[]



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/63
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21246
1   2   3   4   5   6   7   8   9   ...   63

 

gəldikcə izahı müəllimin öhdəsinə buraxılır. 
 
Dərslikdə  bilərəkdən  transkripsiya  işarələri    verilməmişdir.  Bu 
onunla  bağlıdır  ki,  1)  xarici  ölkələrdə  (ana  dili  ingilis  dili  olan  və 
olmayan şagird və tələbələr üçün hazırlanmış) nəşr olunmuş dərsliklər 
və dərs vəsaitlərində də transkripsiya işarələri verilmir; 2) düzgün oxu 
vərdişləri nə qədər təkmilləşdirilsə də transkripsiya işarələri tələbəyə, 
yəni dili öyrənənə ikinci bir dil kimi görünür və onu daha keyfiyyətli 
öyrənmək  meylindən    müəyyən  qədər  soyudur;  3)  tələbə  bu  dili 
təkbaşına  öyrənmir,  bu  işi  tələbə  müəllimlə  birlikdə  və  ya  tələbənin 
istifadə etdiyi müxtəlif lüğətlərlə yerinə yetirir. 
 
Dərsliyin  qarşısında  duran  əsas  məqsəd  orta  məktəbdə  qazanılmış 
bacarıqların  əsasında  tələbələrə  xüsusi  halda  gündəlik  həyatla  bağlı  
praktik dil vərdişlərini aşılamaqdır. 
 
Dərslikdən  ingilis  dilini  yeni  öyrənənlər,  şagirdlər,  magistrlər, 
aspirant və dissertantlar, eləcə də müəllimlər istifadə edə bilərlər.  
 
Şübhəsiz  ki,  dərslikdə  müəyyən  qüsurlar  olmamış  deyildir. 
Dərslikdə olan qüsurları və onun keyfiyyətinin yaxşılaşdırılması üçün 
veriləcək  faydalı  məsləhətlərə  görə  qabaqcadan  bütün  oxucularıma 
minnətdarlığımı bildirirəm. 
 
 
Müəllif    
 
 


 

 
 
 
 
 
 
 
G
G
İ
İ
R
R
İ
İ
Ş
Ş
 
 
 
 
K
K
U
U
R
R
S
S
U
U
 
 
 
 
 
 
 
 
 
 
İ
İ
N
N
T
T
R
R
O
O
D
D
U
U
C
C
T
T
O
O
R
R
U
U
 
 
 
 
C
C
O
O
U
U
R
R
S
S
E
E
 
 
 
 


 

İNGİLİS
  
DİLİ
  HAQQINDA  
MƏLUMAT
 
 
 
 
İngilis  dili  geneoloji  bölgüyə  əsasən  Hind-Avropa  dilləri 
ailəsinin german qrupuna daxildir. 
 
Bu  dil  müxtəlif  etnik  qrupların  Böyük  Britaniya  adalarında 
çarpazlaşması  və  yerləşməsi  şəraitində  təşəkkül  tapmış  və  öz 
inkişafı prosesində uzun və mürəkkəb bir yol keçmişdir. 
 
İngilis dilinin yaranma tarixi üç dövrə bölünür. 
 
1. Qədim İngilis dili dövrü – V əsrdən XI əsrin sonuna qədər 
(449-1100) german tayfaları Britaniya adalarını fəth etmişdir. Bu 
dövrdə  ingilis  dili  german  dillərinin  güclü  təzyiqi  və  təsirinə 
məruz  qalmış,  german  dillərində  danışan  gəlmə  tayfaların  dili 
hakim mövqe tutmuşdur. 
 
Müasir  ingilis  dili  Britaniya  adalarını  fəth  etmiş  german 
tayfalarının  dili  əsasında  təşəkkül  tapmağa  başlamışdır.  Müasir 
ingilis dilinin german dilləri qrupuna daxil olması bununla izah 
edilir. Məsələn: 
 
 
 
 
 
 
 
 
brider – brother – qardaş 
 
 
 
 
 
 
 
winter – winter – qış 
 
 
 
 
 
 
 
alt – old – qocaç köhnə 
 
 
2.  Orta  ingilis  dili  dövrü  –  XI  əsrin  sonlarından  XV  əsrin 
sonlarına  qədər  olan  dövrü  əhatə  edir.  Bu  dövr  fransız  dilində 
danışan normanların İngiltərəni fəth etməsi ilə xarakterikdir. Bu 
da  ingilis  dilinə  öz  təsirini  göstərmiş,  müasir  ingilis  dilində 
işlənən külli miqdarda fransız sözləri ingilis dilinin lüğət fonduna 
daxil olmuşdur. Məsələn:  
 
 
 
 
 
 
 
 
 
cause – səbəb 
 
 
 
 
 
 
 
 
chief – rəis, başçı 


 

 
3.  Yeni  ingilis  dili  dövrü  –  XV  əsrin  sonlarından  hal-hazıra 
qədər olan dövrü əhatə edir. 
 
Hər  üç  dövr  inigils  dilinin  normalaşması,  sabitləşməsi  və 
zənginləşməsində böyük rol oynamışdır. Bu dil zaman keçdikcə 
dəyişmiş və təkmilləşmişdir. 
 
Hazırda  ingilis  ədəbi  dilinin  əsasını  London  dialekti  təşkil 
edir. 
 
 
 
FONETİKA  
 HAQQINDA  
ÜMUMİ  MƏLUMAT
 
 
 
 
Fonetika yunanca phone – səs, tike – elm, bilik deməkdir. Bu, 
dilçiliyin  bir  bölməsi  olub,  dilin  əsas  qanunlarından,  fonetik 
sistemindən bəhs edir. 
 
Fonetika iki şöbəyə ayrılır: ümumi və xüsusi. 
 
Ümumi  fonetika  bir  neçə  dilin  səslərinin  ümumi  akustik  və 
fizioloji  xüsusiyyətlərindən,  onların  təsnifindən,  vurğu,  heca, 
intonasiya  və  sairədən  bəhs  edirsə,  xüsusi  fonetika  konkret  bir 
dilin səs tərkibindən və bu dildəki səslərin xüsusiyyətindən bəhs 
edir. Hər hansı bir dili öyrənmək üçün əvvəlcə onun səs sistemini, 
söz vurğusunu və intonasiyasını öyrənmək lazımdır. 
 
 


 


DƏRS
  (LESSON I) 
 
İ
İ
N
N
G
G
İ
İ
L
L
İ
İ
S
S
 
 
S
S
A
A
İ
İ
T
T
 
 
V
V
Ə
Ə
 
 
S
S
A
A
M
M
İ
İ
T
T
L
L
Ə
Ə
R
R
İ
İ
N
N
İ
İ
N
N
 
 
X
X
A
A
R
R
A
A
K
K
T
T
E
E
R
R
İ
İ
S
S
T
T
İ
İ
K
K
A
A
S
S
I

 
 
 
İngilis dilində 26 hərf, 44 səs vardır. 44  səs 26  hərf və hərf 
birləşmələri ilə əks olunur. 20 saitdən 12 monoftonq (təksəsli), 8 
isə diftonqdur (ikisəsli). Bu onunla izah olunur ki, eyni bir hərf 
söz  tərkibində  tutduğu  mövqedən  asılı  olaraq  2,  3  və  ya  4  cür 
oxunur. 
 
Müasir  ingilis  dilində  saitlərin  yaranmasında  dilin  və  alt 
çənənin  xüsusi  rolu  vardır.  Dilin  və  alt  çənənin  vəziyyətindən 
asılı olaraq saitlər iki yerə bölünür:   
 
 
 
 
 
 
 
 
1) açıq saitlər,  
2) qapalı saitlər
 
Bir  çox  dünya  dillərindən  fərqli  olaraq  ingilis  dilində 
kəmiyyətə görə saitlər iki cür olur:  
 
 
 
 
 
 
 
 
1) qısa saitlər,  
 
 
 
 
 
 
 
 
2) uzun saitlər.  
Saitin uzunluğu qoşa nöqtə ilə işarə olunur [u:]: [ı:] 
 
İngilis  dilində  24  samit  fonem  (səs)  vardır.  Səs  tellərinin 
vəziyyətinə görə samitlər iki yerə bölünür:  
 
 
 
 
 
 
 
 
1) kar samitlər,  
 
 
 
 
 
 
 
 
2) cingiltili samitlər
 
İngilis dilində 15 cingiltili
 
 
 [b], [d], [g], [m], [ŋ], [v], [ð], [z], [9],[d9], [r], [j], [w], [l] 
 
və 9 kar  
 
 [p], [t], [k], [f], [], [s], [], [h], [t] 
 
samit vardır. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə