[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə3/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   2   3   4   5   6   7   8   9   ...   143


 
Biz  özlərinin  yol  qeydlərində  XIII-XVIII  əsrlərdə  Bakının  təsərrüfat  həyatını,  sosial 
münasibətlərini  və  siyasi  tarixini  əks  etdirən  Qərbi  Avropa  səyyahlarının  da 
mə lu matla rın ı  veririk.  Ticarət   üçün  və  diplo mat ik  məqsədlərlə  A zərbaycana  gəlmiş 
italyan  -  Venesiya  və  Genuya  səyyahları  Marko  Po lo  (XIII  əsr),  Ba rbara  Kontarini, 
Ancolello və Donato da Le zenin  (XV əsr) yol qeydlərində Abşeronda neft hasilatına, 
ondan təsərrüfat həyatında və müalicə məqsədi ilə istifadə olun masına, Ba kı ş əhərində 
ticarətə dair  mü xtəsər  mə lu matla r va rdır.  XIV-XVII əsrlərdə A zərbaycana Fransanın 
Şərqdə  müstəmləkə  siyasəti  ilə  əlaqədar  buraya  can  atan  fransız  səyyah-tacirlərin in 
əlaltıları  o lan  katolik  missionerləri  ayaq  açmağa  başladı.  Şərq  ö lkələrini  təkcə 
ko mmersiya   deyil,  hə m  də,  öz  höku mət lərinin  siyasi  tapşırıqla rın ı  ye rinə   yetirmə k, 
habelə bu ölkələrdə katolikliyi yay maq  məqsədilə gəzib dolaşan həmin  missionerlərin 
yol qeydləri, tendensiyalı və subyektiv xara kter daşımasına ba xmayaraq, Azə rbaycanın, 
eləcə  də  Ba kın ın  tarixi  üçün  mühüm  əhə miyyət  kəsb  edir.  Avropa  s əyyahların ın 
mə lu matla rı Şə rq müəlliflərinin verd ikləri məlu mat ları xeyli dərəcədə ta ma mlayır. 
XIV  əsrin  birinci  yarısında  monqollar  a rasında  katolikliy i  y ay maq  imkanın ın 
yollarını  öyrən mək  məqsədilə  Şərqə  səyahətə  çıxmış  fransız  missioneri  rahib  Jurden 
Katalani de Severa kın yol qeydlərində
19
 onun 1320-c i  ildə gəlib  keçdiy i  Ermənistan, 
Azərbaycan və Gü rcüstan haqqında mü xtəsər mə lu mat verilir. O, qeydlərində Ba kını və 
onun neft mənbələrin i də xatırlayaraq, Ba kı neftin in müalicəvi xassələrin i göstərir. 
XVII  əsr  fransız  missionerlərin in  xat irə lərində  neft  hasilatı  ilə   yanaşı,  Ba kı 
bölgəsində becərilən kənd təsərrüfatı b itkiləri haqqında da məlu mat verilir. Onların  öz 
adını çə kməyən birisi,  İrandakı ye zuit   missioneri Fransada abbat Flerionun ünvanına 
mə ktub şəklində bir mə lu mat tərtib  et mişdir.
20
 Müəllif XVII əsrin sonlarındakı Şirvanı 
təsvir  edərək,  A zərbaycan  şəhərləri,  o  sıradan  Bakı  haqqında  müəyyən  mə lu matlar 
verir. Çinə quru ilə ən kəsə yol tapmaq məqsədilə Şərqə səyahətə çıxmış fransız yezuiti 
rahib  Villotun  qeydləri  ço x  maraqlıd ır.
21
  Müəllif  Azə rbaycana  1689-cu  ildə  gə lmiş, 
Gəncədən keçib Şa ma xıya getmiş, beş ay burada yaşadıqdan sonra oradan c ənuba, Kür, 
Araz çaylarından və Muğandan keçərək İrana getmişdir.  Görünür,  müəllif ö zü Bakıda 
olmamış,  lakin  onun  haqqında  ruhani  ata  Lamazın  d ilind ən  məlu mat  vermişdir.  O, 
ölkənin in zibati quruluşundan, Abşerondakı kəndlərin sayından, burada becərilən kənd 
təsərrüfatı bitkilərindən, neft və du z hasilatından, bit ki və heyvanlar a lə mindən və s. 
danışır. 
XVII  əsrdə  İrandakı  ka rme litlər  salnaməsində
22
  ölkədə  məhsuldar  qüvvələrin 
vəziyyətindən,  XVII  əsrin  əvvəllə rində  I  Şah  Abbasın  qızılbaşları  Bakını  türklərdən 
alarkən  orada  baş  vermiş  dağıntıla rdan  b əhs  edilir.  Salna mədə  Şirvan  bəylərbəyi 
Zülfüqar  xan ın  Papa  V  Pavelin  gizli  tapşırıq la  I  Şah  Abbasın  yanına  göndərdiyi 
missionerlər  üçün  düzəltdiy i  qəbul  təsvir  olunur  və  etnoqrafik  xara kterli  maraq lı 
mə lu matla r gətirilir. 
1603-1607-c i  illərdə  Şirvanda  baş  verən  hadisələrin  şahidi  olmuş  Portuqaliya 
missioneri, avqustinli Antuan de Quveanın xatirə lərində
23
 XVII əsrin əvvəllərində I Şah 
Abbasın  türklərlə  apardığı  müharibələ r  müfəssəl  təsvir  edilmişdir.  Onun  verdiyi 
mə lu matla r  İsgəndər  Münşinin  mə lu matla rın ı  ta ma mlay ır  və  onları  tutuşdurmağa 



 
imkan verir. 
XVI  əsrdə  Avropa  tacirlərinin   Şərq   ölkələ ri  ilə   ticarət   əlaqələ rin in 
canlanmasıyla bağlı o laraq Avropa s əyyahlarının  uzaq  ölkələrə  -  Hindistana və Çinə 
getmək cəhdlə ri  xey li genişləndi. Şə rq ölkələ rin in  ma lla rı Avropaya ta qədimdən çox 
baha başa gələn və xeyli vaxt aparan quru karvan yolları  ilə gedib çıxırdı.  Lakin XVI 
əsrdən  etibarən  Vo lqa-Xəzər  yolu  ad landırılan  dəniz  ticarət  yolu  mən imsənilməyə 
başladı.  XVI  əsrdə  ingilis  səyyah-tacirləri  dəniz  yolunu  öyrənmək  məqsədilə 
Azərbaycana  səfər  etdilər.  1561-1563-cü  illərdə  İngiltərə  t icarət  şirkətin in 
agentlərindən biri -  Cenkinson Azərbaycana gələrək bir sıra şəhərlərdə  oldu.
24
 O, öz 
xatirə lərində  iqtisadi-coğrafi  xa rakte rli  mə lu matla r  verərə k,  Bakının  da  adını  çə kir. 
1573-cü  ildə  Bakıda  olmuş  De ket  Ce ffri  Abşeronda  çoxlu  neft  hasil  edilməsindən 
danışır.
25
  1580-c i  ildə  göstərilən   şirkətin  Şirvana  gəlmiş  başqa  bir  qulluqçusu  - 
Xristofor Be rrou A zərbaycanda türk işğalı ilə  bağlı siyasi hadisələr haqqında mə lu mat 
verir.
26
  O,  Ba kı  şəhərinin  "rə isinin"
27
  onun  şərəfinə  düzə ltdiyi  qəbulu  təsvir  ed ir, 
Abşeron kəndlərin in məişətinə dair b ir sıra məlu matlar verir. 
XVII 
əsrin  sonunda  Bakı  şəhərinin  sosial-iqtisadi  tarixini  işıqlandıran 
Qərbi Avropa səyyahları a rasında İsveç s əfirliyinin  kat ibi sifəti ilə Moskva dövlətində 
və İranda olmuş alman  s əyyahı, təbiətşünası və həkimi Engelbert Ke mpfe r mühü m yer 
tutur. 1683-cü ildə Bakıda olmuş Ke mpfe r ş əhəri o lduqca ətraflı və dəqiq təsvir et miş- 
dir. O, hə mç inin neft və duz mədənlə rinə, Abşeronda yanar qazların ç ıxmasına ba xmış, 
Bakı və Abşeronun iqtisadiyyatına, sosial həyatına, etnoqrafiya, memarlıq və məişətinə 
dair bir sıra dəyərli məlu matlar vermişdir. Onun əsəri latın dilində nəşr edilmişdir.
28
 
XVIII 
əsrdə  Bakın ın  iqtisadi  in kişafının  ü mu mi  səciyyələndirilməsində 
Qərbi  Avropa  s əyyahlarının  hə min  dövrə  aid  xat irə ləri  qiy mət li  mənbələrd ir.  Bu 
müəlliflərin  feodal  münasibətlərinə,  sosial  quruluşa  dair  məlu matlarına  gəld ikdə  isə 
onlar  ço x  q ısa  və  pərakəndədir  və  Şərq  mənbələrin in  verd iyi  məlu matlarla 
tutuşdurulmalıdır.  XVIII  əsrdə  Bakıda  olmuş,  əsərlərində  şəhərin  sosial-iqtisadi 
və siyasi həyatına dair mühü m  mə lu matla r vermiş s əyyahlar arasında holland rəssamı 
De  Brüini (1703), Hindistandan Əfqanıs tana, sonra isə İrana və A zərbaycana gəlmiş 
ingilis  C.Forsteri  (1784),  Şərq  ölkələrini  gəzmiş  fransız  səyyahı  Q.Olivyeni  (1798), 
alman  botanika  alimi  M.Fon  Biberşteyni  və  bir  sıra  başqaların ı  qeyd  etmək 
lazımd ır. On ların hər birinin əhəmiyyəti üzərində dayanmaq imkanımız olmadığından 
M.A.Poliyevktovun bu mövzuya həsr olunmuş xüsusi əsərinə isnad edirik.
29
 
Rus mənbələrindən Ba kı şəhərinin tarixi üçün böyük əhəmiyyətə ma lik o lanı I 
Pyotr  dövründə  Xəzəryanı  bölgələrə  yürüşün  iştirakçıları  -  F.İ.Soymonovun
30
  və 
İ.Q.Gerberin
31
 qeydlərid ir.  Onla r  Ba kı və  Abşeronun iqtisadiyyatına dair  mə lu matlar 
vermiş, I Pyotrun qoşunları şəhəri alarkən baş verən hərb səhnələrini şahid kimi təsvir 
etmişlər.  Həmin  müəlliflərin  xatirələri,  tendensiyalılığ ına  baxmayaraq,  mühüm 
əhəmiyyətə  malikd ir.  İşğal  olun muş  Xəzəryanı  bö lgələrdəki  rus  qoşununda  həkim 
işləmiş I.Lerx də  (1733)  Bakın ın sosial-iqtisadi həyatına dair bəzi  məlu matlar qoyub 
getmişdir. 
Rusiya Elmlə r A kademiyasının ü zvü, elmi e kspedisiya ilə İran ı və A zərbaycanı 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə