00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə14/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   10   11   12   13   14   15   16   17   ...   61

44 
 
 
 
 
 
MODELLƏŞDİRMƏ 
2.1. 
 Kompüter modelləşdirməsi 
2.2. 
 Elektron cədvəl proqramında modelləşdirmə 
2.3. 
 Fiziki proseslərin kompüter modeli 
2.4. 
 Statistik verilənlər əsasında proseslərin 
modelləşdirilməsi
 
2.5. 
Proqramlaşdırma dillərinin köməyi ilə riyazi 
məsələlərin modelləşdirilməsi
 
2.6. 
 Üçölçülü qrafik modellər 
 
  LAYİHƏ


 
45 
 
 
 
Modelləş
d
irm
ə 

 
 
Kosmik  texnikanın  inkişaf  tarixi  yeni  texniki  vasitələrin  yaradılmasında 
modelləşdirməyə bir örnəkdir. Kosmik uçuşu gerçəkləşdirmək üçün iki problemi 
həll etmək lazım idi: Yerin cazibəsindən çıxmaq və havasız fəzada irəliləməni 
təmin etmək. Yer kürəsinin cazibəsindən çıxmağın mümkünlüyünü hələ XVII 
əsrdə  İsaak Nyuton  (1642–1727)  söyləmişdi.  Nəzəri  kosmonavtikanın  banisi 
hesab  edilən  Konstantin  Eduardoviç Siolkovski  (1857–1935)  fəzada  irəli 
hərəkət  etmək  üçün  reaktiv  mühərrikdən  istifadəni  təklif  etdi.  O,  sxemlər, 
hesablamalar  və  əsaslandırmalarla  gələcək  planetlərarası  gəminin  yetərincə
dəqiq 
təsviri modelini
 tərtib etdi. Bundan heç yarım əsr keçməmiş Siolkovskinin 
təsviri modeli 
gerçək modelin 
hazırlanması üçün əsas oldu.   
 
  LAYİHƏ


46 
 
 
 
 
 
İlkin yoxlama 
1. 
Model nədir?
 
a) obyekt haqqında təhrif edilmiş məlumat 
b) obyektin sadələşdirilmiş bənzəri 
c) obyektin hər hansı əlaməti 
d) obyektin xarici görünüşü 
 
2. 
Zamandan asılı olaraq dəyişən model necə adlanır? 
a) statik model 
 
 
b) dinamik model 
c) maddi model 
 
 
d) informasiya modeli  
 
3. 
Modeli yaradılan obyektin özünə nə deyilir? 
a)  qaynaq   
 
 
b) özül 
c)  örnək   
 
 
d) orijinal 
 
4. 
Hansı anlayış elektron cədvəllə bağlı deyil?
 
a) iş kitabı   
 
 
b) iş vərəqi 
c) slayd 
 
 
 
d) xana  
 
5. 
Elektron cədvəldə düsturlar hansı işarə ilə başlayır? 
a) + 
 
 
 
b) $ 
c) = 
 
 
 
d) & 
 
6. 
Məktəbinizdəki qız və oğlan şagirlərin faiz nisbətini təqdim etmək üçün hansı 
növ diaqramdan istifadə etmək əlverişlidir? 
a) xətti 
 
 
 
b) dairəvi 
c) sütunlu   
 
 
d) nöqtəli  
 
7. 
Hansı proqramlaşdırma mühiti Azərbaycanda hazırlanıb? 
a) ABC 
 
 
 
b) ALPLogo
 
c) Python 
 
 
 
d) Pascal
 
 
8. 
Proqramlaşdırma dillərində heç bir qiymət qaytarmayan altproqram necə 
adlanır?
 
a) prosedur   
 
 
b) funksiya 
c) modul
 
 
 
 
d) boş funksiya
 
 
 
9. 
Bu qrafik redaktorların hansında üçölçülü modellər yaratmaq olmur? 
a) OpenOffice.org Draw
 
 
b) Autodesk 3ds Max
 
 
c) Microsoft Paint
   
 
d) SketchUp
 
 
10. 
Bunlardan hansı SketchUp proqramının qrafik primitivi deyil?
 
a) düzbucaqlı 
 
 
b) dairə   
c) çoxbucaqlı 
 
 
d) qövs 
 
  LAYİHƏ


 
47 
 
 
 
Modelləş
d
irm
ə 

 
K
OMPÜTER MODELLƏŞDİRMƏSİ
 
 
 
Bildiyiniz  kimi,  zaman  amilinə  görə  modellər  iki  qrupa 
ayrılır: dinamik və statik modellər. Obyektin statik modeli 
(static  model)  onun  hər  hansı  ayrıca  zaman  anındakı 
vəziyyətini əks etdirir. Başqa sözlə, statik model obyektin 
"ani  fotoşəklidir".  Belə  modeldən  fərqli  olaraq,  dinamik 
model (dynamic model) müəyyən zaman ərzində sistemdə 
baş  verən  dəyişiklikləri  nəzərə  alır;  məsələn,  fizikada 
dinamik informasiya modelləri cisimlərin hərəkətini, biolo-
giyada orqanizmlərin və ya heyvan nəsillərinin inkişafını, 
kimyada kimyəvi reaksiyaların gedişi prosesini  təsvir edir. 
 
 
Hansı modelin köməyi 
ilə hərəkət zamanı 
avtomobilin parametrləri 
haqqında informasiya 
almaq olar? 
 
Sizcə, eyni bir obyektin 
statik, yoxsa dinamik 
modeli daha çox 
informasiya verir?   
 
 
 
 
Verilmiş kəmiyyətlər arasındakı asılılığı düstur şəklində göstərməyə çalışın. 
1. Sabit sürətlə hərəkət edən avtomobilin getdiyi yol – onun hərəkətdə olduğu zaman 
2. Dairənin sahəsi – onun radiusu 
3. Ali məktəblərə qəbul olmuş abituriyentlərin sayı – qəbul ili 
– Hansı asılılığı düsturla ifadə edə bilmədiniz?  
– Həmin asılılığı hansı formada göstərmək yaxşı olardı?
 
 
Bəşəriyyət öz tarixi boyunca informasiya modelləri yaratmaq üçün müxtəlif üsul 
və alətlərdən istifadə etmişdir. Bu üsul və alətlər daim təkmilləşmişdir. Belə ki, ilk 
informasiya  modelləri  qayaüstü  rəsmlər  formasında  idi.  Hazırda  isə  informasiya 
modelləri, adətən, müasir kompüter texnologiyalarının köməyi ilə yaradılır və tədqiq 
olunur. Əlbəttə, kompüterdə mətnlər yazmaq (yəni təsviri modellər qurmaq), xəritə 
və sxemlər çəkmək (qrafik modellər qurmaq), yaxud cədvəllər (cədvəl modelləri) 
qurmaq  mümkündür.  Başqa  sözlə,  bu  sadalanan  işlər  də  kompüter modelləşdir-
məsinə örnəklərdir. Doğrudur, belə statik informasiya modellərinin yaradılmasında 
F Ə A L İ Y Y Ə T  
2.1 

 

  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə