[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə31/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   27   28   29   30   31   32   33   34   ...   143

64 
 
sultanının da adı çəkilir.
21
 
II  Mənuçöhr  dövründə  (XI  sonu-XII  əsrin  əvvəli)  kəsilmiş  sikkədə  həkk 
olunmuşdur: 
 
Məhəmməd rəsulillah  
əl-məlik 
Əl-Müst əzhir billah  
Mənuçöhr 
Sultan Məhəmməd  
bin Fəribürz
22
 
 
Şirvanşah  Fəribürzün   Məlik  şahın  xəzinəsinə  ödəməyə  iltizam  verdiyi  illik 
xərac ın  məb ləği  əvvəlcə  70000  d inar  idi.  Lakin  sonralar  bu  məb ləğ  40  000  dinara  
endirildi.
23
 Bununla belə, XIII əsrin  tarixçəsi ən-Nəsəvinin sözlə rinə  görə, Mə lik şah 
Arranı  zəbt  etdikdən  sonra  şirvanşah  onun  hüzuruna  gələrək  onunla  saziş  bağladı. 
Hə min  sazişə  görə  şirvanşah  sultanın  xə zinəsinə  hər  il  yüz  min  d inar  vermə li  idi.
24
 
Məlik  şahın  Şirvana  yürüşünə,  ehtimal  ki,  şirvanşah  Fəribürzün  səlcuq sultanının  öz 
üzərində ali hakimiyyətini tanımaqdan imtina etməsi səbəb olmuşdur. I Fəribürz ig id 
sərkərdə,  böyük  dip lo mat  idi.  Onun  bütün  fəaliyyəti  qonşu  ərazilə ri  zəbt  et mək 
hesabına feodal torpaqla rın ı genişləndirməyə yönəldilmişdi. Su ltan canişinlərin in bütün 
cidd - cəhdlə rinə ba xmayaraq, Fəribürz 8 il ərzində Şirvanın müstəqil idarə  edilməsinə 
nail o ldu.
25
 
Şirvan dəfələrlə ölkəni qarət edən və viran qoyan türk qoşunlarının basqınlarına 
mə ruz  qa lmasına  ba xmayaraq,  şirvanşah  hələ  də  müstəqil  hökmdar  kimi  ha kimiyyət 
sürürdü.  Lakin  sultanın  sərhəd vilayəti  əl-Babı  iqta  kimi  bağışladığı  hər  iki  İraqın  - 
İraqi-Ərəb  və  İraqi-Əcəmin  hakimi  Savtəkinin  nü mayəndəsi  buraya gəldikdən  sonra 
hər il sultanın xə zinəsinə xərac  (ma l) verən vassal vəziyyətinə düşdü.
26
 
Sonuncu səlcuqlar  dövründə  Azərbaycanın  şima l  vilayətlərində  iki  iri  feodal 
mə likliyi  var  id i:  Şərqdə  -  XI-XIV  əsrlərdə  səlcuqların  vassalı  hüququnda 
şirvanşahların  hökmranlıq  etdikləri  Şirvan  və  qərbdə  -  Eldəgiz  atabəylərin in 
hakimiyyəti alt ında olan Arran Eldəgizlər, hə m də Cənubi Azərbaycanın hakimi o lub, 
səlcuq sultanlarının vassalı idilər. 
Mənbələr  xəbər  verirlər  ki,  XII  əsrin  ikincı  çərəyində  Eldəgiz,  Bakı  da  da xil 
olmaqla,  bütün  Şirvanı  zəbt  etdi.  "Nəhayət,  səlcuqi  Toğrulun  qardaşı  sultan  Məsud 
(1133/4-1152) Eldəgizi qoşunun bir hiss əsi ilə  Arrana tərə f göndərdi və qısa müddətdə 
Arranı,  Gəncəni,  Şirvanı  və  Bakını  tamamilə  tutan  Eldəgiz  qoşun  və  rəiyyətlə  elə 
münasibətlər yaratdı ki, hamının ürəy ində ona məhəbbət oyandı".
27
 La kin, görünür, bu 
mə lu mat  Eldəgizin hə min ə razinin  gürcülərin  işğalı a ltında olduğu h.558  (1162/ 3)-ci 
ildə  gürcü hökmdarı III Georgini məğlubiyyətə uğratmasına  aiddir. Ehtima l ki, Şirvan 
Eldəgizin,  sonralar  is ə  Qızıl  Arslanın   ölkədən  qovduqları  gürcülərin  ə lindən 
alın mışdır.
28
 
1170-c i ildə I A xsitan dayısı oğlu olan gürcü hökmdarı III Georg inin kö məyi ilə 
Bakı yaxınlığında  rusların  73 gəmidən  ibarət donanmasın ı  məğlub etdi və  xəzərlərin 
tutduqları  Şəbəran ı  və  Dərbəndi  geri  aldı.
29
  Brodniklər  adlandırılan  ruslar  Vo lqa  ilə  
üzüaşağı  üzərək  Xəzər  dənizinə  çıxd ılar  və  Ru inas  (ehtimal  ki,  Narg in)  adasının 


65 
 
yaxınlığında  lövbər saldıla r.  Sonra onlar  Kür çayı ilə ü züyuxa rı qalxaraq,  Lə mbə rana 
gəlib  çatdıla r,  daha  sonra  is ə  düz  yolla  Şa ma xıdan  Şəbərana  getdilər.  Eyni  va xtda 
rusların  müttəfiq ləri olan  xəzərlər  Dərbəndi və Şəbəranın  Narınqalasını tutdular. Ağır 
vəziyyətə düşən Axsitan kömə k üçün III Georgiyə mü raciət etdi.
30
 
Hə min  hadisə  gürcü  salnaməsində  təsvir  olunmuşdur.  " Va xt ilə   Də rbənd 
xə zərlərinin sıxışdırdığı bu şirvanşah (I A xs itan - S.A.) kö mə k üçün ona mürac iət etdi. 
Hökmdar  (III  Geo rgi  -  S.A.)  İmeriyadan  və  Ameriyadan  qoşun  topladı,  yunan 
hökmdarın ın qardaşı oğlu Androniki də özü ilə götürüb Dərbənd qapılarına yaxınlaşdı. 
O, Maskut və Şa rabanı torpaqla rın ı v iran  qoyaraq Şaburani ş əhərini ald ı. Andronikin bu 
şəhərin qapıları qarşısındakı şücaəti döyüşü izləyən hökmdarın xoşuna gəldi. O, şəhəri 
atasının dayısı oğlu şirvanşaha verdi..."
31
 
XII əsrin sonlarında Şirvanşahlar no mina l şəkildə  müstəqil o lsalar da, əslində, 
Eldəgizlə rin hakimiyyəti alt ında idilər. 
1191-c i  ildə  Şa ma xı  güclü   zəlzə lə  nəticəsində  xey li  dərəcədə  dağıldı.  Bu 
zə lzə lədə  Şirvanşah  I  Axsitanın  arvadı  və  uşaqları  həlak  o ldu.
32
  Ehtimal  ki,  bu  va xt 
Axsitan öz iqamətgahını Şamaxıdan Bakıya köçürmüşdü. 
XII  əsrin  sonu-XIII  əsrin  əvvəli  Ba kı  şəhərin in  feodal  inkişaf  dövrü  idi. 
Şirvanşahlar şəhərdə bir sıra binalar tikdirərək onu möhkəmləndirdilər. XII əsrin b irinci 
yarısında şəhərin qala divarları çəkild i və b ir sıra  fortifikasiya  işləri aparıld ı. Şəhərin 
müdafiə tikililəri sisteminə Qız qalası da daxil idi. Səlcuqların, sonralar isə Eldəgizlərin 
ağalığından azad olmaq uğrunda mübarizədə şirvanşahlarla gürcü hökmdarları arasında 
sülalə nikahları ilə  möhkəmləndirilən yaxınlaş ma gedirdi.  Gürcü salnaməsində  xəbər 
verilir ki, 1222-c i ildə gürcü hökmdarı, Ta maranın oğlu IV Georg i Laşa Baqavana, y əni 
Bakıya  getmiş  və  10  gün  orada  qalmışdır.  Şirvanşah,  ehtimal  ki,  III  Fəribürz  onun 
bacısı Rusudanaya evlənmək istəmişdir. Georgi Laşa toy məclisində iştirak etmək üçün 
Baqavana gəlmiş, lakin yanvarın 18-də orada ölmüş və toy baş tutma mışdır.
33
 
Bu  zaman  Şirvanın  varlı şəhərlərindən biri və  Xəzər dənizində  mühüm  liman 
kimi Bakın ın əhəmiyyəti daha da artır. Bu  dövrün mənbələrində Bakı alın maz qala və 
şərqin mühü m şəhərlərindən biri kimi təsvir edilir. 
Xaqani  (XII  əsr)  A xsitan  ibn  Mənuçöhrü  mədh  edən  məşhur  qəsidəsində 
Bakıdan  basılmaz  qala,  Şərq in  mühüm  şəhərlərindən  biri  kimi  danışaraq,  onu 
Xorasanın ço x yaxşı möhkəmləndirilmiş Bastam şəhəri ilə müqayisə edir.
34
 Məlu mdur 
ki, XII əsrdə Ba kı qala d ivarla rı ilə əhatə olun muşdu. Onun müdafiə  tikililəri sisteminə 
Qız  qalası  da  daxil  idi.  Şair  Bəstamdan  danışarkən  buna  işarə  edirdi.  XII  əsrin 
sonlarında,  Qızıl  Arslanın  ölü mündən  (1191)  sonra  Eldəgizlər  dövləti  tədricən 
tənəzzülə  uğra mağa  başladı.  Bununla  əlaqədar  olaraq  Eldəgizlərin  vassalı  olan 
şirvanşahlar  hakimiyyətini  tanımaqdan  imtina  edərək  q ısa  müddət  müstəqillik 
qazanırlar. Bu, Şirvanın dirçəlişi və iqtisadi inkişaf dövrü id i. Lakin ölkənin bu d inclik 
dövrü uzun sürmədi. 
Səlcuq  imperiyası  dağıldıqdan  a z  sonra  Şərq   ölkələ rin in  üstünü  monqol 
hücumları təhlü kəsi aldı. Azərbaycan da monqol istilasından xilas ola bilməd i. 1220-ci 
ildə  Gərşəsb  ibn  I  Fərru xzadın  hakimiyyəti  dövründə  monqollar  Şirvana  soxu ldular. 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə