[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə5/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   2   3   4   5   6   7   8   9   ...   76

12 
 
hüceyrə  sitoplazma,  hüceyrə  qişası  və  nüvədən  ibarətdir. 
Hüceyrə 
sitoplazması 
hialoplazmadan 
və 
hüceyrə 
orqanellərindən 
təşkil 
olunmuşdur. 
Hialoplazma 
sitoplazmanın  əsas  hissəsi  olub,  hüceyrənin  bütün  quruluş 
elementlərini  bir-biri  ilə  əlaqələndirir.  Hialoplazmada  ATF, 
mübadilə  məhsulları,  qlükogen  kəltənləri,  yağ  dənələri, 
piqmentlər  və  s.  olur.  Hialoplazmanın  tərkibində  eyni 
zamanda  zülallar,  nüklein  turşuları,  polisaxaridlər,  amin 
turşuları, 
nükleotidlər 
və 
müxtəlif 
fermentlər 
olur. 
Sitoplazmada müxtəlif funksiyanı ifadə edən: plazmolemma, 
ribosomlar, 
endoplazmatik 
şəbəkə,  holci  kompleksi, 
lizosomlar,  peroksisom,  mitoxondrilər  və  sentrosoma 
yerləşir.  Bu  orqanellər  bütün  hüceyrələrdə  olduğu  üçün 
ümumi əhəmiyyətli sayılır. Bundan başqa hər bir hüceyrənin 
yerinə  yetirdiyi  spesifik  işlə  əlaqədar  olaraq  fibrillər, 
filamentlər, 
mikroborucuqlar, 
kipriklər, 
miofibrillər, 
neyrofibrillər və s. spesifik əhəmiyyətli orqanoidlər də olur. 
 
Hüceyrənin ümumi orqanelləri 
Plazmolemma  hüceyrə  qişası  olub,  sərhəd,  nəqliyyat  və 
reseptor funksiyaları ifadə edir. Hüceyrə qişası nəinki sərhəd 
funksiyasını  eyni  zamanda  onu  əhatə  edən  mühitdən 
müxtəlif  hormonların  və  maddələrin  hüceyrəyə  keçməsini 
təmin  edir,  hüceyrələrin  mexaniki  əlaqəsini  yaradır  və 
hüceyrədən  müəyyən  maddələrin  xaric  olmasını  təmin  edir 
(bax şəkil 1) 
Hüceyrə  qişası  lipoproteid  kompleks  olub,  qalınlığı 
10nm-dir.  Plazmolemma  xaricdən  qalınlığı  3-4  nm  olan 
qlükokaliks  ilə  örtülüdür.  Bunun  tərkibində  hüceyrə 
xaricində  müxtəlif  üzvi  maddələri  parçalayan  sərbəst 
fermentlər  olur.  Reseptor  funksiya  plazmolemmada  olan 
xüsusi  strukturların  iştirakı  ilə  müəyyən  kimyəvi,  fiziki 
amillərin  təyin  edilməsinə  əsaslanır.  Hüceyrə  qişasında 
müxtəlif  amillərə  qarşı  spesifik  reaksiya  verən  xüsusi 
maddələr  olur.  Bu  maddələr  reseptorlar  adlanır.  Hüceyrə 


13 
 
səthində 
yerləşən 
reseptorlara 
glükolipidlər 
və 
glükoproteidlər  aiddir.  Hüceyrə  qişasında  hormonlara, 
mediatorlara,  müəyyən  zülallara  və  antigenlərə  qarşı 
reaksiya  verən  reseptorlar  olur.  İşığa  həssas  reseptorların 
plazmolemmasında fotoreseptor zülal olan rodopsin yerləşir. 
Bu zülalın köməyi ilə işıq siqnalı, kimyəvi siqnala bu da öz 
növbəsində toplanaraq elektrik impulsuna çevrilir. 
Plazmolemma  nəqliyyat  funksiyasını  fəal  və  qeyri  fəal 
yollarla  müəyyən  maddələrin  keçirilməsi  ilə  yerinə  yetirir, 
ionlar,  su,  aşağı  molekulyar  birləşmələr  qeyri  fəal  yolla 
sitoplazmaya  daxil  olur.  Digər  maddələr  aktiv  yolla 
sitoplazmaya daxil olur. Maddələrin aktiv yolla daxil olması 
üçün ATF-nin parçalanması zamanı alınan enerji sərf olunur. 
Bu  proses  fəal  endositoz  adlanır.  Endositoz  şərti  olaraq 
faqositoza  və  pinositoza  ayrılır.  Faqositoz  zamanı  hüceyrə 
tərəfindən  iri  hissəciklər,  bakteriyalar  və  digər  maddələr 
udulur.  Pinositoz  zamanı  makro  molekullu  maddələr  suda 
həll  olmuş  halda  hüceyrələrə  daxil  olur.  Faqositoz  iki 
mərhələdən  ibarətdir.  Plazmolemmanın  reseptorları  ilə 
yabanı  hissəciklərin  qarşılıqlı  əlaqəsi,  yalançı  ayaqların 
əmələ gəlməsi və yabanı maddəlrin udulması. 
Birinci  mərhələdə  yabanı  maddənin  plazmolemmaya 
təmas  yerində,  aktin  maddəsi  əmələ  gəlir.  Aktinin  hesabına 
yalançı  ayaqlar  əmələ  gəlir,  ayaqlar  qapanaraq  yabanı 
maddəni  əhatə  edir.  Bu  faqosom  adlanır.  Pinositoz  zamanı 
yabanı  maddə  maye  şəklində  udulur.  Udulmuş  qovuqlar 
birləşrək  iri  qovuqlara  çevrilir,  həmin  qovuqlara  lizosomlar 
tərəfindən  borucuqlar  uzanır.  Borucuqlarla  hidrolitik 
fermentlər yabanı maddənin üstünə tökülür və hüceyrə daxili 
həzm başlınır. 
Plazmolemmadan müəyyən maddələrin hüceyrədən xaric 
olması  ekzositoz  adlanır.  Bu  zaman  lazımsız  məhsullar 
hialoplazmadan  vakuola  şəklində  ayrılır,  plazmalemmaya 
yaxınlaşır  və  oradan  xaric  olur.  Endositoz  və  eksositoz 
proseslərində  plazmolemmanın  tərkibində  olan  müxtəlif 


14 
 
fibrillərdə  də  iştirak  edir.  Həmin  fibrillər  plazmolemmanın 
müəyyən 
nöqtələrinə 
yapışaraq, 
onu 
dartır, 
yaxud 
genişləndirir  və  lazımsız  maddələrin  xaric  olmasını  təmin 
edir.  
Toxumaların  morfo-funksional  xüsusiyyətlərindən  asılı 
olaraq hüceyrələrin qişası bir-birilə sadə, sıx, ara və yarıqvari 
kontaktrlarla birləşir.  
Sadə kontakt iki qonşu hüceyrə arasında çox yayılmışdır. 
Bu  növ  kontakrda  hüceyrələr  arasındakı  məsafə  15-20nm 
olur.  
Sıx  kontakt  epiteli  hüceyrələri  arasında  olur.  Belə 
kontaktda  hüceyrə  qişaları  bir-birilə  yapışmışdır.  Sıx 
kontaktın bir növü də desmosomdur. Belə kontaktla birləşən 
hüceyrələrin nöqtəvari desmosomların membranları arasında 
məsafə  22-33nm-dir.  Yarıqvari  kontaktda  hüceyrə  ara 
maddənin  qalınlığı  2-3nm-dir.  Belə  kontakt  zamanı 
flurosensiya olunmuş boyalar, aminturşuları, nukleotidlər və 
sairə  xırda  molekullu  maddələr  bir  hüceyrədən  digər 
hüceyrəyə keçir.  
Ribosomlar zülal sintezini təmin edir, diametri 16-36 nm, 
sitoplazmada  həm  sərbəst,  həm  də  epdoplazmatik  torun 
üstündə  qrup  şəklində  yerləşir.  Nüvə  şirəsində  olan 
ribosomlar  nüvə  zülallarını  sintez  edir.  Zülallar  bir  qrup 
ribosomlar  tərəfindən  sintez  edilir.  Ribosomların  tərkibində 
mürəkkəb ribonükleoproteidlər olur. Bunların tərkibi bərabər 
miqdarda zülal və PHK molekullarından ibarətdir. (şəkil 1) 
Endoplazmatik  şəbəkə  1945-ci  ildə  Porter  tərəfindən 
kəşf  edilmişdir.  Borucuq  və  sisternalardan  ibarətdir.  Bu  tor 
zülal  sintez  edir  və  nəqliyyat  funksiyasını  yerinə  yetirir, 
maddələr  mübadiləsində  iştirak  edən  fermentləri  saxlayır. 
Dənəli və dənəsiz endoplazmatik şəbəkə mövcuddur. Dənəli 
şəbəkə  çoxlu  zülal  sintez  edən  hüceyrələrdə  mövcuddur. 
Dənəsiz  şəbəkə  bir-biri  ilə  anastomozlaşır  borucuqlardan 
ibarət  olub,  qlükogen  sintezində,  parçalanmasında  və 
cinsiyyət  hormonlarının  sintezində  iştirak  edir.  Bu  şəbəkə 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə