[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə3/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   2   3   4   5   6   7   8   9   ...   76


 
tətbiq  etməklə  vegetativ  sinir  sisteminin  histofizologiyasını, 
neyronlar 
arası 
sinapsları 
və 
müxtəlif 
reseptorları 
öyrənməklə  neyrofizologiyanın  əsasını  qoymuşdur.  B.Q. 
Eliseyev  müxtəlif  orqanların  birləşdirici  toxumalarının 
histofiziologiyasını, onların sinir və endokrin amillərin təsiri 
altında dəyişilrilməsini öyrənmişdir. A.A.  Zavarzin müxtəlif 
toxumaların  filogenetik  inkişaf  qanunlarını  öyrənməklə 
təkamül  histologiyasının  əsasını  qoymuşdur.  Bu  alim 
toxumaların  təsnifatında  funksional  və  struktur  prinsipləri 
əsas  götürmüşdür.  İ.G.Xlopin  toxumaların  divergent 
təkamülü  nəzəriyyəsini  öyrənərək  toxumaların,  orqanların 
inkişafı  ilə  əlaqədar  təkamül  prosesində  və  ontogenezdə, 
divergent istiqamətdə getdiyini göstərmişdir. Bu alim epiteli, 
damar  və  endotel  üzərində  histoloji  tədqiqatlar  aparmışdır. 
Sitologiya, histofiziologiya və sitokimyanın inkişafında D.N. 
Nasonov,  A.V.  Rumyansev,  Q.K.Roskin  və  A.N.  Şabadaş 
geniş  tədqiqatlar  apararaq,  paranekroz  nəzəriyyəsini  irəli 
sürmüşdür. 
Histologiyanın qarşısında duran vəzifələr və məqsədi 
Bu elmin qarşısında duran vəzifələr aşağıdakılardır: 
1.Hüceyrə  və  toxumaların  qurluşunu,  funksiyasını,  sito 
və histogenezin qanunauyğunluqlarını öyrənmək. 
2.Toxumaların 
differensasiyası 
və 
regenrasiyası 
qanunauyğunluqlarını öyrənmək. 
3.Hüceyrə,  toxuma  və  orqanların  morfogenezində  sinir, 
endokrin və immun sistemlərin rolunu aydınlanlaşdır. 
4.  Hüceyrə,  toxuma  və  orqanlarda  yaşla  əlaqədar 
dəyişiklikləri öyrənmək. 
5.  Hüceyrə,  toxuma  və  orqanların müxtəlif  bioloji, fiziki 
və kimyəvi amillərə adaptasiyasını öyrənmək. 
6. Ana-döl sistemində morfogenez prosesləri öyrənmək. 
7. Embriogenezin xüsusiyyətlərini öyrənmək. 
Histologiyanın  məqsədi  yuxarıda  qeyd  edilən  vəzifələri 
dərindən öyrənib, baytarlıqda və təbabətdə müəyyən praktiki 
məqsədlərdə tətbiq etməkdir. 



 
Histologiyanin tədqiqat metodlari və tədqiqat obyektləri 
Histologiyanın  tədqiqat  obyektlərinə  müxtəlif  növ 
heyvanların  hüceyrələri,  toxumaları  və  orqanları  aiddir. 
Bunların  mikroskopiki  quruluşunu  öyrənmək  üçün  həmin 
obyektlərin  tamlığını  saxlamaqla  müxtəlif  histoloji  tədqiqat 
metodlarından  istifadə  edilir.  Bu  metodlar  histoloji 
obyektlərin  quruluş  və  histokimyəvi  analizini  mikroskopiki 
və  submikroskopiki  səviyyələrdə  aparmağa  imkan  verir.  Ən 
geniş  istifadə  olunan  tədqiqat  üsulu  mikroskopiki  üsuldur. 
Bu  üsulla  histoloji  müayinənin  aparılması  aşağıdakı 
mərhələlərlə yerinə yetirilir. 
1.  Orqan  və  toxumalardan  histoloji  nümunələrin 
götürülməsi, nümunələrə 1 sm

həcmində forma verilməsi və 
nömrələnmiş etiketlərin tikilməsidir. 
2.  Nümunələrin  çürüməməsi  üçün  onlar  formalində, 
spirtdə  yaxud  asetonda  təsbit  olunmalıdır.  Təsbit  üçün  10-
20% formalin, etil spirti  və mürəkkəb təsbit edicilər istifadə 
oluna bilər. 
3.  Formalində  təsbit  olunmuş  nümunələr  adi  su  ilə 
yuyularaq,  artıq  təsbit  edici  məhluldan  azad  edilir,  sonra 
artıq sudan azad etmək üçün spirt batareyasından keçirilir.  
4.  Nümunələrdəki  boşluqların  parafinlə  və  ya  selloidinlə 
doldurulması, 
sonra 
nümunələrin 
nömrələnmiş 
taxta 
kubiklərə yapışdırıması və spirt efir qarışığında ağzı şüşə ilə 
örtülü bankada saxlanılması. 
5.  Mikrotomla  1-10  mkm  qalınlığında  kəsiklərin 
hazırlanması,  kəsiklərin  boyanması,  histoloji  preparatın 
hazırlanması və mikroskopiki müayinə. 
Kəsikləri boyamaq üçün istifadə edilən boyalar turş, əsası 
və  xüsusi  olur.  Turş  boyalara  eozin,  azokarmin,  floksin, 
pikrin  və  s.  aiddir.  Turş  boyalarla  boyanan  strukturlar 
asidofil  adlanır.  Əsası  boyalara  safronin,  pironin  və  tionin 
aiddir.  Bu  boyalarla  boyanan  strukturlar  bazofil  adlanır. 
Xüsusi  boyalara  sudan  III  və  osmiom  turşusu  aiddir.  Bu 
boyalarla  yağlar  və  yağabənzər  maddələr  təyin  edilir.  Hazır 



 
histoloji  preparatlar  aşağıdakı  mikroskopiya  üsulları  ilə 
müayinə edilir. 
 İşıq  mikroskopları.  Müasir  işıq  mikroskopları  işıq 
şüalarının  görünən  spektirindən  istifadəsinə  əsaslanır  və 
2000-2500 dəfə böyüdür. İşıq mikroskoplarına fazakontraslı, 
flurosentli  və  ultrabənövşəyi  mikroskoplar  aiddir.  Fazakon-
traslı  mikroskopiya  işıq  dalğaları  fazalarının  dəyişirilməsinə 
və  başqa  amplitudalı  dalğalara  çevrilməsinə  əsaslanır.  Bu 
üsuldan  canlı  hüceyrə  və  toxumaların  mikroskopiyası  üçün 
istifadə olunur.  
Flurosent  mikroskopiya  müayinə  edilən  obyektin  şüa 
enerjisi 
ilə 
qıçıqlanmasına 
əsaslanır.  Bunun  üçün 
uultrabənövşəyi, bənöşəyi və mavi şüalardan istifadə olunur. 
Xüsusi  və  müxtəlif  boyalara  (floroxrom)  nüfuz  edilmiş 
fluresensiya  mövcuddur.  Bu  üsuldan  canlı  toxuma  və 
hüceyrələrin mikroskopiyası zamanı istifadə edilir.  
Ultrabənövşəyi  mikroskopiya  0,2  mkm  uzunluqda  dal-
ğası  olan  qısa  ultrabənöşəyi  şüalardan  istifadə  olmasına 
əsaslanır. Bu zaman alınan əks ekranda yaxud fotoplyonkada 
görünür.  
Elektron 
mikroskopiya 
zamanı 
submikroskopiki 
hissəciklər  müayinə  edilir,  bunun  üçün  görünən  işığın 
dalğalarının  uzunluğundan  100  min  dəfə  qısa  elektromaqnit 
dalğaları  işlədilir.  Bu  üsulla    5-10A

qalınlığında  obyektlər 
müayinə edilir.  
Aftoradiaqrafiya  üsulu  hüceyrə  və  toxumalarda 
toplanmış,  nişanlanmış  radioaktiv  izotopları  təyin  etməyə 
imkan  verir.  Bu  üsul  hüceyrə  zülalların  tərkibini,  müəyyən 
maddəlrin  sintezini  və  onların  nəqli  yolları  öyrənir. 
Histokimyəvi  müayinə  metodları  hüceyrə  və  toxumaların 
quruluş  elementlərinin  təbiətini  təyin  edir.  Bu  üsulla 
toxumalarda  zülal,  amin  turşuları,  müxtəlif  karbohidratlar, 
lipidlər və fermentlərin fəallığı təyin edilir.  
Histoloji tədqiqat metodlarından biri də canlı kulturanın 
yetişdirilməsidir. 
Orqanizmi 
xaricində 
xüsusi 
qida 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə