[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə7/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   2   3   4   5   6   7   8   9   10   ...   76

18 
 
əlavələri,  dərinin  piqment  hüceyrələrində  isə  melanin 
piqmenti  əlavəsi  olur.  Əlavələr  ekzogen  və  endogen  olur. 
Endogen  əlavələr  hüceyrə  daxilində  yaranır.  Ekzogen 
əlavələr hüceyrəyə xaricdən daxil olur (kömür, gümüş tozu). 
Şəkil 3.  
 
Nüvənin quruluşu 
Nüvə  hyceyrənin  əsas  tərkib  hissəsidir.  Sitoplazmanın 
sintetik 
proseslərinə 
nəzarət 
edən 
makromalekulları 
hazırlayan  genomu  saxlayır.  Nüvəsiz hüceyrələr  sülal sintez 
etmir  (məməlilərin  eritrositləri,  qan  lövhəcikləri,  billurun 
mərkəzi  lifləri).  Nüvənin  forması  və  ölçüləri  müxtəlif  və 
spesifikdir.  Yastı,  yumru,  kubvari  hüceyrələrin  nüvəsi 
şarvari  olur.  Nüvə  nüvə  qişasından,  xromatin  maddəsindən, 
nüvəciklərdən və nüvə şirəsindən ibarətdir. 
Nüvə  qişası  –  kariolemma  –  iki  lipoproteid  zardan 
ibarətdir.  Zarların  arasında  20-100  mkm  ölçüsündə 
perinuklear  sahə  var.  Nüvə  qişasının  zarında  80-90  nm 
ölçüdə  məsamələr  olur.  Məsamədə  xarici,  daxili  zarlar  bir-
birilə  birləşir.  Məsamələrin  miqdarı  hüceyrənin  funksional 
vəziyyətindən  asılıdır.  Məsamələrdə  3  cərgədə  hərəsində  8 
ədəd  granul  yerləşir.  Bunlara  fibrillər  bəndlənir,  həmin 
fibrillərin  dartılıb  yığılması  ilə  əlaqədər  olaraq  məsamələr 
açılıb örtülür.  
Xromatin  xromosomun  tərkib  hissəsi  olub,  hüceyrənin 
həyat  proseslərinin  qanunauyğunluqlarını  təmin  edir. 
Xromatinin  tərkibində  40%  -  DNK,  1%  PNK,  60-85% 
histonlar  və  15%  turş  zülallar  olur.  Xromozomlar 
xromatindən  təşkil  olunmuşdur.  Xromatin  eyxromatin  və 
heteroxmatinə  ayrılır.  Bölünməyən  hüceyrənin  nüvəsində 
xromosomlar  desprilizasiya  olunur.  Belə  sahələr  dispers 
sahələr  adlanır  və  sintez  prosesində  fəallaşır.  Dispers 
xromatin  eyxromatin  adlanır,  tünd  boyanır,  funksional 
cəhətdən  qeyri  fəaldır.  Kondensasiya  olunmuş  xromatin 
herexromatin adlanır. 


19 
 
Nüvəciklər  işığı  güclü  əks  etdirən,  diametri  1-5  mkm 
olan  sferik  cisimciklərdir.  Ən  iri  nüvəciklər  şiş  və 
bölünməkdə  olan  embrional  hüceyrələrdə  olur.  Nüvəciyin 
formalaşması  xromozomun  nüvəcik  təşkil  edən  spesifik 
sahəsindən asılıdır. Nüvəciklərin miqdarı nüvəcik təşkil edən 
hissəciklərin  miqdarına  bərabərdir.  Nüvəciklər  ribosomları 
formalaşdırır.  Nüvəcikdə  amorf  maddə  və  nüvəcik  sapları 
olur. Amorf maddə 5-8 nm qalınlığında filamentlərdən təşkil 
olub.  Filamentlər  və  granullar  PNK-dan  təşkil  olunmuşdur. 
Nüvəciyin  ətrafında  nüvəcik  ətrafı  xromatin  yerləşir.  Buna 
kondensasiya  olunmuş  xromatin  deyilir,  bu  isə  nüvəciklər 
yaradan  hissədir.  Nüvəcikdə  PNK  zülalla  birləşərək 
ribosomun  materialını  əmələ  gətirir.  Ribosomun  tam 
formalaşması nüvəcikdən kənarda gedir. 
Nüvə  şirəsi  –  karioplazma  müxtəlif  zülallardan,  nuklein 
turşularından 
və 
zülalların 
sintezində 
iştirak 
edən 
fermentlərdən ibarətdir.  Nüvə şirəsində azad nukleotidlər və 
onların komponentlərinin sintezində, parçalanmasında iştirak 
edən qlükolitik fermentlər olur.  
Nüvənin  həyat  fəaliyyəti  üçün  lazım  olan  enerji  nüvə 
şirəsindəki  fermentlərin  təsiri  ilə  gedən  glikoliz  prosesində 
yaranır (bax şəkil 1). 
 
Hüceyrənin həyat fəaliyyəti 
Hüceyrə  canlı  bir  orqanizmdir.  Bütün  canlılar  kimi 
hüceyrə çoxalır, qidalanır, hərəkət edir, qocalır və məhv olur. 
Hüceyrədə  maddələr  mübadiləsi  energetik  və  plastik 
mübadilə şəklində gedir. Plastik mübadilə zamanı hüceyrəyə 
daxil  olan  maddələr  amin  turşularına  parçalanır,  bu  turşular 
birləşərək  hüceyrənin  sıradan  çıxmış  orqanoidlərini  bərpa 
edir. Energetik mübadilə zamanı hüceyrəyə daxil olmuş üzvi 
maddələr  oksidləşir,  nəticədə  hüceyrənin  həyat  fəaliyyəti 
üçün enerji hasil olunur. 
Hüceyrənin  canlılıq  əlamətlərindən  biri  də  hərəkətdir. 
Xarici  qıcıqlara  qarşı  protoplazmanın  reaksiyası  onun  daxili 


20 
 
yerdəyişməsidir. 
Pinositoz 
qovuqçuğun 
hərəkəti,xromosomların 
yerdəyişməsi 
buna 
xarakterik 
misaldır. Hüceyrənin hərəkət formalarına amöbvari, sürüşmə 
tipli,  vintvari  və  əzələ  hərəkəti  aiddir.  Amöbvari  hərəkət 
leykositlər  və  makrofaqlar  üçün  xarakterdir.  Şəraitdən  asılı 
olaraq  xüsusən  regenrasiya  prosesində  birləşdirici  toxuma 
hüceyrələri  yalançı  ayaqcıqlar  buraxır.  Hüceyrə  cismi 
ayaqcıqlara  doğru  axır  və  hüceyrə  yalançı  ayaqcıqların 
uzunluğuna müvafiq olaraq məsafə qət edir.  
Sürüşmə  tipli  hərəkət  fibroblastlarda  olur,  amöbvari  və 
sürüşmə  tipli  hərəkət  zəif  hərəkət  formalarıdır.  Sürətli 
hərəkət  qamçı  və  kipriklərin  köməyi  ilə  qamçılılarda 
müşahidə  edilir, 
çox 
hüceyrəlilərdə 
sürətli 
hərəkət 
spermatozoidlərdə olur.  
Onurğalı  heyvanlarda  hərəkətin  yüksək  forması  əzələ 
hərəkətidir.  Bu  hərəkət  saya  əzələ  hüceyrələri  və  eninə 
zolaqlı  əzələ  lifləri  ilə  idarə  olunur.  Əzələ  hüceyrələrinin 
yığılması  miofibrillərin  tərkibindəki  aktin  və  miozin 
zülallarının  qarşılıqlı  təsirindən  baş  verir.  Ehtimala  görə 
qamçıların, kipriklərin tərkibində də aktinə və miozinə oxşar 
zülallar olur.  
Hüceyrə  canlı  orqanizm  kimi  böyümə  qabiliyyətinə 
malikdir. Hüceyrənin həqiqi böyüməsi onun canlı kütləsinin 
çoxalması  və  həmçinin  artması  hesabına  olur.  Böyümə 
zamanı  hüceyrədə  assimlyasiya  prosesləri,  dissimilyasiya 
proseslərinə  üstün  gəlir.  Orqanın  funksional  fəaliyyəti 
güçləndikdə,  müxtəlif  patoloji  proseslər  zamanı  hüceyrə 
elementləri  böyüyür,  bu  proses  hipertrofiya  adlanır.  Sinir, 
əzələ və yumurta hüceyrələri fərdi inkişaf prosesində ölçüləri 
100  dəfə  artırır.  Bəzən  hüceyrənin  böyüməsi  onların 
poliploidiyası hesabına olur. 
Yaşlı  orqanizmlərdə  poliploidli  hüceyrələrin  miqdarı 
artır. Hüceyrənin böyüməsi orqanizmin ümumi ölçülərindən, 
yaşından,  fiziki  inkişaf  dərəcəsindən  və  bir  sıra  digər 
amillərdən asılıdır. Beləliklə, hüceyrənin ölçüləri onun həyat 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə