[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə71/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   67   68   69   70   71   72   73   74   ...   258

 

144 


O,  bidət  əhli  ki,  dində  olmayan  bir  şeyi  ortaya  atırlar  və  sonra  bu  məsələdə 

onlara  müxalif  olanları  təkfir  edirlər.  Xəvariclər,  Cəhmilər  və  Mötəzilə 

əqidəsində  olanlar  kimi»

424


.  Həmçinin  demişdir  ki:  «Xəvariclər  Əhli  Sünnəni 

təkfir  edirlər,  həmçinin  Mötəzilə  əqidəsində  olanlar  da  özlərinə  müxalif 

olanları təkfir  edirlər.  (Onların sözlərini  desən, sən  bizim  qardaşımızsan, yox 

əgər onlara müxalif olsan, onda kafirsən. Artıq belə bir bidət ortaya çıxmışdır: 

Bir cəmaata görə sevmək, cəmaata görə nifrət etmək, bir şəxsə görə sevmək və 

nifrət  etmək.  Əgər  sən  bizim  cəmaatdansansa,  sən  bizdənsən  və  ya  bizə 

müxalifsənsə  bizim  cəmaatdan  deyilsən.  Hansısa  bir  təkfirçinin  ideya  və 

fikrinə  görə  hərəkət  edirlər.  Sən  yaxşı  insansan  əgər  bizim  sözümüzü 

deyirsənsə: Saqqalını qırxa da bilərsən, siqaret və s. fasiqliklər edə də bilərsən. 

Heç  kəs  sənə  bir  söz  deyə  bilməz.  Əgər  bizə  zidd  getsən,  onda  sənin  kitabın 

bağlandı.  Haqqı  dedikləri  üçün  Sələfləri  sevən  azdır.  Təəccüblü  orasıdır  ki, 

təkfirçinin  ətrafında olanların  əksəriyyəti  fasiq  kimsələrdir.  Saqqal  yox,  balaq 

uzun,  yernən  sürünür  ona  heç  kəs  heç  nə  demir.  Nə  üçün?  Onların  sözlərini 

təsdiqlədiyi  üçün.  Lakin  müxalif  olanları  isə  təkfir  edirlər.  Artıq  bu  din 

deyildir bir partiyaçılıqdır) Şeyxin sözləri davam edir: Hər bir bidət əhli bir rəy 

ortaya  çıxardırlar  və  bu  rəydə  kim  onlara  müxalif  olarsa,  kafir  sayırlar.  Əhli 

Sünnə  vəl  Cəmaat  Rəbbi  tərəfdən  gələn  haqqa  tabe  olurlar.  Çünki  onu 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  gətirmişdir.  Lakin  Əhli  Sünnə  vəl 

Cəmaat  özlərinə  müxalif  olanları  təkfir  etmirlər.  Çünki  onlar  haqqı  hamıdan 

yaxşı bilən və insanlara qarşı ən rəhimli olanlardırlar». Həmçinin AbdulLatif b. 

AbdurRahman  Əli  Şeyx  –  rahmətullahi  aleyhi  –  bu  haqda  soruşulduqda:  «O, 

şəxslər ki, özlərinə müxalif olanları təkfir edirlər?» bu barədə fikriniz o: «Mən 

bu barədə heç bir şəri istinad bilmirəm. Zahiri İslam olan bir kimsənin heç bir 

dəlil olmadan təkfir olunmasına cəsarət edən bir şəxs bilmirəm və tanımıram. 

Belə  bir  üslub  bidət  əhlinin  üslubudur  ki,  özlərinə  müxalif  olanları  təkfir 

edirlər».  

Nə üçün mən belə dedim? Bu iki şərtin olması ilə Əhli Sünnə başqalarından 

seçiliblər. Çünkü Birinci Və İkinci Şərti - bidət əhli də qəbul edir, lakin Üçüncü 



Və  Dördüncü  Şərti  -  isə  bidət  əhli  qəbul  etməmişlər.  Bu  iki  şərt  barəsində 

təfsilatı ilə danışacağıq.  



Üçüncü Şərt - Hüccətin qaldırılması olmalıdır. Elə bir hüccət ki, ona müxalif 

olan  kafir  olur.  Buna  dair  artıq  Kitab  və  Sünnədən  dəlillər  keçmişdir.  Muaz, 

Zətul  Ənvat  və  s.  hədislər.  İndi  isə  elm  əhlinin  sözlərini  gətirəcəyik  ki, 

müəyyəni  təkfir  etmək  üçün  hüccət  qaldırmaq  lazımdırmı?  İmam  Şəfii  – 



rahmətullahi  aleyhi  –  deyir  ki:  «Allahın  İsim  və  Sifətləri  vardır.  Heç  kəs  bu 

sifətləri  inkar  edə  bilməz.  Kim  ona  hüccət  qaldırıldıqdan  sonra  ona  qarşı 

                                                

424


 Minhəc Sünnə Nəbəviyyə 5/239.  


 

145 


çıxarsa,  artıq  kafir  olur.  Hüccət  qaldırılmazdan  əvvəl  bilməməzliyinə  görə  o, 

kimsə  üzürlü  sayılır»

425

.  İmam  Nəvəvi  –  rahmətullahi  aleyhi  –  zəkatı  inkar 



edənin  küfr  hökmünü  bildirdikdən  sonra  deyir  ki:  «Cəmaat  arasında  elmi 

yayılmış  və  ümmətin  icma  etdiyi  hər  hansı  bir  məsələni  inkar  edərsə,  beş 

namaz,  oruc,  zinanın,  içkinin,  məhrəmlərlə  evlənməyin  haramlığı 

müsəlmanlar  arasında  yayılıbsa,  bunları  inkar  edərsə,  onda  küfr  edir.  İstisna 

vardır,  əgər  o,  İslamda  təzədirsə  və  İslamın  hədlərini  bilmirsə.  Əgər  o,  insan 

bilməməzliyinə  görə  hər  hansı  bir  şeyi  inkar  edərsə  o,  kimsə  kafir  olmur»

426



İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir:  «Kim  Allah  və  Rəsuluna  mütləq 



şəkildə iman gətiribsə və ona doğrunu bəyan edəcək bir elm çatmayıbsa, onun 

küfr etməsi və kafir olması barədə hökm verilmir, ona hüccət qaldırılmadıqca. 

Elə  bir  hüccət  ki,  ona  müxalif  olan  kafir  olur.  Çünki  insanların  bir  çoxu  xəta 

edirlər.  Quran  və  Sünnədən  gələn  ayələrin  mənalarını  bilmirlər.  Xətadır, 

unutmaqdır, yanılmaqdır bu ümmətdən qaldırılıb və günah yazılmır. Küfr də 

yalnız  bəyandan  sonra  olur».  İbn  Qeyyim  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 

«Allah  hüccət  qaldırılmadıqca  heç  kəsə  əzab  verməyəcəkdir.  «Biz  Peyğəmbər 

göndərməmiş (heç bir ümmətə) əzab vermərik» (əl-İsra 15). «Biz Peyğəmbərləri 

(möminlərə)  müjdə  verən  və  (kafirləri)  əzabla  qorxudan  kimi  göndərdik  ki, 

daha  insanlar  üçün  Peyğəmbərlərdən  sonra  Allaha  qarşı  bir  bəhanə  yeri 

qalmasın» (ən-Nisa 165). Quranda belə ayələr çoxdur. Allah əzab verir o, kəsə 

ki,  ona  Rəsul  gəlib,  hüccət  qalxıb  və  o,  günahkar  ki,  öz  günahını  etiraf  edir. 

Əzab iki səbəbə görə insana verilir: 1 – Dəlildən üz çevirmək, onu istəməmək 

və  onun  tələblərinə  lazimi  qaydada  əməl  etməməkdir.  Bu  üz  döndərmək  – 

Küfrü İrad. 2 – Dəlil gətirildikdən sonra ona qarşı inad göstərmək, onun tələb 

etdiyini istəməməkdir. Bu da inadkarlıq küfrüdür. Lakin Allah, Peyğəmbərləri 

tərəfindən  göndərdiyi  dəlilləri  çatdırılana  qədər  və  dəlili  öyrənməyə  imkanı 

olmadan cahillik küfrünə görə Allah əzab verməz»

427

.  


Qiyamul  Hüccə  Nədir?  -  Artıq  bilindi  ki,  müəyyənə  hökm  vermək  üçün 

mütləq  hüccətin  qaldırılması  lazımdır.  İndi  isə  öyrənək  ki,  Hüccət  nədir?  Nə 

ilə  hüccət  qalxır?  Qiyamul  hüccə  necə  olur?  Alimlər  bu  barədə  ixtilaf  ediblər 

ki,  hüccət  necə  qalxır:  Birinci  Görüş  -  Bir  şəxsə  hüccət  qaldırmaq  üçün  dəlil 

ona  çatmalı  və  o,  şəxs  dəlili  başa  düşməlidir.  Hüccətdən  qəsd  olunanı  dərk 

etməlidir. Elm əhlinin bir çoxu bu görüşdədir. İbn Qudamə, İbn Teymiyyə, İbn 

Qeyyim,  İbn  Arabi  (Məliki  məzhəbindən)  və  Muhəmməd  b.  AbdulVahhab  – 

Allah onlara rəhmət etsin - İkinci Görüş - sadəcə hüccət çatdısa kifayətdir. Başa 

düşsə  də,  düşməsə  də  artıq  hüccət  qalxmış  olur.  Onlar  deyillər  ki,  Qiyamul 

                                                

425


 Fəthul Bəri 13/407.  

426


 Müslimin Şərhi 1/205.  

427


 Tariqul Hicrəteyn 412.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə