00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə5/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   2   3   4   5   6   7   8   9   ...   61

 
19 
 
 
 
İnformasiya
  sistemlə
ri
 

 
C
OĞRAFİ İNFORMASİYA SİSTEMLƏRİ
 
 
 
"Coğrafiya" fənni nəyi öyrənir? 
 
Xəritə üzərində coğrafi obyektlərin yeri necə təyin olunur? 
 
 
Xəritə üzərində yaşadığınız bölgənin koordinatlarını müəyyən edin.    
–  Azərbaycan Respublikası hansı paralel və meridianların arasında yerləşir? 
– "Coğrafi enlik" və "coğrafi uzunluq" nədir və onlar nə ilə ölçülür? 
– Ekvatorun coğrafi enliyi nəyə bərabərdir? 
– Hansı meridianın coğrafi uzunluğu 0
-dir? 
 
Yer səthinin hər hansı hissəsini və ya bu səth üzərindəki obyektləri təsvir edən 
verilənlərə  coğrafi  verilənlər  (geographic data)  və  ya  fəza  verilənləri  (spatial 
data)  deyilir.  Bu  verilənlər  obyektlərin  Yer  səthindəki  yerlərini  göstərir.  Hər  bir 
obyekt (ölkə, bölgə, şəhər, yollar və s.) ona verilmiş atribut və əməliyyatlar vasitəsilə 
təsvir edilir. Atributlar mətn, ədədlər, qrafik, audio və video şəklində verilənlərdir. 
 
F Ə A L İ Y Y Ə T  
1.3 
  LAYİHƏ


 
20 
 
 
 
 
 
 
 
 
Hazırda  coğrafi  informasiya  sistemləri 
(geographic information systemsGIS) daha 
geniş  yayılır.  Bu  sistemlər  coğrafi  və  ya  fəza 
verilənləri də daxil olmaqla hər növ verilənlərin 
emalı  üçün  nəzərdə  tutulub.  Coğrafi  informa-
siya  sistemlərinin  layihələndirilməsi,  yaradıl-
ması və istifadəsinin elmi, texniki, texnoloji və 
tətbiqi  məsələləri ilə  məşğul olan  sahə geoin-
formatika adlanır. 
Coğrafi  informasiya  sistemlərinin  işləməsi  üçün  çox  güclü  aparat  vasitələri  – 
irihəcmli  yaddasaxlama  qurğuları,  əksetdirmə  sistemləri,  yüksəksürətli  şəbəkə 
avadanlıqları tələb olunur. 
Coğrafi  informasiya  sistemlərinin  verilənlər  bazası  informasiya  qatları  yığını 
şəklində təşkil edilir. Əsas qat coğrafi verilənlərdən ibarətdir. Onun üzərinə başqa 
bir qat – verilmiş ərazidə yerləşən obyektlər (rabitə, sənaye, iaşə obyektləri və başqa 
fəza  verilənləri)  haqqında  informasiya  daşıyan  qat  qoyulur.  Növbəti  qatlarda  bu 
obyektlər  haqqında  tam  informasiya  detallaşdırılır  və  konkretləşdirilir.  Qatların 
yaradılması və üst-üstə qoyulması prosesində onlar arasında zəruri əlaqələr qurulur. 
Coğrafi informasiya sistemlərində verilənlər, adətən, gerçək obyektləri (yolları, 
binaları,  su  hövzələrini,  meşə  massivlərini  və  s.)  təsvir  edir.  Belə  obyektləri  iki 
kateqoriyaya ayırmaq olar: diskret (evlər, ərazi zonaları və s.) və kəsilməz (relyef, 
yağıntıların səviyyəsi, orta illik temperatur) obyektlər. Bu iki kateqoriyalı obyektləri 
göstərmək üçün vektor və rastr qrafikasından istifadə olunur.  
Coğrafi informasiya sistemləri xəritəçəkmə (kartoqrafiya), geologiya, meteoro-
logiya, Yer quruluşu, ekologiya, nəqliyyat, iqtisadiyyat, müdafiə və bir sıra başqa 
sahələrdə tətbiq edilir.  

Coğrafi informasiya sistemi 

Geoinformatika 

Coğrafi verilənlər  

Fəza verilənləri 

İnformasiya qatları 

Naviqasiya peyki 

Qlobal mövqetəyinetmə sistemi 

Kadastr sistemi 

AR

zl
ə
r
  LAYİHƏ


 
21 
 
 
 
İnformasiya
  sistemlə
ri
 

 
 
 
Əhatə dairəsinə görə bu sistemlər bir neçə kateqoriyaya ayrılır: qlobalsubkon-
tinentalmilliregionalsubregionallokal (yerli).  
Yer səthində və fəzada müxtəlif obyekt-
lərin  koordinatlarını  və  sürətini  avtomatik 
təyin  etmək  üçün  naviqasiya  peyklərin-
dən (navigation satellite) istifadə olunur. 
Xüsusi qəbuledicinin köməyi ilə dünyanın 
istənilən nöqtəsində koordinatları, eləcə də 
Yer  səthində  və  ya  fəzada  obyektlərin 
hərəkət sürətini təyin edən  peyk sisteminə 
qlobal  mövqetəyinetmə  sistemi 
(Global 
Positioning  System,  GPS)  deyilir.  GPS  ("ci-pi-es"  kimi  oxunur)  sistemi  ABŞ 
Müdafiə  Nazirliyi  tərəfindən  işlənib-hazırlanıb  və  istismar  olunur.  Ancaq  hazırda 
mülki  məqsədlərlə    də  istifadəyə  açıqdır  və  bunun  üçün  naviqatorun, yaxud  GPS 
qəbuledicisi olan hər hansı aparatın (məsələn: smartfon) olması kifayətdir.  
GPS  üç  əsas  seqmentdən  –  kosmik,  idarəetmə  və  istifadəçi  seqmentlərindən 
ibarətdir.  GPS  peykləri  siqnalı  kosmosdan  translyasiya  edir  və  bütün  GPS qəbul-
ediciləri gerçək zaman rejimində öz koordinatlarını hesablamaq üçün bu siqnaldan 
istifadə  edir.  Kosmik  seqment  Yerin  orta  orbitində  fırlanan  32  süni  peykdən  iba-
rətdir.  
İnformasiya mənbəyi
 
Küçələr 
İnformasiya qatları 
Binalar 
Bitkilər
Birləşdirilmiş 
verilənlər 
  LAYİHƏ


 
22 
 
 
 
 
 
 
 
 
Hazırda coğrafi informasiya sistemlərinin geniş istifadə edildiyi sahələrdən biri 
kadastr işləridir. Kadastr nələrin, yaxud kimlərinsə 
siyahısı, reyestridir. Orada hər 
hansı  obyektlər  və  ya  hadisələr  haqqında  sistemləşdirilmiş  məlumatlar,  onların 
keyfiyyət  və  kəmiyyət  göstəriciləri  daxil  edilib  saxlanılır.  Kadastrlar  müvafiq 
obyektlər  üzərində  dövri  və  ardıcıl 
müşahidələr  aparılmaqla  tərtib  olunur. 
Onların, adətən, aşağıdakı növləri olur: su 
kadastrı,  torpaq  kadastrı,  iqlim  kadastrı, 
meşə  kadastrı,  landşaft  kadastrı,  mineral 
resurslar kadastrı və s.  
Təyinatından  asılı  olmayaraq  kadastr 
sistemi  qeydiyyatı  aparılan  obyekt 
haqqında  müəyyən  qaydada  nizamlanmış 
verilənlərdən ibarətdir. Başqa informasiya 
sistemlərində  olduğu  kimi,  burada  da  hər 
bir  obyektə  bənzərsiz  kod  verilir.  Ancaq  kadastr  sistemilərində  obyektlərin 
əksəriyyəti fəza xarakterli olduğundan bu sistemlərdə, adətən, coğrafi informasiya 
sistemləri tətbiq edilir.
 
 
 
Azərbaycan  və  Almaniya  hökumətləri  arasındakı  müqaviləyə  uyğun  olaraq  Gəncə  və 
Şəkidə  “Kadastr  və  daşınmaz  əmlakın  qeydiyyatı”  layihəsi  həyata  keçirilib. Layihə 
çərçivəsində Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron 
kadastr  məlumat  bazasının  və  rəqəmsal  kadastr  xəritələrinin  yaradılması  nəzərdə 
tutulmuşdu. 
Bu  layihə  haqqında  ətraflı  məlumat  toplayın.  Layihədə nəzərdə  tutulmuş  işlər  tam  icra 
olunubmu? Bu sistemin dövlət və əmlak sahibləri üçün hansı faydaları var?
 
 
Özünüzü yoxlayın 
1. 
"Coğrafi informasiya sistemi" nədir? 
2. 
"Geoinformatika" nə ilə məşğuldur?  
3. 
İnformasiya qatlarında nələr olur? 
4. 
GPS necə işləyir? 
5. 
"Kadastr sistemi" nədir və onun coğrafi informasiya sistemləri ilə nə əlaqəsi var? 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
Peyk  naviqasiyasının  yaradılması  ideyası  hələ  1950-ci  illərdə  meydana  çıxıb.  SSRİ 
tərəfindən Yerin ilk süni peyki buraxılan zaman bir qrup ABŞ alimi sovet peykindən gələn 
siqnalı müşahidə edirdilər. Bu zaman onlar Dopler effekti səbəbindən qəbul edilən siqnalın 
tezliyinin  peyk  yaxınlaşdıqda  yüksəldiyini,  uzaqlaşdıqda  isə  azaldığını  aşkarladılar.  Bu 
kəşfin mahiyyəti ondan ibarətdir ki, əgər Yerdə öz koordinatlarını dəqiq bilərsənsə, onda 
peykin yerini və sürətini ölçmək mümkündür. Əksinə, peykin mövqeyini dəqiq bilməklə 
öz koordinatlarını və sürətini müəyyən edə bilərsən.  
Bu 
m
ar
aql
ıdır
 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə