[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə8/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   4   5   6   7   8   9   10   11   ...   258

 

16 


öldürüldüyü  kimi  onları  da  öldürərdim»  deyə  buyurdu

25

.  Başqa  rəvayətdə: 



Veyl  sənə!  Mən  yer  üzündə  insanların  Allahdan  qorxmağa  ən  layiqlisi 

deyiləmmi?  Sonra  o,  kimsə  dönüb  getdi.  Xalid  b.  Vəlid:  «Ya  Rəsulullah!  İzin 

ver  boynunu  vurum»  dedi.  Peyğəmbər:  «Xeyr,  namaz  qılan  bir  kimsə olması 

umulur»  deyə  buyurdu.  Xalid:  «Ya  Rəsulullah!  Namaz  qılanlardan  neçə 

kimsələr  var  ki,  qəlblərində  olmayanları  dilləri  ilə  söyləyirlər»  dedi. 

Peyğəmbər:  «Mən  insanların  qəlblərini  yarıb  baxmaq  üçün  göndərilmədim» 

deyə  buyurdu

26

.  İmam  Qurtubi  – rahmətullahi aleyhi  – deyir  ki:  “Peyğəmbərin 



sözlərinin mənası ondan ibarətdir ki: Xəvariclərlə dəstə dəstə deyil, bir dəfəyə 

Allahın Ad qövmünü bir dəfəyə məhv etdiyi kimi məhv etməsidir”

27

. Əbu Səid 



əl-Xudri  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  qənimətləri  payladığı  zaman  Bəni  Təmim  qəbiləsindən  olan  Zul 

Xuveysra adlı bir nəfər gəldi və: «Ey Allahın Rəsulu adil ol!» dedi. Peyğəmbər: 

«Vay  sənin  halına! Əgər  mən  adil olmasam  kim adil ola  bilər!  Əgər  mən  adil 

olmasaydım  (sən  mütləq  adil  olmayan  bir  insana  tabe  olduğun  üçün)  əliboş 

qalardın  və  zərər  çəkənlərdən  olardın»  deyə  buyurdu.  Ömər:  «Ey  Allahın 

Rəsulu! İzin  ver  boynunu  vurum»  dedi.  Peyğəmbər:  «Onu  tərk et, onun  kimi 

onun dostları vardır ki, sizdən biriniz öz namazını onların namazı yanında, öz 

orucunu  onların  orucu  yanında  kiçik  görər.  Onlar  Quranı  oxuyacaqlar,  lakin 

Quran  onların  boğazlarından  aşağı  enməyəcəkdir,  onlar  İslamdan  oxun 

şikardan çıxması kimi çıxacaqlar. (Başqa rəvayətdə: Ox şikarın bədənini sürətlə 

deşib  çıxdığı  kimi  dindən  çıxacaqlar).  Ovçu  oxunun  dəmirinə  baxar  orada 

qandan bir əlamət görməz, oxun taxta hissəsinə baxar yenə də orada bir əlamət 

tapmaz.  Onların  əlaməti  qolu  qadın  döşü və  ya yellənən ət  parçası  kimi olan 

qara  kimsədir.  Onlar  (müsəlmanlar)  arasında  ayrılıq  düşdüyü  zaman  ortaya 

çıxarlar. Onları iki tayfadan haqqa ən yaxın olanı öldürər» deyə buyurdu

28

. Əli 



b. Əbu Talib - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və 

səlləm – buyurdu: «Axır zamanda yeniyetmə (yaşları kiçik) səfehlər çıxacaqdır. 

Onlar  məxluqata  verilən  sözlərin  ən  xeyirlisindən  Qurani  Kərimdən  (və 

hədislərdən)  dəlil  gətirəcəklər.  (danışdıqları  zaman  çox  gözəl  danışacaqlar). 

Onlar  Quranı  oxuyacaqlar,  lakin  Quran  onların  boğazlarından  aşağı 

enməyəcəkdir,  onlar  İslamdan  oxun  şikardan  çıxması  kimi  çıxacaqlar  (Başqa 

rəvayətdə:  Dinə  geri  qayıtmayacaqlar.  Onlar  yaradılmışların  -  insanların  və 

                                                                                                                             

öldürülməsini əmr etmiş və müsəlmanların zalım əmirləri ilə vuruşmağı isə qadağan etmişdir”. “Məcmuul 

Fətava”  7/284.  Useymin  – rahmətullahi aleyhi - deyir  ki:  «Çox  dəhşətlidir  ki,  Peyğəmbər  – sallallahu aleyhi və 

səlləm  –  zimmini  öldürməyi  qadağan  edir,  lakin  Xəvaricləri  Ad  qövmü  kimi  öldürməyi  əmr  edir.  Çünkü 

bütün şər onlarda toplanmışdır».  

25

 Müslim 1063,1064.  



26

 Müslim 1065.  

27

 “Şərh Muslim” 3/131.  



28

 Buxari 5057, 6930, Müslim 1066.  




 

17 


heyvanların  -  ən  şərliləridirlər).  Onlarla  harada  qarşılaşsanız  onları  öldürün, 

onları  öldürənə  Qiyamət  günü  savab  yazılacaqdır  (Onlarla  vuruşmaq  hər  bir 

müsəlman  üçün  haqdır

29



30

.  Ubeydullah  b.  Rafi  -  radiyallahu  anhu  –  deyir  ki, 

Əli  -  radıyallahu  anhu  –  ilə  birlikdə  idim.  Hərurilər  meydana  çıxıb  üsyan 

etdikləri  zaman  –  İnil  Hukmu  İllə  Lilləh  –  Höküm  Allahdan  Başqasının 



Deyildir – (əl-Ənam 57, Yusuf 40,67, əş-Şura 10). Allahdan başqa hakim olmaz 

dedilər.  Əli:  «Bu  haqq  bir  sözdür  ki,  onunla  batil  qəsd  olunmuşdur»

31

.  Əbu 


Ğalib, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrindən Əbu Umamə 

radıyallahu  anhu  –  nun  belə  dediyini  rəvayət  edir:  «Şamda  Xəvariclər  baş 

qaldırdı və qətlə yetirilərək quyuya atıldılar. Əbu Umamə - radıyallahu anhu – 

onların  atıldığı  quyunun  başında  durub  ağladı  və:  «Subhənəllah!  Şeytan  bu 

ümməti  necə  azdırdı?  Cəhənnəm  köpəkləri,  Cəhənnəm  köpəkləri,  Cəhənnəm 

köpəkləri,  yer  üzündə  ən  şərli  öldürülmüşlər,  ən  şərli  öldürülmüşlər»  dedi

32



Uqbə  İbn  Vəcis  deyir  ki:  “Mənə  Xəvariclər  və  onların  əmirləri  pisləmələri 

barəsində  danışdılar.  Bir  gün  Abdullah  İbn  Amrı  -  radıyallahu  anhu  – 

gördüyüm  zaman  ona:  “Sən  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  – 

səhabələrindən  və  Allahın  elm  verdiyi  kimsələrdənsən.  İraqda  bir  qrup 

insanlar  öz  əmirlərini  pisləyir,  onların  yanılmaları  barəsində  açıq-aydın  söz 

açırlar.  Bu  barədə  nə  deyə  bilərsən?”.  O:  “Bu  o,  kəslərdir  onların  üzərinə 

Allahın, mələklərin və bütün insanların lənəti vardır”

33

. Peyğəmbər – sallallahu 



aleyhi və səlləm –  buyurdu:  «Xəvariclər  –  od  sakinləri  arasında  olan  itlərdir»

34



Peyğəmbər – sallallahu aleyhi və səlləm –  buyurdu:  «Həqiqətən aranızda  elə  bir 

məxluq yaranacaq ki, onlar ibadətdə o, dərəcədə çalışqan olacaqlar ki, insanları 

təəccübləndirəcəklər,  hətta  özlərini  də.  Amma  onlar  oxun  şikardan  çıxdığı 

kimi  dindən  çıxacaqlar»

35

.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 



«Onlar  mənim ümmətimin ən pis  adamlarıdır  və  ümmətimdən  ən  yaxşılarını 

öldürəcəklər»

36

.  İbn  Ömər  -  radıyallahu  anhu  –  deyir  ki:  «Onlar  kafirlər 



barəsində nazil olan ayələri  möminlərə  qarşı  tətbiq  edirlər»

37

.  İbn  Əbu Aufə  



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «Xəvariclər  Cəhənnəmin  köpəkləridir»

38

.  Peyğəmbər  –  sallallahu 



aleyhi və səlləm – buyurdu: «Axır zamanda bir qövm çıxacaqdır ki, onlar Quranı 

                                                

29

 Musnəd 1/156.  



30

 Buxari 3611, Müslim 1066, 1067.  

31

 Müslim 1069.  



32

 Tirmizi 3000, İmam Əhməd 5/250. əl-Albani “Həsən Səhih”.  

33

 İbn Əbu Asim “Sunnə” 933, Bəzzar 207, əl-Albani “Səhih”.  



34

 Əhməd 4/382, əl-Albani həsən hədis.  

35

 Əbu Yəla 3/107, əl-Albani səhih hədis.  



36

 Fəthul Bəri 12/286 

37

 Fəthul Bəri 12/282.  



38

 Musnəd  4/355,  İbn  Məcə  «Muqəddimə»  173,  İbn  Əbu  Asim  «Sünnə»  904,  Tirmizi  300,  AbdurRazzaq 

«Musənnəf» 18663, Həkim «Mustədrək» 2655, Beyhəqi «Sünnən Kubra» 8/188, əl-Albani Səhih Cəmi 3347.  



Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə