[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə9/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   5   6   7   8   9   10   11   12   ...   143

20 
 
seçilən  sifəti  olduqca  realistcəsinə  təsvir  edilmişdir.  Hey kəlcik  əsir  qulu,  ehtimal  ki, 
"skifi" xatırladır.
33
 
Gəncə şəhərinin həndəvərində buna bənzər ikinci b ir heykə lc ik də tapılmışdır. 
"Yu mşaq qalpaq (papaq), sifətin ümu mi görünüşü və üzün təsvirindəki b ir sıra təfərrüat 
əlamətləri - badamı gö zlərin yerləşdirilməsi, sivri saqqalın və alın saçının təsviri həmin 
başı Kül-Oba kurqanındakı kəhrəba qabdakı, gü müş  Voronej qabındakı və A mudərya 
dəfinəsinin qızıl lövhələrindəki məşhur skif təsvirlərinə o xşatmağa imkan verir". Gəncə 
tapıntısını  qədim  Gəncədə  və  Azərbaycanın  d igər  rayonlarında,  Gürcüstanda, 
Ermənistanda  aparılan  qazıntıla r  za manı  tapılan  tipik  skif  tunc  ox  ucluqla rı  ilə  
tutuşdurmaq  o lar.  Məh z  bu   paralellər  həmin   tapıntını  e.ə.  V-IV  əsrlərə  aid   etməyə 
imkan  verir.  Gəncədən  tapılmış  skif  baş ının  əhə miyyəti  bundadır  ki,  o,  Avropa 
skiflərinin, ya xud Orta Asiya sakların ın ikonoqrafiyasının nadir nü munəsidir.
34
 
Abşeronda arxeolo ji qazıntılar zamanı skif tip li tunc ox ucluqları tapılmışdır.
35
 
Biz  Əmircandan tapılmış heykəlciyi,  Gəncə "skif" başına  müvafiq olaraq, e.ə. 
V-IV əsrlə rə - ehtimal ki, köçəri skiflə rin Cənubi Qa fqaza və Abşerona girdikləri dövrə 
aid edirik. 
Abşeronun  etnoqrafik  tədqiqi  burada  qədim  qəbirlərin  olduğunu  meydana 
çıxarmışdır ki, bu da Abşeronda qədim yaşayış yerlərinin   mövcudluğunu sübut edir. 
Abşeron  kəndlərinin  -  Maştağa,  Buzovna,  Məhəmməd i  sakin ləri  burada  içərisində, 
yanlarında  qırmızı  g il  bardaqlar  qoyulmuş  skeletlər  o lan  böyük  təndirvari  qədim 
qəbirlər o lmasına da ir mə lu maflar topla mışlar.
36
 Be lə dəfn  mə rasimi nə  müsəlman, nə 
də xristian norma larına xas olmayıb, ehtima l ki, daha erkən dövrlərə a iddir. 
Bu cür arxaik qəbirlər 1898-ci  ildə  Bakıda,  köhnə  müsəlman qəbiristanlığın ın 
yerində  tikiləcək  Ale ksandr  Nevski  kils əsinin  bünövrəsi  qazılarkən  də  tapılmışdır. 
Burada bir-b irinin üstündə bir neçə cərgə daş qutu tipli qədim qəbirlə r və böyük təndir 
tipli  b ir  qəbir  aşkar  edilmişdir.  "Formaca  bizim  çörə k  yapılan  böyük  dia metrli  adi 
təndirimizə  bənzəyən  yeralt ı  mağara  və  onun  içərisində  divar  boyu  çömbəlt mə  
oturdulmuş və qabaqlarına  xırda gil çö mlək qoyulmuş beş-altı skelet.  Bu, cəmiyyətin 
sosial-siyasi  əsasını  qəbilə-tayfa   quruluşu  təşkil  edən  hə min   uzaq  keç mişdən  qalma  
qəbilə qəbri id i.
37
 
Hə min sahənin sonrakı tədqiqi
38
, eləcə də kilsənin bünövrəsinin qoyulmasında 
iştirak  edən  qocaman  yerqazan   fəhlə  Məşədi  Xudaverdinin  verdiy i  məlu mat  həmin 
ərazidə  qədim,  islamaqədərki  qəbirlərin  o lduğunu  təsdiq  etdi.  Məşədi  Xudaverdinin 
mə lu matına   görə,  o  və  onunla  b irlikdə  yer  qazan  başqa  fəhlə lər  "quyuya,  təndirə 
oxşayan  və  divar  boyunca  oturmuş  halda  7-8  insan  skeleti  olan  çala  aşkar  etmişlər; 
skeletlərin bə ziləri dağılıb tökü lmüş, bəziləri isə olduğu kimi qalmışlar, ske letlərin hər 
birinin qabağında nahamvar formalı sarı-q ırmızı gil kasa qoyulmuşdu. Skeletlər çalan ın 
ətrafında oturdulmuşdu. Təndirin ortasında isə kobud yonulmuş yastı, dəyirmi şəkilli 
kiçik  kələ-kötür  daş  qoyulmuşdu.  Daşın  ortasında  həvəngə oxşayan  içi  oyulmuş  daş 
kasa, kasanın yanında isə dəstəcik şəklində o xlov var idi".
39
 
Bu  mə lu matla r  yu xarıda  göstərilənlə rlə   uyğun  gəlir  və  onların  doğruluğuna 
şübhə doğurmur. 


21 
 
Gö rünür,  sonralar  orta  əsr  şəhəri  Bakın ın  salındığı  təpə  qədim  yaşayış  yeri, 
təpədən 150-200  metr ara lıda kı qeyd olunan məza r yerləri isə qəbiristanlıq olmuşdur. 
Be ləliklə,  bu  təpənin  bilavasitə  yaxın lığında  olan  Ba kı  qalasının  əra zisi  era mızdan 
çox-ço x əsrlər əvvəl  məskun o lmuşdur.  Bizcə, bunu Şirvanşahlar sarayı ərazisindəki 
qayada qazılmış  novçalı kasavarı çu xurlar və dördkünc şəkilli çalalar da təsdiq edir. Qız 
qalasının  şimal  tərəfində  aparılan  qazıntılar  zaman ı  küçənin  səviyyəsində  2,2  metr 
dərinlikdə  tapılmış  orijinal  tunc  balıq  fiquru  (u zunluğu  8,2  s m,  hündürlüyü  4,5  s m, 
göv-dəsinin eni 2 s m, qalınlığı  0,7 s m) böyük  maraq doğurur. Balığın başı dombalan, 
ağzı  açıq,  gözləri  düy məcik  kimi  qabarıq  formadadır,  qulaq ları  u zunsov  çıxıntılar 
şəklində göstərilmişdir. İki ü zgəci vard ır; quyruğu halqavarı ş əklində yu xarıya doğru 
qatlanmışdır.  Balığın   gövdəsinin  hər  yeri  böyük  ustalıqla  sədəflə  örtülmüşdür.
40 
Bu 
fiqur a rxa ik xara kter daşıyır və formaca , ehtima l ki, antik dövrə mə xsusdur. 
Balıq  təsvirlərinə  Qobustan  qayalarında  rast  gəlinir  və  onlar  e.ə.    X-IX 
minilliklərə  a id edilir.
41
   Balıq obrazları Zərdüştilik panteonunda müəyyən tanrıların 
inkarnasiyası olmuşdur.
42
 Balıq rəs mlə rinə Abşeron evlərinin fasadında, Şirvanşahların 
Bakıda  kəsdird ikləri  sikkələrdə  rast  gəlin ir  və  əhali  bunu  qədim  ənənə  ilə  izah  edir. 
Yu xuda  balıq  görən  Abşeron  sakini  bunu  var-dövlət  əlaməti  kimi  yozur.  Gö rünür, 
balığa sitayiş Abşeronda ən qədim ayin-lərdən olub, ehtimal ki, dəniz tanrısının rəmzini 
təcəssüm etdirir. 
Şirvanşahlar sarayının yuxarı həyətində aparılan arxeolo ji qazıntı zamanı boğazı 
Yaloylutəpədə  tapılmış  e.ə.  III-I  əsrlərə  a id  küpələrinkinə  bənzəyən  küpə  aşkar 
olunmuşdur.
43
  1986-c ı  ildə  İçə rişəhərdə  aparılmış  arxeolo ji  qa zıntının  materia lla rı 
Bakın ın qədimliyi haqqında daha tutarlı məlu mat verə bilər. Ümu mi həcmi 144 m

olan 
qazıntı  sahəsi  cənub-qərbdə  dövrümü zədək  qalmış  Məhəmməd  ibn  Əbu  Bəkr 
(Sınıqqala) məscidinə (h.471-c i, miladi 1078/ 9-cu il) b itişir. Qa zıntı sahəsi iki təbəqəli 
abidədən ibarətdir: üst təbəqə XIV-XVII əsrlərə , alt təbəqə IX-VIII əsrlərə aiddir. A lt 
mədəni  təbəqənin  materia lla rı  böyük  maraq  doğurur.  Qa zıntın ın  cənub  hissəsində 
bünövrəsi təbii qaya üstündə qoyulmuş düzbucaqlı şəkilli böyük otağın şimal və qərb 
divarların ın  qalıq ları  qalmışdır.  Bu  təbəqədə  qayada  qazılmış  beş  quyu,  habelə, 
mü xtəlif  d iametrli  ço xlu  təndir  aşkar  ed ilmişdir.  On ların  yaxın lığında,  sahənin 
cənub-qərb  hissəsində  torpağa  iri  təsərrüfat  küpləri  basdırılmışdır.  Alt  təbəqədə, 
qayanın  səviyyəsində  formasına  və  g ilin  tərkibinə  görə  orta  əsr  keramikasından 
fərqlənən və daha erkən dövrə aid olan saxsı qab qırıqları tapılmışdır. F.İbrahimov bu 
qabları Nüydüdə və Şamaxıda tapılmış materiallarla analogiyasına, forma və bəzəy inə 
görə antik dövrə aid ed ir.
44
 
1986-c ı  ildə  Şa ma xı  a rxeo loji  dəstəsi  Şa ma xı  şəhərindəki  VIII  sahədə  qazıntı 
işlərini  davam  etdirmişdir.  Burada  torpaq  s əthindən  3-4  metr  aşağıda  orta  əsr 
hamamının   sabun  zalının   bir  h iss əsi  aşkara  çıxarılmışdır.  Soyunma  otağının  tikili 
əlamətləri  olmayan  cənub-şərq  hissəsində  qazıntı  işləri  materikə  qədər  davam 
etdirilmişdir. IX-XII əsrlərə aid mədəni təbəqədən altda erkən orta əsr və son antik dövr 
qatı  vardır.  Bu  qat  əl  işi  olan  adi  keramika  qırıq ları  ilə  səciyyələnir.  Buna  bənzər 
keramika nü munələri Ağsu rayonundakı Nüydü kəndində aşkar olunmuşdur. Onlar e.ə. 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə