[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə247/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   243   244   245   246   247   248   249   250   ...   258

 

503 


Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mehribanlıqla edilən hər bir 

iş gözəlləşər, onsuz isə xarab  olar»

1511

.  Peyğəmbər  – sallallahu aleyhi və səlləm – 



buyurdu:  «Həqiqətən  də,  Allah  mehribanlıqla  görülən  bütün  işləri  sevir»

1512


. 

Osman  -  radıyallahu  anhu  –  (özünü  müsafir  hesab  etməyərək)  namazı 

tamamlayırdı. Belə ki, o Minada ikən namazı dörd rükət qılırdı. Lakin sünnəyə 

görə Minada hər dörd rükətli namaz qısaldılaraq iki rükət şəkilində qılınmalı 

idi.  Məsələyə  şərri  bir  yozum  verən  Osmanın  fikrinə  görə  isə  namaz  dörd 

rükət  qılınmalı  idi.  Bütün  bunlara  baxmayaraq  İbn  Məsud  Muhəmməd 

Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  –  Sünnəsinə  görə  dörd  rükətli 

namazlar  Minada  iki  rükət  qılınmalıdır.  Bu  başqa  cür  ola  da  bilməz.  Deyə 

təkid  etdi.  (Onun  bu  sözlərini  eşidənlər)  dedilər:  «Ey  İbn  Məsud!  Sən  bu 

sözləri deyir, sonra da gedib Osmanın - radıyallahu anhu – arxasında dörd rükət 

namaz  qılırsan!  Bəs  bu  nə  deməkdir!».  O:  «Ey  filankəs!  Müxaliflik  şərdir! 

Müxaliflik şərdir! Müxaliflik şərdir…»

1513

.  


Son  olaraq  fitnə  törədən  fitnəkarlara  demək  istəyirik  ki:  «Bəs  səni  fitnələr 

zamanı  hər  məclisdə  və  ya  toplantıda  haqq  saydığın  məsələlər  barəsində 

danışmağa  vadar  edən  nədir? Axı  haqqı Əhli  Sünnə  və Cəmaat  alimləri  açıq-

layırlar. Əgər sənin hər hansı bir fikrin və ya təklifin varsa onlara ərz et. Qəbul 

etsələr (deməli haqq) odur, yox  əgər etiraz etsələr (deməli) artıq özünü bütün 

müsəlmanların sənin (səhv) rəyindən xəbərdar tutmasından qorumusan».  

 

XƏLİFƏLİK QUREYŞDƏNDİR 

 

Əbu Burza  - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 



və  səlləm  –  buyurdu:  «Xəlifəlik  Qureyşdən  olmalıdır.  Onlardan  rəhm 

istənildikdə  onlar  mərhəmətli  olmalıdırlar.  Vəd  verdikləri  zaman  vədlərini 

yerinə  yetirməlidirlər.  Hökm  oxuduqda  ədalətli  olmalıdırlar.  Əgər  kimsə  bu 

cür  hərəkət  etməzsə  onun  üzərinə  Allahın,  mələklərin  və  bütün  insanların 

lənəti  yağar»

1514


.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «İmamlar 

Qureyşdəndir.  Qureyşin  yaxşıları  (digər  insanların)  yaxşılarının  əmirləri, 

pisləri  də  pislərinin  əmirləridir.  Hər  birinin  haqqı  vardır,  hər  haqq  sahibinə 

haqqını verin. Əgər Qureyş sizin aranızda əzaları kəsik Həbəşili bir qulu əmir 

təyin  edərsə  onu  dinləyib,  ona  itaət  edin»

1515


.  Belə  bir  şərəfin  onlara 

verilməsinə  səbəb  isə  nəsəb  və  cins  baxımından  onların  seçilmiş  olmalarıdır. 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Şübhəsiz  ki,  Allah  İsmail 

                                                

1511

 Müslim 6/45.  



1512

 Buxari, Müslim 2165.  

1513

 Buxari 2/1084, 1657, Müslim 695, Əbu Davud 1960 əl-Albani «Səhih Hədislər Silsiləsi» 1/444. 



1514

 İmam Əhməd «Öusnəd» 4/421, əl-Albani «İrvalul Ğəlil» 2/301.  

1515

 əl-Albani «Səhihul Cəmi».  




 

504 


oğullarını seçmişdir, İsmail oğullarından da Kinanəni, Kinanədən də Qureyşi, 

Qureyşdən  də  Haşim  oğullarını,  Haşim  oğullarından  da  Məni  seçmişdir»

1516



Qureyşli olmayan bir kimsə gəlib imamətə sahib olacaqsa bu Nübuvət üsuluna 



uyğun  bir  xəlifəlik  olmaz.  Əksinə  bu  bir  hökmüdarlıq  olur.  Qadi  İyaz  – 

rahmətullahi  aleyhi  –  deyir  ki:  «İmamın  Qureyşli  olmasının  şərt  olması  bütün 

elm  adamlarının  qəbul  etdiyi  görüşdür.  Hətta  bu  icmanın  qətiləşdirdiyi 

məsələlər  arasında  sayılmışdır.  Bu  xüsusda  Sələfdən  hər  hansı  bir  kimsənin 

buna fərqli bir fikir söylədiyi nəql edilməmişdir»

1517

. Əbu Hureyrə – radıyallahu 



anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

«İnsanlar bu iş xüsusunda Qureyşə tabedirlər. Ərəblərin möminləri, Qureyşin 

möminlərinə,  müşrikləri  də  Qureyşin  müşriklərinə  tabedirlər  (Başqa 

rəvayətdə: İnsanlar xeyirdə də, şərdə də Qureyşə tabedirlər)»

1518

. Əmr, İmarə – 



buyurmaq  mənasındadır.  Əmir  vermək  səlahiyyəti  olan  bütün  idarə  və 

rütbələrin  ən  böyüyündən,  ən  kiçiyinə  qədər  olan  hər  bir  şeyi  özündə  əhatə 

edir.  Yəni  dövlət  başçısı,  vəlilik,  əmirlik,  məmur  və  s.  mənaları  ifadə  edir. 

Abdullah  b.  Ömər  – radıyallahu anhu – rəvayət  edir ki,  Peyğəmbər  - sallallahu 



aleyhi  və  səlləm  –  buyurdu:  «İnsanlardan  iki  nəfər  qalmış  olsa  da  belə  bu  iş 

Qureyş arasında qalmağa davam edər»

1519

. Cabir b. Səmura – radıyallahu anhu – 



rəvayət  edir ki,  mən  atam  Səmura  ilə  birlikdə Peyğəmbər  - sallallahu aleyhi və 

səlləm  –  in  yanına  daxil  olduqda  eşitdik  ki:  «İçərilərindən  on  iki  xəlifə 

olmadıqca bu iş son olmayacaqdır (Başqa rəvayətdə: Qiyamət qopana qədər və 

ya  hamısı  Qureyşdən  olan  on  iki  xəlifə  olduğu  müddətdə  İslam  dini  əziz 

olmaqda və qorunmaqda davam edəcəkdir)» buyurdu. Cabir – radıyallahu anhu 



– deyir ki: Sonra bir söz söylədi ki, onu eşitmədim və atamdan: «Rəsulullah  

sallallahu  aleyhi  və  səlləm  –  nə  söylədi?»  deyə  soruşdum.  O:  «Bunların  hamısı 

Qureyşdəndir»  dedi

1520

.  Muvaviyə  –  radıyallahu  anhu  –  ya  xəbər  verdilər  ki, 



Abdullah  b.  Amr  b.  əl-As  –  radıyallahu  anhu  –  deyir  ki:  «Əmir  Kahtan 

qəbiləsindən  olacaqdır».  Bunu  eşidən  Muaviyə  bərk  qəzəbləndi  və  ayağa 

qalxaraq Allaha həmd-sənalar etdikdən sonra dedi: «Həqiqətən də mənə xəbər 

verilir ki, sizlərdən bir qism kimsələr Allahın kitabında olmayan və Peyğəmbər 



-  sallallahu  aleyhi  və  səlləm  –  tərəfindən  rəvayət  edilməyən  bəzi  sözlər 

söyləyirlər.  Bu  kimi  kimsələr  cahil  kimsələrdirlər.  Sahibini  sapıqlığa  götürən 

fikirlərdən çəkinin. Həqiqətən, mən Peyğəmbər - sallallahu aleyhi və səlləm – in 

belə  buyurduğunu  dinlədim:  «Şübhəsiz  ki,  bu  idarə  işi  Qureyşə  aiddir.  Dinə 

bağlı  qaldıqları  müddətdə  hər  kim  onlarla  (düşməncə)  mübarizə  apararsa, 

                                                

1516

 Müslim.  



1517

 İbn Həcər «Fəthul Bəri» 13/127.  

1518

 Müslim 1818, 1819.  



1519

 Müslim 1820.  

1520

 Müslim 1821, 1822.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə