499
nahaq qanlar axıtması idi. O, bu hədisi (əsas) götürərək etdiyi (nahaq) işi
yozacaqdır. Deməli, hədisin və onunla bağlı elmin Həccacdan gizlədilməsi
vacib idi və bu onun sağlam düşüncəyə malik olmayan ağlı ilə etdiyi işlərin
hədis vasitəsilə təsdiqlənməməsi və ya hədisi dəlil götürərək onu öz
dərrakəsinə uyğun başa düşməməsi səbəbindən idi. Həsənul Bəsri –
rahmətullahi aleyhi – öz etirazını Ənəs b. Məlik - radıyallahu anhu – ya bildirdi.
Baxmayaraq ki, (Ənəs) səhabə (Həsənul Bəsri) isə tabiin idi. Daha sonra Ənəs -
radıyallahu anhu – Həccaca Urraniyələr hədisini danışmağına peşman
olmuşdur. Bütün bu deyilənlərdən məqsəd fitnələr zamanı bildiyin və ya
eşitdiyin hər sözü danışmamaqdır. Sözlərin müəyyən qayda-qanun
çərçivəsində olması labüddür. Çünki sən dediyin söz, təklif və ya fikirdən nə
baş verəcəyini bilmirsən. Sələflər fitnələr vaxtı əmin-amanlığın olmasını
istəmişlər. İnsanların əmin-amanlıq içində olmaları və səhv addımlar
atmaması üçün qarşılaşdıqları məsələləri düzgün şəriət tərəzisi ilə ölçmələri
lazımdır. Hər hansısa bir vaxtda yaxşı sayılan iş fitnələr vaxtı yaxşı sayılmır.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qövmümün küfr söz-
söhbəti olmasaydı Kəbəni söküb İbrahimin tikdiyi kimi iki qapılı tikərdim»
1499
.
Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Həqiqətən də, fitnə Allah
tərəfindən insanlara bir cəzadır…». Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
Kəbənin sökülməsi və onun İbrahim – əleyhissəlam – ın qurduğu qaydada –
insanların birindən girib digərindən isə çıxacaqları – iki qapılı tikilməsini
İslamı yenicə qəbul etmiş (keçmiş) Qureyş kafirlərinin düzgün başa
düşməyəcəklərindən və bu işi atsan qazanmaq və ya dinlərini – İbrahimin
dinini alçaltmaq üçün edib – demələrindən qorxaraq dayandırmışdır.
Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəhənnəmin dibində
yanacaq münafiqləri nəinki qətlə yetirməyə əmr vermir, hətta onların adlarını
belə bildirmirdi. Münafiqlər müsəlman və möminlərlə ticarət, ailə və s.
əlaqələr qururdular. Buna səbəb isə daha böyük bir fəsadın, yəni insanların:
«Muhəmməd öz səhabələrini öldürür» deməsinin qarşısını almaq idi. Buna
görə də İmam Buxari – rahmətullahi aleyhi – «Səhih» əsərində bölüm açaraq
orada bu hədisi zikr etmişdir: «Kim insanların düzgün başa düşməyərək daha
pisliklərindən uzaq dur» Buxari 695. Əbu Zərr - radıyallahu anhu – rəvayət edir ki, mən Peyğəmbər –
sallallahu aleyhi və səlləm – ə dəstəmaz almaq üçün su gətirdim. O, başını yırğaladı və dodaqlarını bir-birnə
sıxdı. Mən dedim: «Atam-anam sənə qurban. Sənə əziyyətmi verdim?». O: «Xeyr, lakin sən elə bir başçıların
və imamların dövrünə yetişəcəksən ki, onlar namazın vaxtını keçirəcəklər». Mən: «Sən mənə nə
buyurursan?» dedim. O: «Namazı vatında qıl! (O, başçıların) namaz qıldıqlarını gördüyün zaman onlarla
namaz qıl və demə ki: Qılmıram. Mən artıq qılmışam» Ədəbul Mufrad 954.
1499
Fəthul Bəri 1-ci cild, 3-cü fəsil, elm 48-ci bölüm «Kim insanların düzgün başa düşməyərək daha çətin bir
vəziyyətlə qarşılaşmalarından qorxaraq bəzi ixtiyari işlərdən əl çəkərsə» hədis 126. Müslim 1333.
500
çətin bir vəziyyətlə qarşılaşmalarından qorxaraq bəzi ixtiyari işlərdən əl
çəkərsə»
1500
.
«Sizdən təkcə zalimlərə toxunmayacaq (pis əməllərin müqabilində üz verə
biləcək) bəladan qorxun». (əl-Ənfal 25). Deməli, baş verən fitnələrin təsirinə
yalnız zülmkarlar deyil, eyni zamanda ətrafdakı bütün insanlar da məruz
qalır. Buna görə də hər birimizə vacibdir ki, fitnə baş verməmiş-dən qabaq
özümüzü ondan və ona aparan yollardan çox ciddi şəkildə qoruyaq. Əbu
Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: «İrəlidə bir çox fitnələr olacaqdır. Bu fitnələr zamanı yatan
kimsə, oyaq olandan, oturan kimsə ayaqda durandan, ayaqda duran kimsə
yürüyəndən, yürüyən kimsə qaçandan xeyirlidir. Hər kim fitnə vaxtına
yetişərsə sığınsın və ya gizlənmək üçün yer taparsa gizlənsin (Başqa
rəvayətdə: Dəvəsi olan dəvəsinin yanına, qoyunu olan qoyunlarının yanına,
ərazisi olan ərazisinə, bu kimi malları olmayan qılıncını alıb kəskin tərəfini
daşa vurub (yaylarınızı qırın) sonra bacardığı qədər sağ qalmağa çalışsın. Ya
Rəsulullah! Müharibə edən iki sinifə qatışmayaraq çəkilib bir tərəfdə
durduqda biri gəlib məni qılıncı ilə vurub və ya ox atıb məni öldürürsə nə
buyurursan? Beləsi həm öz günahı ilə, həm də sənin günahınla yüklənərək
Cəhənnəm sahibindən olur)»
1501
. Bir nəfər Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – ə dedi: «Fitnələr zamanı evimə girib məni öldürmək üçün əlini mənə
uzadana nə edim. Peyğəmbər: «Adəm – əleyhissəlam – kimi ol! «Sən məni
öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl
qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram». (əl-Maidə
28). Miqdad b. əl-Əsvəd
- radıyallahu anhu – deyir ki, Peyğəmbər
– sallallahu
aleyhi və səlləm – buyurdu: «Həqiqətən də xoşbəxt insan o, kəsdir ki, fitnələrdən
uzaqlaşdırılıb, bəlaya məruz qaldığı vaxt səbr edəndir. Nə qədər gözəl, nə
qədər xoş bir şeydir»
1502
.
Həmçinin İmam Əhməd – rahmətullahi aleyhi – başçıya qarşı çıxmaq
hədislərini danışmağı xoşlamayıb onları öz «Musnəd» əsərindən çıxarmağı
əmr etmiş və bu haqda belə demişdir: «Fitnədə və başçıya qarşı çıxmaqda heç
bir xeyir yoxdur». Hənbəl b. İshaq rəvayət etmişdir ki, əl-Vasiqin xəlifəliyi
zamanı Bağdadın fiqh alimləri Əbu Abdullahın (İmam Əhməd – rahmətullahi
aleyhi – nin) yanına gələrək: «Ey Əbu Abdullah, bu məsələ (yəni, Quranın
yaradılmış olması və s.) artıq həddini aşmış və camaat arasında yayılmışdır»
dedilər. O: «Nə etmək istəyirsiniz?» deyə soruşdu. Həmin adamlar: «Biz, öz
başçımızın rəhbərliyindən narazıyıq, elə bu səbəbdən də səninlə
1500
Fəthul Bəri 1/1583,1584, Müslim 1333.
1501
Müslim 2887.
1502
əl-Albani «Səhih Hədislər Silsiləsi» 975, «Səhihul Cəmi» 1637.