[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə9/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   5   6   7   8   9   10   11   12   ...   76

24 
 
hüceyrələr  təzədən  mitoz  yolla  bölünür.  Reaktiv  amitoz 
orqanizmə  qeyri  adekvat  təsirlərdən  baş  verir.  Degenerativ 
amitoz – hüceyrənin degenerasiyası və ölümü ilə əlaqədardır. 
Hüceyrənin qocalması 
Orqanizmin  qocalması  ilə  əlaqədar  olaraq,  onun 
hüceyrələrində də dəyişikliklər gedir. Məsələn, sinir və əzələ 
hüceyrələri 
embrional 
inkişafın 
axırında 
bölünmə 
qabiliyyətini itirərək, orqanizm ölənə kimi yaşayır. Qocalmış 
orqanizmin  hüceyrələri  cavan  orqanizmin  hüceyrələri  ilə 
müqayisə  olunduqda  bir  sıra  morfoloji,  funksional,  fiziki, 
kimyəvi  dəyişikliklərə  məruz  qalır.  Bu  zaman  nüvənin 
qırışması, 
sitoplazmada 
vakuolların 
əmələ  gəlməsi 
hüceyrələr  arasında  sərhəddin  itməsi  və  iki  nüvəli 
hüceyrələrin 
əmələ  gəlməsi  müşahidə  edilir.  Belə 
hüceyrələrin 
əmələ 
gəlməsi 
orqanizmin 
qocalığa 
uyğunlaşması  reaksiyası  olub,  hüceyrənin  funksiyasını 
artırır.  Qocalma  zamanı  hüceyrə  kalloidlərinin  dispersliyi 
zəifləyir,  üzlülüyü  artır,  hüceyrə  zülalları  asan  kaogulyasiya 
olunur.  Qocalmış  hüceyrədə  suyun  azalması  fermentlərin 
fəallığının 
zəifləməsi, 
xolesterinin 
artması, 
lesitinin 
azalması, narıncı sarı rəngdə lipofusinin toplanması, tənəffüs 
və  zülal  sintezinin  zəifləməsi  kimi  biokimyəvi  dəyişiriklər 
baş verir. 
 
Hüceyrənin ölümü 
 Hücyrənin  ölümü  –  fizioloji  və  patoloji  olur.  Fizioloji 
ölüm  təbii  olaraq  onun  həyat  fəaliyyətinin  bitməsidir. 
Müxtəlif səbəblərdən hüceyrədə baş verən dərin degenerativ 
dəyiriklər  patoloji  ölümə  səbəb  olur.  Dərinin  örtük 
epitelisinin,  eritrositlərin,  leykositlərin  və  piy  vəzisi 
hüceyrələrinin  ölümü  fizioloji  ölümdür.  Hüceyrənin  ölümü 
zamanı  kariopiknoz,  karioreksiz  və  kariolizis  prosesləri  baş 
verir. Kariopiknoz nəticəsində nüvə maddəsi sıxlaşır, kiçilir, 
dənəvər  quruluşunu  itirir,  zülallı  maddələrə  parçalanır, 
karioreksis  zamanı  nüvə  maddəsi  kiçik  dənələrə  paçalanır. 


25 
 
Karioliliz  zamanı  nüvə  tamamilə  əriyir.  Hüceyrənin  ölümü 
zamanı  baş  verən  funksional,  fiziki,  kimyəvi  və  biokimyəvi 
dəyişiriklərə mitoxondrilərin funksiyadan düşməsi, glikolizin 
fəallaşması, 
oksidləşmə, 
fosforlaşma 
proseslərinin 
pozulması,  pH-ın  turşuluğa  doğru  dəyişirilməsi,  hüceyrə 
zülallarının  denaturasiyası,  lizosom  pərdəsinin  yırtılması 
nəticəsində  hidrolitik  fermentlərin  sərbəstləşərək  hüceyrə 
daxili strukturlarını dağıtması aiddir. 
 
Hüceyrəvi quruluşa mənsub olmayan canlı maddə  
Orqanizmdə hüceyrəvi quruluşa malik olmayan maddələr 
mövcuddur.  Belə  maddələrə  simplast,  sinsitsiya  və  hüceyrə 
ara maddəsi aiddir. 
Simplastda  sitoplazma  və  çoxlu  sərbəst  nüvə  olur. 
Simplastda  hüceyrələrdə  olduğu  kimi  nə  sərhəd,  nə  də  qlaf 
olur.  Simplastlara    böyük  həcmli  protoplazma,  çoxlu  nüvə 
yığımına və orqanoidlərə malik eninə zolaqlı əzələ toxuması 
aiddir.  
Bir  sıra  toxuma  hüceyrələri  əmələ  gətirdiyi  çıxıntılarla 
birləşərək,  sinsitsial  yəni  torvari  hüceyrə  kütləsi  əmələ 
gətirir.  Bir  sıra  toxumalarda  hüceyrə  ara  boşluqları  həmin 
hüceyrələrin  hasil  etdiyi  həlməşikvari  maddə,  elastiki  və 
kollogen  liflər  tutur.  Bu  maddə  istinad  funksiyasını  yerinə 
yetirir,  mineral  maddələr  mübadiləsində  iştirak  edir  və 
orqanoidləri  olmur.  Bu  maddə  metaplazmatik  maddə  də 
adlanır.  
 


26 
 
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
2
2
.
.
 
 
Ü
Ü
M
M
U
U
M
M
İ
İ
 
 
E
E
M
M
B
B
R
R
O
O
L
L
O
O
G
G
İ
İ
Y
Y
A
A
 
 
 
Embrologiya rüşeymin inkişafı  haqqında elmdir. Bu elm 
müxtəlif  heyvanlarda  yumurta  hüceyrəsi  mayalanmadan 
doğulana kimi fərdi inkişafı öyrənir. Bu dövrdə mayalanmış 
yumurta  hüceyrəsi  üçün  yüksək  səviyyədə  formalaşma  və 
kütlənin  artması  xarakter  olub,  bir  hüceyrəli  orqanizm  yaşlı 
heyvanlara  morfoloji  oxşarlıq  qazanır.  Embriologiya 
cinsiyyət 
hüceyrələrinin 
inkişafını, 
quruluşunu 
və 
embriogenezin  əsas  mərhələlərini:  mayalanma,  xırdalanma, 
qastrulyasiya, 
ox 
orqanlarının 
əsasının 
qoyulması, 
orqanogenezi və rüşeymin müvəqqəti orqanlarının inkişafını 
öyrənir.  
Müasir 
embriologiyanın 
nailiyyətlərindən 
heyvandarlıqda,  quşçuluqda,  balıqların  çoxaldılmasında, 
baytarlıqda  və  təbabətdə  süni  mayalanmaya  aid  bir  sıra 
məsələlərin  həllində,  heyvanları  çoxaltmaq  üçün  embrionun 
transplantasiyasında,  yumurta  hüceyrəsində  və  embrionda 
gen-mühəndisliyi əməliyyatlarının aparılmasında, boğazlığın 
patologiyasının öyrənilməsində, sonsuzluğun səbəblərinin və 
mamalığın  bir  sıra  məsələlərinin  öyrənilməsində  geniş 
istifadə olunur.  
Baytar  həkimi 
təfəkkürünün  formalaşmasında  və 
gündəlik  praktiki  fəaliyyətində  embriologiya  haqqında 
məlumatlar vacibdir.  
 
Cinsiyyət hüceyrələrinin quruluşu və inkişafi 
Cinsiyyət 
hüceyrələri 
somatik 
hüceyrələr 
kimi 
sitoplazma,  organellər,  nüvə  və  əlavələrə  malikdir.  Bu 
hüceyrələr 
somatik 
hüceyrələrdən 
haploid 
sayda 
xromosomların 
olmasına, 
assimlyasiya 
disimlyasiya 
proseslərinin zəif olmasına və bölünməməsinə görə fərqlənir. 
Erkək  cinsiyyət  hüceyrəsi  spermatozoid,  dişi  cinsiyyət 
hüceyrəsi isə ovosit adlanır. 
Cinsiyyət  hüceyrələri  müxtəlif  təsirlərə  qarşı  bədən 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə