[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə7/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   2   3   4   5   6   7   8   9   10   ...   258

 

14 


xeyr  və  şər  toxunmayacaqdır.  10  Məhkəmiyə.  11  Mutəzilə  –  Hərurilərin  bir 

qoludur. 12 Meymuniyə Meymun b. Xalid.

21

  

Xəvariclərdən sonra təkfir fitnəsi Rafizilərə keçdi. Rafizilər 4 nəfərdən başqa 



bütün  səhabələri  təkfir  etdilər,  onların  mürtəd  olduqlarını  iddia  etdilər. 

Onlardan sonra bu fitnə bütün bidət əhlinə Qədərilərə, Cəhmilərə və s. keçdi. 

Bütün  bunlar  Əhli  Sünnəni  təkfir  etsələr  də,  Əhli  Sünnə  onları  təkfir  etməz. 

İbnul Covzi – rahmətullahi aleyhi – deyir ki: «Zülm zülm ilə qaytarılmaz».  

 

XƏVARİCLƏR HAQQINDA PEYĞƏMBƏR – Sallallahu 

Aleyhi Və Səlləm – DƏN GƏLƏN HƏDİSLƏR 

 

Ənəs İbn Məlik - radıyallahu anhu – deyir ki, bir gün Peyğəmbərə – sallallahu 



aleyhi  və  səlləm  –  bir  nəfər  haqqında  xəbər  verdik.  Peyğəmbər:  “Mən  onu 

tanımıram”  dedi.  Biz:  “Yə  Rəsulullah!  O,  bu  cür,  bu  cür  görünür”  dedik. 

Peyğəmbər:  “Mən  onu  tanımıram”  dedi.  Bu  söhbət  əsnasında  haqqında 

danışdığımız  kimsə  gəldi.  Biz  də:  “Bax,  bu  o  kəsdir  Yə  Rəsulullah!”  dedik. 

Peyğəmbər:  “Mən  onu  tanımıram”  dedi.  Bu  kimsə  bizlərə  yaxınlaşaraq 

salamladı.  Biz  də  onun  salamını  aldıq.  Bu  əsnada  Peyğəmbər:  “Allahı  şahid 

tuturam,  məgər  sən  bura  gələndə  qəlbində  düşünmədinmi  ki,  mən  burada 

olanların hamısından xeyirliyəm (üstünəm)”. O: “Allaha and olsun Hə” deyib 

məscidə  namaz  qılmağa  getdi.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  Əbu 

Bəkrə  - radıyallahu  anhu  –  buyurdu:  “Get  onu  öldür!”.  Əbu  Bəkr  -  radıyallahu 



anhu  –  məscidə  daxil  olur  və  onu  namaz  qılar  halda  görür.  Öz-özünə: 

“Həqiqətən  də  namazın  qədir  qiyməti  vardır,  bizlərə  namaz  qılanı  vurmaq 

qadağan  edilmişdir.  Soruşum  bu  barədə  Peyğəmbərdən”  dedi.  Qayıtdıqda 

Peyğəmbər: “Sən onu öldürdünmü?” deyə buyurdu. Əbu Bəkr: “Yox, mən onu 

namaz  qılan  halda  gördüm  Axı,  namazın  qədir  qiyməti  vardır.  Əgər sən əmr 

etsən  onu  öldürərəm”  dedim.  Peyğəmbər:  “Yox,  bu  sənə  aid  deyil”  buyurub 

Ömərə  - radıyallahu anhu – onu öldürməyi əmr  edir.  Ömər  - radıyallahu anhu – 

məscidə  daxil  olur  və  onu  səcdə  edər  halda  görür.  Bir  müddət  onu 

gözlədikdən  sonra  öz-özünə  deyir:  “Həqiqətən  də  səcdənin  qədir  qiyməti 

vardır. Peyğəmbərdən  – sallallahu aleyhi və səlləm –  icazə  alım  bu  mənim üçün 

daha  yaxşıdır”.  Qayıtdıqda  Peyğəmbər  – sallallahu aleyhi və səlləm –  buyurdu: 

“Onu  öldürdünmü?”.  Ömər:  “Xeyr,  mən  onu  səcdə  edər  halda  gördüm,  axı 

səcdənin  qədir  qiyməti  vardır.  Lakin  sən  əmr  etsən  onu  öldürərəm”  dedi. 

Peyğəmbər:  “Yox,  bu  sənə  aid  deyil”  deyib  Əlini  -  radıyallahu  anhu  –  onu 

öldürməyə göndərdi. Sən bunu edə bilərsən əgər onu tapsan. Əli  - radıyallahu 

anhu  –  məscidə  daxil  olur,  lakin  onu  orada  tapmayıb  geri  qayıdaraq 

                                                

21

 İbnul Covzi «Şeytanın hiylələri».  




 

15 


Peyğəmbərə – sallallahu aleyhi və səlləm – xəbər verir”. Peyğəmbər: “Əgər o, bu 

gün  öldürülsəydi  ümmətimdən  iki  nəfər  belə  ixtilaf  etməzdi”

22

.  İbn  Məsud  



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

Hüneyn günü (döyüş qurtardıqdan) sonra qənimət bölgüsündə bəzi kimsələrə 

digərindən daha çox qənimət verdi. Akra b. Xabisa yüz dəvə, Uyeynəyə də bu 

qədər  verdi,  Ərəblərin  tanınmışlarına  da  yüz  dəvə  verərək  həmin  günü 

digərlərindən  üstün  tutdu.  (Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  bu 

məqsədini  başa  düşməyən)  bir  nəfər:  «Vallahi  bu  bölgü  ədalətli  olmayan  və 

Allah  rızası  gözlənilməyən  bir  bölgüdür»  dedi.  Mən  də:  «Vallahi,  bu  sözləri 

Peyğəmbərə  –  sallallahu  aleyhi  və  səlləm  –  xəbər  verəcəyəm  dedim  və 

Peyğəmbər  – sallallahu  aleyhi  və  səlləm  –  in  yanına  gələrək  ona  xəbər  verdim. 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – in üzü dəyişdi, hətta qırmızı rəng aldı 

və:  «Allah  və  Rəsulu  ədalətli  olmazsa,  kim  ədalətli  ola  bilər?  Allah  Musaya 

rəhmət etsin! O, bundan da daha çox əziyyətlərə məruz qaldı, lakin səbr etdi» 

deyə  buyurdu

23

.  Əbu  Səid  əl-Xudri  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  qənimətlərdən  əldə  edilmiş  qızılı  bu 

dörd kişi arasında bölüşdürürdü. Arka b. Xabis əl-Hənzəli, Uyeynə b. Bədr əl-

Fəzari,  Alqamə  b.  Ulasə əl-Amiri  və  Kilab oğullarından olan  Zeydul  Həyl  ət-

Tai  və  ya  Nəbhan  oğullarından  olan  biri.  Qureyş  bundan  qəzəbləndi  və: 

«Bizləri  buraxaraq  Nəcdin  böyüklərinəmi  verirsən?»  dedilər.  Peyğəmbər: 

«Mən  bunu  yalnız  onları  İslama  bağlamaq  üçün  edirəm»  deyə  buyurdu.  Bu 

vaxt gur saqqallı, yanağının iki almacığı çıxmış, gözləri içəri batmış, yekə alınlı 

və  başı  keçəl  biri  gəlib  dedi:  «Ya  Muhəmməd!  Allahdan  qorx».  Peyğəmbər: 

«Əgər  mən  də  Allaha  üsyan  edərəmsə  onda  kim  ona  itaət  edər?  Sizlər  mənə 

inanmadığınız halda O, məni yer üzərinə əmin etmişdir» deyə buyurdu. Sonra 

o,  kimsə  dönüb  getdi.  Səhabələrdən  biri  onu  öldürmək  üçün  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  dən  izin  istədi.  Peyğəmbər:  «(Başqa  rəvayətdə: 

İnsanların,  Muhəmməd  –  sallallahu  aleyhi  və  səlləm  –  səhabələrini  öldürür 

demələrindən Allaha sığınıram) Bu kimsənin nəslindən elə bir qövm törəyəcək 

ki,  Quranı  gözəl  səslə  oxuyacaqlar,  lakin  Quran  onların  boğazlarından  aşağı 

enməyəcəkdir,  onlar  müsəlmanları  öldürəcək,  müşrikləri  isə  tərk  edəcəklər. 

Onlar İslamdan oxun şikardan  çıxması  kimi çıxacaqlar.  (Başqa  rəvayətdə:  Ox 

şikarın  bədənini  sürətlə  deşib  çıxdığı  kimi  dindən  çıxacaqlar)  Əgər  mən 

onların zamanına çatmış olsaydım, Ad (Digər rəvayətdə: Səmud

24

) qövmünün 



                                                

22

 İbn Əbu Asim 938, Daraqutni 2/54, Əbu Yəla 6/340, əl-Albani “Səhih”.  



23

 Müslim 1062.  

24

 1980-ci ildə Kəbəni zəbt edərək bir çox müsəlmanların ölümünə səbəb olmuşdur. Bu hadisəni Cuheyman 



adlandırırlar. Oranı zəbt edən kimsənin adı ilə. Xəvariclərdən İslama və müsəlmanlara gələn zərər daha çox 

və pisdir, nəinki Tiran bir rəhbərdən. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bidət əhlinin bu ümmətə 

vurduğu  zərər  adi  bir  günahkarın  zərəridən  daha  çoxdur.  Buna  görə  də  Peyğəmbər  xəvariclərin 



Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə