00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə4/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   2   3   4   5   6   7   8   9   ...   61

 
17 
 
 
 
İnformasiya
  sistemlə
ri
 

 
Sənədlərin idarəedilməsi sistemləri (document management systemsDMS), 
yaxud  elektron sənəd dövriyyəsi sistemləri  –  bu  sistemlərdən  müəssisələrdə 
giriş  və  çıxış  sənədlərinin  dövriyyəsini,  eləcə  də  müəssisədaxili  yazışmaları 
təşkil etmək üçün istifadə olunur.
 
  Avtomatlaşdırılmış layihələndirmə sistemləri (computer-aided designCAD) – bu 
növ  proqramlardan  sadə  alətlərin  modellərindən  tutmuş  binaların,  təyyarələrin, 
inteqral sxemlərin və molekulların modellərinədək hər cür mühəndis, memarlıq 
və elmi modellərin layihələndirilməsində istifadə edilir. 
  Ekspert sistemləri (
expert systems
) – bu sistemlərin əsasını müəyyən sahə üzrə 
biliklər bazası təşkil edir. Bu sistemlərdən sənayedə uzunmüddətli proqnozların 
hazırlanmasında, tibbi diaqnozların qoyulmasında, hüquqşünaslıq sahəsində ən 
böyük ehtimallı versiyanın seçilməsində və başqa sahələrdə istifadə edilir.  
 
 
 
 
Məşhur "Nə? Harada? Nə zaman?" intellektual oyununda hər bir 
suala bəzi elementləri verilməmiş informasiya bloku və ya hətta 
informasiya sistemi kimi baxmaq olar. Sual müəllifi preambulada 
"geniş  kütləyə",  o  cümlədən  oyunçulara,  adətən,  az  tanış  olan 
hansısa informasiya verir. Müəllif hesab edir ki:  

əlavə informasiya oyunçuların yaddaşındadır; 

aşkar  verilmiş  elementlər  əlavə  informasiya  "elementlərini"  oyunçuların  yad-
daşından "çəkib çıxartmağa" yardımçı olacaq; 

verilmiş və yeni elementlər arasında əlaqə (məna əlaqələri, çünki söhbət infor-
masiya sistemindən gedir) qurulacaq; 

aşkar  olmayan  informasiya  elementlərini  bərpa  etməklə  oyunçular  sualın 
preambulası ilə axtarılan cavab arasında məna əlaqələrini izləyə biləcəklər. 
Bəs əlavə informasiya neçə "çıxarılır"? Ənənəvi qaydada, yəni özünə verdiyi suallarla. 
Hansı sualların verilməli olduğunu isə sualın özü diktə edir.  
SualBir çox ərəb qəsəbələrində, adətən, onun mərkəzində yerləşən ictimai sobalar 
var və ilin bir neçə ayı qəsəbə sakinləri öz ailələri üçün çörəyi həmin sobalarda 
bişirirlər. Hər bir ailənin evdə sobası olduğu halda nə üçün onlar ictimai 
sobalardan istifadə edirlər? 
Bu tam olmayan informasiya sisteminin elementlərini nəzərdən keçirək: 

söhbət ərəb qəsəbələrindən gedir; 

söhbət bu qəsəbələrdəki ictimai sobalardan gedir; 

bu sobalardan ilin bir neçə ayı istifadə olunur.  
Birinci və ikinci informasiya elementindən hansı əlavə informasiya ala bilərik? Ərəb-
lərin yaşadığı istər Ərəbistan yarımadasında, istərsə də Afrika ölkələrində hava çox isti 
olur.  Sobalar  da,  təbii  ki,  istilik  yayır.  Bəs  evdəki  sobadan  nə  vaxt  istifadə  etmək 
əlverişli deyil? Əlbəttə ki, yay aylarında.  
Beləliklə: ərəb ailələri öz evlərindəki sobalardan yayda – hava çox isti olanda istifadə 
etmirlər. 
Bu 
m
ar
aql
ıdır
 
  LAYİHƏ


 
18 
 
 
 
 
 
 
 
 
Avtomatlaşdırılmış idarəetmə sistemləri  (automatized management system), 
yaxud sənaye nəzarət sistemləri 
 (i
ndustrial control systemsICS) – bu növ 
informasiya sistemləri ayrı-ayrı texnoloji proseslərin idarə edilməsindən tutmuş 
bütöv bir müəssisənin və istehsalın tam bir sahəsinin idarə edilməsinədək çox 
geniş sahəni əhatə edir.
 
  Coğrafi informasiya sistemləri  (
geographic information systems,  GIS) – 
Yerin xəritələri, planlar, sxemlər və bu kimi fəza verilənlərinin daxil edilməsi, 
emalı, saxlanması və əks etdirilməsi ilə bağlı proqram sistemləri sinfidir.
 
  Öyrədici informasiya sistemləri (learning information systems) – bu növə hər 
cür elektron dərsliklər, kompüter 
testləri, öyrədici proqramlar, elə-
cə də hansısa qurğunun (təyyarə-
nin, avtomobilin və s.) işini imi-
tasiya edən trenajorlar aid edilir. 
Bu  sistemlərdən  tədris  prose-
sində, müxtəlif sahələrdə işçilərin  
hazırlanmasında və ixtisaslarının 
artırılmasında istifadə edilir.
 
 
 
1. İnformasiya sistemlərinin tətbiq sahələri üzrə yuxarıda verilmiş təsnifatı mütləq deyil. 
Gerçək sistemlər müxtəlif növ informasiya sistemlərinin imkanlarını özündə birləşdirə 
bilər. İnternetdə axtarış edərək belə təsnifatların daha ikisi ilə tanış olun. Dərslikdəki 
təsnifatda verilmiş informasiya sistemlərinin hansı növü tapdığınız digər təsnifatlarda 
da var? 
2. "Fəaliyyət" bölümündə verilmiş informasiya sistemlərinin növünü müəyyənləşdirin. 
 
Özünüzü yoxlayın 
1. 
İnformasiya sistemləri hansı əlamətlərə görə təsnif edilir? 
2. 
İnformasiya və ölçü sistemlərindən hansı sahələrdə istifadə olunur? 
3. 
Avtomobil trenajorları informasiya sistemlərinin hansı növünə aiddir? 
4. 
"Elektron sənəd dövriyyəsi" nə deməkdir

5. 
Aşağı siniflərdə tanış olduğunuz SketchUp proqramı təsnifatdakı hansı növ informasiya 
sistemlərinə uyğundur?  
ö y r ə n ə k
A R A Ş D I R A Q  –

İnformasiya və ölçü sistemləri 

İnformasiya-axtarış sistemləri 

Elektron sənəd dövriyyəsi sistemləri 

Avtomatlaşdırılmış layihələndirmə sistemləri 

Ekspert sistemləri 

Avtomatlaşdırılmış idarəetmə sistemləri 

Coğrafi informasiya sistemləri 

Öyrədici informasiya sistemləri
 

AR
 

zl
ə
r 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə