[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə7/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   2   3   4   5   6   7   8   9   10   ...   143

16 
 
tərəfindən  məskunlaşdığını  ehtima l  et məyə   əsas  verir.  "At,  mü xtəlif  ökü z  və  ma ral 
növləri, kərgədan, fil  kimi  məməli faunanın  zənginliyi  ibtidai insanın yaşaması üçün 
zəruri şərt idi. Harada belə heyvanlar vardısa, orada onları ovlayan ins an yaşaya bilərdi. 
Və ço x va xt  inan maq ola r ki, yaşamışdır".
10
 
Binəqədi bit ki layında iki yerdə aşkar edilmiş kiçik ağac kö mü rü yığ ını da bunun 
tarixəqədərki insan ocağının qalıq ları o lduğuna dəlalət edə bilər.
11
 
Paleolit adamın ın alətlərinə bən zəyən bir neçə tapıntı da Paleolitə, yəni Binəqədi 
qır çöküntüləri flora və faunasının mövcud olduğu dövrə aiddir. Birinci tapıntı - 1936-cı 
ildə  Ba kıdan  10  km  ş ərqdəki  Zığ  gölünün  sahilində  tapılmış  ça xmaq  daşından 
düzəldilmiş  kiçik  yadro  Y.A.Paxo mov  tərəfindən  öyrənilmiş  və  dərc  olun muşdur.
12
 
Yadro torpağın üstündə tapılmış və kələ-kötür kəsilmiş ço xü zlü p iramida şəklindədir. 
Y.A.Paxo movun  sözlərinə  görə  insanın  qədim  düşərgəsini  düzənlikdə  deyil,  gölün 
sahilindən  şima l-qərbdəki  uçuru mda  a xtarmaq  la zım  id i.
13
  Abşeronda  Güzdək 
platosunun şərq yamacında  Gü zdək  kəndinin  2-3  kilo metrliyində aşkar ed ilmiş  ikinci 
bir  tapıntı  -  ça xmaqdaşından  hazırlan mış  kiçik  ərsin   də  vardır.  O,  uzunu  3-4  m, 
hündürlüyü  1,5  m  o lan  kiçik  mağarada  torpağın  üst  qatından  çıxarılmışdır. 
N.O.Burçaq-Abramoviçin  fikrincə,  ərsinin  açıq-aşkar  insan  tərəfindən  düzəldild iyini 
göstərən əlamətlər vard ır.
14
 Ba kı  rayonunda,  Bib iheybət sıldırımın ın a ltında b ir neçə 
öyrənilməmiş  mağara o lmuşdur. Həmin  mağaralardan birində boz g ildən hazırlan mış 
46 muncuq (onla rdan beşi qaradır), iki gil lövhə və bir ça xmaqdaşı qəlpəsi tapılmışdır.
15
 
Arxeoloq  Q.Aslanov  Bakıda,  Bibiheybətlə  Bayıl  arasındakı  rayonda,  məktəbin 
arxasında,  yağışın  yuyub  apardığı  dağın  yamac ında  Tunc  dövrünün  əvvəlinə  aid 
Qobustandakı  öküzlərə  bənzər  qaya  təsvirləri  aşkar  etmişdir.  Bu  rayonda  gələcəkdə 
aparılacaq   arxeo loji  qazıntılar  dağın  torpaqla  örtülmüş  ətəyində  Bakı  bö lgəsində 
yaşamış insanların qədim dövr həyatını işıqlandıran yeni materiallar aşkara çıxara bilər. 
Bakı  yaxın lığ ındakı  Şıx  çimərliyin in  qayalıq  sahilində  balıq  ovunu  əks  etdirən  qaya 
təsvirlə ri aşkar olun muşdur. Ba lıqçıların fiqurla rı insan boyundan ucadır. Qız qalasın ın 
yaxınlığındakı qazıntıdan tapılmış tunc balığa  o xşayan balıq  rəs mi ma raqlıdır. Sonra tor 
və qağayıya bənzər quşlar göstərilir. Təsvirin yarısı suyun altındadır. Bu da onu Xə zərin 
səviyyəsinin aşağı və buxtanın hələ quru olduğu eramızın 1-ci əsrinə aid et məyə imkan 
verir.
16
 
Mezolit  dövrünün  izləri  Şüvəlan  daş  karxanasından şərqdə  Şüvəlan  burnu  ilə 
damba  arasında  sahildən  1,5  km  ara lıqdakı  qaya  çıxıntısının  özü lündəki  Kələ  zağası 
yaşayış yerində də nəzərə çarpır. Bu rada aparılan arxeoloji qazıntılar  zaman ı Mezolit 
dövrünə aid çaxmaqdaşından düzəld ilmiş ərsin və d igər materiallar aşkar edilmişdir.
17
 
Qaya təsvirləri  Qobustandan başlayaraq, Xəzər dənizi sahillə ri boyunca şima la doğru 
Bakıya qədər və Abşeronda müşahidə edilir. Qədim insanın yaşayış yerləri bu bölgədə 
də mövcud olmuşdur. 
Gö rünür,  Qobustandakı  kökü  kəsilmiş  mü xtəlif  heyvan  növləri  rəs mləri  ilə 
Paleolit dövründə Abşeronda, Binəqədidə, Digahda, Keşlədə, Ba kıda və digər yerlə rdə 
yaşamış  məməlilər arasında əlaqə  mövcuddur. Belə  ki, qaya rəs mləri arasında həmin 
dövrdə Abşeronda yaşamış bəzi balıq, ökü z, nəhəng maral,  keçi, kərgədan, pələng və 


17 
 
digər  heyvanların  təsvirləri  (ən  qədim  təsvirlər)  vardır.  Qaya  təsvirləri  Abşeron 
yarımadasındakı  bir  sıra  məntəqələrdə,  Mərdəkan,  Şüvəlan,  Zirə,  Suraxanı,  Ramana, 
Qala   qəsəbələrinin  ətra fında  və  materiki  Pirallahı  adası  ilə  b irləşdirən  da mbanın 
girəcəyində də aşkar edilmişdir. 
Xəzə r  dənizinin  sahilində,  Qa la  qəsəbəsinin  yaxınlığındakı  Dübəndi  deyilən 
yerdə qaya sallağının üzə rində mü xtə lif heyvanların - ökü z, keçi, mara l və s. - ətrafında 
rəqs  edən  insanlar  təsvir  olun muşdur.  Qayalarda  bura larda  yaşamış  qədim  insanın 
ma ldarlıq  və  ovçuluq  həyatından  söhbət  açan  mü xtəlif  rəs mlər  tapılmışdır.  Onlar 
Qobustandakı qaya təsvirlərinə o xşayır.  Bu, Abşeron ərazisində Daş dövründən Tunc 
dövrünə keçid mərhələsinə aid ilk abidədir.
18
 
Materiki  Pirallah ı  adası  ilə  birləşdirən  dambanın  g irəcəyindəki  məzarlıqda 
Abşeron əhəngdaşından düzəldilmiş  lövhə tapılmışdır. Onun üzərində  kontur  xətlərlə 
qayakeçisi (qılıncvari buynuzlu keçi) rəsmləri qazılmışdır. Bu rəsmlər e.ə. II minilliy in 
sonu və I min illiyin əvvəllərinə aid ed ilir.
19
 
Şübhə etməmək olar ki, Qobustan mağaralarının  Daş dövrü adamları Abşerona 
buradakı vəhşi heyvanları ovlamaq məqsədilə, ehtimal ki, dəniz sahilləri ilə gəlirmişlər. 
Yu xarıda bəhs edilən çaxmaqdaşından düzəldilmiş bəzi alətlər göstərir  ki, Abşeronun 
da bir sıra məntəqələrində qədim insan düşərgələri olmuşdur. 
Qobustandakı mağaraların yaxınlığında diametri 15-40, dərinliyi 10-30 s m olub, 
bir-b iri  ilə  novçalarla  birləşdirilmiş  kasavarı  çu xurlar  vardır.  Onların  su  torlamaq  və 
saxla maq, e ləcə  də qurbanlıq  heyvanların-qanını yığ maq  üçün istifadə ed ilən  tərpənmə z 
ibtidai qablar o lduğu fərz edilir. Bu qablar  Neolitin sonu və Tunc dövrünün əvvəlinə 
qədərki dövrə (e.ə.  V-III  minilliklər və daha sonralar) a id edilir.
20
 Onlara bənzər qaya 
çuxurları  köhnə  Bakı  qalasındakı  (İçərişəhər)  Şirvanşahlar  sarayı  ərazisində,  təpənin 
üstündə  saray  tikililərinə  qədərki  köhnə  bünövrələrin  və  Güzdək  kəndin in 
həndəvərindəki qaya sallaqlarının a ltında da aşkar o lunmuşdur. 
XVII  əsr  səyyahı  Lerx  Böyük  Zirə   adasında  əksərən  bir-biri  ilə  novçalarla 
birləşdirilmiş  dəyirmi,  ya xud  dördkünc  belə  çuxurların  olduğunu  qeyd  etmişdir.
21
 
Köhnə Bakı qalasındakı Şirvanşahlar sarayı ərazisindəki, Güzdək kəndi və Böyük Zirə 
adasındakı  Qobustan  kasavarı  çuxurla rına  bənzər  çu xurlar  Abşeronun  qədim 
abidələridir. 
Qədim  ab idələrdən  biri  də  Bilgəh  və  Nardaran  qəsəbələri  arasındakı 
Ümidqayanın  zirvəsindəki  göy  cisimlərin in  təsviridir.  Qaya  üzərindəki  bu  rəsədxana 
günəşi  və  mü xtəlif  bürc  adların ı  -  Böyük  Ayı  bürcü,  İlan  bürcü  və  s.  -  təsvir  edən 
rəsmlərin  zənginliyinə  görə  digər  məşhur  bürc  təsvirlərini  ötüb  keç ir.  Göstərilən 
rəsmlərlə  yanaşı,  qayada  astronomik  hesablama  cədvəli  də  həkk  olun muşdur.  Bu 
qayada əkinçilik, maldarlıq möv zusunda rəsmlər də ço xdur. Ümidqaya təsvirləri Tunc 
dövrünün əvvəlinə aid edilir.
22
 
Son illə rdə aparılmış a rxeolo ji tədqiqatlar Abşeronda Tunc dövrünə aid yaşayış 
                                                                 
 
Nargin  
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə