[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə2/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   2   3   4   5   6   7   8   9   ...   76


 
lanması,  boyanması  və  aydınlaşdırılması  kimi  mikroskopik 
tətqiqat üsulları icad etmişdir. 
1825-27-ci  illərdə  ilk  dəfə  Jan  Purkinə  heyvan  hüceyrə-
sini  və  nüvəni  təsvir  etmiş,  toyuq  yumurtasında  nüvəni 
rüşeym  qovuqcuğu  adlandırmışdır.  Nüvə  terminini  ilk  dəfə 
1831-ci ildə bitki hüceyrəsində Braun, protoplazma ifadəsini 
isə ilk dəfə 1840-cı ildə Y.Purkinə işlətmişdir. Y.Purkinə ilk 
dəfə  mikrotom  termini,  histoloji  kəsiyin  cisim  şüşüsinə 
bərkidilməsi və örtücü şüşəni cisim şüşəsinə Kanada balzamı 
ilə təsbit edilməsini irəli sürmüşdür. 
M.Şleyden  1838-ci  ildə  bitki  orqanizminin  hüceyrə  yı-
ğımı olması fikrini irəli sürmüşdür. J.Purkinə, Q.Valentin və 
M.Şleydenin  işləri  hüceyrə  nəzəriyyəsinin  yaranmasına 
səbəb  olmuşdur.  1839-cu  ildə  Teodor  Şvann  hüceyrə  nəzə-
riyyəsini  irəli  sürdü.  Hüceyrə  nəzəriyyəsi  biologiyanın  inki-
şafına güclü təkan verdi. Bu nəzəriyyəyə görə bütün canlılar 
hüceyrəvi  qurluşa  malikdir,  yeni  hüceyrənin  əmələ  gəlməsi, 
onun  bölünməsilə  olur  və  bütün  canlı  aləm  vahid  mənşəyə 
malikdir. R.Virxov, A.Zavarzin, Xlopin və s. alimlərin də bu 
elmin  inkişafında  böyük  rolu  olmuşdur.  Hüceyrə  nəzəriy-
yəsinin çatışmayan cəhəti onların hüceyrəyə tam orqanizmin 
ayrılmaz  hissəsi  kimi  yox,  müstəqil  varlıq  kimi  baxmasıdır. 
Hüceyrə  nəzəriyyəsi  təsviri  histologiyanın  inkişafına  təkan 
verdi. XIX əsrin ortalarında Leydiq və R.Virxov toxumaların 
inkişafını və quruluşunu öyrənmişlər.  
İlk histologiya kitabları Avropada nəşr edildi və kitabda 
toxumaların  təsnifatı  verildi.  1856-cı  ildə  Virxov  hüceyrə 
patologiyası  əsərində  göstərdi  ki,  heç  bir  hüceyrə  yenidən 
yaranmır, bölünmə yolu ilə hüceyrədən əmələ gəlir.  
1874- cü ildə rus botaniki Çistyakov bitkilərdə kariokinez 
bölünməni kəşf etdi, alman alimi Strasburq isə onun təsvirini 
vermişdir.  
1878-ci  ildə  Peremejko  və  Flemining  heyvan  hüceyrə-
sində karioginezin mərhələlərini təsvir etdi.  
1879-cu  ildə  Hertvic  və  Van  Bendel  hüceyrə  mərkəzini, 



 
1898-ci  ildə  Holci  lövhəli  kompleksi,  Bende  isə  mitoxon-
driləri  təsvir  etdi.  Əsrin  sonunda  epiteli  hüceyrələrində 
tonofibrillər,  əzələ  hüceyrəsində  miofibrillər  kəşf  edildi. 
1892-ci  ildə  ilk  dəfə  Strasburq  protoplazma  terminini  sito-
plazma və karioplazmaya ayırdı. 
XIX  əsrin  sonunda,  XX  əsrin  əvvəllərində  Ramon  və 
Kaxal  sinir  hüceyrələrinin,  liflərinin  və  uclarının  qurluşunu 
öyrənmişlər.  M.M.Jakubovski,  M.D.  Lavdovski,  A.S.Dogel, 
A.J.Smirnov  və  başqa  alimlər  sinir  sisteminin  quruluşunu 
öyrənmişlər.  Mecnikov  və  Maksimov  birləşdirici  toxuma 
hüceyrələrinin  mənşəini  və  funksiyasını  öyrənmək  üçün 
orqanizmə  yad  cisimlər  yeritmək,  Heldenhayn  isə  neytral 
boyalar  yeritmək  metodlarını  təklif  etmişlər.  1892-ci  ildə 
Meçnikov özünün faqositoz nəzəriyyəsini irəli sürmüşdür.  
1884-cü  ildə  Skvortsov  toxuma  kulturası  hazırlamaq 
metodunu təklif etməklə hüceyrədə gedən həyatı proseslərin 
öyrənilməsi  başlandı.1928-31-  ci  ildə  Ruska,  Knole  və 
Barriye  ilk  elektron  mikroskopu  yaratdılar.  1945-ci  ildə 
Parter, Klod, Fullmana bu mikroskopla sitoplazmada endop-
lazmatik  toru  kəşf  etdilər.  Şestroid  və  Polade  sitoplazmada 
ribosomları kəşf etdilər. 
XVIII  əsrin  birinci  rübündə  I  Pyotr  Hollandiyaya  səfərə 
çıxmış  A.  Levenhukun  ona  bağışladığı  mikroskopu  Peter-
burq  akademiyasına  hədiyyə  vermiş  və  onun  təklifi  ilə 
Peterburq  akademiyasında  ilk  optik  emalatxana  yaradılmış-
dır.1774-cü  ildə  Eyler  axromatik  obyektiv  yaratmış,  ilk  rus 
mikrokopu  isə  Kulibin  hazırlamışdır.1784-cü  ildə  akdemik 
Epınus ilk dəfə axromatik mikroskopu yaratmışdır. 
İlk müstəqil histoloji kafedralar XIX əsrin 60-cı illərində 
Peterburq  və  Moskva  Universitetlərində  təşkil  olunmuşdur. 
1884-cü  ildə  Peterburq  universitetində  təşkil  olunmuş 
histologiya  kafedrasının  müdiri  akademik  Ovsyannikov 
olmuş və ilkin histoloji tətqiqatlar onun adı ilə bağlıdır. 
Histologiya  fəninin  tədrisi  Ber  və  Yakobovskinin  adları 
ilə  bağlıdır.  1866-cı  ildə  tibb-cərrahiyyə  akademiyasında 



 
müstəqil  histologiya  və  embrologiya  kafedrası  yaradılmış, 
kafedraya  əvvəl  Zavarigin  sonra  isə  Lavdovski  rəhbərlik 
etmişlər.  Laydovski  ganglioz  hüceyrələrin  quruluşunu,  trav-
madan sonra sinir liflərinin degenerasiya və regenerasiyasını 
öyrənmişdir.  1887-ci  ildə  Lavdovski  və  Ovsyannikov  ilk 
histologiya kitabı nəşr etmişdir. Moskva universietində təşkil 
edilmiş, histologiya kafedrasına əvvəl A.K.Babuxin sonra isə 
İ.F.  Oqnev  rəhbərlik  etmişdir.  Bunlar  əzələ,  sinir  toxuma-
larının histogenezini və fiziologiyasını öyrəmişlər.  
1868-ci  ildə  Kiev  universitetində  Peremejkonun  rəhbər-
liyi  ilə  müstəqil  histologiya  kafedrası  yaradılmışdır.  Bu 
kafedranın əməkdaşları göz, qaraciyər, dalaq, qalxanabənzər, 
böyrəküstü,  mədəaltı  vəzilərin,  əzələ  toxumasının,  sümük 
iliyinin,  qan  damarlarının  və  s.  orqanların  histoloji  qurulu-
şunu öyrənmişlər.  
1867-ci ildə Xarkovda, 1871-ci ildə Kazanda histologiya 
kafedraları  yarandı.  Kazan  histoloqları  sinir  sisteminin  filo-
qenezini və bir çox orqanlarda sinir uçlarının quruluşunu öy-
rənmişlər.  
Embriologiyanın inkişaf tarixi rus alimlərindən K.F.Volf, 
X.S.Panderin adı ilə bağlıdır. Volf cücədə rüşeym vərəqləri-
nin,  ürək  və  böyrəklərin  inkşafını,  Pander  isə  rüşeym  ox 
orqanlarının  inkişafını  iki  rüşeym  vərəqindən  sonra,  üçüncü 
vərəqin əmələ gəldiyini müşahidə etmişdir. 
Ber  məməlilərdə  rüşeym  vərəqlərindən  müxtəlif  orqan-
ların  əmələ  gəldiyini  öyrənmişdir.  Meçnikov  və  Kovalevski 
onurğasız heyvanlarda və aşağı sinif onurğalılarda rüşeymin 
inkişafını,  rüşeym  vərəqlərinin  yaranmasını, diferensasiyası-
nı  öyrənmişdir.  Azərbaycanda  ilk  histologiya  kafedrası 
1919-cu  ildə  Bakıda  universitetin  tibb  fakültəsinin  nəzdində 
yaranmışdır.  Kafedraya  iki  il  rəhbərlik  etmiş  Milman 
karioginezin  neyrogen  nəzəriyyəsini,  böyümə,  qocalma  və 
ölümün trofik nəzəriyyəsini irəli sürmüşdür.   
  Rus  histologı  B.İ.  Lavrentyev  orqan  və  toxumaların 
innervasiyasını  müəyyənləşdirmək  üçün  deinervasiya  üsulu 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə