[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə63/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   59   60   61   62   63   64   65   66   ...   76

92 
 
gedir. 
Dentinin 
periferik 
sahəsində 
az 
kirəcləşmiş 
interqlobulyar  boşluqlar  olur,  dişin  tac  hissəsində  bu 
boşluqlar kök hissəsinə nisbətən geniş olur, kökdə isə çox və 
kiçik  olur.  Bu  boşluqlar  dişin  qidalanmasında  əsas  rol 
oynayır.  Dişin  kök  hissəsində  dentini  sement  qat  örtür.  Bu 
qat  kobud  lifli  birləşdirici  toxumadan  olub,  alveolların 
sümüküstlüyündəki  kapilyarlarla  qidalanır.  Sümüküstlüyünə 
sement qatı deşən liflər keçir. 
Dişin tacında dentini dişin ən möhkəm hissəsi olan mina 
qatı  örtür.  Mina  qatı  öz  aralarında  möhkəm  yapışdırıcı 
maddə  ilə  yapışmış  mina  prizmalarından  ibarətdir.  Mina 
prizmaları  radial  istiqamətdə  yerləşir  və  bunların 
kirəcləşməsi  qeyri-bərabər  gedir.  Mina  qatı  üstdən  zərif 
kutikula ilə örtülüdür və dişin çeynəmə səthindən tez yeyilir. 
Dişin  inkişafında  epiteli  və  ağız  boşluğu  selikli  qişasının 
xüsusi qatının mezenximası iştirak edir. Şəkil 38. 
 
Dilin quruluşu 
Dil yemi qəbul edib, yemin dadını təyin edir, gövşəmədə 
iştirak  edir  və  yemin  udulmasını  təmin  edir.  Itlərdə  dil 
bunlardan  başqa,  termorequlyasiya  orqanıdır.  Dilin  əsasını 
eninəzolaqlı  əzələ  toxuması  təşkil  edir,  əzələ  lifləri  3 
istiqamətdə  bir-birinə  perpendikulyar  gedir.  Dilin  əzələ 
əsasında  və  selikli  qişada  tüpürcək  vəziləri  yerləşir.  Bu 
vəzlər də quruluşuna görə mürəkkəb alveolyar, yaxud borulu 
alveolyar  olub, hasil  etdikləri  sekret  selikli,  seroz  və qarışıq 
olur.  Dilin  selikli  qişası  epitel  və  xüsusi  qatlardan  təşkil 
olunmuşdur.  Epiteli  qatı  çoxqatlı  yastı  qat  olub,  dilin 
arxasında isə buynuzlaşmış epitel hüceyrələri yerləşir. Dilin 
selikli  qişasında  sapvari,  göbələkvari,  yarpaqvari  və 
yastıqvari göbələklər olur.  
Sapvari  göbələklər,  dilin  arxasında  yerləşir  və  mexaniki 
funksiya yerinə  yetirir. Bu məməciklərin birləşdirici toxuma 
əsası  sap,  yaxud  konus  formasında  olur.  Bunların  üstündə 
ikincili  çıxıntılar  var,  bunların  üstü  çoxqatlı  buynuzlaşan 


93 
 
epitel  ilə  örtülüdür.  Sapvari  məməciklər  yırtıcı  heyvanlarda 
çox olur.  
Göbələkvari 
məməciklər 
dilin 
arxasında  sapvari 
məməciklərin  arasında  yerləşir.  Bunlar  temperatur,  dad 
qıcıqlarını  qəbul  edir  və  lamisə  fnuksiyasını  yerinə  yetirir, 
üstü  çoxqatlı  yastı  epitellə  örtülüdür.  Məməciyin  yan 
səthlərində və onun epiteli qatında dad tumurcuqları yerləşir. 
Dad  tumurcuqları  atda,  qaramalda  az,  davarlarda  və 
donuzlarda  çox,  itdə  daha  çox  olur.  Dad  tumurcuğu  dad  və 
istinad  hüceyrələrindən  təşkil  olunmuşdur.  Hüceyrənin 
apikal  qütbündə  mikroxovlar  olur,  bunlar  hüceyrənin  qıcığı 
qəbul  edən  səthi  genişləndirir.  Istinad  hüceyrələri  isə  dad 
hüceyrələri  ilə  sinir  lifləri  arasında 
yerləşir.  Dad 
tumurcuğundan  oyanma  sinir  qurtaracağına,  ordan  sinir 
lifləri ilə dad analizatorunun mərkəzi şöbəsinə ötürülür.  
Yarpağa  bənzər  məməciklər  gövşəyən  heyvanlarda 
olmur, digər heyvanlarda dil kökünün yanlarında olur. Burda 
epiteli  nazik  qat  əmələ  gətirir,  epiteli  hüceyrələri  arasında 
dad tumurcuqları yerləşir.  
Yastığabənzər  məməciklər  dilin  səthini  örtən  epitel 
qatından  dairəvi  çuxurla  sərhədlənir.  Bu  məməciklərin  yan 
səthində qrup şəklində dad tumurcuqları olur. 
Dad  soğanaqları  ellips  şəklində  cisimciklər  olub,  əsası 
selikli  qişanın  birləşdirici  toxumasında  yerləşir,  zirvəsi  isə 
epitel  səthində  olan  dad  çuxuruna  yönəlir.  Cisimciyin 
daxilində  qısa  kanal  olur,  kanalın  səthə  çıxan  ucu  dad 
çuxurcuğu adlanır. Dad tumurcuqları uzunsov hüceyrələrdən 
ibarət  olub,  öz  aralarında  birləşərək  limon  paylarına  oxşar 
paycıqlar əmələ gətirir. At və gövşəyənlərdə dad tumurcuğu 
ellips,  itlərdə  isə  girdə  şəkildə  olur.  Dil  vəziləri  epiteli  qatı 
altında,  dil  əzələləri  arasında  yerləşir.  Bunların  bir  qismi 
alveollu,  digər  qismi  isə  borulu-alveollu  vəzlərdir,  axarları 
yastığa bənzər və yarpağabənzər məməciklərin çuxurcuğuna 
açılır, sekresiyanın xassəsinə görə serozlu, selikli və qarışıq 
tipli  vəzilərdir.  Dad  orqanı  uzunsov  epiteli  hüceyrələrindən 


94 
 
ibarətdir.  Burada  2  növ  hüceyrə:  istinad  və  örtük  hüceyrə 
ayırd edilir, bu hüceyrələrin bir qismi analizatorun səthində, 
digər  qismi  isə  orqanın  mərkəzində  yerləşir.  Mərkəzi 
hüceyrələrin  dad  çuxurcuğuna  baxan  ucu  tükcüklərə 
malikdir,  bunlar  dad  hüceyrələri  və  ya  dad  reseptorları 
adlanır.  Tükcüklərin  qəbul  etdiyi  qıcıq  sinir  impulsuna 
çevrilərək  sinir  lifləri  vasitəsilə  mərkəzi  sinir  sisteminə 
ötürülür.  Dad  analizatoru  sinir  hüceyrəsinin  dendritləri  ilə 
təchiz  olunmuşdur,  bu  dendritlər  üz  sinirinin  cizgili 
qanqlionun 
bipolyar 
neyronun 
dendriti 
olub, 
dad 
hüceyrələrini  bürüyür.  Analizatora  gələn  ikinci  sinir  lifi  dil 
udlaq siniri ilə birlikdə gələn təbil teli daşlıq qanqlionun sinir 
hüceyrəsinin  periferik  çıxıntısıdır.  Hər  iki  qanqlionun  sinir 
hüceyrələrinin mərkəzi çıxıntısı uzunsov beyinin dad nüvəsi 
hüceyrələrində  qurtarır.  Uzunsov  beyindəki  dad  nüvəsinin 
multipolyar  sinir  hüceyrələrindən  çıxan  neyrit  görmə 
qabarına  gedib  çatır.  Bu qabarın sinir hüceyrələrinin neyriti 
isə  beyin  qabığı  dad  mərkəzi  ilə  birləşir.  Beləliklə,  dad 
analizatoru  uzunsov  beyindəki  görmə  qabarı  və  beyin 
qabığındakı dad mərkəzi ilə 3 neyron zənciri əmələ gətirir. 
Ağız  suyu  vəziləri.Ağız  boşluğunda  kiçik  və  onun 
divarında  isə  böyük  ağız  suyu  vəziləri  yerləşir.  Kiçik  ağız 
suyu vəziləri haqqında ayrı-ayrı orqanların quruluşunu təsvir 
edərkən  məlumat  verilmişdir.  Iri  ağız  suyu  vəzilərinə 
qulaqaltı, çənəaltı və dilaltı vəzlər aiddir. Bunlar selikli, se-
rozlu və ya qarışıq tipli sekret hasil edir.  
 
Qulaqaltı vəz  
Qulaqaltı  vəz  mürəkkəb  alveolyar  serozlu  sekret  hasil 
edən  vəzdir.  Vəzin  üstünü  birləşdirici  toxumadan  ibarət 
nazik  kapsula  örtür.  Kapsuladan  vəzin  daxilinə  keçən 
atmalar  onu  paycıqlara  bölür,  vəzin  alveolları  və  sekresiya 
toplayan kanalları şaxələnməsinə görə budaqlı yarpaqlı ağacı 
xatırladır. Vəzin uc şöbələri alveollar formasındadır. Sekreti 
xaric  edən  kanal  daxildən  ikiqatlı  prizmatik  epitel,  xaricdən 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə