[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə4/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   2   3   4   5   6   7   8   9   ...   143

10 
 
tədqiq etməyə göndərilmiş S.Q.Qme lin
32
 1770-c i ildə Ba kıda  olmuş və onu ətra flı təsvir 
etmişdir. 
P.Q.Butkovun XVIII əsrin  ikinc i yarısı və  XIX əsrin əvvəllərinin  tarixinə  a id 
mənbə kimi istifadə  etdiyimiz "Qafqa zın  1722-c i ildən 1803-cü ilə qədər yeni tarixinə  
dair  materia lla r" əsəri də möv zu muz üçün  müəyyən əhəmiyyətə ma likd ir. XVI-XVIII 
əsrlərdə  ölkən in  sosial  münasibətlərinə,  inzibati  quruluşuna  dair  məsələlər  mühafizə 
olunmuş  fərmanlar
33
,  epiqrafik  kitabələ r
34
,  "Təzkirət  əl-mülu k",  habelə  dü  Man, 
Sanson, de Teveno Herbert və başqalarının əsərlə ri əsasında araşdırılmışdır. 
Bakın ın  erkən  dövr  -  V-VII  əsrlər  tarixi  üçün  mənbələr,  Anani  Şirakatsinin 
əsərləri, A.Su krinin nəşr etdirdiyi " VII əsr erməni coğrafıyası", Gevondun "Xəlifələrin 
tarixi"  və  b.  əsərlər  mühüm  əhə miyyətə  ma likdir.  XII  əsr  gürcü  mənbələri  - 
"Tacdarların   vəsfı"  və  "Kartlis  Ts xovreba"da,  XI-XII  əsrlərdə  Şirvanda  baş  vermiş 
hərbi hadisələr tendensiyalı təsvir olun masına ba xmayaraq, ço x əhə miyyətlid ir. 
Əsərdə  görkəmli  alimlər  V.V.Bartold,  İ.Y.Kraçkovski,  V.A.Qo rdlevski, 
İ.P.Petruşevski,  A.Y.Yakubovski  və  Ş.A.Mes xian ın,  tanın mış  rus  və  əcnəbi 
şərqşünaslar B.A.Dorn,  N.V.Xanıkov,  V.F.Minorski,  Hadi  Həsən, d'Osson, L.Bellan, 
Ç.Dauset  və  başqalarının  tədqiqatlarından  geniş  istifadə  olunmuşdur.  Azərbaycan 
tarixç iləri  Ə.Ə.Əlizadənin,  Ə.Ə.Ələsgərzadənin,  İ.H.Əliyevin,  Z.M.Bünyadovun, 
V.N.Leviatovun,  Ə.Ə.Rəh manin in,  O.Ə.Əfəndiyevin,  a rxeo loqları  İ.M.Cəfərzadənin, 
S.M.Qaziyevin,  V.M.Sısoyevin, O.Ş.İs mizadənin, Q.M .Əh mədovun, Q.M.Aslanovun, 
F.İbrah imovun,  tarixçi-numizmatları  Y.A.Paxo movun,  Ə.Rəcəblinin,  M.Seyfəddinin, 
S.Dadaşovanın,  memarları  S.Ə.Dadaşovun,  M.Ə.Hüseynovun,  L.S.Bretanitskinin , 
Ə.V.Salamzadənin tədqiqatlarını və əsərlərini göstərmək vacibdir. 
Yu xarıda qeyd etdiyimiz kimi,  V.M .Sısoyevin 1928-c i ildə çap olunmuş "Bakı 
keçmişdə  və  indi"  adlı  kiçicik  (85  səh.)  elmi-kütləvi  işi  istisna  olunmaqla  indiyədək 
Bakın ın  tarixinə  dair  nə  ö lkəmizdə,  nə  də  xaricdə  xüsusi  əsər  yazılmamışdır.  Adı 
çəkilən kitabçanın 44 səhifəsi Bakının Rusiyanın tərkib inə qatıldığı dövrə qədərki orta 
əsrlər tarixinə ayrılmışdır. Həmin kiçik oçerkdə Bakın ın keçmişi ilə bağlı hadisələrdən 
bəhs olunur və bə zi me marlıq ab idələri haqqında məlu mat  verilir. Əsərdə sosial-iqtisadi 
həyat  və  mədəniyyət  məsələlə rinə  to xunulmur.  Bundan  əlavə,  burada  bir  sıra  
nöqsanlara və səhvlərə yol verilmişdir:  məsələn,  Bakının adı "bad" - külək və "kuh" - 
dağ  sözləri  ilə  izah  edilmişdir;  "İsgəndərnamə"də  Makedoniyalı  İsgəndərin  Bakıya 
gəlməsi  səhvən şair  Niza miyə  isnad  edilir;  Hə mdüllah  Qəzv inin in  daş  yarğanındakı 
qala haqqında məlu matı V.M.Sısoyevin iddia etdiy i kimi Bakıya deyil, Makuya a iddir 
və s. 
Əsəri yazarkən istifadə etdiy imiz ən mühü m mənbələri nəzərdən keçirdik. 
Lapidar  mənbələrə   aid   materiallar  Ə.Ə.Ələsgərzadənin,  M.X.Ne mətovanın, 
S.Kə rimzadənin əsərlərindən götürülmüşdür. 
Bu  əsərin   müəllifinin   Bakının   tarixi  ilə  bağlı  bir  sıra   məsələ lərə   dair 
araşdırmaları dərc olun muşdur. 
 
 


11 
 
 
G Ġ R Ġ ġ 
 
Azərbaycan  bəşər  sivilizasiyasının  ən  qədim  beşiklə rindəndir  (Tur  Xeyerda l). 
Qarabağın dağlıq bölgəsində, Qarabulaq deyilən yerdəki  (indiki Fü zuli  rayonu) Azıx 
mağarasında  Paleolit  dövrünə  aid   qədim  preneandertal  insanın  dünyada  ən  qədim 
düşərgələrindən biri tapılmışdır. Onun 1,5 milyon il yaşı var.
1
 Ço xtəbəqəli (təqribən 14 
metr  qalınlığında  10  təbəqə)  A zıx  mağarasında  aparılan  arxeolo ji  qazıntılar  za manı 
onun qədim sakinlərinin  tarixə qədərki dövrdə həyat tərzini səciyyələndirən heyvan və 
bitki qalıqla rı, ocaqlar aşka ra ç ıxa rılmışdır. 
V  təbəqədə  qazıntı  za manı  ada m  sümüklərinin  qa lıq ları  -təqribən  400  min  il 
bundan  əvvəl  yaşamış  18-22  yaşlı  gənc  qadının  alt  çənə  sümüyünün  bir  hiss əsi 
tapılmışdır.
2
 
Azıx  mağarasındakı arxeoloji tapıntılar  Cənubi  Qafqazda  insanın 1,5  milyon il 
bundan  əvvəl,  Aşağı  Paleo lit  dövründə,  çay  daşı  mədəniyyəti  -  Quruçay 
mədəniyyətindən başlayaraq Mustye mədəniyyətinin əvvəlinədək (e ra mızdan 100 min 
il  əvvəl)  -  dövründən  yaşadığını  təsdiq  edir.
3
  Paleolit  dövrünün  digər  diqqətəlayiq 
abidələrindən  biri  də   M.M.Hüseynov  və  A.K.Cəfərov  tərə findən  aşkar  edilmiş  və 
qədim  insanın  Azərbaycanda  100  min   il  bundan  əvvəl  məskunlaşdığını  sübut  edən 
çoxtəbəqəli Tağlar mağara-düşərgəsidir. Tağlar mağarasının 6 mədəni təbəqəsində daş 
alətlər,  heyvan  və  insan  qalıqla rı  tapılmışdır.  Tağ lar  materialı  daş  alətlərin,  Mustye 
dövründən  başlayaraq  Yaxın   Şərq lə  -  İran  və  İraqla  əlaqələrin  in kişaf  mərhələlərini 
izlə məyə və burada daş alətləri - Tağ lar t ipli ə rsini ay ırd et məyə imkan verir.
4
 
Bakı  şəhərindən  60  km  cənub-qərbdə  yerləşən  Qobustan  Mezolit  (Orta  Daş 
dövrü), Neolit (Yeni Daş dövrü), Tunc, Dəmir dövrlərindən başlayaraq son orta əsrlərə 
qədərki tarixi  mərhə ləni əhatə edən nadir abidədir.  Ye r  kürəsinin  mü xtə lif q itələrində 
aşkar  edilmiş  qaya  təsvirləri  içərisində  Azərbaycan  xalqının   qədim  dövr  tarixin in 
öyrənilməsində  qiy mətli  mənbə  olan  Qobustan  petroqlifləri  böyük  maraq  doğurur. 
Azərbaycan  Respublikası  EA  Ta rix  İnstıtutunun  İ.M.Cəfərzadənin  rəhbərliyi  ilə  
arxeolo ji  ekspedisiyaları  tərəfindən  1947-1965-ci  illərdə  Qobustan  rayonunun 
cənub-şərq  hissəsində  Böyükdaş,  Kiç ikdaş,  Cingirdağ  dağlan  və  Ya zılıtəpə 
hüdudlarında 750-dən çox qayanın üzərindəki dörd mindən yuxarı insan, heyvan, balıq, 
bütöv  ko mpozisiyalı  rəsmlər,  kasavarı  batıqlar  və  s.  aşkar  edilib   öyrənilmişdir.
5
 
C.N.Rüstəmovun başçılığı ilə Qobustanda və yeni aşkar edilmiş Şonqardağ və Şıxqaya 
rayonlarında üzərində 2000 rəs m o lan daha 300 daş tapılmışdır
6

1986-c ı  ilədək  artıq   alt ı  minədək  qaya  təsviri  var  idi.  Qobustan  petroqliflə ri 
Cənubi Qafqa zın ş ərqinin  böyük bir dövr (e.ə . 10 000 ildən ço x) ə rzində - Mezo litdən 
son  orta  əsrlərədək  -  illüstrasiyalı  tarixidir.  Bə zi  tədqiqatçıla rın  (İ.M.Cəfə rzadə, 
A.A.Formozov)  fikrincə  petroqliflərdə  əks  olun muş  süjetlərin  dairəsi  Qobustan 
təsvirlə rin in  ibadət  xara kteri  daşıdığın ı  göstərir.  Onlar  qədim  insanın  öz  ic masın ın 
rifahını bilavasitə bağladığı əfsun-ovsun mərasimlərin in tərkib hissəsi idi.
7
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə