



 

11 


nazil  olmasına  baxmayaraq  onlardan  heç  kəsi  sizin  aranızda  görmürəm.  Nə 

vaxt  İbn  Abbas  Xəvariclərlə  danışıq  aparmaq  üçün  onların  yanına  gəldiyi 

zaman  onlardan  bəziləri:  “Onunla  söhbət  etməyin”  deyə  qışqırmağa 

başladılar. Bu zaman hələ də Xəvaric olan İbn əl-Qayya ayağa duraraq deyir: 

“Ey Quran Əhli! Əgər sizdən kimsə bu kimsəni İbn Abbası tanımırsa mən onu 

tanıyıram.  Bunlar  barəsində  Allah  Quranda  buyurmuşdu:  “Doğrusu,  onlar 



höcətləşən  adamlardır”.  (əz-Zuxruf  58).  Qoy öz  ağasının  yanına  qayıtsın,  qoy 

öz ağasının yanına qayıtsın, siz isə Qurandan ayrılmayın”

15

.  


Onlar  Əli  -  radıyallahu  anhu  – nun  günahkar  saydılar  və  üç  məsələdə  onu 

ittiham etdilər: 1. Nə üçün Əli - radıyallahu anhu – Muaviyə - radıyallahu anhu – 

ilə  sülh  bağladıqda  –  Əmir  əl-Möminin  –  ifadəsini  qeyd  etmədi?  Əgər  o, 

möminlərin əmiri deyilsə o, zaman kafirlərin əmiridir.  



2.  Nə  üçün  Əli  -  radıyallahu  anhu  –  Muaviyə  -  radıyallahu  anhu  –  tərəfdən 

cariyə götürmədi?  



3.  Nə  üçün  Əli  -  radıyallahu  anhu  –  Quran  və  Sünnə  ilə  yox,  iki  nəfərin 

danışığı  nəticəsində  əldə  edilən  razılıq  ilə  sülh  bağladı?  Allahın  əmrinə  zidd 

olaraq adamlar təyin etdi. Halbuki hökm Allahındır.  

İbn Abbas - radıyallahu anhu – onların etirazlarını dinlədikdən sonra dedi: 1) 

Peyğəmbər  – sallallahu aleyhi və səlləm –  Hudeybiyyə  zamanı  müşriklərlə  sülh 

müqaviləsi  bağladıqda  –  Rəsulullah  (Allahın  elçisi)  –  ifadəsini  qeyd  etmədi. 

Həmçinin Əli - radıyallahu anhu – nun etdiyi bu əməl Sünnəyə müvafiqdir.  

2)  Deyin  görək  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  zövcəsi  və 

möminlərin  anası  sayılan  Aişə  - radıyallahu anhə – ni  əsir  alacaqsınız?  Vallahi 

əgər  o,  anamız  deyildir  desəniz  İslamdan  çıxacaqsınız.  Vallahi  onu  əsir 

alacaqsınız və başqaları bizə halal olduğu kimi o, da bizə halaldır desəniz yenə 

də  İslamdan  çıxacaqsınız.  «Onun  zövcələri  möminlərin  analarıdır».  (əl-Əhzab 

6). Bu suala da cavab verdimmi? Onlar: «Bəli».  

3)  Həqiqətən  də  Əli  -  radıyallahu  anhu  –  Quran  ilə  hökm  vermişdir.  «(Ey 

möminlər!)  Əgər  onların  (ər-arvad  və  s.)  arasında  ixtilaf  olacağından 

qorsanız,  o  zaman  hər  tərəfdən  bir  münsif  (vasitəçi)  təyin  edib  göndərin. 

Onları barışdırmaq istəsə Allah da onların köməyi olar. Həqiqətən Allah (hər 

şeyi)  bilən  və  (hər  şeydən)  xəbərdardır».  (ən-Nisa  35,  əl-Maidə  95).  Bu 

cavablardan sonra onların əksəriyyəti düz yola qayıtdı. Yerdə qalanı isə fitnə-

fəsad törətməkdə davam etdilər

16

. Onlar Abdullah b. Xabbəb - radıyallahu anhu 



– nu, zövcəsini və onlarla olan üç qadını da öldürdülər. Abdullah b. Xəbbab 

radıyallahu anhu – hamilə zövcəsi ilə birlikdə əsir götürülürlər. Xəvariclər: «Sən 

                                                

15

 Əhməd 1/621, Həkim 2/150-152, Beyhəqi 8/309.  



16

 Əhməd  1/621,  AbdurRazzaq  10/157,158,  Həkim  2/150,  152,  Təbərani  “10/312-314,  Beyhəqi  8/309,  İbn  Sad 

3/231.  



Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə