477
zamanlarda bir çox əmirlər olacaqdır ki, sizlər onların işlərindən bəzisini
məruf və gözəl görəcəksiniz, bəzilərini isə inkar edəcəksiniz Onlardan yaxşı
hərəkətlərdə görəcəksiniz, pis hərəkətlərdə). Artıq munkəri munkər kimi
tanıyan və bu xüsusda şübhəyə düşməyərək onu düzəltməyə çalışan onun
günahı və cəzasından uzaqdır. Əli və dili ilə munkəri dəyişdirməyə gücü
çatmadığından yalnız qəlbi ilə onu inkar edən və ondan nifrət edən kimsə də
o, munkər işə ortaq olmaq günahından uzaq olur. Lakin çirkin iş edənlərə
qəlbi ilə razı olan və o, işi etməkdə onlara tabe olan isə həm o, günahdan uzaq
olmaz, həm də (bu əməllərə) ortaq olmaqdan canını qurtara bilməz».
Səhabələr: «Bu kimi əmirlərlə mübarizə aparaqmı?» deyə soruşdular.
Peyğəmbər: «Namaz qıldıqları müddətdə yox!» deyə buyurdu
1423
. İmam
Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: «Bu hədisdən başa düşülür ki, Xəlifələr
İslamın qaydalarını dəyişmədikcə (şəriəti dəyişdirən bidətlərə, küfrə yol
vermədikcə), sadəcə fasiq və zalım olduqlarına görə onlara qarşı çıxmaq caiz
deyildir»
1424
. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: “Ən fəzilətli
Cihad zalım hökmdarın qarşısında haqq sözü söyləməkdir”
1425
.
Bunu da bilin ki, hər kim xəlifəlik vəzifəsinə gəlir, insanlar da ətrafında
toplanırlarsa, onun xəlifəliyinə razı olurlarsa ona itaət fərz olur, ona qarşı
çıxmaq isə haram olur. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Digər
əmirlərə xəlifə olana qədər qılıncı ilə qalib gələn və əmirul-muminin deyə
adlandırılan bir kimsəyə qarşı Allaha və axirət gününə iman edən bir kimsənin
istər yaxşı, istər pis bir kimsə olsun onun imam görməyib bir gecəni keçirməsi
o, kimsəyə halal olmaz». Yəni bir kimsənin: Mən ona yalnız Allaha itaət olan
məsələlərdə itaət edəcəyəm – deməsi düzgün deyildir. Çünki Peyğəmbər –
sallallahu aleyhi və səlləm – yalnız asilik olan şeyləri əmr edən rəhbərlərə itaət
etməməyi buyurmuşdur. Alimlər arasında icma vardır ki, əgər bir kəs
hakimiyyəti zorla ələ keçirərsə müsəlmanların əmiri sayılır. Muhəmməd İbn
AbdulVahhab – rahmətullahi aleyhi – deyir ki: “Bütün məzhəb imamları ittifaq
etmişlər ki, əgər bir kimsə şəhəri və ya şəhərləri zəbt edərsə, onun üzəinə
əmirlik səlahiyyətləri düşür”
1426
. İmam Əhməd – rahmətullahi aleyhi –, Vasix İbn
Mutasimə qarşı çıxmaq istəyən bir qrupun qarşısını alaraq demişdir:
“Etirazınızı qəlbinizdə bildirin və itaətdən də əl çəkməyin. Asilik (üsyan)
etməklə müsəlmanlara əziyyət verib onların qanlarını axıdmayın”
1427
.
Bilirsinizmi əl-Vasix kim olub? Quranın məxluq olduğunu söyləyən, bu
ideyaya görə insanları öldürən, Umara İbn Xuzaini öldürən bir kimsə. İcma ilə
1423
Müslim 1854.
1424
Müslimin şərhi 12/243.
1425
əl-Albani “Səhih Cəmi” 1100.
1426
“Durarus Saniya” 7/239.
1427
“Tabaqat İbn Abu Yala” 1/144.
478
bu etiqadın küfr olduğunu bildiyi halda İmam Əhməd
– rahmətullahi aleyhi –
müsəlmanların qanlarının axıdılmasından, zülmə məruz qalmalarından
qorxduğu üçün ona qarşı çıxmağı qadağan edir. İtaət - güc və qüvvətə sahib
olan əmirə olur. Gücü və qüvvəsi olmayan əslən əmir sayılmaz
1428
.
İmam Nəvəvi
– rahmətullahi aleyhi – deyir ki: “Vacibdir Xəvaric və
üsyançılara qarşı döyüşmək və alimlər bunda ittifaqdırlar”
1429
. İbn Bazzın –
rahmətullahi aleyhi – başçılığı ilə 1988-ci ildə İslam ölkələrində və digər
ölkələrdə olan terror aktlarına qarşı belə bir fətva vermişdilər: “Əgər şəriət ilə
məlum olsa ki, bir kimsə yer üzündə fitnə fəsad törədərək insanların canlarına
və mallarına qəsb edərək evlərin, məscidlərin, məktəb, xəstəxana, zavod,
körpü, silah və su anbarları, neft kəmərlərini, təyyarələrin partladılması və ələ
keçrilməsi və s. Buna bənzər partylayışlar törədərək cəmiyyətdə qorxu
yaratmışsa belə bir kimsə öldürülməlidir. Buna dəlil: “Allaha və Onun Elçisinə
qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin
cəzası ancaq öldürülmək, və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını
çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu,
onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab
gözləyir”. (əl-Maidə 33). Belə bir kimsələr bu əməlləri ilə quldurlardan daha
çox ziyan vururlar. Əgər bir quldur bir insanı öldürərsə və ya malını qəsb
edərsə bu ayə ona aid edilmişdir, onda bir çox insanların həyatına qəsd
edənlər necə?”
1430
. İbn Qudamə əl-Hənbəli – rahmətullahi aleyhi – deyir ki: «Kim
xəlifəliyi sabit olan birinə qarşı çıxarsa ona qarşı savaş açmaq vacib olur. Lakin
xəlifə bu cür bağilərlə
1431
həmin an döyüşməz və onlara nə üçün üsyan
etdiklərini soruşar, işin həqiqətini və doğru olanı onlara başa salmaq üçün
birini onlara göndərər. Onlara doğrunu söyləmək imkanı taparsa bunu edər və
onların dilə gətirdikləri haqsızlıqları aradan qaldıracaq və onların bəhanələrini
də aradan qaldıracaqdır. Əgər bundan sonra da fikirlərindən dönməzlərsə
onlara qarşı döyüşəcəkdir. Allah bu haqda ilk olaraq sülhü, sonra isə döyüşü
əmr edərək buyurur ki: «Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa,
onları dərhal barışdırın. Əgər onlardan biri təcəvüzkarlıq etsə, təcəvüzkarlıq
edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. Təcəvüzkarlıq edən
(Allahın əmrinə) qayıtsa hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla
hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər». (əl-Hucurat 9). Məs: Əli
-
radıyallahu anhu – Cəməl döyüşündən əvvəl Bəsrəlilərlə məktublaşdı. Sonra da
öz tərəfdarlarına döyüşü birinci başlamamaları əmrini verdi. Daha sonra dedi:
«Bu gün elə bir gündür ki, kim bu gün qurtularsa Qiyamət günü də qurtulmuş
1428
“Minhəc Sunna” 1/115.
1429
“Şərh Səhih Muslim” 3/138.
1430
“Fətava Şəriə” 21.
1431
Bağilər – xəlifəyə qarşı çıxanlara verilən addır.