[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə8/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   4   5   6   7   8   9   10   11   ...   76

21 
 
fəaliyyətindən  və  funksional  vəziyyətindən  asılı  olub,  onun 
ixtisaslaşma səviyyəsinin xarakterik əlamətlərindən biridir. 
 
Hüceyrənin differensasiyası 
İnkişaf prosesində eyni quruluşa malik olan hüceyrələrdə 
ixtisaslaşma gedir. Bu proses differensasiya adlanır. Hüceyrə 
xüsusi  vəzifə  daşımağa  başladıqda  onun  sitoplazmasında 
müvafiq  quruluş  komponentləri  meydana  çıxır.  Bu  zaman 
spesifik  funksiya  ifadə  edən  neyrofibrillər,  tonofibrillər, 
miofibrillər,  kipriklər  və  s.  əmələ  gəlir.  Differensasiya 
zamanı  hüceyrələr  toxuma  spesifikliyi  qazanır,  yəni 
determinasiyaya  uğrayır.  Bu  zaman  bir  tip  toxuma 
hüceyrələri  digər  tip  toxuma  hüceyrələrinə  çevrilə  bilmir. 
Deməli,  determinasiya  və  onun  nəticəsi  olan  differensasiya 
inkişaf prosesinin keyfiyyət əsasını təşkil edir. 
Differensasiya 
zamanı 
leykositlər, 
eritrositlər, 
epidermisin  buynuzlaşmış  hüceyrələri,  bağırsağın  sekretor 
hüceyrələri,  sinir  hüceyrələri  və  sümük  hüceyrələri  – 
osteositlər çoxalma qabiliyyətini itirir. Amma xüsusi şəraitdə 
ürək  əzələsi  və  skelet  hüceyrələri  bölünür.  Epiteli, 
birləşdirici,  sinir,  əzələ  toxuması  hüceyrələri  müxtəlif 
differensasiya  səviyyəsinə  baxmayaraq,  rüşeymin  inkşaf 
dövründə  indeferent  hüceyrələrdən  differensasiya  olunur. 
Yaşlı  heyvanlarda  differensasiya  olunmuş  toxumalarda 
hüceyrələrin  çoxalması  onlardakı  maya  qatın  hesabına  olur. 
Bu qatdakı hüceyrələr kambial hüceyrələr adlanır. 
 
Hüceyrənin çoxalması 
 Çoxhüceyrəli  orqanizmin bütün  hüceyrələri  mayalanmış 
yumurta  hüceyrəsinin  ardıcıl  bölünməsi  nəticəsində  əmələ 
gəlir.  Hüceyrənin  ontogenezi  prosesində  hüceyrə  çoxalır, 
differensasiya  olunur,  eyni  morfoloji,  genetik  xüsusiyyətləri 
saxlayır,  həmin  növ  hüceyrə  üçün  xas  olan  xüsusiyyətlər 
qazanır. Hüceyrə mitoz aə amitoz yolla çoxalır. Mitoz qabağı 
dövr  interfaza  adlanır.  İnterfaza  hüceyrənin  intensiv 


22 
 
böyüməsi,  spesifik  morfoloji  və  funksional  xüsusiyyətlərin 
qazanması ilə xarakterizə olunur. Mitoz 3 mərhələyə: G
1
, S, 
G
2
 bölünür.  
G
1
- presintetik dövrdə hüceyrənin həcmi kəskin böyüyür, 
həmin növ hüceyrə üçün xarakter olan PNK, fermentlər və s. 
maddələrin sintezi fəallaşır. 
S  –  sintetik  dövrdə  DNK  –  molekulları  ikişər  olur  və 
histonların  sintezi  güclənir,  bu  dövrdə  hər  bir  xromosomda 
cüt  xromatidlər  yaranır.  DNK  -  nın  sintezi  və  xromatidlərə 
histonların birləşməsi 5-6 saata başa gəlir. 
G
2
  –  post  sintetik  dövr  ilk  dövrlərə  nisbətən  qısa  olur, 
PNK  (hüceyrənin  bölünməsi  prosesində  iştirak  edən  PNK) 
və  zülalların  sintezi  olur.  Xüsusən  mitotik  bölünməni  təmin 
edən  axromatin  iyin  tubulin  və  s.  zülalları  sintez  olunur. 
Sentriollardan  iki  qız  sentriolu  formalaşır.  Hüceyrə  iki  qrup 
sentrioldan ibarət olur.  
Mitoz  4  fazadan:  profaza,  metafaza,  anafaza  və 
telefazadan  ibarətdir.  Profazada  hüceyrə  tonofibrilləri, 
kipriklər,  desmosomlar  və  s.  İtirir,  hər  bir  qız  sentrosoma 
ətrafında  mikroborucuqlardan  şüalı  zona  formalaşır. 
Mikroborucuq  sistemində  bir-birindən  aralanan  hüceyrə 
mərəkəzləri  arasında  mitotik  iy  formalaşır.  Nəticədə 
hüceyrədə  iki  qrup  sentrioldan  və  onları  əhatə  edən  radial 
mikroborucuqlardan  ibarət  axromatin  iy  yaranır.  Profazada 
eyni  vaxtda  nüvədə  də  dəyişiliklər  gedir,  xromosomlar 
spirilizasiya  olunur.  Xromatin  kəltənləri  böyüyərək  birləşir, 
yumaqcıqlara  çevrilir,  nüvəciklər  itir,  nüvə  membranı 
seqmentlərə  parçalanır.  Endoplazmatik  şəbəkə  iylə  birləşir. 
Hər  xromozomda  iki  xromatid  olur.  Bunlar  sentromerlə 
axromatin iylə birləşir. 
Metafazada – hüceyrə inkişafı başa çatdırır, xromozomlar 
ekvatorial  müstəvidə  yerləşərək,  birlikdə  ana  ulduzu  yaxud 
ekvatorial  lövhə  əmələ  gətirir.  Bala  xromotidlərin  hər  biri 
ancaq sentrosomla əlaqə saxlayır. 
Anafazada  –  axromatin  iy  uzununa  müstəvisi  üzrə 


23 
 
dartılır,  xromatidlər  sentromerdən  aralanır  yeni  qız 
hüceyrənin sərbəst xromosomlarına çevrilir.  
Telefaza – mitotik bölünmənin son mərhələsidir. Mitotik 
aparatın mikroborucuqları tam dağılır və ana hüceyrədən iki 
qız hüceyrə yaranır.  
Heyvanların  hər  bir  növünün  hüceyrələrində  müəyyən 
miqdarda  xromosom  olur  (İri  buynuzlularda  60,  atlarda  66, 
donuzlarda 40, qoyunlarda 54, itlərdə 78). Hər bir xromosom 
ölçülərinə  və  formasına  görə  fərqlənən  biri-digərinə  sıx 
birləşmiş iki xromatiddən ibarət çubuqvari formada olur. Hər 
bir  xromozom  sentromerlə  iki  çiyinə  ayrılır.  Sentromerin 
yerləşmə  yerindən  asılı  olaraq  xromosomlar  metasentrik 
(bərabər  çiyinli)  submetasentrik  (qeyri  bərabər  çiyinli)  və 
agrosentrik  (sentromer  xromozomun  axırında)  olur.  Bəzi 
xromozomlarda ikinci boyuncuqda olur.  Burada PNK sintez 
olunur. İkinci boyuncuq nüvəciklə əlaqədardır. Bu kiçik sahə 
xromozomda  peyk  adlanır,  xromozomların  miqdarı,  ölçüləri 
və quruluş spesifikliyi kariotip adlanır. 
Cinsiyyət  xromosomlarından  başqa,  qalanları  cüt 
xromozomlar  aytoxromosomlar  adlanır.  Dişilərdə  yumurta 
hüceyrəsində  dişi  xüsusiyyət  daşıyan  yalnız  x  xromosomu, 
erkəklərdə  isə  həm  x,  həm  də  y  xromosomları  olur. 
Xoruzlarda  dişi  xüsusiyyət  daşıyan  cüt  z  xromozomu, 
dişilərdə isə erkək xüsusiyyətli w və z xromozomları olur. 
Endomitoz – mitozun təbii gedişinin pozulması poliploid 
hüceyrələrin  əmələ  gəlməsi  ilə  nəticələnir.  Bu  hüceyrələrdə 
DNK-nın 
miqdarı 
artıq 
olur. 
Endomitoz 
zamanı 
xromozomların  miqdarı  hüceyrə  qişası  zədələnmədən  artır. 
Nəticədə  tetraploid  –  4  n,  oktoploid  8  n  hüceyrələr  yaranır 
(qaraciyər, sidik kisəsi və tüpürcək vəzisi hüceyrələrində). 
Amitoz  zamanı  nüvədə  heç  bir  morfoloji  dəyişiklik 
getmədən  hüceyrə  iki  yerə  bölünür.  Bu  proses  funksiyasını 
başa  çatdıran  orqan  hüceyrələrində  müşahidə  edilir.  Amitoz 
generativ,  degenerativ  və  reaktiv  olur.  Generativ  bölünmə 
zamanı  hüceyrə  tam  bölünür,  yəni  əmələ  gələn  qız 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə