• Zərflik cümlənin ikinci dərəcəli üzvüdür. • Hərəkətin icrasını müxtəlif cəhətdən izah edir



Yüklə 34,83 Kb.
Pdf görüntüsü
tarix07.12.2017
ölçüsü34,83 Kb.
#14352


Zərflik


• Zərflik cümlənin ikinci dərəcəli üzvüdür.

• Hərəkətin icrasını müxtəlif cəhətdən izah edir.

• Cümlənin feli xəbərlərinə aid olur

• Yanaşma və idarə əlaqəsi ilə xəbərə bağlanır.

Məsələn: Əsgərlər irəli atıldılar. 

Bu cümlədəki irəli zərfliyi iş və hərəkətin icra

olunduğu yeri bildirir. 



Zərfliyin ifadə vasitələri:

• Zərflər

Məsələn: Mən onu çoxdan tanıyıram.

Qoca ehtiyatla yeriyirdi. Dünən yağış yağdı.

• İsim

Məsələn: Dağlara qar yağdı bu gün. 

• Feli bağlama

Məsələn: Əşrəf gülə-gülə dedi. 

• Qoşmalarla işlənən məsdərlər 

Məsələn: Ana  yıxılmamaq üçün divara

söykəndi.



Zərfliyin quruluşu

Zərflik quruluşca sadə və mürəkkəb olur.

• Nitq hissələri ilə ifadə olunan zərfliklər sadədir.

Məsələn: Gecə qar yağıb.

• İsmi birləşmələr və feli bağlama tərkibləri ilə ifadə 

olunan zərfliklər isə mürəkkəb olur.

Məsələn, Ayişəni məktəbə ötürüb qayıdanda yolu azıb.

Zərfliklər əsasən feli xəbərə, az hallarda isə ismi 

xəbərə aid olur. 



Zərfliyin məna növləri

ZƏRFLİK


Tərzi-

hərəkət 


zərfliyi.

Zaman


zərfliyi

Yer


zərfliyi

Kəmiyyət 

zərfliyi

Səbəb 


zərfliy

i

Məqsəd 



zərfliyi

:



1. Tərzi-hərəkət zərfliyi.

• İş və hərəkətin icra tərzini bildirir.

• Necə? nə cür? suallarından birinə cavab verir.

• Feli bağlama, feli bağlama tərkibləri, qoşmalı söz

və söz birləşmələri ilə ifadə olunur.

Məsələn: Əsgərlərimiz qəhrəmancasına vuruşur. 



Qapı taybatay açıldı.


• Təyin ilə tərzi-hərəkət zərfliyini bir-binndən 

fərqləndirmək üçün onların hansı cümlə 

üzvünə aid olduğuna fikir vermək lazımdır.

• Təyin isimlə ifadə olunan üzvləri izah edir. 

Məsələn: Sərvər yaxşı oğlandır

• Tərzi-hərəkət zərfliyi isə feli xəbərlə bağlı 

olur. Məsələn: Sərvər yaxşı oxuyur. 



2. Zaman zərfliyi

• İş və hərəkətin, hadisənin zamanını bildirir.

• Nə vaxt? nə zaman? haçan? suallarından birinə 

cavab verir. 

• Zaman zərfləri, zaman mənalı isimlər, feli

bağlama, feli bağlama tərkibləri, qoşmalı feili 

sifətlə və ismi birləşmələrlə ifadə olunur. 

Məsələn: Xalam dünən gəlib.



Zəngdə görüşərik. 

O gələndə mən evdə idim.

O işini bitirən kimi getdi.

İlin əvvəlində getmək lazımdır. 


3. Yer zərfliyi.

• İş və hərəkətin icra olunduğu yeri, istiqamətini, başlanğıc 

və bitmə nöqtəsini bildirir.

• Hara? haraya? harada? haradan? suallarından birinə 

cavab verir.

• Yer zərfləri, yer mənalı isimlər və ismi birləşmələrlə 

ifadə olunur. Məsələn: Yuxarıda hava çox soyuq idi. 

Dəniz sahilində xeyli gəzdik.



4. Kəmiyyət zərfliyi

• İş və hərəkətin 

nə qədər, hansı kəmiyyətdə 

icra


olunduğunu bildirir.

• Nə qədər? bəzən də nə dərəcədə? sualına cavab

verir.

• Miqdar zərfləri, feili bağlama və ismi birləşmələr-



lə ifadə olunur. Məsələn: Mən sizi çox gözlədim.

Doyunca yedi. Bu gün az işlədik.


5. Səbəb zərfliyi

• İş, hərəkət və ya əlamətin səbəbini bildirir.

• Niyə? nə üçün? nə səbəbə? suallarına cavab verir.

• Üçün, ötrü, görə qoşmaları ilə işlənən söz və 

birləşmələrlə;

• Məsdər və məsdər tərkibləri,  feli bağlama və feli

bağlama tərkibləri ilə;

• İsim, sifət və ismi birləşmələrlə;

• Sual əvəzlikləri və s. ilə ıfadə olunur. 

• Səbəb zərfliyinin ifadə etdiyi iş xəbərdəki işdən 

əvvələ aid olur.



Qalib gəldiyi üçün çox sevinirdi.

Çayı keçə bilməyib geri qayıtdılar.

Toz – torpaq içində əlləşməkdən yorulmuşdu.

Həyəcandan danışa bilmirdi.

Soyuqdan dişi-dişinə dəyirdi.

Qardaşının tənəsindən çəkinirdi.

Niyə gəlməmişdi?



6. Məqsəd zərfliyi

• İş və hərəkətin məqsədini bildirir.

• Niyə? nədən ötrü? nəyə görə? nə məqsədlə? suallarına 

cavab verir.

• Üçün, ötrü qoşmaları ilə işlənən isim, ismi birləşmələr, 

məsdər və məsdər tərkiblərilə;

• Yönlük halda olan məsdər və məsdər tərkibləri;

• Sual əvəzlikləri;

• İkinci tərəfi məqsəd, uğur, yol, niyyət, bəhanə tipli 

birləşmələrlə və s. ilə ifadə olunur. 

Məsələn: Rauf dincəlmək üçün bağa getdi. Koroğlu 

Rəhimov torpaqlarımızı düşməndən azad etmək üçün

könüllü olaraq döyüşə getdi. Sən nədən ötrü getmişdin. 

O, bu məqsədlə gəlmişdi. 



• Səbəb zərfliyinin ifadə etdiyi iş xəbərdəki işdən əvvələ aid olur. 

• Məqsəd zərfliyində isə onun ifadə etdiyi iş xəbərdəki işdən 

sonraya aid olur. 

• Məqsəd zərfliyinə nə məqsədlə? sualını vermək mümkün olduğu

halda, səbəb zərfliyinə bu sualı vermək olmur. 

1. O, şəhərdə darıxdığı üçün kəndə getdi (Səbəb zərfliyi).



2. O, anasını görmək üçün kəndə getdi (Məqsəd zərfliyi).

• Birinci cümlədəki zərfliyə nə məqsədlə? sualını vermək olmaz, 

ikinci cümlədəki zərfliyə isə bu sualı vermək olar.

Məqsəd zərfliyi ilə səbəb zərfliyinin fərqi



Tərzi-hərəkət zərfliyinin işləndiyi cümləni 

göstərin.

A. Onların söhbətinə Şirin kişi də qoşuldu.

B. Şirin-şirin almalardan doyunca yedilər.

C. Onlar şirin-şirin söhbət edirdilər.

D. Oğlunun dalınca şəhərə gələn Şirin kişidir.



Yer zərfliyinin zərf ilə ifadə olunduğu cümləni 

göstərin.

A.

Mehdi ensiz, dar cığırla qarşıdakı meşəyə tərəf yönəldi.



B. Şəhərin küçələrində axşamdan bəri atışma səsi 

eşidilirdi.

C. İrəlidə böyük xəndək qazılmış, su ilə doldurulmuşdu.

D. Onlar məhəllədən qaça-qaça çıxırdılar.




Kəmiyyət zərfliyinin işləndiyi cümləni göstərin.

A. Onların sayı 300 nəfər idi.

B. Gəmi üç saat sahildə qaldı.

C. Saat 6-dan  8-ə qədər işdə olurduq.

D. Beş-üç günə işi təhvil verəcəkdik.



Məqsəd zərfliyinin işləndiyi cümləni göstərin.

A. Onlar gecikməmək üçün qaçmalı oldular.

B. Tənək ağlamasa vaxtında zar-zar

Yetirməz axırda sevinclərlə bar. ( N. Gəncəvi)

C.  İşığı söndürdüyüm üçün səni görmədilər.

D. Dağın başına çıxa bilməyib ekskursiyanı dayan-

dırdılar.



Səbəb zərfliyinin işlənmədiyi cümləni göstərin.

A. Nigarançılıqdan bir yerdə dura bilmirdi.

B. Sənin üçün çox darıxırdı, uzun-uzadı fikirləşirdi.

C. Sevincdən gözləri doldu, danışa bilmədi.

D. Həyəcandan rəngi saralmışdı.



Həmcins zərfliklərin işləndiyi cümləni göstərin.

A. Füzuli sözün qədrini, əhəmiyyətini, onu işlədən 

şəxsin, sənətkarın qədr və qiyməti ilə müqayisə edir.

B. Cavanşir elə uşaqlıqdan qorxmaz, iradəli və şücaətli 

bir gənc idi.

C. Onu bacarıqsız və kobud adlandırırdılar.

D. O, Azərbaycanda yaxşı tanınır və hörmətlə 

qarşılanırdı.




Zaman zərfliyinin işlənmədiyi cümləni 

göstərin.

A. Mərdan bütün qışı xəstə yatmışdı.

B. Qış vaxtı qar üstündə sürüşmək uşaqların ən      

sevimli məşğuliyyətidir.

C. O, evdən çıxanacan, axşam düşdü.

D. XX-XXI  əsr kosmos əsri, internet əsridir.




Ədəbiyyat:

• Ə. Abdullayev, Müasir Azərbaycan dili, IV cild, 

Sintaksis, Bakı, 2007.

• Müasir Azərbaycan dili, III cild, Sintaksis, Bakı, 



“Elm”, 1981.

Yüklə 34,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə