00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə2/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   2   3   4   5   6   7   8   9   ...   61

 
12 
 
 
 
 
 
 
ancaq masanın ayağı sistem deyil (əlbəttə, mik-
roskopik baxımdan o da sistemdir, çünki mole-
kul və atomlardan təşkil olunub və onlar arasında 
əlaqə var).
 
Ümumi sistemlər nəzəriyyəsinə görə, istəni-
lən gerçək obyektə (əşya və ya hadisəyə) sistem 
kimi  baxmaq  olar.  Eyni  zamanda  istənilən  sis-
temə  müstəqil  obyekt  kimi  baxmaq  olar.  Sual 
yaranır: bəlkə,  "obyekt"  və  "sistem"  anlayışları 
sinonimdir?  Həm  hə,  həm  də  yox.  Onlar  fərqli 
kontekstlərdə  istifadə  olunur  və  obyektə  fərqli 
baxışları əks etdirir; məsələn: "Gedim kompüterdə işləyim" və ya "Kompüter oyun-
caq deyil" deyəndə biz kompüterə obyekt kimi yanaşırıq. Ancaq "Kompüterin əsas 
hissələri sistem bloku, monitor, klaviatura və siçandır" və ya "Kompüter aparat və 
proqram təminatının məcmusudur" ifadələrində kompüterə sistem kimi baxılır.  
Hər hansı obyektə sistem kimi baxmaq üçün öncə onu təşkil edən əsas elementləri 
və  onlar  arasında  qarşılıqlı  əlaqələri  ayırmağı  bacarmaq  lazımdır.  Həm  də  nəzərə 
almaq  lazımdır  ki,  bu  əlaqələr  müxtəlif  –  fiziki,  kimyəvi,  bioloji,  sosial  və  başqa 
təbiətli ola bilər. 
"Sistem" anlayışı informatikada da geniş yayılıb və bir çox mənalarda işlənir. Bu 
sözdən  çox  zaman  texniki  vasitələr  və  proqramlar  toplusunda  istifadə  olunur; 
məsələn: kompüter sistemi, əməliyyat sistemi, telekommunikasiya sistemi və s. Belə 
anlayışlardan biri də "informasiya sistemi"dir. İnformasiya sistemi (information 
system) dedikdə informasiyanın toplanması, saxlanması və istifadəçilər üçün erişim-
li (əlçatan) olmasını təmin edən sistem nəzərdə tutulur. 
Hər  hansı  informasiya  sistemi  (İS)  5  əsas  komponentdən  ibarətdir:  aparat 
təminatıproqram təminatıverilənləristifadəçilər  proses
 
 
İnformasiya sisteminin əsas komponentləri
 
 
İnformasiya  sisteminə  bəzən  yanlış  olaraq  yalnız  ilk  üç  komponenti  –  aparat 
təminatını,  proqram  təminatını  və  verilənləri  aid  edirlər.  Əslində  isə  bu  üç 
komponent informasiya texnologiyaları kateqoriyasını təşkil edir.
 

İnformasiya sisteminin aparat təminatı (hardware) onun əllə toxunula bi-
lən hissəsidir. Aparat təminatına kompüterlər, onların ayrı-ayrı hissələri, o cümlədən 
periferiya qurğuları aiddir.  
1. 
Aparat 
təminatı
2. 
Proqram 
təminatı
3. 
Verilənlər
4.
İstifadəçilər 
5.
Proses

Sistem 

İnformasiya sistemi (İS) 

İnformasiya sisteminin 
elementləri 

İnformasiya texnologiyaları 

Verilənlər bazası 

Proses 

İnformasiya sisteminin 
istifadəçiləri
 

AR
 

zl
ə
r
  LAYİHƏ


 
13 
 
 
 
İnformasiya
  sistemlə
ri
 


Proqram  təminatı  (software)  aparat  vasitələrini  işləməyə  məcbur  edən 
komandalar toplusudur. Yerinə yetirdikləri işlərin növünə görə proqram təminatını 
bir neçə sinfə ayırmaq olar: kompüteri idarə edən sistem proqram təminatı (system 
software), tətbiqi məsələlərin kompüter vasitəsilə həlli üçün nəzərdə tutulmuş tətbiqi 
proqramlar  (application software)  və  bu  iki  növ  proqramların  özlərinin  yazıldığı 
proqramlaşdırma dilləri (programming languages).  

İnformasiya sisteminin üçüncü elementi verilənlərdir (data). Burada veri-
lənlərə  faktlar  toplusu  kimi  baxmaq  olar;  məsələn:  yaşadığınız  ünvan,  telefon 
nömrəniz, oxuduğunuz məktəb – bunların hamısı verilənlərdir. Verilənlər öz-özlü-
yündə o qədər də faydalı deyil, ancaq bir yerə yığılmış, indekslənmiş və verilənlər 
bazası (database) şəklində təşkil olunmuş verilənlər çox güclü alət ola bilər. Ona 
görə  də  informasiya  sistemlərində  verilənlər,  adətən,  verilənlər  bazası  şəklində 
saxlanılır.  Bu  bazalara  müxtəlif  növ  verilənlər  toplanılır  və  çeşidli  məsələlərin 
həllində, qərarların qəbul edilməsində onlardan istifadə olunur.  
 
Diqqət! 
Bəzən informasiya sistemlərinin informasiya texnologiyaları kateqoriyasına dör-
düncü  komponentin  –  rabitənin  və  ya  kommunikasiya  vasitələrinin  (
com-
munication
də əlavə edilməsinin vacibliyi qeyd olunur. Ancaq məsələ ondadır 
ki, informasiya sistemləri kommunikasiya imkanları olmadan da  ayrıca bir fərdi 
kompüterdə mövcud ola bilər. Digər tərəfdən şəbəkələrin özləri də texniki baxım-
dan aparat və proqram təminatından ibarətdir.    
 

İnformasiya  sistemlərini  onların  istifadəçiləri  (users)  –  insanlar  olmadan 
təsəvvür etmək olmaz. 
İnformasiya sisteminin istifadəçilərini bir neçə qrupa ayırmaq 
olar: 
1) 
təsadüfi istifadəçi – belə istifadəçinin İS ilə qarşılıqlı əlaqəsi onun xidməti 
vəzifəsi ilə bağlı olmur;
 
2) 
son istifadəçi  (end user)  –  informasiya  sistemi  məhz  bu  şəxs(lər)  üçün 
nəzərdə  tutulub. 
Sistemin  işlənib-hazırlanması  ilə  məşğul  olan  şəxslərdən 
fərqli  olaraq,  son  istifadəçi  (məsələn:  mühasib,  iqtisadçı,  bölmə  rəhbəri) 
yalnız ondan istifadə edir; 
3)  İS heyəti – bu heyətə aşağıdakı mütəxəssislər daxildir:  
– verilənlər bazasının inzibatçısı (database administrator, DBAson isti-
fadəçilərin tələbatını anlayan bu mütəxəssis onlarla sıx təmasda işləyir və 
verilənlər bazasının müəyyənləşdirilməsi, yüklənməsi, qorunması və səmə-
rəli işləməsinə cavabdehdir. O, informasiyanın toplanması prosesini uzlaş-
dırmalı, verilənlər bazasını layihələndirməli və istismar etməli, istifadəçilə-
rin cari və perspektiv tələbatlarını nəzərə almalıdır. 
– sistem analitiki (systems analyst) son istifadəçilərin tələbatına əsaslanaraq 
informasiya  sisteminin  riyazi  modelini  quran  mütəxəssisdir.  O,  tətbiqi 
proqramçılar üçün məsələlər hazırlayır.   
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə