32
arasında qədimdə İçərişəhərdə atəşpərəstlərin məbədi o lması haqqında rəvayət
qalmaqdadır.
VII əsr erməni coğrafiyası‖nda Xə zər dənizi sahillə rinədək uzanan və Ara za
gedib çatan Paytakaran (Beyləqan) əyalətin in adı çəkilir. Bu əyalət bir vaxtlar
Atropatenanın tərkibinə daxil olmuşdur.
105
Coğrafiyanın müə llifi bu əyalətin 12
"vilayətinin" (rayonunun - S.A.), o sıradan Atli (Atşi-Atəşi) Baqavanın adını çə kir.
106
Hə min coğrafiyanın tərcü məç isi K.P.Patkanov "Baqavan" sözünü çağdaş Bakı ilə
eyniləşdirir və belə hesab edir ki, qədimdə neft və qa z mənbələri ilə zəngin o lan bu
əyalətin ayrı-ay rı yerlərinin adlarında "od", "qurbangah" mənaların ı bildirən sözlər
olmuşdur.
107
Ərəb coğrafiyaşünası əl-İstəxrinin 930-cu ildə yazd ığına görə, Bakın ın
yaxınlığında atəşpərəstlər yaşayırdı.
108
Şübhəsiz, bu bölgədə atəşpərəstlərin pirlə ri və
qurbangahları o lmuşdur. Onların qalıqları Bakının ətrafında hələ XIX əsrin
sonlarınadək dururdu. Xəzərlərin 730-cu
109
ildə Albaniyaya basqını və onun bir sıra
şəhər və qalalarının dağıdılması ilə əlaqədar Albaniyada baş verən hadisələri təsvir
edək. VIII əsr müə llifi Gevond xə zərlərin dağıtdıq ları vilayətlər sırasında
Atşi-Baquanın da adını çəkir.
110
Atəş sözünün təhrif olun muş ş əkli olan Atş-od,
Atşi-Baquan isə - "Baquanın odları" deməkd ir. Şübhə etməmək o lar ki, burada söhbət
Bakıdan gedir.
Şərqşünas M.S.Sen-Marten XIX əsrin əvvəllində göstərirdi ki, V-VII əsr
mənbələ rində adı çəkilən Baqavan elə qədim Ba kının adıd ır. O yazırdı ki, ço xlu neft
mənbələ rinə və ö z-ö zünə alışıb yanan qaz ç ıxd ığ ına görə Bakı ta qədimdən parsların
sitayiş etdikləri müqəddəs yer olmuşdur. Atəşpərəstlər buradakı bir ço x yerlərdə
"əbədi" od yandırırdılar. Və təəccüblü deyil ki, Ba kının ha kimlə ri, ya xud onların
təbəələri onu atəşə sitayiş yerinə çevirmişdilər.
111
Movses Xorenlin in, Anani Şirakasinin və Gevondun məlu mat larına isnad edən
Əh məd Kəsrəvi Təbrizi Baqavan və Atəşi Baquanı Bakı ilə eyniləşdirir və bu sözün
mənasını "a llah şəhəri", ya xud "allah yeri" kimi yozurdu.
112
Şəhər atəşpərəstlərin baş
məbədlə rindən biri burada yerləşdiyi üçün belə adlan ırd ı. Kəsrəvi qeyd edirdi ki,
"Badkubə" şəhərin sonrakı və təhrif o lunmuş adıdır.
113
Be ləliklə, bə zi müəlliflərin etimologiyası Sasanilə r dövründən qədim fars dili ilə
izah olunan Baqavan, Atli (Atəşi) Baqavan və Atşi (Atəşi) - Baquan toponimlə ri
qədim
Bakın ın adlarıdır. Gü rcü salhaməsi "Kartlis Tsxovreba"da da Şirvandakı b izim Bakı ilə
eyniləşdirdiyimiz Baqavanın adı çəkilir. "Kart lis Ts xovreba"da gürcü hökmdarı IV
Georgi Laşanın 1222-ci ildə bacısı Rusudanın şirvanşahla nikah və toy mərasimlərində
iştirak etmək üçün Şirvanşahların iqamətgahı Baqavana gəldiyi xəbər verilir. Lakin toy
baş tutmamışdır, belə ki, hökmdar Georg i burada on gün qaldıqdan sonra xəstələnmiş
və 1222-c i il yanvarın 18-də gündüz saat 4-də ö lmüşdür. Rusudana Gürcüstana
qayıtmış və elə həmin il hökmdar elan ed ilmişdir. Mənbədə şirvanşahın adı çəkilmir.
Ehtimal ki, Rusudana I Gərşəsbin oğlu III Fəribürzə , ya xud şirvanşahın özünə ərə
getməli imiş.
Toy nə üçün şirvanşahların paytaxtı Şa ma xıda deyil, Baqavanda - Bakıda
33
olmalıy mış? Bu sualın cavabını XIII əsrin əvvəlinə aid gürcü mənbəyində tapırıq.
Orada 1191-ci ildə Şa ma xıda şəhəri yerlə-yeksan edən zəlzə lə baş verdiyi göstərilir.
Şamaxı dağıldıqdan sonra Şirvanşahların iqamətgahı Bakıya köçürülür. Gü rcü
salnaməsində Ba kı şəhərinin VII əsr ermən i coğrafiyasında təsbit olunmuş adının -
Baqavanın qorunub saxlan ması bizə bu iki ad ı eyniləşdirməyə imkan verir.
114
XIX əsr İran müə llifi Məhə mmədhəsən xan Etimad əs-Səltənə Sasani dövrü
tarixçisi Həmzə əl-İsfahaninin Sasanilər dövründə Dəryaye-Akfudə adlandırılan Xəzər
dənizi haqqında mə lu matına istinad edərək, Akfudəni Ba kının qədim ad ı sayır.
115
XVII
əsrdə qədim fars mənbələri əsasında tərtib olun muş fars dili lüğəti "Bürhane-qate"də
"Akfudə" sözündə Həmzə ə l-İsfahaninin mə lu matı təsdiq olunur.
116
Çağdaş İran müəllifi Bastani Pərizi Bakının qədim müqəddəs şəhərlərdən biri və
onun adının müqəddəs "boq" sözündən nəşət etdiyini yazır. Və ehtimal ki, onun adı
atəşpərəstlərin bu şəhərdəki ziyarətgahı və məbədi ilə bağlıdır.
117
"VII əsr erməni coğrafiyası"nda Sarmat iyada , "Qafqaz dağları qollarının gəlib
çatdığı və dənizdə nəhəng istehkam o lan Dərbənd divarının ucaldıldığ ı Xəzər dənizin in
lap yaxınlığındakı" ərazilərdə yaşayan 53 xalqın, o cü mlədən xellərin, kaspilərin,
şirvanların, ijamaxların, baqanların, maskutların ad ları sadalanır.
118
Mətndə
xatırlanan "baqanlar" etnonimi, ehtimal ki, "baqa", yaxud "baq", v əni, "boq"
sözündəndir. "An" orta İran dillərində cəm şəkilçisid ir. (Sonralar, orta əsr
toponimlə rində "yer", "yaşayış yeri" bildirmişdir). Belə liklə, "baqan" sözü
"atəşpərəstlər" mənasını bild irə bilər. Xəzə r dənizinin qərb sahillərindəki baqan
tayfasının yayıldığı həmin ərazi Abşeronda və Bakıda olmuş və cənubda Muğana,
şimalda isə Dərbəndə qədər uzan mışdır.
Abşeron toponimikasında qorunub saxlan mış tayfa ad ları tədqiqatçıya mü xtəlif
tarixi dövrlərdə onun əhalisin in etnik tərkibin i müəyyənləşdirməyə imkan verir. Bir ço x
hallarda söz birləşməsindən ibarət olan xüsusi adlar da yerin qədim
sakinlə rin in dil və
dini ə la mətlə rin i açıq la maq ba xımından mühü m mənbədir. Məlu mdur ki, h idronimlər
kimi toponimlər də ço xyaşarı o lub, min illə r boyu qorunub saxlan maqla, nə va xt larsa
həmin əra zidə yaşamış xa lqla rın adlarını özlərində əks etdirirlər.
Xatırlanan coğrafiyada göstərilən xalq ad ları öyrənilərkən aydın olur ki, bir sıra
şəhər və vilayətlərin adları qədim zamanlarda bu yerlərdə yaşamış tayfaların adlarından
götürülmüşdür. Bu ehtimalı Abşeron toponimikasının öyrənilməsi də təsdiq edir.
Məsələn, qədim müəlliflər iqra r ed irdilər ki, Kaspi dənizinin ad ı kaspi tayfasının
119
adındandır. Abşerondakı Məşqədə (indiki Maştağa) kəndinin adını Xəzər dənizin in
sahillərində yaşamış maskutlar vermişlər.
120
Maskutlar antik müəlliflərdə adı çəkilən
massaketlərdir.
121
Xellə r qədim türk tayfası xaylandurların mü xtəsər adıdır, ija ma xlar
Bu coğrafiyanınn müəllifi Sarmatiya dedikdə Azərbaycanın şimal hissəsini, Dağıstanı
və Şimali Qafqazdakı digər bölgələri nəzərdə tutur.
Dostları ilə paylaş: |