00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə3/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   2   3   4   5   6   7   8   9   ...   61

 
14 
 
 
 
 
 
 
– sistem proqramçısı (systems programmer) sistem və ya şəbəkə proqram-
larını işləyib-hazırlayan, yaxud onlara xidmət edən mütəxəssisdir. 
 
– tətbiqi proqramçı (applications programmer) verilənlər bazasına sorğu-
ları gerçəkləşdirən proqramları işləyib-hazırlayan mütəxəssisdir.   
Çox  da  böyük  olmayan  informasiya  sistemlərində  bütün  bu  sadalanan  işləri, 
adətən, bir-iki nəfərdən ibarət heyət yerinə yetirir.  

İnformasiya sistemlərinin sonuncu komponenti prosesdir. Proses (process
arzuedilən nəticəyə və ya hədəfə nail olmaq üçün atılmış addımlar seriyasıdır. İstə-
nilən  təyinatlı  informasiya  sisteminin  işini  təmin  edən  prosesləri 
aşağıdakı 
bloklardan ibarət sxem şəklində göstərmək olar: 
  daxili və ya xarici mənbələrdən informasiyanın daxil edilməsi
  giriş informasiyasının emalı və onun əlverişli şəkildə təqdim olunması; 
  müştərilərə təqdim edilməsi və ya başqa sistemə ötürülməsi üçün informa-
siyanın çıxışa verilməsi; 
 
əks-əlaqə  –  giriş  informasiyasının  korrektəsi  üçün  sistemin  istifadəçiləri 
tərəfindən emal edilmiş informasiya.
 
 
 
Qeyd edildiyi kimi, istənilən informasiya sisteminin ayrılmaz hissəsi verilənlər 
bazasının  idarəolunması  sistemidir  (VBİS).  İstifadə  olunan  VBİS-in  tipi,  adətən, 
informasiya  sisteminin  miqyasına  görə  müəyyən  edilir:  kiçik  informasiya  sistem-
lərində  lokal  VBİS-lərdən  istifadə  edilə  bilər,  irihəcmli  (korporativ)  informasiya 
sistemlərində  isə  çoxistifadəçi  rejimini  dəstəkləyən  müştəri-server  arxitekturalı 
güclü  VBİS-lər  tələb  olunur.  Hazırda  Oracle,  Informix,  Sybase,  DB2,  MS  SQL 
Server kimi relyasiyalı VBİS-lər daha geniş yayılıb.    
İnformasiya sisteminin yaradılmasına onun əhatə etdiyi sahənin öyrənilməsindən 
və  informasiya  modelinin  qurulmasından  başlanılır.  Məntiqi  baxımdan  mürəkkəb 
olan, çox zəhmət, eyni zamanda çox zaman tələb edən bu işin görülməsi üçün yük-
səkixtisaslı mütəxəssislərə ehtiyac var.  
İnformasiya sisteminin aparat və proqram hissələri
Giriş 
informasiyası
İnformasiyanın 
emalı    
 
Çıxış 
informasiyası
Əks-əlaqə
 
İstifadəçilər  
və ya başqa 
informasiya  
sistemi
 
  LAYİHƏ


 
15 
 
 
 
İnformasiya
  sistemlə
ri
 

Bir amilin də nəzərə alınması çox vacib-
dir:  informasiya  sisteminin  yaradılması  və 
istifadəsi  gedişində  istifadəçilərin  tələbləri 
dəyişə, yaxud dəqiqləşə bilər ki, bu da belə 
sistemlərin  işlənib-hazırlanmasını  və  müşa-
yiət edilməsini daha da çətinləşdirir. Bu sa-
dalanan çətinliklər xüsusi növ proqram vasi-
tələrinin  yaranmasına  səbəb  olmuşdur. 
CASE  adlandırılan  (ingiliscə:  Computer-
Aided  Software  Engineering  –  kompüter 
dəstəkli  proqram  mühəndisliyi)  belə  proq-
ramlaşdırma  mühiti  kompüter  proqramla-
rının  işlənib-hazırlanmasının,  planlaşdırma 
və modelləşdirmədən tutmuş kodlaşdırma və 
sənədləşdirməyədək  bütün  mərhələlərinin 
avtomatlaşdırılması üçün nəzərdə tutulub.  
İnformasiya sisteminin layihələndirilmə-
si zamanı həll edilməsi vacib olan məsələlər-
dən biri də informasiya sisteminin məqsədlə-
rinə uyğun olan əlverişli istifadəçi interfey-
sinin  yaradılmasıdır.  Bu  çox  mühüm  mə-
sələdir,  çünki  istifadəçilər,  adətən,  sistemin 
ümumilikdə  keyfiyyətinə  onun  interfeysinə 
görə qiymət verirlər. Bundan başqa, sistemin 
səmərəli istifadəsi interfeysin keyfiyyətindən çox asılıdır.  
 
 
Ötən dərs ilində yaratdığınız "Map" verilənlər bazasını informasiya sistemi (VBİS) kimi 
təhlil edin və beş əsas komponenti göstərin.
 
 
Özünüzü yoxlayın 
1. 
"Sistem" dedikdə nə başa düşülür? 
2. 
"İnformasiya sistemi" nədir və hansı əsas komponentlərdən ibarətdir? 
3. 
İnformasiya texnologiyaları kateqoriyasına hansı komponentlər daxildir? 
4. 
VBİS informasiya sistemində hansı rol oynayır?  
5. 
İnformasiya sisteminin istifadəçiləri dedikdə kim nəzərdə tutulur? 
 
 
 
 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
İlk informasiya sistemləri ötən əsrin 
50-ci  illərində  meydana  çıxmışdır. 
Onlar  hesabların  emalı  və  əmək-
haqqının hesablanması üçün nəzər-
də  tutulmuşdu  və  elektromexaniki 
hesab  maşınlarında  (accounting 
machine)  yerinə  yetirilirdi.  İlk  he-
sab maşınları elektron maşınlar de-
yildi və perfokartlarla işləyirdi; da-
ha  sonrakı  modellərdə  elektronika 
tətbiq edilməyə başladı. 
Tari
x
  LAYİHƏ


 
16 
 
 
 
 
 
 
 
İ
NFORMASİYA SİSTEMLƏRİNİN TƏSNİFATI
 
 
İnformasiya  sistemləri  insan  fəaliyyətinin,  demək  olar  ki,  bütün 
sahələrində tətbiq edilir: müəssisə və təşkilatların, istehsalatın ida-
rəedilməsində,  elmi  tədqiqatların  təşkilində,  kitabxana  işində, 
təhsildə, konstruktor və layihələndirmə işlərində və s. 
 
 
"Təsnifat" termini 
nəyi bildirir? 
 
 
 
Belə bir cədvəl hazırlayın və verilmiş informasiya sistemləri haqqında məlumat toplayaraq 
onun boş xanalarını doldurun. 
№ 
İnformasiya sisteminin adı 
Müəlliflik hüququnun sahibi  Təyinatı 

"Tələbə-məzun" dövlət elektron 
məlumat sistemi 
 
 

"Giriş-çıxış və qeydiyyat" məlu-
mat axtarış sistemi 
 
 

GoMap 
 
 
– Bu informasiya sistemlərinin hər birində hansı növ informasiya saxlanılır? 
– İkinci məlumat sisteminin verilənlər bazasında açar sahə nədir? 
 
İnformasiya sistemləri vasitəsilə həll edilən məsələlərin rəngarəngliyi çoxlu say-
da müxtəlif növ sistemlərin yaranması ilə nəticələnmişdir. Bu sistemlər həm quruluş 
prinsipləri,  həm  də  informasiyanın  emalı  qaydaları  baxımından  bir-birindən  fərq-
lənir. Ona görə də informasiya sistemlərini bir sıra fərqli əlamətlərə görə təsnif etmək 
olar; məsələn: arxitekturaya, avtomatlaşdırma dərəcəsinə, tətbiq sahəsinə və başqa 
əlamətlərə  görə.  Gəlin  bu  təsnifatlardan  biri  –  informasiya  sistemlərinin  tətbiq 
sahəsi, yaxud təyinat üzrə növləri ilə yaxından tanış olaq.     
  İnformasiya və ölçü sistemləri (information and measurement systems) – araşdı-
rılan obyektin durumu və parametrləri haqqında informasiyanın xüsusi sensorlar 
vasitəsilə toplanması üçün istifadə edilir. Bu sistemlər olmadan atom-elektrik stan-
siyaları, insan sağlamlığı üçün ziyanlı olan kimyəvi istehsalat kimi sahələrin işini 
təsəvvür  etmək  belə  çətindir.  İnformasiya  və  ölçü  sistemləri  təbabət,  meteoro-
logiya, seysmologiya, kosmik uçuşlar və başqa sahələrdə geniş tətbiq edilir. 
 
İnformasiya  əldəetmə sistemləri, yaxud informasiya-axtarış sistemləri (infor-
mation retrieval systems,  IRS)  –  bu  növə  cürbəcür  elektron  lüğətlər,  elektron 
ensiklopediyalar, normativ-hüquqi sənədlərin saxlandığı informasiya sistemləri, 
eləcə də,  sadəcə,  informasiya  mənbəyi  rolunu oynayan və əlverişli  axtarış  im-
kanlarına malik sistemlər aiddir.
 
F Ə A L İ Y Y Ə T  
1.2 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə