[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə6/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   2   3   4   5   6   7   8   9   ...   258

 

12 


kimsən?». Abdullah: «Mən Allah Rəsulunun səhabəsi Abdullah b. Xəbbabam. 

Siz  məni  qorxudursunuz».  Onlar:  «Sənə  bizdən  heç  bir  zərər  toxunmaz. 

Atandan  eşitdiklərini  bizə  danış?».  Abdullah:  «Mən  atamın  belə  dediyini 

eşitdim: «Mən Allah Rəsulunun belə dediyini eşitdim: Fitnə baş qaldıracaq. O, 

zaman  oturan  durandan,  duran  gəzəndən,  gəzən  də  qaçandan  xeyirli 

olacaqdır»

17

.  Abdullahın  əlləri  bağlı  idi. Yolda gedərkən  Zimmiyə  məxsus  bir 



donuza  rast  gəldilər.  Onlardan  biri  qılıncı  ilə  vuraraq  dərisini  parçaladı. 

Onlardan  biri:  «Sən  nə  üçün  belə  etdin,  axı  bu  zimmiyə  məxsusdur».  O,  da 

zimminin yanına gedərək onunla mehriban danışaraq onu razı saldı. Həmçinin 

onlardan biri ağacdan düşən xurmanı da yemişdi. İçərilərindən biri: «Sən icazə 

olmadan  və  ya  pulunu  ödəmədən  götürürsən?».  O,  isə  dərhal  xurmanı 

ağzından  atdı.  Buna  baxmayaraq onlar Abdullah  b. Xəbbabın  başını  kəsdilər, 

hamilə  zövcəsinin  yanına  gələrək:  «Mən  hamilə  qadınam,  Allahdan 

qorxmursunuz!». Beləcə onun da başını kəsib qarnını yararaq dölünü çıxardıb 

bayıra atdılar

18

. Bu hadisə Əli - radıyallahu anhu – ya çox təsir etdi. Bu dəfə o, əl-



Hərb  b.  Murranı  - radıyallahu anhu  – nu  onların  yanına  göndərdi.  Onlar  Əli  

radıyallahu  anhu  –  nun  bu  elçisini  də  öldürdülər.  Əli  -  radıyallahu  anhu  – 

onlardan öldürülənlərin qatillərini tələb etdikdə, onlar qatilləri Əli - radıyallahu 



anhu  –  ya  verməkdən  imtina  etdilər  və:  Biz  hamımız  qatilik  –  dedilər.  Səbri 

tükənmiş Əli - radıyallahu anhu – qoşun hazırlayıb onların üzərinə hücum etdi 

və  Bağdad  şəhərinin  cənub-şərqində  yerləşən  Nəhrəvan  adlı  yerdə  onların 

hamısını məhv etdi. Cundub əl-Əzdəri deyir ki: «Biz Əli - radıyallahu anhu – ilə 

birlikdə  idik.  Xəvariclərin  yanına  çatdıqda  Quran  oxumaqdan  səsləri  arı 

vızıltısı  kimi  gəlirdi».  12  mindən  8  minə  yaxın  Xəvaric  tövbə  edərək  geri 

dönmüşdü. 4 minə yaxın qalmışdı ki, onlar da Nəhrəvanda təxminən H. 37-38-

ci illərində Əli – radıyallahu anhu – ilə döyüşdə məhv edildilər. Əli – radıyallahu 



anhu – nun qoşunundan 7 və ya 9 nəfər şəhid edildi. Lakin 4 min Xəvariclərdən 

təxminən 9 nəfəri sağ qalmışdı. Əli – radıyallahu anhu – ölülərin üstündə bir-bir 

gəzir və deyərdi: «Şeytan bunları aldadıb. Onlar aldandılar»

19

.  



Muhəmməd  b.  Sad  deyir  ki:  «Xəvariclərdən  üç  nəfər  AbdurRahman  b. 

Mulcəm, Bərk b. Abdullah, Amr b. Bərk ət-Təmim – Məkkədə toplandılar. Əli, 

                                                

17

 Musnəd 5/110, əl-Albani «İrvaul Ğəlil» 8/103.  



18

 İbn Kəsir «əl-Bidayə  vən Nihayə» 10/583. Subhənəllah! Onlar xırda bir işdə  necə  də ehtiyatlı  davranırlar, 

lakin  müqəddəsliyi  çox  ciddi  olan  bir  məsələdə  qan  tökməkdə  isə  ehtiyatlanmırlar.  Donuzun  sahibini  razı 

saldı,  xurmanı  yemədi,  müsəlmanı  isə  öldürdü.  Vallahi  indikilərin  halı  da  belədir.  İşləri  yalnız 

müsəlmanlarladır. Onları görməzsən ki, kimisə dəvət etsinlər, işləri yalnız salamat olan müsəlmanları dəvət 

edərək  öz  xarab  əqidələrinə  çəkməkdir.  Əbul  Aliyə  – rahmətullahi aleyhi -  deyir  ki:  «Allah  mənə  iki  nemət 

(xeyir) bəxş etmişdir. Mən bilmirəm  ki, bunlardan  hansı  daha  yaxşıdır. Allahın məni İslam  dininə hidayət 

etdiyinəmi,  yoxsa  Allahın  məni  Həruri  (Xəvaric)  etməməsinə  görəmi?».  Subhənəllah!  Allah  bizi  onların 

şərrindən qorusun. Amin.  

19

 İbn Kəsir «əl-Bidayə vən Nihayə» 4/289.  




 

13 


Muaviyə  və  Amr  b.  Ası  -  radıyallahu  anhum  –  öldürməyi  öz  üzərlərinə 

götürdülər. İbn Mulcəm: «Mən Əlini», Bərk: «Muaviyəni», Amr: «Amr b. Ası» 

dedi.  Hər  biri  də  andlarını  pozmayacaqlarına  dair  bir-birilərinə  söz  verdilər. 

Mulcəm Əli - radıyallahu anhu – nu sübh namazı üçün evindən çxdıqda zəhərli 

qılıncla vurdu. Əli - radıyallahu anhu – şəhid oldu. Mulcəm həbs edilərək edam 

olundu. Abdullah b. Cəfər öncə iki əlini və ayağını kəsdi. O, isə heç sıxılmadı 

və  qışqırmadı.  Gözlərinə  əridilmiş  qurğuşun  (civə)  töküldü.  Gözləri  əridiyi 

halda  İqra  surəsini  oxuyurdu.  Dilinin  kəsilməsi  əmr  edildi.  Buna  sıxıldı  və 

ağladı.  Nə  üçün  ağlayırsan?  Bu  dünyada  ölərkən  Allahı  zikr  etmədən 

öləcəyimə  üzülürəm  –  dedi. Zikr  edə  bilməyəcəyinə görə İbn  Mulcəm  dilinin 

kəsilməsinə  üzüldü,  lakin  Əli  -  radıyallahu  anhu  –  nu  öldürməyi  halal  gördü. 

Şeytan  necə  onları  bu  hala  gətirib  çıxartdı

20

.  Məgər  kimsə  deyə  bilərmi  ki, 



Xəvariclər  dünya  mənfətinə  görə,  pula  görə  döyüşüb  ölmüşlər.  Xeyr,  Onlar 

hesab edirdilər ki, öz həyatlarını Allah yolunda fəda edirlər. Lakin hər bir kəsə 

məlumdur  ki,  onların  bu  fədakarlıqlarını  Allah  qəbul  etmir,  çünki  onlar 

Allahın razılığını qazanmağa qadağan etdiyin etmişlər. Lakin bu yenilməzlik, 

səbatlıq  və  şövq  Allahdan  deyildir,  şeytandan  olan  bir  hisslərdir  ki,  öz 

tərəfdarlarını ruhlandırır. Yalnız ağılsız insanlar ən əfzəl insanı Əlini öldürmüş 

bu bədbəxt kimsənin etdiyi ilə öyünə bilər.  

Xəvariclərin  Qolları  -  Hərurilər  (Xəvariclər)  on  iki  firqəyə  bölünmüşlər:  

Əzrakilər – Əbu Rəşid Nəfi b. əl-Əzra adlı bir nəfərə nisbət edilmişdir. Ən çox 

olan  və  ən  güclü  qrupdur.  Darul  şirkdə  olduğumuz  müddətdə  biz  müşrik, 

oradan  çıxdıqda  isə  müsəlmanıq.  Bizim  bu  görüşümüzə  müxalif  olanlar  da 

müşrikdirlər.  Əhli  qibləni  təkfir  edərlər  və  heç  kəsi  də  mömin  görməzlər. 

Bizimlə  birlikdə  döyüşməyənlər  kafirdirlər,  böyük  günah  sahibləri 

müşrikdirlər.  Müsəlman  qadın  və  uşaqları  öldürülməsini  mübah  sayarlar  və 

onların  kafir  olduqlarına  hökm  edərlər.  2  Ibadiyyə  –  Abdullah  b.  Əsədə 

nisbətlə  bu  ad  verilmişdir.  Onlar  kimi  deyənləri  mömin,  deməyənləri  isə 

münafiq sayarlar.  (İbadilər  qolu  bu günlərdə yer  kurəsində  Oman  dövlətinin 

rəsmi  halda  əqidələri-dir.  Onların  vəsiqələrində  bu  söz  yazılır.  Onlar  rəsmi 

şəkildə  Xəvaric  dövlətidir.  Yalnız  bu  qol  insanların  xətalarına  görə  onlarla 

silah ilə  mübahisə etməyi  görmürlər).  3 Sələbiyə –  Sələbə  b.  Mişkan.  Qəza və 

Qədərin  olmadığını  söyləyirlər.  4  Hazimiyə  –  Həzim  b.  Əli.  5  Hələfiyə.  6 

Məkrəmiyə – Məkrəm b. Abdullah əl-Acli. Namaz qılmayanı təkfir edərlər. Bu 

kimsənin namaz qılmadığından deyil, Allahı tanımadığına görə küfrə girdiyini 

deyərlər. 7 Kənziyə. 8 Şəmrahiyə. 9 Əhnəsiyə – Öldükdən sonra ölüyə heç bir 

                                                

20

 İbnul Covzi «Şeytanın hiylələri», “Tabaqat” 3/39, Ibn Kəsir “Bidayə” 7/333. 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə