[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə6/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   2   3   4   5   6   7   8   9   ...   76

15 
 
toxumluqların intersitsial hüceyrələrində, böyrəküstü vəzinin 
qabıq maddəsi hüceyrələrində və yumurtalıqların sarı cisimin 
hüceyrələrində  olur.  Heyvanlara  barbituratlar,  insektisidlər, 
kanserogenlər 
yeridildikdə 
qaraciyər 
hüceyrələrində 
endoplazmatik  şəbəkə  hipertrofiyaya  uğrayır.  Beləliklə  bu 
şəbəkə  qaraciyərin  zərirsizləşdirmə  funksiyasını  yerinə 
yetirir. 
Mitoxondrilər  1897-ci  ildə  Bendos  tərəfindən  kəşf 
edilmişdir.  Bu  orqanoid  üstdən  hamar  0,5  mk  qalınlığında 
membranla  örtülüdür.  Membranda  çoxlu  miqdarda  büküşlər 
olub,  onun  daxili  səthini  artırır.  Xarici  və  daxili  membran 
arasındakı boşluq bircinsli xırda dənəvər matrikslə dolu olur. 
Bu matriksdə 50-yə  yaxın ferment olur. Həmin fermentlərin 
təsiri  ilə  zülallar,  lipidlər  CO
2
  və  H
2
O  kimi  oksidləşir, 
nəticədə enerji hasil olunur. Buna görə də bu organoidi enerji 
transformatoru  adlanndırmaq  olar.  Daxili  membranda 
tənəffüs  fermentləri  olur.  Matriksdə  25-120  nm  ölçüsündə 
dənələr  olur.  Mitoxondrilər  qaraciyər  hüceyrələrində  8  gün, 
ürək  əzələsi  hüceyrəsində  6  gün,  neyronlarda  isə  30  gün 
yaşayır.  Bunların  əsas  funksiyası  hüceyrənin  mator  fəallığı 
üçün  vacib  olan  kimyəvi  enerjini  hasil  etməkdir.  Əmələ 
gələn  enerji  ADF-dən  ATF-nin  sintezi  üçün  sərf  olunur.  Bu 
reaksiya  fosforlaşma  adlanır.  ATF-  ADF-ə  parcalanarkən 
əmələ  gələn  enerji  təzədən  mitoxondrilər  tərəfindən  udulur, 
oksidləşmə,  fosforlaşma  və  digər  reaksiyaların  gedişini 
təmin etmək üçün mitoxondrilərdə 50-dən çox ferment olur. 
(bax şəkil 2) 
Holci  kompleksi  Holci  tərəfindən  1898-ci  ildə  kəşf 
edilmişdir.  Membranla  əhatə  olunmuş  yastı,  kisəcik  və 
sisternalardan 
ibarətdir. 
Əsas  funksiyası  sekretlərin 
kondensasiyası 
və 
xaric 
olmasını 
təmin 
etməkdir, 
ribosomların  sintez  etdiyi  zülallar  Holci  kompleksinə  nəql 
olunur.  Bundan  başqa  orqanoiddə  zülallara  birləşən 
polisaxaridlərin  sintezi  gedir.  Vəz  hüceyrələrdə  Holci 
kompleksi  plazmolemmanın  qlükoproteidlərinin  sintezində 


16 
 
iştirak edir. (şəkil 1) 
Lizosom  -  Duuto  1949  -cu  ildə  lizosomu  kəşf  etmişdir. 
0,2 - 0,5mkm diametrində cisimciklər olub, membranla əhatə 
olunmuşdur,  tərkibində  50-yə  yaxın  müxtəlif  ferment  olur. 
Bu  fermentlər  hüceyrənin  bütün  komponentlərini  lizisə 
uğradır, normal şəraitdə bu hadisə baş vermir, çünki lizosom 
ikisər  membranla  örtülüdür  və  fermentlər  membrandan 
çıxandan  sonra  fəallaşır.  Fermentlər  hüceyrəyə  endogen  və 
ekzogen  yolla  daxil  olan  maddələri  hüceyrə  daxilində 
parcalayır.  Bəzi  amillər  lizosom  membranın  keçiriciliyini 
artırır  və  bu  zaman  fermentlər  sitoplazmaya  daxil  olur. 
Nəticədə  hüceyrə  autolizisə  uğrayır.  Bəzi  normal  şəraitdə 
funksiya  göstərən  orqanlarda  autoliz  müşahidə  edilir. 
Məsələn:  süddən  kəsilən  heyvanların  süd  vəzisinin, 
doğuşdan 
sonra 
balalığın 
involyusiyası 
zamanı 
və 
amfibilərin  quyruğu  rezobrsiya  olanda  bu  proses  baş  verir. 
Lizosomun  fəallığından,  hidrolitik  parçalanmaya  məruz 
qalan  maddənin  xarakterindən  asılı  olaraq  ilkin  lizosom, 
faqolizosom,  aytofaqosom  və  qalıq  cisimciyi  olur.  İlkin 
lizosom  kiçik  cisimcik  olub,  möhtəviyyatı  bir  cinslidir, 
hələlik 
parçalanmada 
iştirak 
etməyən 
hidrolitik 
fermentlərdən ibarətdir(bax şəkil 1).  
Faqolizosom  ilkin  lizosomun  faqasomla  birləşməsindən 
əmələ  gəlir.  Bu  zaman  yabanı  maddənin  hidrolitik 
parcalanması 
gedir. 
Autofaqosom 
hüceyrə 
daxilində 
zəifləmiş  yaxud  ölmüş  orqanellərin  lizisi  nəticəsində  əmələ 
gəlir.  Həzm  prosesində  faqolizosomun  ölçüləri  azalır, 
içərisində dənəciklər olan qalıq cisimciklərinə çevrilir. Sonra 
həmin cisimciklərdə lipofussin piqmenti toplanır. 
Peroksisom  0,2-0,5  mkm  ölçüsündə  membranla  əhatə 
olub, sferik cisimcikdir. Lizosomu xatırladır amma hidrolitik 
fermentləri  olmur.  Bunda  amin  turşuların,  katalazanın  və 
peroksidin oksidləşməsi üçün fermentlər olur. 
Sentrosoma  –  Hüceyrə  mərkəzidir,  nüvənin  üstündə 
holci  kompleksi  yaxınlığında  yerləşir.  2  dənəcik  –  sentriola 


17 
 
və  onları  əhatə  edən  şəffaf  zona  –  sentrosferadan  ibarətdir. 
Sentrosfera  radiyal  istiqamətdə  çıxan  zərif  şüalı  sferadır. 
Sentrosoma ana hüceyrənin bölünməsində iştirak edir və hər 
bir sentriola yeni qız hüceyrənin mərkəzinə çevrilir ( şəkil 4).  
 
Xüsusi əhəmiyyətli orqanellər 
Xüsusi  əhəmiyyətli  orqanellərə  kipriklər,  qamçılar, 
miofibrillər,  neyrofibrillər,  mikrofilamentlər,  mikrofibrillər 
və mikroborucuqlar aiddir. Kipriklər və qamçılar hüceyrənin 
hərəkət  orqanoididir.  Bunlar  quruluşca  oxşardır,  amma 
uzunluğuna  görə  fərqlidir.  Kiprik  plazmolemma  ilə  örtülü 
olan,  sitoplazma  qabarması  olub,  uzunluğu  6-10  mkm, 
qalınlığı  200  nm.  Daxilində  mikroborucuq  formasında 
aksonema  yerləşir.  Aksonemada  2  mərkəzi  və  3  cüt  kənar 
borucuq  yerləşir.  Kipriyin  və  ya  qamçının  əsasında  bazal 
cisimcik  yerlşəşir.  Kiprik  və  ya  qamçının  hərəkəti 
borucuqların bir-birinin üstündə sürüşməsi ilə təmin edilir. 
Neyrofibrillər  sinir  hüceyrələrinin  neyroplazmasında, 
miofibrillər  isə  əzələ  hüceyrələrinin  sitoplazmasında  olur. 
Mikroborucuqlarla 
mikrofibrillər 
hüceyrədə 
istinad 
funksiyasını 
yerinə 
yetirir. 
Epiteli 
hüceyrələrinin 
mikrofibrilləri  tonofibrillər  adlanır.  Mezenxim  mənşəli 
hüceyrələrdə mikrofibrillər vimetin, əzələ hüceyrələrində isə 
desmin  və  skletin  zülallarından  təşkil  olunmuşdur. 
Mikroflamentlərin  qalınlığı  6  nm  olub,  aktın  zülalından 
ibarətdir, sitoplazmada dəstələr şəklində yerləşir. 
 
Hüceyrə əlavələri 
Hüceyrə 
əlavələri– 
Hüceyrələrdə 
maddələr 
mübadiləsinin  spesifikliyi  ilə  əlaqədar  olaraq,  müəyyən 
maddələr  qanuna  uyğun  olaraq  sintez  olub  toplanır.  Belə 
əlavələr trofik əlavələr adlanır. Bura zülal, sulu karbon, piy, 
sekrtor,  piqment  və  vitamin  əlavələri  aiddir.  Normada 
yumurta 
hüceyrəsində 
zülal 
əlavələri, 
qaraciyər 
hüceyrələrində  glükogen  əlavələri,  piy  hüceyrələrində  piy 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə