[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə14/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   10   11   12   13   14   15   16   17   ...   76

39 
 
qütbə sıxılır və rüşeyim çox qatlı olur. 
İmmiqrasiya 
zamanı 
müəyyən 
hüceyrələr 
blastodermadan  qoparaq  blastoselə  keçir  və  entodermanı 
əmələ  gətirir.  Ümumiyyətlə,  qastrulyasiya  prosesi  bütün 
heyvan  növlərində  rüşeyim  vərəqlərinin  əmələ  gəlməsi  ilə 
qurtarır. 
Ekto  və  entodermanın  əmələ  gəlməsi  birinci  mərəhələ, 
mezodermanın  əmələ  gəlməsi  isə  ikinci  mərhələdir.  Bu 
xüsusiyyət 
heyvanların 
ontogenetik 
yaxınlığını 
və 
filogenetik  qohumluğunu  sübüt  edir.  Bütün  xordalılarda 
qastrulyasiyanın  başlanması  blastoporun  üst  dodağı  ilə 
əlaqədardır.  Üst  dodaqdan  köçən  blastomerlər  gələcək 
xordanın  materialıdır.  Ektodermal  mayadan  sinir  borucuğu 
inkşaf  edir.  Mezodermanın  inkişafı  bütün  onurğalılarda 
xorda, 
somitlər 
və 
splanxnotomlar 
əmələ  gətirir. 
Splanxnotomlar xarici parietal və daxili visseral vərəqlərdən 
ibarətdir.  Bu  vərəqlər  arasındakı  sahə  bədənin  ilkin  boşluğu 
adlanır.  
Onurğa 
seqmentləri, 
seqmentlərə 
bölünməmiş 
mezoderma 
ilə 
seqment 
ayaqcıqları 
və 
ya 
nefrogonadatomlarla 
bağlanır. 
Somitlərdə 
dermatom, 
miatom  və  splaxnotom  adlanan  mayalar  olur.  Bunlardan 
müvafiq  olaraq,  dərinin  dərin  qatları  sklet  əzələləri,  sümük 
və  qığırdaq  toxumaları  yaranır.  Splanxnotomdan  seroz 
qişaların  daxili  örtüyü  böyrək  üstü  vəzin  qabıq  maddəsi  və 
ürək  toxumaları  inkişaf  edir.  Nefroqonatomdan  sidik  - 
cinsiyyət orqanları yaranır.  
Ektodermadan  sinir  borcuğu,  dəri  və  rüşeym  xarici 
ektoderma  inkişaf  edir.  Sinir  borucuğunun  ön  hissəsindən 
sinir  qovuğu,  sonra  baş  beyin  inkişaf  edir.  Dəri 
ektodemasından dəri örtüyünün epiteli qatı və dəri törəmələri 
inkişaf  edir.  Bağırsaq  entodermasından  bağırsaq  borusunun 
toxumaları qaraciyər, mədəaltı vəz və tənəffüs üzvləri inkişaf 
edir. 
Rüşeym 
vərəqlərinin 
differensasiyası 
zamanı 
mezenxima əmələ gəlir. Mezoderma və ektodermadan köçən 


40 
 
hüceyrələrin  hesabına  mezenxima  yaranır.  Mezenxima 
birləşdirici toxumaların, saya əzələlərin, damarların və digər 
toxumaların yaranması mənbəyidir. 
 
Rüşeym xarici orqanlar 
Heyvanların  yeni  mühit  şəraitinə  uyğunlaşması  ilə 
əlaqədar  olaraq,  təkamül  prosesində  rüşeym  xarici  orqanlar 
yaranır.  Bunların  birinci  vəzifəsi  rüşeym  üçün  qida  ehtiyatı 
saxlamaqdır.  Sonralar  həmin  orqanlar  mühafizə,  tənəffüs  və 
trofik  funksiyaları  yerinə  yetirir.  Onurğalılarda  belə 
orqanlara  yumurta  sarısı  kisəsi  amnion,  allantois,  seroza  və 
ətənə  aiddir.  Bu  orqanlar  ekto-  ento  və  mezodermaların 
rüşeym kənarı hissəlrindən inkişaf edir. 
Xordalılarda  ilkin  müvəqqəti  orqan  balıqlarda  yumurta 
sarısı  kisəsi  olmuşdur.  Bunun  divarının  formalaşmasında 
ektoderma, 
seqmentlərə 
bölünməmiş 
mezoderma 
və 
entoderma  iştirak  edir.  Quş  və  məməlilərdə  yumurta  sarısı 
kisəsinin 
tərkibinə 
rüşeym 
xarici 
entoderma 
və 
mezodermanın  visseral  vərəqidə  daxildir.  Ektoderma  və 
mezodermanın  pariyetal  vərəqi  amnionun,  xorionun  və 
serozanın formalaşmasında iştirak edir.  
Amnion  mezodemanın  pariyetal  vərəqindən  və  rüşeym 
xarici  ektodermadan  əmələ  gəlir.  Quşlarda  və  məməlilərdə 
bu  orqan  yaxşı  inkişaf  etmişdir,  rüşeym  ətrafında  su  mühiti 
yaradaraq,  onu  mexaniki  zədələnmələrdən,  qurumadan 
mühafizə  edir,  quşlarda  isə  dölün  qidalanmasında  da  iştirak 
edir.  
Seroza  yaxud  seroz  qişa  sürünənlərdə  və  quşlarda  yaxşı 
inkişaf  etmişdir.  Bunun  tərkibində  ektodermanın  pariyetal 
vərəqi iştirak edir, mühafizə və tənəffüs funksiyalarını yerinə 
yetirir.  
Xorion  və  ətənə  məməlilərin  rüşeym  xarici  orqanlarıdır, 
bətn daxili inkişafla əlaqədar olaraq  yaranmışdır, ana ilə döl 
arasında əlaqə yaradır və dölün qidalanmasını təmin edir. Bu 
orqanlar 
ektodermadan 
və 
mezodermanın 
pariyetal 


41 
 
vərəqindən təşkil olunmuşdur.  
Allantois  rüşeym  xarici  ektodermadan  və mezodermanın 
visseral  vərəqindən  əmələ  gəlir,  qaz  mübadiləsində  iştirak 
edir,  sidik  kisəsi  rolunu  ifadə  edir,  mübadilə  məhsulları 
toplayır.  Embriogenez  prosesində  onurğalıların  quruya 
çıxması nəticəsində müvəqqəti yeni rüşeym xarici orqanların 
yaranmasına səbəb olur.  
 
 


42 
 
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
3
3
.
.
 
 
T
T
O
O
X
X
U
U
M
M
A
A
L
L
A
A
R
R
 
 
H
H
A
A
Q
Q
Q
Q
I
I
N
N
D
D
A
A
 
 
A
A
N
N
L
L
A
A
Y
Y
I
I
Ş
Ş
 
 
 
Orqanizm  müəyyən  funksiyaları  yerinə  yetirmək  üçün 
uyğunlaşmış 
hüceyrələrdən 
və 
qeyri-hüceyrəvi 
strukturlardan  təşkil  olunmuşdur.  Müxtəlif  funksiya  ifadə 
edən  hüceyrə  populyasiyaları  quruluşuna  və  hüceyrə  daxili 
zülal  sintezinə  görə  fərqlənirlər.  İnkişaf  prosesində  ilkin 
bircinsli  hüceyrələr  maddələr  mübadiləsinə,  quruluşuna  və 
funksiyasına  görə  fərqlənirlər,  bu  proses  hüceyrələrin 
differensasiyası  adlanır.  Hüceyrələrin  yeni  həyat  şəraitinə 
uyğunlaşması 
adaptasiya 
adlanır. 
Differensasiya 
və 
adaptasiya  hüceyrələr  və  onun  populyasiyalarının  arasında 
yeni  qarşılıqlı  əlaqələr  yaradır.  Nəticədə  orqanizmin 
tamlığının  rolu  artır  və  bu  proses  inteqrasiya  adlanır. 
Embriogenezin  hər  bir  mərhəlsi  blastomerlərin  sadəcə 
çoxalması  deyil,  inteqrasiyanın  yeni  səviyyəsidir.  Hüceyrə 
populyasiyalarının  mürəkkəb  funksiyaları  yerinə  yetirən 
sistemlər  şəklində  birləşməsi  toxuma  və  orqanların 
yaranmasına  gətirib  çıxarır.  İnteqrasiyanın  pozulması 
dezinteqrasiya  adlanır.  Dezinteqrasiyanı  törədən  səbəblərə 
viruslar,  bakteryalar,  aromatik  karbohidrogenlər,  rentgen 
şüaları  və  s.  aiddir.  Bunların  təsiri  ilə  regenrasiya,  tipik 
formalaşma,  yeniləşmə  prosesləri  xaotik  xarakter  alır. 
Nəticədə bəd xassəli şişlər əmələ gəlir. 
Filogenez 
prosesində 
hüceyrələrdə 
yaranan 
morfofunksional  və  genetik  fərqlər  quruluşca  oxşar,  eyni 
funksiya  yerinə  yetirən  hüceyrələrin  və  hüceyrə  ara 
maddəsinin  toxumalar  formasında  birləşməsinə  gətirib 
çıxarır.  Orqanizmin  bütün  orqanları  dörd  tip  toxumadan: 
epiteli,  birləşdirici,  əzələ  və  sinir  toxumalarından  təşkil 
olunmuşdur. 
Toxuma  tarixi  inkişaf  prosesində  meydana  çıxmış, 
quruluşca  oxşar,  eyni  funksiya  yerinə  yetirən  hüceyrələrdən 
və hüceyrə ara maddəsindən təşkil olunmuş canlı strukturlara 
deyilir. 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə